Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   30   31   32   33   34   35   36   37   ...   131

 
69 
işlənib  hazırlanmalıdır.  Həmçinin    banklann  fəaliyyətini  nizamlayan  qanunlar  topiusuna  kredit  işi, 
elektron  ödəniş  sistemi,  bank  sirri,  bankların  iflası  qanunları  da  daxil  edilməlidir.  Maliyyə-kredit 
sistemində  banklarla  bərabər  fəaliyyət  göstərən  digər  maliyyə  instutları-qiymətli  kağızlar  və  fond 
birjası, faktorinq və trast şirkərləri, investisiya fondlan haqqında qanunlar da az əhəmiyyət kəsb etmir. 
 
 
2.3.  XAR C  ÖLKƏLƏR N PUL- KRED T S STEM  
 
Amerika Birləşmiş Ştatlarının pul-kredit sistemi.  Amerikan dolları 1785-ci ildə milli pul 
olaraq  qəbul  edilmişdir.  2  aprel  1792-ci  ildə  dolların  dəyəri  gümüş  və  qızılı  ağırlıq  miqdarı  ilə 
bağlanılmışdır.  1890-cı  ildə  tək  işğal  sisteminə  keçilmiş,  yəni  qızıl  pul  sisteminin  əsası 
qoyulmuşdur.  1913-cü  ildə  Amerika  Mərkəzi  Bankı  qurulmuşdur.  1917-ci  ildə  dolların  qızıla 
dəyişməsinə son qoyulmuş, ancaq 1919-cu ildə bu sistem təkrar təsis edilmişdir. 31 yanvar 1934-
cü ildə dollar 40,94% dəyərindən devalvasiya edilmiş və təzədən dolların qızıl qarşılığı müəyyən 
edilmişdir.  18  dekabr  1971-ci  ildə  isə  dolların  qızıla  çevrilməsinə  son  qoyulmuşdur.  1976-cı  il 
yanvar ayında Yamayka sövdələşməsi ilə dolların qızıla olan bağlılığı tamamilə ləğv edilmişdir. 
23 dekabr 1913-cü ildə Federal Ehtiyat Bank (FEB) qurulmuşdur. 
Federal Ehtiyat Sisteminin cari funksiyaları aşağıdakılardır:
 
•  Bank təşvişləri ilə bağlı problemlərin həlli; 
•  Bankların  özəl  maraqları  ilə  mərkəzləşdirilmiş  dövlət  öhdəlikləri  arasında  tarazlığın 
qorunması; 
•  Monetar siyasət tədbirləri nəticəsində ölkənin pul təchizatının təmin olunması; 
•  Maliyyə sisteminin sabitliyinin dəstəklənməsi; 
•  Depozit  qəbul  edən  təsisatlar,  ABŞ  hökuməti  və  xarici  rəsmi  müəssisələr  üçün  maliyyə 
xidmətinin təmin olunması; 
• ABŞ-ın dünya iqtisadiyyatındakı mövqeyinin gücləndirilməsi. 
FEB-i  idarə  edən  qurumlar  aşağıdakılardır:  Qubernorlar  şurası,  və  idarə  şurası.    FEB 
qubernatorlar şurasının 7 üzvü var. Bunlar bu vəzifələrə Amerika prezidenti tərəfindən 4 illik müddətə 
təyin edilir. Müddətin bu qədər çox olmasının səbəbi siyasi güc qarşısında qubernatorların öz müstə-
qilliklərini qorumaq məqsədidir. Şuranın üzvləri ancaq Konqresə hesabat vermək məcburiyyətindədir. 
darə şurasının 9 üzvü var. Bunların 3-ü qubernatorlar şurası tərəfindən təyin edilir, qalan 6 üzvü isə 
banklar tərəfindən seçilir.  FEB-in Monetur siyasətinin ən başlıca əməliyyatı qiymətli kağız bazarında 
dövlət istiqraz və bonolarının alqı-satqısıdır. 
 Amerikan  kommersiya  bankları  əmanət  qəbul  etmə  haqqında  lisenziyaya  sahib  olan 
banklardır. Kassa likvid aktivləri nağd pul, FEB-də tutulan pullar və digər bankların hesablarında 
tutulan pullardır. Bu banklar istehlak və sənaye sahələrinə qısamüddətli kredit açırlar. Portfelləri 
isə yerli icra və dövlət orqanlarına aid sənədlərdən ibarətdir. Passivlərində isə dövlət və özəl sek-
torun  əmanətləri  saxlanılır.Amerikada  kommersiya  banklarının  sayı  14500-ə  yaxındır.  Ancaq 
bunlar  içində  ən  böyük  banklar  Chase  Manhattan  Bank,  First  National  Bank,  Chase  Manhattın 
Bank, Morıan Trust Company banklarıdır. Amerikanın investisiya bankları şirkətlərə orta və uzun 
müddətli  kredit  açırlar.  Bu  banklar  əmanət  qəbul  edir,  sənaye  quruluşları  üçün  hissə  sənədi  və 
istiqraz  ixrac  edirlər.  Bu  banklar  pula  olan  ehtiyaclarını  kommersiya  banklarından  borc  olaraq 
ödəyirlər.  
Amerikada  200-ə  yaxın  xarici  ölkələrin  bankları  fəaliyyət  göstərir.  Bunların  ümumi  bank 
aktivləri içində payları 14 faizdir. Amerikan banklarının ölkə xaricində 800-dən çox şöbəsi vardır. 
Amerikan banklarının xaricdəki fəaliyyətinə FEB, Federal Əmanət Sığorta Fondu və Pul Nəzarət 
Komitəsinin üzvlərindən meydana gələn komissiya nəzarət edir. 
Kanadanın  pul-kredit  sistemi.    Kanada  federal  struktura  malik  bir  idarəyə  sahibdir.  Pul 
emissiyası  və  Kanadanın  pul  vahidi  olan  dolların  hərəkətlərinə  nəzarət  edən  Kanada  Mərkəzi 
Bankıdır.  
Ölkənin mərkəzi bankı kimi Kanada Bankının 5 əsas vəzifəsi var: 
•  Monetar siyasətinin həyata keçirilməsi (inflyasiya göstəricisinin tənzimlənməsi); 


 
70 
•  Pulların buraxılışı; 
•  Təhlükəsiz, şəffaf və səmərəli maliyyə sisteminin təşkili; 
•  Vəsaitlərin idarə edilməsi; 
•   nsani,  maliyyə,  informasiya,  texnologiya  və  fiziki  mənbələrin  sağlam  idarə  edilməsinə 
dəstək verən korporativ inzibatçılığın həyata keçirilməsi. 
Kanada  bank  strukturunda  aktivlərin  dəyəri  böyüklük  baxımından  olduqca  yüksək  bir 
təmərküzləşməyə malikdir. 1960-cı ildən sonra 8 bankın 500 şöbəsi vardı. Banklardan ən böyük 5-i isə 
bütün bankçılıq sektorunun aktivlərinin 20 %-nə malikdir. Kanadada bank haqqında Qanun 1961-ci 
ildən hazırlanmağa başlandı və 1967-ci ildə qüvvəyə mindi. 1990-cı ildə Kanada bankçılıq sektoranun 
bütün  varlığının  40%-i  xarici  sərmayəli  bankların  əlindədir.  Kanadada  banklar  adətən  Monreal  və 
Toronto kimi iri maliyyə şəhər mərkəzlərində yerləşmişdir. Nəticə etibarı ilə 1995-ci ildə səkkiz yerli 
bank bütün bankçılıq varlığının 50%-nə sahib idi. 
Yaponiyanın  pul-kredit  sistemi.    Yapon  Bankı  1882-ci  ildə  qurulmuşdur  və  1889-cu  ildən 
etibarən  qanunla  ona  banknot  əməliyyatının  aparılması  səlahiyyəti  verilmişdir.  1978-ci  ildə 
Yaponiyada qızıl standartı sistemi tətbiq edilmişdir. 1931-ci ildə Yaponiyada qızıl pul standartı ləğv 
edilmiş  və  1937-ci  ildə  pul  kütləsinin  tədavülü  1,6  dəfə  artmış  və  inflyasiya  tempi  illik  50%-dən 
yuxarı  olmuşdur.  1945-1951-ci  illər  arasında  inflyasiya  tempi  343  dəfə  artmış  və  yapon  pul  vahidi 
olan iyenin dəyəri 99% azalmışdır. 1949-cu ildə iyenin dollara qarşı məzənnəsi 360 iyen = 1 dollar 
olmuş  və  bu  paritet  1971-ci  ilə  qədər  qüvvədə  qalmışdır.  1971-ci  ildən  Yaponiya  Hökuməti  üzən 
valyuta kursu tətbiq etməyə başladı. 1973-1980-ci illərdə illik qiymət artımı 9,5% olmuşdur. 1980-ci 
ildən sonra beynəlxalq ticarət münasibətlərində yapon iyenin ödəniş vasitəsi olaraq Amerikan dolları 
və alman markasından sonra üçüncü yerə keçmişdir və Asiya regionu ölkələri üçün iyen ən sabit və 
güclü pul və bu regionun mərkəz bankları üçün ehtiyat pul vahidi olaraq qəbul edilməkdədir. 
Dünyada beynəlxalq valyuta ehtiyatları içində Amerikan dollarının payı 55 %,  yapon iyeninin 
payı 10 %-dir. Yapon mal və xidmət ticarət ixracatının 34%-i, idxalının 12%-i yapon iyeni tərəfindən 
aparılır.  Yapon  iyeninin  dollara  qarşı  məzənnəsinin  dinamikasını  1970-ci  ildən  başlayaraq  dollara 
qarşı dəyər qazanmaqdadır.  
Yaponiyanın kredit sistemi 1868-ci ildə qurulmuşdur. 1872-ci ildə Yaponiyada Yapon Mərkəzi 
Bankı  qurulmuş  və  1887-ci  ildə  isə  Kommersiya  bankları  haqqında  qanun  qüvvəyə  minmişdir. 
Yaponiya kredit sistemi - Yapon Mərkəzi Bankı, dövlət, kommersiya bankları, özəl və kredit koopera-
siyalarından meydana gəlir. 
1998-ci il aprelin 1-dən Yaponiya Mərkəzi Bankı haqqında yeni qanun qəbul edilmişdir. Bu 
qanuna əsasən Bank Maliyyə Nazirliyindən müstəqillik qazandı.  
Bankın aşağıdakı funksiyaları var: 
•  Pul əskinazlarının çap edilməsi və nağd pul təminatının idarəedilməsi;
   
 
•  Monetar siyasətin idarə etməsi; 
•  Maliyyə Sisteminin sabitliyinin qorunması və hesablaşma xidmətlərin təqdim edilməsi;  
•  Xəzinədarlıq funksiyaları.  
1949-cu  ildə  Bankın  Siyasət  Komitəsi  yaradılmışdır.  Komitə  Bankın  siyasətinin  tərtib 
edilməsi  və  dövlətin  maliyyə  və  pul-kredit  siyasətində  maraqlarını  müəyyənləşdirən  qurumdur. 
Komitə  7  üzvdən  ibarətdir.  Onlardan  beşi  səsvermə  hüququqna  malikdirlər:  Komitənin  Sədri 
hökumət tərəfindən 5 il müddətinə təyin edilir və şəhər bankları, regional banklar, kənd təsərrufatı 
və  sənaye  sektorunu  təmsil  edən  dörd  il  müddətinə  seçilən  4  üzv.  Bundan  əlavə  Komitəyə 
Maliyyə  Nazirliyinin  və  qtisadi  Planlaşdırma  Komitəsinin  səsvermə  hüququ  olmayan  iki  üzv 
daxildir.  Komitə  Bankın büdcəsinə aid qərarları  Maliyyə  Nazirliyi  ilə razılaşdıqdan  sonra  qəbul 
edir.  Həmçinin  Maliyyə  Nazirliyi  ilə  razılaşdıqdan  sonra  Parlament  qarşısında  hesabat  verir. 
Bundan  əlavə,  Komitə  faiz  dərəcələrinin  dəyişdirilməsini,  kreditvermə  prosesində  girovların 
qiymətləndirilməsini, veksellərin növlərini və şərtlərini müəyyən edir.    
Yapon  bankları  ölkənin  iqtisadi  inkişafını  gücləndirmək  məqsədi  ilə  kredit  faiz  dərəcələrini 
aşağı düşürmək siyasətini aparır.   
Avstraliyanın  pul-kredit  sistemi.    Avstraliya  konstitusiyası  bankçılıq  sektorunda  ikili  bir 
nəzarət  sistemi  tərtib  etmişdir.  Bu  həm  Federal  Hökumətin,  həm  də  əyalət  hökumətinin  müəyyən 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə