müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi,
onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri,
əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya
qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir.
4.2. Bu Məcəllə ilə müəyyən edilən qaydalar daxili əmək miqrasiyasına şamil
edilmir.
4.3. Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun
itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə
verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla
tənzimlənir.
4.4. Səfərbərlik zamanı Azərbaycan Respublikasına gəlmə və Azərbaycan
Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə 5. Miqrasiya proseslərinin iştirakçıları
5.0. Miqrasiya proseslərinin iştirakçıları aşağıdakılardır:
5.0.1. miqrasiya proseslərinin idarə olunmasında və tənzimlənməsində iştirak edən,
habelə həmin proseslərə dövlət nəzarətini həyata keçirən dövlət orqanları;
5.0.2. xarici ölkəyə gedən, orada müvəqqəti və ya daimi yaşayan, habelə haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;
5.0.3. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına
dəvət edən və onların Azərbaycan Respublikasında qeydiyyata alınması prosesində
iştirak edən şəxslər;
5.0.4. Azərbaycan Respublikasına viza əsasında və ya viza tələb olunmayan
qaydada gələn, burada müvəqqəti olan, müvəqqəti olma müddəti uzadılan,
müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, Azərbaycan Respublikasında
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər;
5.0.5. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına
dəvət etmiş, onların ölkədə müvəqqəti olması, müvəqqəti olma müddətinin
uzadılması, qeydiyyata alınması və əmək miqrasiyası, onlara müvəqqəti və daimi
yaşamaq üçün icazələrin verilməsi proseslərində iştirak edən təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5.0.6. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində
vasitəçilik edən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi
şəxslər.
FƏSİL 2
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
MİQRASİYA UÇOTU
Maddə 6. Miqrasiya uçotunun məqsədləri
6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra
– miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə
ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında
məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir.
6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir
və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin
və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə
müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri
seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan
Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və
qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.
6.3. Miqrasiya uçotu aşağıdakı məqsədlərlə aparılır:
6.3.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını
həyata keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün
lazımi şərait yaradılması;
6.3.2. miqrasiya sahəsində dövlət siyasətinin işlənməsi və həyata keçirilməsi;
6.3.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerdəyişməsinin nəticələrinin
proqnozlaşdırılması məqsədi ilə belə yerdəyişmə haqqında tam, dəqiq və operativ
məlumatın formalaşdırılması, habelə miqrasiya sahəsində statistik müşahidənin
aparılması;
6.3.4. təbii fəlakət, fövqəladə vəziyyət, hərbi vəziyyət və digər bu kimi hallarda
idarəetmənin təmin olunması;
6.3.5. qanunsuz miqrasiyaya və digər qanunazidd hərəkətlərə qarşı mübarizə
aparmaqla ictimai asayişin və Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
təmin olunması;
6.3.6. Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
haqqında, habelə onların yerdəyişməsi haqqında məlumatların sistemləşdirilməsi.
Maddə 7. Miqrasiya uçotunun aparılması üçün əsaslar
7.1. Şəxsin miqrasiya uçotuna alınması üçün əsaslar aşağıdakılardır:
7.1.1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına
girişi;
7.1.2. əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması;
7.1.3. Azərbaycan Respublikasının ərazisində olan şəxsin Azərbaycan
Respublikası vətəndaşlığına xitam verilməsi.
7.2. Şəxsin miqrasiya uçotundan çıxarılması üçün əsaslar aşağıdakılardır:
7.2.1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında
vəfat etməsi;
7.2.2. Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan
şəxsin ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni
qüvvəyə minməsi;
7.2.3. Azərbaycan Respublikasında olan əcnəbinin və ya vətəndaşlığı olmayan
şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi.
Maddə 8. Miqrasiya uçotunun aparılması
8.1. Miqrasiya uçotu aparılarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
haqqında aşağıdakı məlumatların toplanması, qeydə alınması, ümumiləşdirilməsi
və istifadəsi həyata keçirilir:
8.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən
sənədin növü və rekvizitləri (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi və yeri,
etibarlılıq müddəti, habelə mövcud olduğu təqdirdə, həmin sənəddə olan biometrik
məlumatlar);
8.1.2. Azərbaycan Respublikasında olmaq və ya yaşamaq hüququnu təsdiq edən
sənədin növü və rekvizitləri;
8.1.3. soyadı, adı, atasının adı (sənəddə sonuncu barədə məlumat olduğu təqdirdə);
8.1.4. doğulduğu tarix və yer;
8.1.5. cinsi;
8.1.6. vətəndaşlığı;
8.1.7. Azərbaycan Respublikasına gəlişinin məqsədi;
8.1.8. peşəsi (olduğu təqdirdə);
8.1.9. Azərbaycan Respublikasında olmasının və ya yaşamasının bəyan edilmiş
müddətləri;
8.1.10. Azərbaycan Respublikasında son yaşayış yeri və ya olduğu yer üzrə
qeydiyyat tarixi və onun ünvanı;
8.1.11. qanuni nümayəndələri barədə məlumat (valideynlər, övladlığa və himayəyə
götürənlər, qəyyumlar);
8.1.12. ölkə hüdudlarından kənara çıxarılması barədə məlumat (tətbiq olunub ya
yox, tətbiq olunubsa – kim tərəfindən və nə vaxt);
8.1.13. ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat;
8.1.14. Azərbaycan Respublikasında cinayət məsuliyyətinə və ya inzibati
məsuliyyətə cəlb edilməsi haqqında məlumat;
8.1.15. Azərbaycan Respublikasında vəfat etdiyi tarix, yaxud ölmüş və ya itkin
düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix,
məhkəmənin adı və yeri.
8.2. Miqrasiya uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən Vahid Miqrasiya
Məlumat Sistemi vasitəsi ilə aparılır.
8.3. Aidiyyəti dövlət orqanları miqrasiya uçotunun aparılması məqsədi ilə müvafiq
məlumatları istifadələrində olan informasiya resursları və sistemləri vasitəsi ilə
müvafiq icra hakimiyyəti orqanına ötürürlər.
8.4. Vahid Miqrasiya Məlumat Sisteminin məlumat resurslarının formalaşması və
ondan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
əsasnamə ilə müəyyən olunur.
Dostları ilə paylaş: |