251
Seyidbəylinin ilk hekayələri və povestləri müasirliyi duymaq, dərk
etmək, ondan sənətkarcasına istifadə etmək hesabına meydana
çıxıb.
Müəllif yazıçı kimdir saualına cavab axtarır, belə bir cavab da
diqqətdən yayınmır: “Konfliktlər fonunda çalışan yazıçıdır”. Təbii
ki, buna uyğun olaraq “oxucu kimdir?” sualı da fikrimizə gəlir.
Qəhrəmanın həyatını, taleyini yaşada bilən oxucudur. Nə qədər
poetik səslənsə də, Həsən Seyidbəylinin qəhrəmanı oxucunun
zövqünü oxşaya bilir. Həsən Seyidbəylinin əsərlərindəki dramatizm
oxucunu gərginlikdə saxlaya bilir. Bu yerdə Baba Babayev
“Telefonçu qız” povestindəki dramatizmi misal göstərir. Bu
əsərdəki dramatizm daxili konfliktlə müşayiət olunur. Həm də
Həsən Seyidbəylinin istedadı kəskin dramatizm və ziddiyyətsiz
konfliktlər yaratmaqda özünü göstərir. “Mən ki gözəl deyildim”,
“Söyüdlü arx” əsərlərindəki yazıçılıq məharəti də (B.Bayramov,
İ.Əfəndiyev) obrazlar arasındakı mübarizənin yaratdığı situasiya-
lardadır. Yazıçılar bilə-bilə öz qəhrəmanlarını çətin vəziyyətlərə
salırlar. “Telefonçu qız” povestində də yazıçını tənqidçi alim gözəl
duyub, bu sürətlərin başqa sürətlərlə müqayisədə əsl dramatik
səviyyəsini açıb göstərib. Onu da qeyd etmək olar ki, “Telefonçu
qız”ın (Mehribanın) xarakterik cizgilərini bu səviyyədə təqdim
etmək əsl tənqidçinin işidir.
Baba Babayev Həsən Seyidbəylinin ədəbi-bədii görüşlərində
xüsusi seçilən lirik-psixoloji üslubu da öz baxışlarında açıqılayır.
Bu üslubun kök saldığı “Çiçək”, “Telefonçu qız”, “İllər keçir”,
“Tərsanə”, “Cəbhədən-cəbhəyə” əsərlərinə əsasən, Həsən Seyid-
bəylinin psixoloji durum yaratmaq məharəti haqqında səviyyəli
oxucudan tutmuş mütəxəssis alimə qədər hamıya bəllidir. Ancaq
professional səviyyədə nəsrdə lirizmdən, onun qabarıq keyfiyyət-
lərindən layiqincə danışmaq həm də yazıçıya olan hörmətdən irəli
gəlir. Tənqidçinin Çiçək kimdir? Sualı ətrafında çoxlu mübahisələr
etmək olar. Baba Babayev də Çiçəyə olan münasibətində onun həm
mənfi xüsusiyyətlərini (bu mənfilik onun şəxsiyyətini aşağı salmır),
həm də müsbət keyfiyyətlərini görüb qiymətləndirir. O, kənd
həyatını yaxşı bildiyindən povestindəki kəndlə bağlı yazıçının
qeydlərindəki səriştəsizliyi yerində tuta bilib.
252
Ədəbiyyat qarşısında duran məsələlərdən biri yazıçı və
müasirlik problemidir. Köhnəlməyən mövzular ədəbiyyatda həmişə
yaxşı qarşılanıb. Bu məsələ həm də bəşəri mahiyyət kəsb edir. Necə
əsər yaratmaq lazımdır ki,indi də yaxşi oxunsun, gələcəkdə də yaxşı
qarşılansın. Bu sahədə Azərbaycan ədəbiyyatında layiqli sənətkarlar
özlərini təsdiq ediblər. Ancaq milli zəminə əsaslanan bədii əsər
yaratmaq isə Azərbaycan yazıçısının işidir. Bəs milli Azərbaycan
yazıçısı ifadəsini kimə aid etmək olar? Bu suala cavab tapmaq
tənqidçinin işidir. Baba Babayevin bu məsələyə münasibəti
aşağıdakı cümlələrdə daha aydın görsənir. “Həsən Seyidbəylinin
yaradıcılığı müasirlik hissinin qabaqrıqlığı və ideya-mündəricəsinin
əhatəliliyi ilə diqqəti cəlb edir. Yazıçı yaradıcılığına müasirlik kimi
yüksək estetik prinsipləri baxımından yanaşdığı üçün oxucusunu
yormur, yaratdığı obrazların daxili aləminə nüfuz etməsi əsərlərinin
ideya-sənətkarlıq xüsusiyyətlərini və həll etmək istədiyi problem
dairəsini düzgün müəyyənləşdirir”. Bu fikirlərin struktur təhlilini
verməklə müasirliyə olan münasibəti aydınlaşdırmış olarıq.
-Hansı yazıçı müasirdir? – Yaratdığı obrazların daxili aləminə
nüfuz etməyi bacaran yazıçı.
-Hansı mövzu müasirdir? – Həll etmək istədiyi problemin
dairəsini düzgün müəyyənləşdirən mövzu.
Bu iki hökmün nəticəsi kimi aşağıdakı cümlə fikrimizi tam
əsaslandıra bilir. “Tərsanə” romanını oxuduqdan sonra müəyyən
etmək çətin deyil ki, o fəhlə mövzusu ilə qəlbən, ürəkdən bağlı olan
bir sənətkar olmuşdur”. Buradan təbii bir sual yaranır: “Tərsanə”
romanı müasirdirmi? Bu sualın Baba Babayevin düşüncəsində
cavabı belədir: “Uzaq sahillərdə”, “Telefonçu qız”, “İllər keçir”,
“Cəbhədən-cəbhəyə”, “Çiçək”, “Tərsanə” roman povestlərinin
yaranma tarixindən 50 ildən çox vaxt keçdiyinə baxmayaraq, aktu-
allığını və estetik dəyərini bu gün də qoruyub saxlayan, hətta bu gün
də insanları düşündürən, özünə cəlb edən yaradıcılıq nü-
munələridir”.
Müasirlik həm də insanı yaxın tarixi keçmişimizə bağlamalıdır.
Yəni oxucu yaxın və ya uzaq keçmişdə yaşamağı da mütaliə zamanı
bacarmalıdır. Bu isə yazıçının sənətkarlığından birbaşa asılıdır.
Hətta oxucunu keçmişə aparıb gətirə bilərsə, əsər onda müasirliyə
daha yaxşı xidmət edə bilər. Baba Babayevin əsərdən verdiyi
253
retrospektiv çözüm yaddaşda oxucunu 70-ci illərə qaytara bilir. “Bu
otağın mebeli açıq-qəhvəyi rəngdə idi. Artıq hər şey yerbəyer
olmuşdursa da, burada 18-19 yaşlı oğlan uşağının yaşadığı o dəqiqə
hiss olunurdu. Stulların söykənəcəyində, çarpayının üstündə idman
paltarı, cürbəcür qalstuklar, əzilmiş cib yaylığı, “Vokruq sveta” və
“Texnika molodyoji” yazı stolunun siyirtməsində sınmış pərgar,
rəsmxətt ləvazimatı, jurnallardan kəsilib şifonerin içəri üzünə
yapışdırılmış şəkillər, çiyinlərinin, qollarının və qılçalarının əzələ-
ləri əfsanəvi bir tərzdə qabarmış idmançıdır.
“Yeniyetmələr” filmindən ərəb aktrisası Maqdanın şəkili,
Andrey Bolkonski rolunda Vyaçeslav Tixonovun yorğun, ağıllı
sifəti, aktrisa Svetliçnayanın rəngini itirmiş iri, süzgün gözləri.
Bridjit Bardonun açıq dodaqları və yuxarıda ayrıca bir guşədə Tahir
Salahovun çəkdiyi Qara Qarayevin şəkli”.
Bu və ya digər təsvirlər bizə yaşadığımız post-sovet
məkanındakı mənzərəni xatırladır. Qısaca belə demək olar ki,
“Tərsanə” müasir romandır. Bizi “Tərsanə”dəki hadisələrdən olsa-
olsa 20-30 il ayırır. Bunu nəzərə alıb demək olar ki “Tərsanə” ro-
manının ikinci hissəsi bizim zamanımızda həyatımıza qayıdacaq.
(Biz məqaləni çapa hazırlayarkən məlum oldu ki, romanın ikinci
hissəsi nəşr olunub – R.Ə.)
Baba Babayev Həsən Seyidbəylinin heç bir əsərinə gözgörəlik
etmir. O yazıçının povest və romanlarını həm tərifləyir, həm də
tənqid etməkdən çəkinmir. Bunu çap olunmamış “Tərsanə”nin
ikinci hissəsinə də aid etmək olar. O, əsərdə obrazların taleyindən
narahatdır. Lalənin, Tutunun, Ələsgərin sevgi macəraları, Əyyub
Qəriblinin gəmi təmiri zavodunda rəhbərliyindəki perspektivlər
dumanlı qalır.
Baba Babayevin təqdimində Həsən Seyidbəyli müharibə
mövzusunda tarixi əsərlər yazan sənətkar kimi də öz qiymətini alır.
“Ürək”, “Qardaş qəbri”, “Fəryad”, “Medalyon”, “Yaşıdlarım”,
“Müharibə”, “Səadət mübarizləri”, “Ağır günün dostları”, “Uzaq
sahillərdə”, “Cəbhədən cəbhəyə”, “Mübahisəli şəhər”, “General”,
“Burada insan yaşamışdır” kimi povest və romanlarda faşistlərə
qarşı xalqımızın cəbhədə və arxada mübarizəsindən, müharibə
dövrünün insanlarının fədəkarlığından bəhs edilir. Onun müharibə
Dostları ilə paylaş: |