edilir.
51.7. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
51.8. İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi,
habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. İş icazəsinin
təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
FƏSİL 8
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ
DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ
Maddə 52. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq
edən sənəd
52.1. Bu Məcəllənin 45.0.1–45.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla
müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.
52.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.
52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan
Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq
hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri
üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
52.5. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə
vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 53. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün tələb olunan sənədlər
53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün
aşağıdakı sənədləri təqdim etməlidirlər:
53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-
anket;
53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
53.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin
notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış
şəxslər üçün);
53.1.4. ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti,
yaşadığı və ya olduğu yer göstərilməklə) arayış;
53.1.5. nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
53.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu
xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması
haqqında arayış;
53.1.7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə
üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın
qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda
onların
təminatını
öz
üzərinə
götürdüyü
hallar
istisna
olmaqla);
53.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə,
bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri;
53.1.9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə
vəsiqəsinin surəti;
53.1.10. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına
əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında
təsdiq olunmuş surəti;
53.1.11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
53.1.12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;
53.1.13. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun
dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
53.1.14. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış
sahəsinin olduğu hallar istisna olmaqla);
53.1.15. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan
şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
53.1.16. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
53.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan
şəxslərə təqdim edildiyi zaman verilir.
53.3. Daimi yaşama icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15
yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun
olaraq əl-barmaq izləri götürülür.