246
və təsərrüfat proseslərini daha effektli şəkildə təşkil etməyə imkan verəcək və yenidən yaradılacaq
SC-nin istehsal etdikləri mallar rəqabətə davam gətirəcək.
Səhm təkrar ixracı zamanı eldə edilən vəsait investisiya fəaliyyətinin finansmanında istifadə
edilir. Bu zaman daha effektli mənbə və finansman mexanizmi işlənib hazırlanmalıdır. Bu zaman
biz aksiya emissiya etməli, istiqraz buraxmalı, borc almalı və s. bu kimi məsələləri həll etməliyik.
Ə
gər şirkət yeni emissiya keçirməyi planlaşdırırsa, onda aşağıdakıları müəyyən etməlidir:
- emissiyanın həcmi;
- Səhmlərin yerləşdirilməsi şərtləri;
- Səhmbazarında yerləşdirəcəyi emissiya qiyməti.
Səhm ixracı məsələsini həll etmək üçün aşağıdakı istiqamətlər üzrə analitik işlərin
aparılması tələb edilir:
ş
irkətin fəaliyyət göstərdiyi sahənin analizi (və yaxud da yeni yaradılacaq şirkətin
fəaliyyət sahəsi);
ş
irkətin fəaliyyət göstərdiyi sahədə vəziyyətin öyrənilməsi; SC-nin finans vəziyyətinin
analizi.
Belə hazırlıq vəziyyətinin nəticəsi olaraq qiymətli kağızın ixrac edilib-edilməməsi
məsələsini həll edirik.
Ə
gər biz səhm ixrac edəcəyimizə qərar veririksə, onda aşağıdakı addımlar atılmalıdır:
- buraxılacaq səhmin növü müəyyən edilir;
- səhmin buraxılması təşkil edilir;
- səhmin emissiya və buraxılma vaxtı əsaslandırılır, aksiyanın ictimai ixracı üçün lazım olan
pul vəsaiti müəyyən edilir.
Qanuna və nizamnaməyə uyğun olaraq səhmin buraxılması qərarını emitentin idarəetmə
orqanı qəbul edir. Hazırlıq mərhələsi zamanı 2 ən mühüm sənəd tərtib edilməlidir: biznes planı və
qiymətli kağızların emissiya layihəsi. Səhmin emissiya layihəsinin işlənib hazırlanması prosesi
ikinci mərhələ hesab edilirdi. Bu sənəd də əsasən yeni SC-nin yaradılması və yaxud da əlavə səhm
ixrac edilən zaman mühüm əhəmiyyət kəsb edir. Bu normativ sənəddə üç informasiya öz əksini
tapmalıdır:
- emitent haqqında əsas məlumatlar;
- onun maliyyə vəziyyətini xarakterizə edən məlumatların olması;
- ixrac ediləcək qiymətli kağızların xarakteristikası. Qiymətli kağızların emissiyasının 3-cü
mərhələsi onların buraxılışının qeydiyyatdan keçməsidir.
Səhmin təkrar ixracının qeydiyyatdan keçməsi üçün lazım olan normativ sənədlər
aşağıdakılardır:
- qeydiyyatdan keçməsi üçün ərizə;
- səhmin buraxılması qərarı;
- notariusda təsdiq edilən təsis sənədlərinin surətləri;
- emissiya layihəsi (2 nüsxə);
- ödəmə tapşırığının surəti (səhm əməliyyatına görə verginin ödənilməsi haqqında ödəmə
tapşırığı surəti.
Qeydiyyatdan keçirən orqanın təqdim olunan sənədlərə heç bir iddiası olmadıqda emitentə
aşağıdakı sənədləri verir:
- qeydiyyatdan keçməsi barədə bəyanatın nüsxəsi;
- qiymətli kağızın dövlət qeydiyyatından keçməsi aktını təsdiq edən məktub və ya мəktubda
aşağıdakılar göstərilməlidir: qeydiyyatdan keçmiş aksiyanın həcmi və xarakteristikası; tarix və
dövlət qeydiyyat kodu.
Səhm emissiyasının dördüncü mərhələsi ondan ibarətdir ki, emitent emissiya layihəsi nəşr
edir ki, bütün maraqlanan alıcılar informasiyaya sahib olsunlar.
Beşinci mərhələ isə səhmlərin realizasiyasıdır, yəni birinci alıcısına satılmasıdır. Bunu
emitentin özü və yaxud da qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan anderrayterlər də
edə bilərlər.
247
Səhm emissiyasının sonuncu mərhələsi ixracın nəticələri barədə hesabatın verilməsindən
ibarətdir. Emitent 2 şəkildə hesabat hazırlamalıdır. Biri aksionerlər üçün, digəri isə dövlət
orqanları üçün. Emitent aksionerlər qarşısında illik keçirilən iclasda hesabat verir, dövlət orqanları
qarşısında isə qiymətli kağızların yerləşdirilməsi ərzində, həmçinin də bitdikdən sonra hesabat
verir. Emitentin təqdim etdiyi hesabata aşağıdakılar daxil edilməlidir.
- Səhm realizasiya qiyməti, sayı, növü və ödəmə forması;
- yerləşdirmənin iştirakçıları barədə (banklar və investisiya institutları);
- emitentin aksiyalarının nəzarət paketinin sahibi haqqında
- nizamnamə kapitalında direktorlar şurası və idarə heyəti üzvlərinin payı barədə və
səhmlərin yerləşdirilməsi haqqında olan digər məlumatlar.
6.2. KAP TAL ANLAYIŞI
Təsərrüfat subyektinin fəaliyyətinin maliyyələşməsi sistemində əsas anlayışlardan biri
kapitaldır. Bu kateqoriyanın izah edilməsi üçün üç əsas yaxınaşmanı müəyyən edirlər: iqtisadi,
mühasibat və uçot-təhlil.
qtisadi yaxınlaşma çərçivəsində kapitalın fiziki konsepsiyası yerinə yetirilir və cəmiyyətin
gəlirlərinin universal mənbəyi olan və dövlət daxil olmaqla şəxsi (onun daşıyıcısından, yəni
insandan uzaqlaşmayan), özəl, ictimai birliklərə bölünən resursların cəmi kimi geniş mənada
nəzərdən keçirilir. Kapitalın iki son növünü, öz növbəsində, real və maliyyə növünə ayırmaq olar.
Real kapital istehsal amillərində (binalar, maşınlar, nəqliyyat vasitələri, xammal və digərləri) ifadə
olunur; maliyə isə qiymətli kağızlarda və pul vəsaitlərində.
Müəssisə səviyyəsində yerinə yetirilən mühasibat yaxınlaşması çərçivəsində “kapital” termini
xalis aktivlərin sinonimi kimi çıxış edir, onun həcmi isə müəssisənin aktivlərinin məbləği və onun
öhdəliklərinin həcmi arasındakı fərq kimi hesablanır.
Uçot-təhlil yanaşması mahiyyət etibarilə iki əvvəlki yanaşmanın birləşməsidir və kapitalın
fiziki və maliyyə konsepsiyalarının modifikasiyasından istifadə edir. Bu halda resurslar cəmi kimi
kapital eyni vaxtda iki tərəfdən xarakterizə edilir: a) onun qoyulma istiqamətləri (kapital vahid
müstəqil substansiya kimi mövcud deyildir və həmişə bəsi fiziki formaya salınır) və b) yaranma
mənbələri kimi (kapital haradan alınmışdır və kimindir). Müvafiq olaraq kapitalın iki bir-biri ilə
qarşılıqlı əlaqədə olan müxtəlifliyini ayırırlar: aktiv və passiv. Aktiv kapital – təsərrüfat
subyektinin istehsal gücüdür və onun mühasibat balansının aktivində iki blok - əsas və dövriyyə
kapitalları formasında formal olaraq təqdim edilmişdir. Passiv kapital – vəsaitlərin uzunmüdətli
mənbələridir və onların hesabına subyektlərin aktivləri formalaşmşdır; onlar xüsusi və borc
kapitalına bölünmüşdür.
Xüsusi kapital üçüncü tərəflərin tələbləri ödənildikdən sora müəssisə sahiblərinə çatan
müəssisə aktivlərinin dəyərinin bir hissəsidir. Formal xüsusi kapital isə balans passivində bu və ya
digər dərəcədə ifadə olunmudur; onun əss komponentləri nizamnamə, əlavə və ehtiyat kapitalları,
eləcə də paylaşdırılmamış gəlirdir.
Borc kapitalı isə üçüncü şəxslər tərəfindən müəsisəyə uzun müddətə verilən vəsaitlərin pul
baxımından qiymələndirilməsi deməkdir. Xüsusidən fərqli olaraq, borc kapitalı qaytarılmalıdır,
qaytarılması şərti barədə onun yığılması vaxtında danışılır; o mənada daimidir ki, kapital
təchizatçıları nöqteyi-nəzərindən borcun əsas məbləğinin nominal həcmi dəyişmir. Forml olaraq
borc kapitalı balansın passivində müəssisənin üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərinin
cəmi kimi ifadə edilmişdir, onun əsas komponentlıri isə uuzunmüddətli kreditlər və borclardır.
Uçot-təhlil yanaşmasına əsasən kapitalın həcmi mühasibat balansının üçüncü və dördüncü
bölmələrinin yekunlarının məbləği kimi hesablanır.
Maddi-əşya baxımından ifadə olunması nöqteyi-nəzərindən mənbələrin digər bütün növləri
kimi kapitalın sahibi göstərilməmişdir, yəni o, müəssisənin müxtəlif aktivlərinə görə yayılmışdır.
Bu mənada xüsusi və borc kapitalının olmasını heç bir vaxt belə təsəvür etmək olmaz ki,
hesablama hesabındakı vəsaitlərin bir hissəsi xüsusi, bir hissəsi isə borc vəsaitlərdir.
Dostları ilə paylaş: |