Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

 
72
 
 Müəllim  şagirdlərlə birlikdə  dərslikdəki mətnlə tanış olub, əvvəl qazandıqları 
biliklərə  əsasən, uyğun sualları müzakirə edə bilər. Məsələn, “Hüceyrə hansı funksiyaları 
yerinə yetirə bilir? Birhüceyrəlilər bu funksiyaları necə  həyata keçirirlər? Çoxhüceyrəli 
orqanizmlər necə qurulmuşdur? (Bədən çoxlu sayda hüceyrədən təşkil olunub, hüceyrələr 
toxumalarda birləşib, toxumalardan orqanlar əmələ  gəlir, onlar isə, öz növbəsində, 
orqanizmi formalaşdırır). Hansı çoxhüceyrəli heyvanların adını  çəkə bilərsiniz? Onurğalı 
heyvanlar onurğasızlardan nə ilə  fərqlənir?” və s. Bu müzakirələr “Fəaliyyət” blokunda 
nəzərdə tutulmuş laboratoriya işinə şagirdlərin hazırlanmasını təmin edir.  
 Müəllimin seçimindən və təchizatdan asılı olaraq praktik iş hazır preparatlar, yaxud 
müvafiq tablolar üzərində aparıla bilər.  İmkan olduqda, canlı hidranı da müşahidə edə 
bilərlər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır. 
 Təqdim olunan material 7-ci sinif şagirdləri üçün yeni olduğuna görə şifahi müza-
kirələrlə yanaşı, sxem, cədvəl və şəkillərdən də istifadə etmək tövsiyə olunur. Şagirdlərin 
dəftərlərində müvafiq qeydlər aparmaları yeni məlumatı daha yaxşı yadda saxlamaları üçün 
faydalı olardı. Məsələn: 
Tip 
Bağırsaqboşluqlular
  
Sinif 
Sinif 
Sinif 
 
hidrozoalar
 
sifoid meduzaları
  
mərcan polipləri
  
Nümayəndələri
Nümayəndələri 
Nümayəndələri 
şirin su hidrası
  
 
aureliya
 
aktiniya
  
Dərsin məqsədlərini nəzərə alaraq aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:
 

 
Bağırsaqboşluqluların ümumi xüsusiyyətləri

 
Bağırsaqboşluqluların sistematikası; 

 
“Şüalı simmetriya” anlayışını  təfərrüatı ilə izah etmək vacibdir. Bununla əlaqədar olaraq 
riyaziyyatdan simmetriya anlayışını  və onun elementlərini (simmetriya oxu, simmetriya 
müstəvisi) təkrar etmək məqsədəuyğundur. 

 
Hidranın hüceyrəvi quruluşu (ekto- və entodermanı təşkil edən hüceyrələr, onların quruluşu); 

 
Müxtəlif siniflərə aid olan bağırsaqboşluqluların səciyyəvi xüsusiyyətləri. 
Hidranın hüceyrəvi quruluşunu əks etdirən sxem tərtib etmək də mümkündür. Məsələn,  
 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus və ingilis dillərində müvafiq 
materiallar yerləşdirilmişdir. 
Ektoderma 
dəri-əzələ 
hüceyrələri 
dalayıcı           
hüceyrələr 
aralıq            
hüceyrələr 
cinsiyyət  
hüceyrələri 
sinir  
hüceyrələri 


 
 
73
”Öyrəndiklərinizi tətbiq edin” bölümündə təqdim olunmuş cədvəli həm dərs ərzində
həm sonda tamamlamaq mümkündür. 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar dərsdə  mənim-
sənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş bacarıqların 
formalaşması üçün zəmin yaradır. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=j1-wahRfsk0 
http://www.youtube.com/watch?v=sHqse68IwkU 
http://tana.ucoz.ru/load/214 
http://video.yandex.ru/users/shishlena-ru/view/2/user-tag 
http://www.youtube.com/watch?v=SJH-dnuPyeI 
http://www.youtube.com/watch?v=z0Q7LgAgW1k 
 
Dərs 33/ Mövzu 28
BAĞIRSAQBOŞLUQLULARIN HƏYAT FƏALİYYƏTİ
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə  dərslikdəki rəvayətlə tanış 
olur. “Niyə bağırsaqboşluqlulara aid olan heyvan məhz “hidra” adlanır?”, “Bu rəvayətdə 
hidranın hansı xüsusiyyəti həqiqətə uyğundur?” sualları üzrə müzakirələr aparılır. 
 
 Paraqrafdakı praktik iş dərslikdəki şəkillər əsasında qurulur. Dərs zamanı müəllim 
tablolardan, fotoşəkillərdən də istifadə edə bilər. Keçmiş dərslərdə bağırsaqboşluqlular haq-
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Bağırsaqboşluqlu-
ların quruluşu və 
müxtəlifliyi haqqında  
mülahizələrini müəl-
limin köməyi ilə şərh 
edir. 
Bağırsaqboşluqluların 
quruluşu və müxtəlif-
liyi haqqında  mülahi-
zələrini şərh edərkən 
səhvlərə yol verir. 
Bağırsaqboşluqlu-
ların quruluşu və 
müxtəlifliyi haqqında  
mülahizələrini 
qismən şərh edir.  
Bağırsaqboşluqluların 
quruluşu və müxtəlifli-
yi haqqında  mülahizə-
lərini ətraflı şərh edir. 
 
Bağırsaqboşluqlula-
rın sistematik kateqo-
riyalarına aid hey-
vanları  yalnız müəl-
limin köməyi ilə 
fərqləndirir. 
Bağırsaqboşluqluların 
sistematik kateqo-
riyalarına aid hey-
vanları fərqləndirən 
zaman səhvlərə yol 
verir.  
Bağırsaqboşluqlula-
rın sistematik kate-
qoriyalarına aid hey-
vanları, əsasən, 
düzgün fərqləndirir. 
Bağırsaqboşluqluların 
sistematik kateqoriya-
larına aid heyvanları 
düzgün fərqləndirir. 
Alt 
STANDARTLAR 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Bağırsaqboşluqlularda gedən həyati prosesləri fərqləndirir. 
 
 


 
74
qında qazanılmış biliklərdən faydalanaraq şagirdlər meduza və hidranı müqayisə edir, oxşar 
və fərqli cəhətlərini qeyd edirlər. Bu zaman müəllim istiqamətləndirici suallar verə bilər:  

 
Hidra harada yaşayır?
 
 

 
Hidranın bədən forması necədir? 

 
Hidranın bədən boşluğu necə adlanır? 

 
Hidranın bədən simmetriyası necədir və bu nə ilə əlaqədardır?  

 
Hidranın bədəni hansı qatlardan təşkil olunub?  

 
Entoderma və ektodermada hansı hüceyrələr yerləşir? Və s. 
 
 Nəzəri materialda çoxlu sayda yeni anlayışların və terminlərin olmasını  nəzərə 
alaraq dərsin izahı zamanı  əyani vəsaitlərdən (plakatlar, sxemlər, maketlər, modellər, 
elektron təqdimatlardan və videomateriallardan) fəal istifadə olunması tövsiyə edilir. 
Materialın vizual vəsaitlərdən istifadə olunaraq təqdim edilməsi onun qavranmasını daha da 
asanlaşdırır. Mətnin oxunmasında “Fasiləli oxu” üsulunu da tətbiq etmək olar. Müəllim 
mövzunun izahını bu suallar ətrafında apara bilər: 

 
Heyvanların həyati forması nədir? (polip və meduza misalında); 

 
Hidra necə hərəkət edir? 

 
Hidranın həzm prosesi (tənəffüsü, çoxalması) necə baş verir? 

 
Refleks nədir? Hidranın həyat fəaliyyətində sinir sisteminin əhəmiyyəti nədədir?  

 
Regenerasiya nədir? 
Dərsdə refleksin mərhələləri barədə sxematik məlumat vermək olar:  
 
Şagirdləri maraqlı tarixi faktla da tanış etmək olar. 
 
1740-cı ildə holland alimi Abram Tramble su hövzəsində hidranı görüb, onun bitki 
olduğunu düşünür. O, fərziyyəsini yoxlamaq üçün hidranı iki hissəyə bölür. Bir qədər vaxt 
keçdikdən sonra hər hissənin yeni orqanizmə qədər bərpa olduğunu müşahidə edir. Sonra 
o, hidranı daha kiçik hissələrə bölür. Onların yenə  bərpa olması  tədqiqatçını çox 
təəccübləndirir. Beləliklə, hidranı “ölməz” hesab etmək olar.  
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda yerləşdirilən materiallardan 
istifadə etmək mümkündür.  
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim 
olunmuş tapşırıqlarda  şagirdlər dərsdə qazanılan biliklərdən faydalanaraq düzgün cavabları 
qeyd edirlər. Əldə edilmiş biliklərin tətbiqi zamanı  dərsin məqsədlərində qeyd olunmuş ba-
carıqlar formalaşır.
 
Qiymətləndirmə meyarları: fərqləndirmə 
 
Elektron resurslar: 
http://biology-online.ru/video/rubrics/2-tip-kishechnopolostnye.html 
http://animalika.ru/publ/tip_kishechno_polostnye/8 
http://www.youtube.com/watch?v=IboP7JxAmSk 
http://www.youtube.com/watch?v=XRLZrWmJ6hE 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Bağırsaqboşluqlular-
da gedən həyati pro-
sesləri yalnız müəlli-
min köməyi ilə fərq-
ləndirir.  
Bağırsaqboşluqlular-
da gedən həyati pro-
sesləri fərqləndirər-
kən səhvlər buraxır. 
Bağırsaqboşluqlularda 
gedən həyati prosesləri 
fərqləndirərək kiçik 
qeyri-dəqiqliyə yol 
verir. 
Bağırsaqboşluqlular-
da gedən həyati 
prosesləri düzgün 
fərqləndirir. 
Qıcıqlanmanın təsiri 
sinir hüceyrələrində 
oyanmaya səbəb olur. 
Oyanma sinir 
toruna ötürü-
lür. 
Dəri-əzələ hücey-
rələrinin əzələ lif-
ləri yığılır. 
Hidra yu-
maq kimi 
yığılır.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə