cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv
edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid
Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
Maddə 48. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi
48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir.
48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin
uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
əsaslandırılmalı
və
bu
barədə
onlara
yazılı
məlumat
verilməlidir.
48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin
uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş
hallar aradan qalxdıqdan sonra baxılır.
48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla
qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına
təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən
(müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını
təsdiq edən sənədi təqdim edirlər.
Maddə 49. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazənin müddəti
49.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, bu
Məcəllənin 45.0.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ərizəçinin
müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq
əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
49.2. Bu Məcəllənin 45.0.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə
verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla
bilər.
49.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin
müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir.
Maddə 50. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi
(müddətinin uzadılmadığı) hallar
50.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti
uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:
50.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə
zərər vurula biləcəyi hallarda;
50.0.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq
məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
50.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 44-cü
maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
50.0.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin
bitməsinə 3 aydan az vaxt qaldıqda;
50.0.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu
xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda
(Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
50.0.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla,
həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;
50.0.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması
üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə
bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
50.0.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən
kənarda olduqda;
50.0.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini
tərk etdikdə;
50.0.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
50.0.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma
barədə qərar qəbul edildikdə;
50.0.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə
Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda.
Maddə 51. İş icazəsi
51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.
51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən
hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar.
51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına
icazə verən rəsmi sənəddir.
51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilir.
51.5. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən
əmək
miqrasiyası
kvotası
çərçivəsində
həyata
keçirilir.
51.6. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək
miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin
artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi
qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa
malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin
mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan
ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək
ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən