Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   117   118   119   120   121   122   123   124   ...   131

 
246 
və təsərrüfat proseslərini daha effektli şəkildə təşkil etməyə imkan verəcək və yenidən yaradılacaq 
SC-nin istehsal etdikləri mallar rəqabətə davam gətirəcək. 
Səhm təkrar ixracı zamanı eldə edilən vəsait investisiya fəaliyyətinin finansmanında istifadə 
edilir. Bu zaman daha effektli mənbə və finansman mexanizmi işlənib hazırlanmalıdır. Bu zaman 
biz aksiya emissiya etməli, istiqraz buraxmalı, borc almalı və s. bu kimi məsələləri həll etməliyik. 
Ə
gər şirkət yeni emissiya keçirməyi planlaşdırırsa, onda aşağıdakıları müəyyən etməlidir: 
- emissiyanın həcmi; 
- Səhmlərin  yerləşdirilməsi şərtləri; 
- Səhmbazarında yerləşdirəcəyi emissiya qiyməti.  
Səhm  ixracı  məsələsini  həll  etmək  üçün  aşağıdakı  istiqamətlər  üzrə  analitik  işlərin 
aparılması tələb edilir: 
 ş
irkətin  fəaliyyət  göstərdiyi  sahənin  analizi  (və  yaxud  da  yeni  yaradılacaq  şirkətin 
fəaliyyət sahəsi); 
 ş
irkətin  fəaliyyət  göstərdiyi  sahədə  vəziyyətin  öyrənilməsi;  SC-nin  finans  vəziyyətinin 
analizi. 
Belə  hazırlıq  vəziyyətinin  nəticəsi  olaraq  qiymətli  kağızın  ixrac  edilib-edilməməsi 
məsələsini həll edirik. 
Ə
gər biz səhm  ixrac edəcəyimizə qərar veririksə, onda aşağıdakı addımlar atılmalıdır: 
- buraxılacaq səhmin növü müəyyən edilir; 
- səhmin buraxılması təşkil edilir; 
- səhmin emissiya və buraxılma vaxtı əsaslandırılır, aksiyanın ictimai ixracı üçün lazım olan 
pul vəsaiti müəyyən edilir. 
Qanuna  və  nizamnaməyə  uyğun  olaraq  səhmin  buraxılması  qərarını  emitentin  idarəetmə 
orqanı qəbul edir. Hazırlıq mərhələsi zamanı 2 ən mühüm sənəd tərtib edilməlidir: biznes planı və 
qiymətli  kağızların  emissiya  layihəsi.  Səhmin  emissiya  layihəsinin  işlənib  hazırlanması  prosesi 
ikinci mərhələ hesab edilirdi. Bu sənəd də əsasən yeni SC-nin yaradılması və yaxud da əlavə səhm 
ixrac edilən zaman mühüm əhəmiyyət kəsb edir. Bu normativ sənəddə üç informasiya öz əksini 
tapmalıdır: 
- emitent haqqında əsas məlumatlar; 
- onun maliyyə vəziyyətini xarakterizə edən məlumatların olması; 
 - ixrac ediləcək qiymətli kağızların xarakteristikası. Qiymətli kağızların emissiyasının 3-cü 
mərhələsi onların buraxılışının qeydiyyatdan keçməsidir. 
Səhmin  təkrar  ixracının  qeydiyyatdan  keçməsi  üçün  lazım  olan  normativ  sənədlər 
aşağıdakılardır: 
- qeydiyyatdan keçməsi üçün ərizə; 
- səhmin buraxılması qərarı; 
- notariusda təsdiq edilən təsis sənədlərinin surətləri; 
- emissiya layihəsi (2 nüsxə); 
-  ödəmə  tapşırığının  surəti  (səhm  əməliyyatına    görə  verginin  ödənilməsi  haqqında  ödəmə 
tapşırığı surəti. 
Qeydiyyatdan keçirən orqanın təqdim olunan sənədlərə heç bir iddiası olmadıqda emitentə 
aşağıdakı sənədləri verir:  
- qeydiyyatdan keçməsi barədə bəyanatın nüsxəsi; 
- qiymətli kağızın dövlət qeydiyyatından keçməsi aktını təsdiq edən məktub və ya мəktubda 
aşağıdakılar göstərilməlidir:  qeydiyyatdan keçmiş aksiyanın həcmi və xarakteristikası;  tarix və 
dövlət qeydiyyat kodu. 
Səhm emissiyasının dördüncü mərhələsi ondan ibarətdir ki, emitent emissiya layihəsi nəşr 
edir ki, bütün maraqlanan alıcılar informasiyaya sahib olsunlar. 
Beşinci  mərhələ  isə  səhmlərin  realizasiyasıdır,  yəni  birinci  alıcısına  satılmasıdır.  Bunu 
emitentin özü və yaxud da qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan anderrayterlər də 
edə bilərlər. 


 
247 
Səhm  emissiyasının  sonuncu  mərhələsi  ixracın  nəticələri  barədə  hesabatın  verilməsindən 
ibarətdir.  Emitent  2  şəkildə  hesabat  hazırlamalıdır.  Biri  aksionerlər  üçün,  digəri  isə  dövlət 
orqanları üçün. Emitent aksionerlər qarşısında illik keçirilən iclasda hesabat verir, dövlət orqanları 
qarşısında  isə  qiymətli  kağızların  yerləşdirilməsi  ərzində,  həmçinin  də  bitdikdən  sonra  hesabat 
verir. Emitentin təqdim etdiyi hesabata aşağıdakılar daxil edilməlidir. 
- Səhm realizasiya qiyməti, sayı, növü və ödəmə forması; 
- yerləşdirmənin iştirakçıları barədə (banklar və investisiya institutları); 
- emitentin aksiyalarının nəzarət paketinin sahibi haqqında 
-  nizamnamə  kapitalında  direktorlar  şurası  və  idarə  heyəti  üzvlərinin  payı  barədə  və 
səhmlərin  yerləşdirilməsi haqqında olan digər məlumatlar. 
 
 
6.2. KAP TAL  ANLAYIŞI  
 
Təsərrüfat  subyektinin  fəaliyyətinin  maliyyələşməsi  sistemində  əsas  anlayışlardan  biri 
kapitaldır.  Bu  kateqoriyanın  izah  edilməsi  üçün  üç  əsas  yaxınaşmanı  müəyyən  edirlər:  iqtisadi, 
mühasibat və uçot-təhlil.  
qtisadi yaxınlaşma çərçivəsində kapitalın fiziki konsepsiyası yerinə yetirilir və cəmiyyətin 
gəlirlərinin  universal  mənbəyi  olan  və  dövlət  daxil  olmaqla  şəxsi  (onun  daşıyıcısından,  yəni 
insandan  uzaqlaşmayan),  özəl,  ictimai  birliklərə  bölünən  resursların  cəmi  kimi  geniş  mənada 
nəzərdən keçirilir. Kapitalın iki son növünü, öz növbəsində, real və maliyyə növünə ayırmaq olar. 
Real kapital istehsal amillərində (binalar, maşınlar, nəqliyyat vasitələri, xammal və digərləri) ifadə 
olunur; maliyə isə qiymətli kağızlarda və pul vəsaitlərində.  
Müəssisə  səviyyəsində  yerinə  yetirilən  mühasibat  yaxınlaşması  çərçivəsində  “kapital”  termini 
xalis  aktivlərin  sinonimi  kimi  çıxış  edir,  onun  həcmi  isə  müəssisənin  aktivlərinin  məbləği  və  onun 
öhdəliklərinin həcmi arasındakı fərq kimi hesablanır.  
Uçot-təhlil yanaşması mahiyyət etibarilə iki əvvəlki yanaşmanın birləşməsidir və kapitalın 
fiziki və maliyyə konsepsiyalarının modifikasiyasından istifadə edir. Bu halda resurslar cəmi kimi 
kapital  eyni  vaxtda  iki  tərəfdən  xarakterizə  edilir:  a)  onun  qoyulma  istiqamətləri  (kapital  vahid 
müstəqil substansiya kimi mövcud deyildir və həmişə bəsi fiziki formaya salınır) və b) yaranma 
mənbələri kimi (kapital haradan alınmışdır və kimindir). Müvafiq olaraq kapitalın iki bir-biri ilə 
qarşılıqlı  əlaqədə  olan  müxtəlifliyini  ayırırlar:  aktiv  və  passiv.  Aktiv  kapital  –  təsərrüfat 
subyektinin istehsal gücüdür və onun mühasibat balansının aktivində iki blok - əsas və dövriyyə 
kapitalları  formasında  formal  olaraq  təqdim  edilmişdir.  Passiv  kapital  –  vəsaitlərin  uzunmüdətli 
mənbələridir  və  onların  hesabına  subyektlərin  aktivləri  formalaşmşdır;  onlar  xüsusi  və  borc 
kapitalına bölünmüşdür.  
Xüsusi  kapital  üçüncü  tərəflərin  tələbləri  ödənildikdən  sora  müəssisə  sahiblərinə  çatan 
müəssisə aktivlərinin dəyərinin bir hissəsidir. Formal xüsusi kapital isə balans passivində bu və ya 
digər dərəcədə ifadə olunmudur; onun əss komponentləri nizamnamə, əlavə və ehtiyat kapitalları, 
eləcə də paylaşdırılmamış gəlirdir.  
Borc kapitalı isə üçüncü şəxslər tərəfindən müəsisəyə uzun müddətə verilən vəsaitlərin pul 
baxımından  qiymələndirilməsi  deməkdir.  Xüsusidən  fərqli  olaraq,  borc  kapitalı  qaytarılmalıdır, 
qaytarılması  şərti  barədə  onun  yığılması  vaxtında  danışılır;  o  mənada  daimidir  ki,  kapital 
təchizatçıları nöqteyi-nəzərindən borcun əsas məbləğinin nominal həcmi dəyişmir. Forml olaraq 
borc kapitalı balansın passivində müəssisənin üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərinin 
cəmi kimi ifadə edilmişdir, onun əsas komponentlıri isə uuzunmüddətli kreditlər və borclardır.  
Uçot-təhlil yanaşmasına əsasən kapitalın həcmi mühasibat balansının üçüncü və dördüncü 
bölmələrinin yekunlarının məbləği kimi hesablanır. 
Maddi-əşya baxımından ifadə olunması nöqteyi-nəzərindən mənbələrin digər bütün növləri 
kimi kapitalın sahibi göstərilməmişdir, yəni o, müəssisənin müxtəlif aktivlərinə görə yayılmışdır. 
Bu  mənada  xüsusi  və  borc  kapitalının  olmasını  heç  bir  vaxt  belə  təsəvür  etmək  olmaz  ki, 
hesablama hesabındakı vəsaitlərin bir hissəsi xüsusi, bir hissəsi isə borc vəsaitlərdir.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə