Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə119/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   115   116   117   118   119   120   121   122   ...   131

 
242 
Banklardan istənilən an çıxarılmaq üzrə qoyulan əmanətlərə müddətsiz, müəyyən bir müddət 
sonunda götürülmə ilə qoyulan əmanətlərə isə müddətli əmanət deyilir. Tələb olunanadək depozitlər 
müxtəlif bank hesablarındakı vəsaitlərin sahibinin pul və hesablaşma sənədlərini  yazmaqla birinci 
tələbdən  əldə  edə  bilməsidir.  Bunlara  hüquqi  şəxslərin  cari  və  hesablaşma  hesabında  saxlanılan 
vəsaitlər,  müxtəlif  təyinatlı  fondların  vəsaitləri,  hesablaşmalardakı  vəsaitlər,  digər  kreditorların 
vəsaitləri, digər bankların müxbir hesablarındakı vəsait-lərin qalığı, fiziki şəxslərin tələb edilənədək 
ə
manətlərdəki vəsaitləri və s. aiddir. Depozit sahiblərinin kateqoriyalarından asılı olaraq depozitləri 
hüquqi  və  fiziki  şəxslərin  depozitlərinə  bölmək  olar.  Depozit  əməliyyatının    subyekti  banklar  və 
pulun sahibləri olan kreditorlar, obyekti isə banka verilən pullar sayılır. Bu hesabın sahibi üçün üs-
tünlüyü  onun  yüksək  likvidli  olmasıdır.  Ancaq  onlar  üzrə  faizlər  ya  ödənilmir,  ya  da  aşağı  faiz 
müəyyən edilir. 
Nəzərə  alsaq  ki,  dünya  bank  təcrübəsində  bankların  cəlb  etdiyi  vəsaitlərin  əsas  hissəsini 
(təqribən  60-70  %ni)  müddətli  depozitlər  təşkil  edir,  bizdə  müddətli  depozitlərin  ümumi 
depozitlərdə xüsusi çəkisi 2-3 dəfə aşağıdыr.  Müxtəlif növlü depozit və əmanətlər üzrə ödənilən 
faiz  siyasəti  stimullaşdırıcı  rola  malik  olmalı  və  müştəriləri  öz  vəsaitlərini  nəinki  qısa müddətə, 
hətta uzun müddətə banklarda saxlamağa təhrik etməlidir. 
Bankların  əsas  xərcləri  depozit  və  əmanət  xidməti  ilə  bağlıdır.    Cəlb  edilmiş  vəsaitlərin 
tərkib  hissəsindən  biri  də  əmanət  qoyuluşlarıdır.  Yerli  təcrübədə  əmanət  hesabları  yalnız  fiziki 
şə
xslərə,  xarici  təcrübədə  isə  həm  də  qeyri-kommersiya  təşkilatlarına  və  işgüzar  firmalara  da 
açılır. Fiziki şəxslər üçün açılan əmanət qoyuluşlarının müxtəlif növləri vardır: müddətli, uduşlu, 
məqsədli və s. 
Azərbaycan  Respublikasında  mövcud  bank  qanunvericiliyinə  uyğun  olaraq  əhalinin 
ə
manətləri bütün banklar tərəfindən, onların nizamnaməsində belə əməliyyatların aparılması üçün 
Azərbaycan Respublikası Mərkəzi  Bankının verdiyi lisenziya əsasında qəbul edilə bilər. 
Ə
manətçi  ilə  bağlanmış  müqaviləyə  əsasən  bank  əmanətçinin  qoyduğu  pul  vəsaitini 
saxlamağı,  əmanət  üzrə  faiz  şəklində  və  bankların  təklif  etdiyi  başqa  formada  gəlir  ödəməyi, 
ə
manətlə  hesablaşmalar  üzrə  əmanətçinin  tapşırıqlarını  yerinə  yetirməyi  tutulmuş  şərtlərlə  və 
qaydada geri qaytarmağı öhdəsinə götürür. 
Banklar ilk növbədə müştərilərin vəsaitlərini cəlb etmək və ya onların vəsaitlərini özündə 
saxlamaq üçün onlara kifayət qədər yüksək faiz gəliri əldə etməyi təmin etməlidir. Digər tərəfdən 
isə banklar kifayət qədər yüksək faiz dərəcəsindən qaçmalıdırlar. 
Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasətini təyin etməkdə 
sərbəstdirlər. Kommersiya banklarının bu cür siyasətinə müəyyən amillər təsir göstərir. Bankların 
faiz  dərəcəsinə  təsir  göstərən  əsas  amillərdən  biri  Mərkəzi  Bankların  apardığı  uçot  siyasətidir. 
Çünki uçot siyasətinin aşağı düşməsi və ya qalxması kommersiya banklarının ssuda və depozitləri 
üzrə  faizlərinin  aşağı  düşməsinə  və  ya  qalxmasına  səbəb  olur.  Mərkəzi  bankların  açıq  bazarda 
apardığı  əməliyyatlar  da  kommersiya  banklarının  faiz  siyasətinə  təsir  göstərən  pul-kredit 
tənzimlənməsinin əsas metodlarından biridir. 
Düzdür, bu gün depozit problemi ilk növbədə banka inamla bağlıdır. Ona görə də, depozitin 
səviyyəsi,  artma  meyli  bu  təsiri  özündə  demək  olar  ki,  həmişə  əks  etdirir.  Depozitlər  içərisində 
vacib  yeri  tələb  edilənədək  depozitlər  tutur.  nkişaf  etmiş  ölkələrdə  müştərinin  tələbi  ilə 
nağdlaşdırılan və ya başqa hesaba dərhal köçürülən depozitlərdən vəsait çeklərlə silinir. Onu da 
qeyd  edək  ki,  ödəmə  dövriyyəsinin  böyük  əksəriyyəti  bu  çeklərlə  aparılır.  Bu  hesablar  üzrə 
müştərilərə ya faizlər ödənilir, ya qanunvericiliklə qadağan olunur, ya da bankın xidmət haqqında 
güzəştləri  ilə  müşayiət  olunur.  Bu  əmanətlərin  təklifi  vacib  bank  xidmətləri  olduğundan  ödəmə 
sistemi  tez  bir  zamanda  effektivliyini  artırdı,  işgüzar  əməliyyatlar  sadələşdi,  tezləşdi  və 
təhlükəsizləşdi.  Bu  gün  banklar  müddətli  əmanətlər  xidmətindən  geniş  istifadə  edir.  Müddətli 
ə
manət dedikdə müəyyən müddətə bankın istifadəsinə verilən, tələb edilənədək əmanətdən daha 
yüksək  faizli  depozit  başa  düşülür.  Bank  «portfeli»ndə  bankların  2  cür  müddətli  əmanət  qəbul 
etdiyi göstərilir: xüsusi müddətli əmanətlər və götürülməsı barədə qabaqcadan xəbərdarlıq edilən 
ə
manətlər.  Qaydaya  görə,  bu  əmanət  növündəki  vəsait  müddət  qurtaranadək  (bloklaşdırılır)  və 
bank tamamilə ondan istifadə edir. Vəsait vaxtında götürülməzsə, o cari hesabdakı kimi istifadə 


 
243 
olunur. Adətən müddətlər 4 qrupa bölünür: 30-89 gün, 90-179,180-359 və 360-dən çox. Bir qayda 
olaraq  müddət  uzandıqca  faiz  dərəcəsi  artır.  Amma  uçot  dərəcəsinin  aşağı  düşəcəyi  proqnozu 
varsa, bu qayda pozula bilər. Faizin müddətlərarası dəyişilməsi şərtləri də ola bilər. 
Ə
manətlərlə (depozitlərlə) bağlı əməliyyatların uçotunun aparılması üçün metodoloji 
göstərişlər: 
1.  Əmanətlərin (depozitlərin) qəbul edilməsi zamanı aşağıdakı mühasibat yazılışı verilir: 
Dt Kassa/ müxbir hesab/ müştərinin hesabı 
Kt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı 
2.  Əmanətlərə  (depozitlərə)  dair  ödəniləcək  faizlərin  hesablanması  zamanı  aşağıdakı 
mühasibat yazılışı verilir: 
Dt müvafiq faiz xərcləri hesabı 
Kt müvafiq hesablanmış faiz borcları hesabı 
3.  Əmanətlər  (depozitlər)  üzrə  hesablanmış  faizlərin  ödənilməsi  zamanı  aşağıdakı 
mühasibat yazılışı verilir: 
Dt müvafiq hesablanmış faiz borcları hesabı 
Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı 
4.  Əmanətlərin (depozitlərin) qaytarılması zamanı aşağıdakı mühasibat yazılışı verilir: 
Dt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı 
Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı 
Bir qayda olaraq bank balansının kapital  hissəsinə aşağıdakılar daxildir: Adi səhmlər ; mtiyazlı 
səhmlər; Səhmlərin buraxılışından əldə edilmiş əlavə vəsaitlər; Aktivlərin yenidən qiymətləndirilməsi; 
Bölüşdürülməmiş mənfəət;  lin əvvəlindən cari tarixədək mənfəət. 
Bankın  məcmu  kapitalı  iki  hissədən  ibarət  olur.  Birincinin  tərkibinə  Nizamnamə  kapitalı  + 
Səhmlərin emissiyasından  əlavə  vəsait + Bölüşdürülməmiş xalis mənfəət(I dərəcəli kapital)  və Cari 
ilin mənfəəti+ Ümumi ehtiyatlar + Kapitalın digər vəsaitləri(IIdərəcəli kapital). 
Kapitalın  məbləği  kapitalın  aktivlərin  və  öhdəliklərin  həcmindən  asılıdır.  Kapital  bankda 
iştirak payı olan tərəflərin dividend alınması və ya kapitalın ödənilməsinə münasibətdə müxtəlif 
hüquqlara  malik  olma  faktını  əks  etdirir.  Mənfəət,  bankın  fəaliyyətinin  effektivlik  dərəcəsinin 
ölçüsü və ya investisiyalardan (səhmlərdən) daxil olan səmərənin ölçüsü üçün əsas kimi istifadə 
olunur.  Mənfəətin  ölçüsü  ilə  bilavasitə  əlaqədar  olan  elementlər  -  gəlir  və  xərclərdir.  Gəlir  və 
xərclərin  elementləri aşağıdakı kimi təyin olunur: 
Gəlir  –  hesabat  dövrü  ərzində  aktivlərin  axıb  gəlməsi  və  ya  artması  formasında  və  ya 
səhmdarların  qoyuluşları  ilə  əlaqədar  olmayan,  kapitalın  artmasına  gətirib  çıxaran  öhdəliklərin 
azalması  kimi  təzahür  edən  iqtisadi  səmərələrin    artmasıdır.  Gəlir  anlayışına,  daxil  olan  pul 
vəsaitləri  və  digər  gəlirlər  aiddir.  Daxil  olan  pul  vəsaitləri  (mədaxil)  bankın  adi  fəaliyyət 
prosesində yaranır və müxtəlif anlayışlarla, o cümlədən mükafatlar, faizlər, dividendlər, royalti və 
icarə haqqı adlandırılır. Digər gəlirlər, gəlir anlayışına cavab verən digər maddələri ifadə edir və 
bankın  adi  fəaliyyəti  prosesində  yarana  və  yaranmaya  bilər.  Bu  gəlirlər  özlüyündə  iqtisadi 
səmərələrin  artımını  təşkil  edir  və  öz  xarkterinə  görə  daxil  olan  pul  vəsaitlərindən  fərqlənmir. 
Digər gəlirlər, məsələn, əsas vəsaitlərin realizə olunmasından yaranan gəlirlərdən ibarətdir. Gəlir 
anlayışına həmçinin realizə olunmamış gəlirlər, yəni, bazar qiymətli kağızlarının yenidən qiymət-
ləndirilməsindən  yaranan  gəlir  və  ya  uzunmüddətli  aktivlərin  balans  dəyərinin  artmasından 
yaranan gəlir daxildir. Mənfəət və zərər haqqında hesabatda belə gəlirlər tanınarkən ayrı-ayrılıqda 
təqdim  olunur,  çünki  bu  gəlirlər  haqqında  məlumatlar  iqtisadi  qərarların  qəbul  olunması  üçün 
faydalıdır. Müxtəlif növ aktivlər gəlir vasitəsilə əldə oluna və artırıla bilər. Buna misal olaraq, pul 
vəsaitlərini, debitor  borcunu, təchiz olunmuş mallar və göstərilən xidmətlərin müqabilində alınan 
malları və göstərilən xidmətləri göstərmək olar. Gəlir öhdəliklərin tənzimlənməsi nəticəsində də 
yarana bilər.  
Xərc  –  hesabat  dövrü  ərzində  aktivlərin  axıb  getməsi  və  ya  tükənməsi  və  ya  səhmdarlar 
arasında  paylanması  ilə  əlaqədar  olmayan  kapitalın  azalmasına  gətirib  çıxaran  öhdəliklərin 
artması kimi təzahür edən iqtisadi səmərələrin  azalmasıdır.  Xərc anlayışına itkilər və  bankın adi 
fəaliyyət prosesində yaranan xərclər daxildir. Bankın adi fəaliyyət prosesində yaranan xərclərinə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə