242
Banklardan istənilən an çıxarılmaq üzrə qoyulan əmanətlərə müddətsiz, müəyyən bir müddət
sonunda götürülmə ilə qoyulan əmanətlərə isə müddətli əmanət deyilir. Tələb olunanadək depozitlər
müxtəlif bank hesablarındakı vəsaitlərin sahibinin pul və hesablaşma sənədlərini yazmaqla birinci
tələbdən əldə edə bilməsidir. Bunlara hüquqi şəxslərin cari və hesablaşma hesabında saxlanılan
vəsaitlər, müxtəlif təyinatlı fondların vəsaitləri, hesablaşmalardakı vəsaitlər, digər kreditorların
vəsaitləri, digər bankların müxbir hesablarındakı vəsait-lərin qalığı, fiziki şəxslərin tələb edilənədək
ə
manətlərdəki vəsaitləri və s. aiddir. Depozit sahiblərinin kateqoriyalarından asılı olaraq depozitləri
hüquqi və fiziki şəxslərin depozitlərinə bölmək olar. Depozit əməliyyatının subyekti banklar və
pulun sahibləri olan kreditorlar, obyekti isə banka verilən pullar sayılır. Bu hesabın sahibi üçün üs-
tünlüyü onun yüksək likvidli olmasıdır. Ancaq onlar üzrə faizlər ya ödənilmir, ya da aşağı faiz
müəyyən edilir.
Nəzərə alsaq ki, dünya bank təcrübəsində bankların cəlb etdiyi vəsaitlərin əsas hissəsini
(təqribən 60-70 %ni) müddətli depozitlər təşkil edir, bizdə müddətli depozitlərin ümumi
depozitlərdə xüsusi çəkisi 2-3 dəfə aşağıdыr. Müxtəlif növlü depozit və əmanətlər üzrə ödənilən
faiz siyasəti stimullaşdırıcı rola malik olmalı və müştəriləri öz vəsaitlərini nəinki qısa müddətə,
hətta uzun müddətə banklarda saxlamağa təhrik etməlidir.
Bankların əsas xərcləri depozit və əmanət xidməti ilə bağlıdır. Cəlb edilmiş vəsaitlərin
tərkib hissəsindən biri də əmanət qoyuluşlarıdır. Yerli təcrübədə əmanət hesabları yalnız fiziki
şə
xslərə, xarici təcrübədə isə həm də qeyri-kommersiya təşkilatlarına və işgüzar firmalara da
açılır. Fiziki şəxslər üçün açılan əmanət qoyuluşlarının müxtəlif növləri vardır: müddətli, uduşlu,
məqsədli və s.
Azərbaycan Respublikasında mövcud bank qanunvericiliyinə uyğun olaraq əhalinin
ə
manətləri bütün banklar tərəfindən, onların nizamnaməsində belə əməliyyatların aparılması üçün
Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi lisenziya əsasında qəbul edilə bilər.
Ə
manətçi ilə bağlanmış müqaviləyə əsasən bank əmanətçinin qoyduğu pul vəsaitini
saxlamağı, əmanət üzrə faiz şəklində və bankların təklif etdiyi başqa formada gəlir ödəməyi,
ə
manətlə hesablaşmalar üzrə əmanətçinin tapşırıqlarını yerinə yetirməyi tutulmuş şərtlərlə və
qaydada geri qaytarmağı öhdəsinə götürür.
Banklar ilk növbədə müştərilərin vəsaitlərini cəlb etmək və ya onların vəsaitlərini özündə
saxlamaq üçün onlara kifayət qədər yüksək faiz gəliri əldə etməyi təmin etməlidir. Digər tərəfdən
isə banklar kifayət qədər yüksək faiz dərəcəsindən qaçmalıdırlar.
Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasətini təyin etməkdə
sərbəstdirlər. Kommersiya banklarının bu cür siyasətinə müəyyən amillər təsir göstərir. Bankların
faiz dərəcəsinə təsir göstərən əsas amillərdən biri Mərkəzi Bankların apardığı uçot siyasətidir.
Çünki uçot siyasətinin aşağı düşməsi və ya qalxması kommersiya banklarının ssuda və depozitləri
üzrə faizlərinin aşağı düşməsinə və ya qalxmasına səbəb olur. Mərkəzi bankların açıq bazarda
apardığı əməliyyatlar da kommersiya banklarının faiz siyasətinə təsir göstərən pul-kredit
tənzimlənməsinin əsas metodlarından biridir.
Düzdür, bu gün depozit problemi ilk növbədə banka inamla bağlıdır. Ona görə də, depozitin
səviyyəsi, artma meyli bu təsiri özündə demək olar ki, həmişə əks etdirir. Depozitlər içərisində
vacib yeri tələb edilənədək depozitlər tutur. nkişaf etmiş ölkələrdə müştərinin tələbi ilə
nağdlaşdırılan və ya başqa hesaba dərhal köçürülən depozitlərdən vəsait çeklərlə silinir. Onu da
qeyd edək ki, ödəmə dövriyyəsinin böyük əksəriyyəti bu çeklərlə aparılır. Bu hesablar üzrə
müştərilərə ya faizlər ödənilir, ya qanunvericiliklə qadağan olunur, ya da bankın xidmət haqqında
güzəştləri ilə müşayiət olunur. Bu əmanətlərin təklifi vacib bank xidmətləri olduğundan ödəmə
sistemi tez bir zamanda effektivliyini artırdı, işgüzar əməliyyatlar sadələşdi, tezləşdi və
təhlükəsizləşdi. Bu gün banklar müddətli əmanətlər xidmətindən geniş istifadə edir. Müddətli
ə
manət dedikdə müəyyən müddətə bankın istifadəsinə verilən, tələb edilənədək əmanətdən daha
yüksək faizli depozit başa düşülür. Bank «portfeli»ndə bankların 2 cür müddətli əmanət qəbul
etdiyi göstərilir: xüsusi müddətli əmanətlər və götürülməsı barədə qabaqcadan xəbərdarlıq edilən
ə
manətlər. Qaydaya görə, bu əmanət növündəki vəsait müddət qurtaranadək (bloklaşdırılır) və
bank tamamilə ondan istifadə edir. Vəsait vaxtında götürülməzsə, o cari hesabdakı kimi istifadə
243
olunur. Adətən müddətlər 4 qrupa bölünür: 30-89 gün, 90-179,180-359 və 360-dən çox. Bir qayda
olaraq müddət uzandıqca faiz dərəcəsi artır. Amma uçot dərəcəsinin aşağı düşəcəyi proqnozu
varsa, bu qayda pozula bilər. Faizin müddətlərarası dəyişilməsi şərtləri də ola bilər.
Ə
manətlərlə (depozitlərlə) bağlı əməliyyatların uçotunun aparılması üçün metodoloji
göstərişlər:
1. Əmanətlərin (depozitlərin) qəbul edilməsi zamanı aşağıdakı mühasibat yazılışı verilir:
Dt Kassa/ müxbir hesab/ müştərinin hesabı
Kt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı
2. Əmanətlərə (depozitlərə) dair ödəniləcək faizlərin hesablanması zamanı aşağıdakı
mühasibat yazılışı verilir:
Dt müvafiq faiz xərcləri hesabı
Kt müvafiq hesablanmış faiz borcları hesabı
3. Əmanətlər (depozitlər) üzrə hesablanmış faizlərin ödənilməsi zamanı aşağıdakı
mühasibat yazılışı verilir:
Dt müvafiq hesablanmış faiz borcları hesabı
Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı
4. Əmanətlərin (depozitlərin) qaytarılması zamanı aşağıdakı mühasibat yazılışı verilir:
Dt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı
Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı
Bir qayda olaraq bank balansının kapital hissəsinə aşağıdakılar daxildir: Adi səhmlər ; mtiyazlı
səhmlər; Səhmlərin buraxılışından əldə edilmiş əlavə vəsaitlər; Aktivlərin yenidən qiymətləndirilməsi;
Bölüşdürülməmiş mənfəət; lin əvvəlindən cari tarixədək mənfəət.
Bankın məcmu kapitalı iki hissədən ibarət olur. Birincinin tərkibinə Nizamnamə kapitalı +
Səhmlərin emissiyasından əlavə vəsait + Bölüşdürülməmiş xalis mənfəət(I dərəcəli kapital) və Cari
ilin mənfəəti+ Ümumi ehtiyatlar + Kapitalın digər vəsaitləri(IIdərəcəli kapital).
Kapitalın məbləği kapitalın aktivlərin və öhdəliklərin həcmindən asılıdır. Kapital bankda
iştirak payı olan tərəflərin dividend alınması və ya kapitalın ödənilməsinə münasibətdə müxtəlif
hüquqlara malik olma faktını əks etdirir. Mənfəət, bankın fəaliyyətinin effektivlik dərəcəsinin
ölçüsü və ya investisiyalardan (səhmlərdən) daxil olan səmərənin ölçüsü üçün əsas kimi istifadə
olunur. Mənfəətin ölçüsü ilə bilavasitə əlaqədar olan elementlər - gəlir və xərclərdir. Gəlir və
xərclərin elementləri aşağıdakı kimi təyin olunur:
Gəlir – hesabat dövrü ərzində aktivlərin axıb gəlməsi və ya artması formasında və ya
səhmdarların qoyuluşları ilə əlaqədar olmayan, kapitalın artmasına gətirib çıxaran öhdəliklərin
azalması kimi təzahür edən iqtisadi səmərələrin artmasıdır. Gəlir anlayışına, daxil olan pul
vəsaitləri və digər gəlirlər aiddir. Daxil olan pul vəsaitləri (mədaxil) bankın adi fəaliyyət
prosesində yaranır və müxtəlif anlayışlarla, o cümlədən mükafatlar, faizlər, dividendlər, royalti və
icarə haqqı adlandırılır. Digər gəlirlər, gəlir anlayışına cavab verən digər maddələri ifadə edir və
bankın adi fəaliyyəti prosesində yarana və yaranmaya bilər. Bu gəlirlər özlüyündə iqtisadi
səmərələrin artımını təşkil edir və öz xarkterinə görə daxil olan pul vəsaitlərindən fərqlənmir.
Digər gəlirlər, məsələn, əsas vəsaitlərin realizə olunmasından yaranan gəlirlərdən ibarətdir. Gəlir
anlayışına həmçinin realizə olunmamış gəlirlər, yəni, bazar qiymətli kağızlarının yenidən qiymət-
ləndirilməsindən yaranan gəlir və ya uzunmüddətli aktivlərin balans dəyərinin artmasından
yaranan gəlir daxildir. Mənfəət və zərər haqqında hesabatda belə gəlirlər tanınarkən ayrı-ayrılıqda
təqdim olunur, çünki bu gəlirlər haqqında məlumatlar iqtisadi qərarların qəbul olunması üçün
faydalıdır. Müxtəlif növ aktivlər gəlir vasitəsilə əldə oluna və artırıla bilər. Buna misal olaraq, pul
vəsaitlərini, debitor borcunu, təchiz olunmuş mallar və göstərilən xidmətlərin müqabilində alınan
malları və göstərilən xidmətləri göstərmək olar. Gəlir öhdəliklərin tənzimlənməsi nəticəsində də
yarana bilər.
Xərc – hesabat dövrü ərzində aktivlərin axıb getməsi və ya tükənməsi və ya səhmdarlar
arasında paylanması ilə əlaqədar olmayan kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin
artması kimi təzahür edən iqtisadi səmərələrin azalmasıdır. Xərc anlayışına itkilər və bankın adi
fəaliyyət prosesində yaranan xərclər daxildir. Bankın adi fəaliyyət prosesində yaranan xərclərinə
Dostları ilə paylaş: |