Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə118/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   114   115   116   117   118   119   120   121   ...   131

 
240 
VI FƏS L. BANKLARIN ÖHDƏL KLƏR  VƏ KAPITALI    
 
Ə
SAS ANLAYIŞLAR 
 
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya 
ödənilmədən  müştərilərin  (əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba 
köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba 
qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.  
Öhdəliklər - əvvəlki dövrlərdə baş vermiş hadisələrdən yaranan və tənzimlənməsi bankdan 
iqtisadi səmərəyə malik vəsaitlərin əks-axınına gətirib çıxaran cari borclardır. 
Kapital  -  bankın  öz  vəsaitləridir  və  bankın  bütün  öhdəlikləri  çıxıldıqdan  sonra  onun 
aktivlərdə qalan payıdır. 
Bankın  məcmu  kapitalı  (öz  vəsaiti)  -  prudensial  hesabatlıq  məqsədləri  üçün  istifadə 
olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli 
(əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan 
tutulmaların fərqidir. 
Nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər 
tutulmuş  vəsaitin)  minimum  miqdarı  –  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  (irəlidə  - 
AMB)  müəyyən  etdiyi  yeni  açılan  və  fəaliyyətdə  olan  bankların  səhmdarları  tərəfindən  (xarici 
bankların yerli filialları üçün baş təşkilatın) ödənilməli olan kapitalın minimum məbləğidir.  
Kapitalın  adekvatlıq  əmsalları  –  Qaydalarda  müəyyən  edilmiş  düsturlarla  hesablanan  I 
dərəcəli  kapitalın  və  məcmu  kapitalın  ayrılıqda  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərə  olan 
nisbətidir. 
 
 
6.1. BANKLARIN ÖHDƏL KLƏR   
 
Banklarin  öhdəlikləri  -  banklar    tərəfindən      vəsaitlərin      cəlb  olunması      və    onun  
resurslarının    formalaşması    üzrə  əməliyyatlarıdır.  Bu  əməliyyatlann  köməyi  ilə  banklar 
mənfəət  əldə  etmək məqsədi ilə kredit  verilməsi,  qiymətli kağızlara sərmayə  qoyuluşu  və  s. 
üçün  vəsaitlər  toplayırlar.  Bazar  iqtisadiyyatına  keçid  şəraitində  bank  passivlərinin 
formalaşması  və  onlann  strukturunun  optimallaşdırılması,  öhdəliklərin  mənbələrinin 
keyfıyyətcə səmərəli idarə olunması xüsusi əhəmiyyət kəsb edir. 
Bank  öhdəlikləri  likvidlik  səviyyəsini  əks  etdirən  ardıcıllıqla  və    onların  xarakteri  üzrə 
qruplaşdıraraq  mühasibat balansında əks  olunur.  Mühasibat  balansına  öhdəliklər  və  kapital  üzrə 
maddələr aşağıdakı kimi əks olunur: 
Öhdəliklə
1.  Mərkəzi Bank qarşısında öhdəliklər; 
2.  maliyyə sektoru qarşısında öhdəliklər; 
3.  müştərilər qarşısında öhdəliklər; 
4.  borc götürülmüş digər vəsaitlər; 
5.  digər öhdəliklər. 
Kapital  
1.  nizamnamə kapitalı; 
2.  ehtiyatlar; 
3.  bölüşdürülməmiş mənfəət. 
Öhdəliyin əsas xüsusiyyəti bankın borcunun olmasıdır. Öhdəlik - borcdur və ya müəyyən bir işi 
müəyyən şəkildə  yerinə  yetirmək və  ya müəyyən  şəkildə hərəkət etmək barədə verilmiş təminatdır.   
Öhdəliyin yerinə yetirilməsi aşağıdakı üsullarla həyata keçirilə bilər:  
1. pul vəsaitlərinin ödənilməsi vasitəsi ilə; 
2. digər aktivlərin verilməsi ilə; 
3. xidmətlər göstərməklə; 


 
241 
4. bir öhdəliyin digəri ilə əvəz olunması vasitəsilə;  
5. öhdəliyin kapitala keçirilməsi vasitəsilə. 
Öhdəliklər  həmçinin  kreditorun  hər  hansı  vəsait  və  ya  əmlak  üzərində  öz  hüquqlarının 
itirilməsi  və  ondan  imtina  etməsi  kimi  digər  vasitələrlə  də  ödənilə  bilər.  Öhdəliklər  keçmiş 
dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.  
Bankların  öhdəliklərinin    tərkibi  aşağıfakı  kimidir:  Azərbaycan    Mərkəzi  Bankının 
tələbləri;  Kredit  təşkilatların  tələbləri;  Tələb  olunanadək  depozitlər;  Müddətli  depozitlər;  Digər 
borc  götürülmüş  vəsaitlər;  Hesablanmış  ödəniləcək  faizlər;  Subordinasiya  olunmuş  borclar  və 
Digər öhdəliklər . 
Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəliklər kimi təsnifləşdirilr: 
1) öhdəliyin bankın əməliyyat prosesinin normal şəraitində ödənilməsi nəzərdə tutulduqda; 
2) öhdəlik hesabat tarixindən etibarən on iki ay ərzində ödənilməli olduqda. 
Bütün digər öhdəliklər uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilir.    
Bank, faizlərin ödənilməsi də daxil olmaqla uzunmüddətli öhdəliklərini, hətta onlar hesabat 
tarixindən etibarən on iki ay ərzində ödənilməli olduqda belə, aşağıdakı şərtlərdə, uzunmüddətli 
öhdəliklər kimi təsnifləşdirir: 
1)  öhdəliyin ilkin müddəti on iki aydan artıq dövr təşkil etmişdirsə; 
2)  öhdəliyin uzunmüddətli əsasda yenidən maliyyələşdirilməsi nəzərdə tutulduqda; 
3)  bu niyyətlər yenidən maliyyələşdirmə müqaviləsi ilə və ya maliyyə hesabatlarının təsdiq 
olunmasına qədər ödəniş cədvəlinin dəyişilməsi haqqında müqavilə ilə təsdiq olunduqda. 
Maliyyə hesabatlarında öhdəliklər aşağıdakı qaydada təsnifləşdirilir:  
1. tələb olunanadək və 1 ayadək; 
2. 1 aydan 3 ayadək; 
3. 3 aydan 6 ayadək; 
4. 6 aydan 1 ilədək; 
5. 1 ildən yuxarı. 
bankın  öhdəliklərində  depozitlərlə  (Depozit  –  müvafiq  müqavilə  şərtləri  ilə  faizlər  və  ya 
komisyon  haqqlar  ödənilməklə  və  ya  ödənilmədən  müştərilərin  (əmanətçilərin)  tələbi  ilə 
qaytarılmasını  və  ya  başqa  hesaba  köçürülməsini  nəzərdə  tutan  bankın  balansında  aparılan  cari, 
ə
manət  (depozit)  və  ya  digər  hesaba  qoyulmuş  və  ya  köçürülmüş  pul  vəsaitidir)    bağlı 
ə
məliyyatlar  mühüm  rol  oynayır.  qtisadi  məzmununa  və  istifadə  müddətlərinə  depozitlərin 
tərkibi  iki hissədən ibarətdir: tələb olunanadək depozitlər və müddətli depozitlər. Tələbolunanadək 
depozıt  onun  sahibi  tərəfındən  bank  hesablarına  köçürülən  və  onun  sahibinin  ehtiyac 
yarandıqda  tələb  etdiyi  depozit  formasıdır. Bu  vəsaitlər cari depozit hesablarında saxlanılır. 
Müddətli  depozitlər  hesablara  köçürülərkən  müəyyən  edilmiş  müddət  ərzində  bank 
hesablarında saxlanılan vəsaitlərdir.  
Müddətli  depozitlər  üzrə  hesablara  sertifikatlar,  veksellər,  əhalinin  məqsədli  və 
müddətli  əmanət  hesabları,  həmçinin  əvvəlcədən  müddəti  müəyyən  edilməyən  lakin  asanhqla 
təyin  edilə  bilən  hesablar  aiddir.  Belə  hesablara  büdcə  vəsaitlərinin  saxlandığı  və  kapital 
qoyuluşlarımn  maliyyələşdirildiyi  və  s.  Hesablar  aid  edilə  bilər.  Başqa  banklardan  alınmış 
depozitlər  də  müddətli  adlanırlar,  çünki  belə  vəsaitlər  həmişə,  bir  qayda  olaraq  əvvəlcədən 
müəyyən edilmiş müddətə alınır. 
Müddətli  depozitlərin  bir  çox  parametrləri,  o  cümlədən  subyektləri,  məbləğləri, 
müddətləri,  qəbulu  və  qaytarılması  qaydaları,  istifadə  üsulları  kommersiya  banklarının 
vəziyyətindən asılı olaraq çox fərqli və müxtəlif ola bilər. Bu, bankların öz fəaliyyətlərində 
seçmiş  olduqları  istiqamətlərdən,  onların  maliyyə  vəziyyətindən  və  malik  olduqları  imicdən 
asılı olur. 
Ə
manət sahibləri verdikləri pul qədər banklardan alacaqlı olurlar. Başqa bir sözlə, pulunu 
banka qoyan bir kimsə banka kredit vermiş olur. Bir sıra ölkələrdə ödəmələrin böyük bir hissəsi 
(təxminən 90%) banklar vasitəsilə olur. Pulun banknot yerinə əmanət şəklində bankda tutulması 
ə
manətçiyə gəlir gətirir. Müddətləri baxımından əmanətləri aşağıdakı şəkildə sıralamaq mümkün-
dür: müddətsiz əmanət;  müddətli əmanət.  
 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə