Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə26/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   22   23   24   25   26   27   28   29   ...   131

 
53 
Finans  institutlarının  reytinqi  özündə  bank  reytinqini  təsbit  edir.  Bank  reytinqi  2  əsas 
istiqamətə  -  biznes  riskinin  qiymətləndirilməsi  və  finans  riskinin  qiymətləndirilməsi 
istiqamətlərinə bölünür. 
Korparasiya  reytinqinin  əsasını  emitentin  finans  vəziyyətinin  analiz  edilməsi  təşkil  edir. 
Reytinq  prosesinin  birinci  mərhələsini  səhmdar  cəmiyyətin  fəaliyyətinin  qiymətləndirilməsində 
istifadə edilən göstəricilər təşkil edir. Fond bazarı inkişaf edən ölkələrdə qiymətləndirmə bir qayda 
olaraq  rəqabətə  davamlılığın  və  finans  vəziyyətinin  analizinə  əsaslanır.  Bu  zaman  şirkətiı  inkişaf 
perspektivləri,  idarəetmə  keyfiyyəti,  rəqabətə  davamlılıq  mövqeyi  və  s.  tədqiq  edilir.  Şirkətə 
investisiya  cəlb  etmək  baxımından  reytinqini  qurmaq  üçün  yeddi  qiymətləndirmə  qrupunun  təşkil 
edilməsi təklif edilir: 
1. gəlir norması; 
2. aktivlərin gəlirliliyi; 
3. aktivlərin dövriyyəsi və verimliliyi; 
4. satışların gəlirliliyi; 
5. istehsalın gəlirliliyi; 
6. aksiyaların cari və ümumi gəlirliliyi; 
7. şirkət bazar kapitalizasiyası. 
Bu  göstəricilər  şirkətin  gəlirliliyini  və  onun  aktivlərinin  keyfiyyətli  idarə  edilməsini 
xarakterizə edir. 
kinci qrupa şirkətin finans vəziyyətinin göstəriciləri daxil edilir. 
1. alıcılıq qabiliyyəti; 
2. likvidlik; 
3. şirkətin bazara davamlılığı. 
Üçüncü  qrupa  şirkətin  istehsal  potensialını  göstərən  göstəricilər  daxildir:  səhmdar 
cəmiyyətin  əmlakının  tərkibi  və  onun  finansman  mənbəyi.  Əsas  göstəricilərə  isə  nizamnamə 
kapitalında  və  balansın  aktivindəki  əsas  vəsaitlərin  payı,  həmçinin  də  əsas  vəsaitlərin  istifadə 
edilmə və işlənib köhnəldilməsi dərəcələrini xarakterizə edən göstəricilər daxil edilir. 
Dördüncü  qrupa  isə  şirkətin  qiymətli  kağızlarına  qoyulan  vəsaitin  güvənliyini  və 
təhlükəsizliyini xarakterizə edən göstəricilər aid edilir. Bura aşağıdakılar aiddir: 
1. debitor borclarının riski; 
2. debitor və kreditor borclarının nisbəti; 
3. bir aksiyanın likvid qiyməti; 
4. inflyasiyaya uğrama riski; 
5. ikinci bazarda aksiyanın qeyri-likvidlik riski. 
Beşinci qrupa isə aksiyanın qiymətlərinin böyümə perspektivini, həmçınin onun sahələrinin 
inkişaf dinamikası və eksport potensialını xarakterizə edən göstəricilər aid edilir. 
Qiymətli  kağızlar  bazarının  iştirakçıları.  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsinin  15-ci  bölməsinin  1078-ci  maddəsinə  müvafiq  olaraq  qiymətli  kağızlar  bazarında 
aşağıdakı fəaliyyət növləri mövcuddur. 
1. broker fəaliyyəti; 
2. diler fəaiiyyəti; 
3. qiymətli kağızların idarə olunması üzrə fəaliyyət; 
4. depozitar fəaliyyəti; 
5. qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət; 
6. klirinq fəaliyyəti; 
7. fond birjası fəaliyyəti. 
Həmin  peşəkar  fəaliyyət  yalnız  QKDK  tərəfindən  verilmiş  müvafiq  xüsusi  razılığa 
(lisenziyaya)  malik  olan  şəxslər tərəfindən  həyata  keçirilə  bilər.  Bu  fəaliyyət  növləri  ilə məşğul 
olunması qaydaları QKDK-nin normativ sənədləri ilə tənzimlənir. 
Broker və diler fəaliyyəti. Əvvəllərdə qeyd etdiyimiz kimi, bazarın fəaliyyət göstərməsi üçün 
bazara maraq göstərən satıcılar, alıcılar və vasitəçilər olmalıdır. Qiymətli kağızlar bazarında vasitəçi 
rolunda,  adətən  brokerlər  və  dilerlər  çıxış  edirlər.  Tapşırıq  və  ya  komisyon  müqaviləsi  əsasında 


 
54 
müvəkkil  və  ya  komisyonçu  kimi  fəaliyyət  göstərən  hüquqi  və  ya  fiziki  şəxs  onun  müştərisinin 
marağına  uyğun  və  onun  hesabına  qiymətli  kağızlarla  mülki  hüquqi  əqdlərin  bağlanması  broker 
fəaliyyəti hesab edilir. 
Qiymətli kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçısı broker adlanır. 
Broker sifətində həm fiziki şəxslər, həm də hüquq şəxslər çıxış edə bilərlər. Fond bazarında peşəkar 
broker fəaliyyəti müəyyən lisenziya əsasında həyata keçirilir. 
Broker bu lisenziyanı müvafiq dövlət orqanlarından alır.  
Qiymətli  kağızlar  bazarında  broker  və  ya  broker  təşkilatı  kimi  fəaliyyət  göstərmək  üçün 
aşağıdakı tələblərə cavab vermək lazımdır: 
 1. müəyyən edilən minimal kapitala sahib olmalıdır ki, investor qarşısında maddi məsuliyyət 
hiss etsin; 
 2. qiymətli kağızlarla əməliyyatları tam və dəqiq təzahür edən, işlənib hazırlanmış haqq-hesab 
sisteminə malik olmalıdır. 
Broker  və  müştəri  öz  əlaqələrini  müqavilələr  əsasında  qurur.  Broker  müştərinin  adından  və 
hesabından çıxış edir. Broker müştərinin tapşırığı əsasında hərəkət edir. Brokerin əsas gəliri sazişlərin 
məbləğindən asılı olaraq tutulan komisionlardır. 
Çox zaman brokerler öz fəaliyyətinə qiymətli kağızlar bazarında müştərilərlə məsləhət etməyi 
də daxil edirlər. 
Diler.  Hüquqi  şəxsin  müəyyən  qiymətli  kağızlarının  alış  və  satış  qiymətlərini  elan  edib,  bu 
qiymətli  kağızların  elan  edilmiş  qiymətlər  üzrə  alınması  və  ya  satılmasını  öhdəsinə  götürməklə  öz 
adından və öz hesabından qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanılması diler fəaliyyəti hesab 
edilir.  Qiymətli  kağızlar  bazarında  diler  fəaliyyətini  həyata  keçirən  peşəkar  iştirakçı  diler  adlanır. 
Brokerdən  fərqli  olaraq  diler  qiymətli  kağızlar  bazarında  hüquqi  şəxs  kimi  fəaliyyət  göstərən 
investisiya şirkətlərini təmsil edir. Əqdləri də müştərilərin hesabına deyil, öz hesabına yerinə yetirir. 
Dilerin  gəliri  alqı-satqı  qiymətləri  arasındakı  fərqdə  olur.  Bazarda  operator  rolunda  çıxış  edən  diler 
alqı-satqı qiymətlərini, alınan və satılan qiymətli kağızların minimal və maksimal saylarını, həmçinin 
də elan edilən qiymətlərin nə vaxta qədər qüvvədə qalacağını müəyyən edir. 
Depozitari  fəaliyyəti.  Qiymətli  kağızların  və  ya  onların  sertifikatlarının  saxlanılması,  yaxud 
uçotu və qiymətli kağızlara olan hüquqların keçməsi üzrə xidmətlər göstərilməsi depozitari fəaliyyəti 
hesab  olunur.  Qiymətli  kağızlar  bazarının  depozitari  fəaliyyətini  həyata  keçirən  peşəkar  iştirakçısı 
depozitari  adlanır.  Qiymətli  kağızların  uçotu  üçün  təyin  edilmiş  hesabat  "depo  hesabı"  adlandırılır. 
Yalnız hüquqi şəxs depozitari ola bilər.  lk depozitari sistemi fond birjalarına xidmət etmək üçün yara-
dılmışdır. Depozitari  fəaliyyəti ilə bağlı olan əməliyyatların hamısı depozitari və deponent arasında 
bağlanan  müqavilələr  əsasında  həyata  keçirilir.  Depozitor  müqaviləsi  yazılı  şəkildə  bağlanır  və  bu 
müqavilənin  bağlanması  deponentin  qiymətli  kağızlara  olan  hüququnun  depozitariyə  keçməsini 
bildirir.  Depozitar  deponentin  onda  saxladığı  qiymətli  kağızlar  sertifikatlarının  qorunınasına  mülki 
hüquqi məsuliyyət daşıyır. 
Depozitari müqaviləsinə aşağıdakı mühüm şərtlər daxil edilməlidir: 
1)  müqavilənin  predmetinin  birmənalı  müəyyən  edilməsi,  qiymətli  kağızların  sertifikatlarının 
saxlanılma və ya qiymətli kağızlara olan hüquqların uçotu üzrə xidmətlərin göstərilməsi; 
2)  deponentin  depozitaridə  saxlanan  qiymətli  kağızları  üzrə  sərəncam  verilməsi  haqqında 
deponentin depozitariyə məlumat vermə qaydası; 
3) müqavilənin qüvvədə olduğu müddət; 
4) müqavilədə nəzərdə tutulmuş depozitari xidmətlərinin ödənilməsinin həcmi və qaydası; 
5) depozitarinin deponent qarşısında hesabat verməsinin forması və dövriliyi; 
6) depozitarinin vəzifələri. 
Öz aralarında danışan brokerlər onlarda saxlanılan bütün qiymətli kağızların sertifikatlarını yığır 
və  birja  depozitarisində  deponent  edirlər.  Bu  zaman  bütün  reyestrlərdə  bu  qiymətli  kağızları  broker 
hesabından  nominal  sahib  kimi  çıxış  edən  birja  depozitarisinin  hesabına  köçürürlər.  Birja 
depozitarisində hər bir brokerə "depo hesabı" açılır ki, burada da ona məxsus olan bütün qiymətli ka-
ğ
ızların hesabatı gedir. Beləliklə, brokerlər arasında görülən sazişlərin nə-ticələrinin rəsmiləşdirilməsi 
üçün  reyestr  xidmətlərinə  müraciət  etmək  lazım  deyil.  Mülkiyyətçinin  dəyişdirilməsi  birja 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə