şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi
diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər
üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun
olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında
həyata keçirilir.
Maddə 43. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında müvəqqəti olma
müddətinin
uzadılmadığı
hallar
43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti
olma
müddətinin
uzadılması
haqqında
qərar
isə
ləğv
edilir:
43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan
Respublikasının
milli
təhlükəsizliyinə
zərər
vura
biləcəyi
hallarda;
43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə
zərər vura biləcəyi hallarda;
43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq
məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;
43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda;
43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini
uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda;
43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.
43.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər
sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt
qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.
FƏSİL 7
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ
YAŞAMAQ ÜÇÜN İCAZƏ
Maddə 44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu
təsdiq edən sənəd
44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.
44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilir.
44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə
vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan
Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq
hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri
üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən
sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu
barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli
və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə
təqdim etməlidirlər.
44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə
vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 45. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar
45.0. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan
Respublikasının
ərazisində
müvəqqəti
yaşamaq
üçün
icazə
verilir:
45.0.1.
Azərbaycan
Respublikasının
vətəndaşı
ilə
yaxın
qohumluq
münasibətlərində olduqda;
45.0.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
45.0.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində
daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə
pul vəsaiti olduqda;
45.0.4. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə
yüksək səviyyəli mütəxəssis olduqda;
45.0.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan
əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
45.0.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və
nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
45.0.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
45.0.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
45.0.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani
formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
45.0.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə
məşğul olduqda;
45.0.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə
tutulmuş əsaslar olduqda.
QEYD: Bu Məcəllənin 45.0.7-ci maddəsində göstərilən hal o vaxt Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas
hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər