Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə23/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   19   20   21   22   23   24   25   26   ...   131

 
47 
9.3. minimum və sıfir kuponlu istiqrazlar (az faizli və ya faizsiz). Bu istiqrazlar üzrə bazar 
qiyməti nominaldan aşağı müəyyən edilir; 
9.4.  seçilmiş  ödəniş  istiqrazları.  Bu  istiqraz  sahibi  kupon  şəkildə  gəlir,  eləcə  də  yeni 
buraxılan istiqrazlar əldə edə bilər; 
9.5.  qarışıq  tipli  istiqrazlar.  Bu  zaman  istiqraz  sahibi  gəlirin  bir  hissəsini  təsbit  edilmiş 
kupon tarifləri şəklində, bir hissəsini isə üzən tariflərlə alır; 
10) tədavül edilmə xarakterinə görə istiqrazlar: 
10.1. konversiya edilməyən; 
10.2.  konversiya  edilən.  Bu  zaman  istiqraz  sahibi  öz  istiqrazını  həmin  emitentin 
aksiyalarına dəyişə bilər; 
11)  stiqrazlar təmin olunmasına görə 2 tipə bölünür: 
11.1. girovla təmin edilmiş; 
11.2. girovsuz təmin edilməmiş; 
Girovla  təmin  edilmiş  istiqrazlar  öz  növbəsində  aşağıdakı  kimi  olur:  fiziki  aktivlərlə 
mühafizə edilmiş; daşınan və daşinmaz əmlak şəklində; Avadanlıqlar şəklində. Bu forma da çox 
zaman  nəqliyyat  şirkətləri  tərəfindən  buraxılır;  Bəzi  fond  qiymətli  kağızlarının  girov  qoyulması 
ilə. Bu zaman emitent əlində olan hansısa bir şirkətin qiymətli kağızları ilə mühafizə edilir. Pul 
ipotekli girovlu istiqrazlar. Bu cür istiqrazları əlində ipotekli borc sənədləri olan kredit idarələri 
tədavülə buraxır. 
Girovsuz  mühafizə  edilmiş  istiqrazların  isə  aşağıdakı  növləri  vardır:  maddi  aktivlərə 
ə
saslanan  mühafızəsiz  istiqrazlar  və  emitentin  konkret  gəlir  növü  üzrə.  Emitent  bu  istiqrazlara 
hansısa konkret gəlir hesabına faiz və borcu ödəməlidir; 
Bu istiqrazların reallaşmasından alınan vəsaitlər emitentin hansısa bir investisiya layihəsinin 
maliyyələşdirilməsinə yönəldilə bilər. Emitent bu layihənin reallaşmasından əldə edilən gəliri isə 
faiz və borcların ödənilməsində istifadə edir; 
Təminatlı  istiqrazlar.  Girovla  mühafizə  edilməmiş  bu  istiqrazlara  təminatı  emitent-şirkət 
deyil, başqa şirkət verir: paylaşdırılmış və ya ötürülmüş məsuliyyətli istiqrazlar və sığorta edilmiş 
istiqrazlar. Bu istiqrazları emitent-şirkət hansısa bir şəxsi sığorta formasında sığorta edir; 
12) təhlükəsizlik dərəcələrinə görə istiqrazları aşağıdakı şəkildə qruplaşdırırlar: 
12.1.  etibarlı  istiqrazlar.  Bu  istiqrazlar  böyük  şöhrətə  malik  olan  şirkətlər  tərəfindən 
buraxılır. 
12.2.  makulatura  istiqrazlar  adətən  spekulyativ  xarakter  daşıyır.  Bu  istiqrazlara  qoyulan 
kapital hər zaman yüksək riskli hesab edilir. 
stiqraz qiymətinin dəyərləndirilməsi.  stiqrazın nominal qiyməti və bazar qiyməti olur. 
Nominal qiymət istiqrazın üz tərəfində çap edilir və borca götürülən məbləği ifadə edir. Nominal 
qiymət  istiqraz  gəlirliyinin  hesablanmasında  əsas  kəmiyyət  kimi  götürülür.  stiqraz  üzrə  faiz 
nominala  görə  müəyyən  edilir.  Bir  qayda  olaraq,  istiqraz  yüksək  nominal  qiymətlə  buraxılır. 
Onlar varlı investorlar üçün yönəldilmişdir. Buna görə də istiqraz aksiyadan fərqlənir. Bir şeyi də 
qeyd  etmək  lazımdır  ki,  aksiyadan  fərqli  olaraq  istiqraz  üçün  nominal  qiymət  ən  vacib  para-
metrlərdən  biridir.  Əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  istiqraz  alıcılar  üçün  bir  investisiya  obyekti 
kimi çox cəlbedicidir və alqı-satqı zamanı bir əmtəə predmetinə çevrilir.  stiqraz emissiya olunan 
gündən  ta  ödənilmə  gününə  qədər  bazarda  müəyyən  edilən  qiymətlə  alınıb-satılır.  Emissiya 
olunan müddətdə istiqrazın bazar qiyməti nominaldan kiçik, nominala bərabər və ya ondan böyük 
ola bilər.  stiqrazın bazar qiyməti onun satışı zamanı istiqraz bazarında və maliyyə bazarında baş 
verən hadisələrin gedişatı ilə bağlı olaraq müəyyən edilir, bundan başqa isə istiqraz vərəqəsinin 2 
ə
sas emitenti rol oynayır. Bu elementlər aşağıdakılardır: 
1.  istiqrazı  gələcəkdə  ödənilmə  müddəti  zamanına  yaxın  əldə  etmək  (istiqrazın  ödənilmə 
müddəti yaxinlaşdıqca onun qiyməti baha olur). 
2. müntəzəm şəkildə təsbit edilmiş gəlirə sahib olmaq (istiqrazın verdiyı gəlir nə qədər çox 
olarsa, onun bazar qiyməti də bir o qədər yüksək olar). 
stiqrazın bazar qiyməti bir sıra digər şərtlərdən də asılıdır ki, bunlardan da ən vacibi onun 
risk səviyyəsinin nə dərəcədə olmasıdır. 


 
48 
Müxtəlif  istiqrazların  nominalı  əhəmiyyətli  dərəcədə  öz  aralarında  fərqləndiyindən,  çox 
zaman  istiqrazın  bazar  qiymətini  müqayisə  edən  göstəriciyə  ehtiyac  duyulur.  Bu  göstərici 
"kurs"dur.  stiqrazın kursu onun bazar qiymətinin nominal qiymətinə olan nisbətidir. 
Dünya  ədəbiyyatında  yuxarıda  qeyd  etdiyimiz  istiqrazın  nominal  və  bazar  qiymətindən 
başqa, istiqrazın alış qiyməti də vardır. Alış qiyməti nominala bərabər, nominaldan kiçik və böyük 
ola bilər. 
stiqraz üzrə diskont və gəlirlik.   stiqraz başqa qiymətli kağızlar kimi fond bazarında bir 
investisiya  obyektidir  və  öz  sahibinə  gəlir  gətirir.  stiqrazlar  üzrə  ümumi  gəlir  aşağıdakı 
elementlərdən  düzəldilir:    müntəzəm  ödənilən  faiz  (kuponlu  gəlir);    müəyyən  vaxt  ərzində 
istiqrazın qiymətinin dəyişməsi; alınan faizlərin reinvestisiyasından əldə edilən gəlirlər. 
Aksiyadan  fərqli  olaraq  istiqraz  öz  sahibinə  təsbit  edilmiş  gəlir  gətirir.  Bu  gəlir  özündə 
daimi arqumenti ifadə edir ki, bu da müəyyən il ərzində öz sahibinə hər il təsbit edilmiş gəlir əldə 
etmək hüququ verir. 
stiqrazlar  nə  qədər  çox  potensial  gətirirsə,  bir  o  qədər  onlarə  alan  faiz  ödənişləri 
reinvestisiya edilə bilər.  stiqraz üzrə kupon gəlirinin həcmi ən əvvəl istiqrazın etibarlılığından, bir 
sözlə desək, onun emitentindən asılıdır. Emitent-şirkət nə qədər güvənli olarsa istiqrazı bir o qədər 
faiz dərəcəsi aşağı olur. Bundan başqa faiz gəliri ilə tədavüldə olma müddəti arasında bir bağlılıq 
vardır. Ödənilmə müddəti nə qədər uzaq olarsa, faiz dərəcəsi bir o qədər yüksək olar və ya tərsinə. 
stiqrazın  gətirdiyi  ikinci  gəlirdən  danışarkən  biz  nominal  qiymətdən  aşağı  alınan 
istiqrazları  nəzərdə  tuturuq.  Bu  cür  istiqrazlar  sıfir  kuponludur.  Onlar  üzrə  gəlir  onların  satış 
qiyməti və istiqrazın nominalı arasındakı olan fərq qiyməti ilə müəyyən edilir. 
stiqrazın  diskont  ilə  alınıb-satılması  zamanı istiqrazın  satış  qiymətinin  müəyyən  edilməsi 
ə
n mühüm cəhətlərdən hesab edilir. Bu qiymətin hesablanınası diskont adlanır. 
stiqraz üzrə gəlirin sonuncu elementi isə reinvestiya əldə edilən faiz gəlirləridir. Gəlirin bu 
növü uzunmüddətli istiqrazların ahnması zamanı mühüm əhəmiyyət kəsb edir. 
stiqraz üzrə əldə edilən ümumi və xüsusi gəlir başqa qiymətli kağızlara nisbətən kiçikdir. 
Bu onunla izah edilir ki, istiqraz digər qiymətli kağızlara nisbətən daha etibarlı hesab edilir. 
stiqrazın  gəlirliliyinə  2  mühüm  faktor  da  təsir  edir.  Əgər  istiqrazın  gəlirliyi  4%, 
inflyasiyanın səviyyəsi isə 3% olarsa, real gəlir 1% olacaq. Yox, əgər inflyasiyanın səviyyəsi 4%-
ə
 bərabər və ya yuxarı olarsa, onda investorun gəliri sıfıra bərabər olar və ya ziyana gedər. Buna 
görə də investor inflyasiya zamanı uzunmüddətli istiqrazların alınmasından imtina edir. 
Vergilər  də  həmçinin  istiqrazın  gəlirliliyinə  böyük  təsir  göstərir.  Buna  görə  də  yuxarıda 
qeyd  edilənləri  nəzərə  alaraq  istiqrazın  real  gəliri  vergiləri  və  inflyasiya  səviyyəsini  çıxdıqdan 
sonra hesablanır. 
Dövlət qiymətli kağızları. DQK dövlətin daxili borcunun mövcud olma formasıdır. Bunlar 
borc  qiymətli  kağızlardır  ki,  burada  da  emitent  rolunda  dövlət  çıxış  edir.  Belə  ki,  DQK-larının 
hamısı borc qiymətli kağızlardır, amma buna baxmayaraq, praktikada hər bir sərbəst DQK-nın öz 
adı  vardır  ki,  bu  da  onları  istiqrazların  digər  növlərindən  fərqləndirmək  imkanı  verir.  DQK-nın 
tədavülə buraxılması bir sıra mühüm məsələlərin həll olunmasında istifadə edilə bilər
- dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi; 
- dövlətin məqsədli proqramlarının maliyyələşdirilməsi; 
- iqtisadi aktivliyin tənzim edilməsi. 
DQK-ların, bir qayda olaraq, digər qiymətli kağızlardan iki üstünlüyü vardır. Birinci odur 
ki, DQK risk səviyyəsinə görə ən etibarlı qiymətli kağızlardır.  kinci üstünlüyü də digər qiymətli 
kağızlara nisbətən ona güzəştli vergilərin olmasıdır. 
DQK-nın yerləşdirilməsi: Mərkəzi bank və Maliyyə Nazirliyinin yolu ilə olur. 
stiqrazın  buraxılış  növündən  asılı  olaraq  onun  əsas  investorları  əhali,  pensiya,  sığorta 
ş
irkətləri və fondları, banklar, investisiya şirkətləri və fondları hesab edilir. 
Bir  qayda  olaraq,  DQK  istiqraz  bazarında  əsas  yerlərdən  birini  tutur.  DQK-nın  istiqraz 
bazarında  payı  50%-dir.  DQK-nın  strukturunda  orta  və  uzunmüddətli  istiqrazlar  xüsusi  çəkiyə 
malikdirlər. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə