Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə42/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   38   39   40   41   42   43   44   45   ...   131

 
85 
dir.  Bankın  hesab  və  əməliyyatlarının  auditinin  müstəqil  audit  təşkilatları  tərəfindən  aparılması 
yeni qanunda nəzərdə tutulmuşdur. 
2) Pul siyasəti orqanı. Qiymət dayanıqlığının aktivliyinin təmin edilməsi məqsədilə dünya 
praktikası da nəzərə alınaraq pul siyasəti orqanı yaradılmışdır. Pul siyasəti orqanı sədrin rəhbərliyi 
altında  sədr  müavinləri,  bank  məclisinin  üzvləri  arasından  seçiləcək  nümayəndə  və  sədrin 
məsləhəti  ilə  müştərək  qərarla  seçilən  nümayəndədən  ibarətdir.  Xəzinənin  sədri  və  ya  onun 
müavini səs vermə hüququ olmamaq şərtilə iştirak edirlər. 
3)  Dövlət  sektoruna  kredit  verilməməsi.  Xəzinə  ilə  dövlət  orqanı  və  təşkilatlarına  «avans 
verilməsi» və kredit verilməsi qadağan olunmuşdur. Bu baxımdan da əvəzi olmadan pul kəsilməsi 
də dayandırılmışdır. 
slami  bankçılıq.  Türkiyədə  1980-ci  illərdən  sonra  islami  əsaslara  görə  fəaliyyət  göstərən 
maliyyə orqanlarının fəaliyyətlərinə icazə verilmişdi.   slami bank və maliyyə təşkilatlarının əsas 
xüsusiyyəti  islam  mühitinə  görə  fəaliyyətdə  olması  və  faizsiz  iş  aparmasıdır.  Faizsiz  maliyyə 
sistemi təşkilatlarını yaratma fikri 1940-cı illərin əvvəllərinə təsadüf edir. Ancaq bunun həyata ke-
çirilməsi 1970-ci illərdə reallaşmağa başlamışdır. Bu təşkilatların ilk örnəyi 1963-1967-ci illərdə 
Misirdə  alman  bank  sisteminə  bənzəyən  bir  sistemlə  həyata  keçirilmişdir.  Faiz  ödənilmədən 
fəaliyyət  göstərən  bu  bank  qısa  müddətdə  müvəffəqiyyətli  nəticələr  əldə  etməsinə  baxmayaraq 
siyasi səbəblərə görə bağlanmışdır. Bundan sonra qurulan növbəti islam bankı Qahirədə Nasıl So-
sial  Bankı  adı  altında  1971-ci  ildə  təsis  edilmişdir.  Daha  sonrakı  illərdə  slam  nkişaf  Bankı 
fəaliyyətə  başlamışdır.  Bu  bankın  təsis  edilməsilə  islami  maliyyə  qurumlarının  sayı  bütün 
dünyada sürətlə artmışdır. Bu təşkilatlara Türkiyədə ilk qapını 1980-ci illərin ortalarında Turğut 
Özal açmışdır. Bu təşkilatlardan ilk daxil olanlara Faysal Finans və Albaraka olmuşdur. 
 
 
NK ŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏR N PUL-KRED T S STEM   
 
Koreyanın pul-kredit sistemi. Cənubi Koreyanın maliyyə-kredit sektorunun inkişafı dövlətin 
kredit  sistemində  yer  alması  ilə  izah  edilir.  Cənubi  Koreyada  pul-kredit  sisteminin  əsas  vəzifəsi 
dövlətin müəyyən etdiyi proqram çərçivəsində milli iqtisadiyyatın inkişafina dəstək olmaqdır. 1985-ci 
ildə sənayeyə  yardım məqsədi ilə faiz dərəcələri əhəmiyyətli dərəcədə düşürüldü. Cənubi Koreyada 
ümumi  bankçılıq  sektorunda  kommersiya  bankları  aktiv  böyüklüyünə  gorə  birinci  yerdədir.  Cənubi 
Koreyada 61 bank  vardır  ki, bunlardan  yeddisi ölkə  əhəmiyyətli banklar, 10-u  regional əhəmiyyətli 
banklar,  48  xarici  sərmayəli  banklardır.  1992-ci  ildən  etibarən  Cənubi  Koreya  hökuməti  pul-kredit 
sistemini liberallaşdırmış və ölkəyə xarici sərmayə girişinə izin vermişdir. 
Koreya Bankı Cənubi Koreyanın mərkəzi bankıdır. Bankın əsas məqsədi qiymət sabitliyi 
olduğundan inflyasiyanı hədəfdə saxlayir.  12 iyun 1950-ci il tarixində Koreya Bankı haqqında 
Qanunun qəbul olunması ilə Koreya Bankı yaradılmışdır. Lakin 1962-ci ildə Qanuna əlavələr 
edilmişdir və nəticədə Bank kapitalı olmayan hüquqi şəxsə çevrilmişdir.  
Koreya  Bankının  əsas  məqsədi  qiymətlərin  sabilliyinin  təmin  edilməsidir.  Bank  hər  il 
hökumətlə birgə qiymətlərin sabit qalması üçün hədəfləri müəyyənləşdirir və monetar siyasəti daxil 
olmaqla  əməliyyat  planını  dərc  edir.  Koreya  Bankı  haqqinda  Qanuna  əsasən  Bank  pulların  çap 
edilməsi, monetar və kredit siyasətinin müəyyən edilməsi, dövlətin bankı rolunda çıxış edilməsi, kom-
mersiya banklarına bank funksiyasının təqdim edilməsi və bank sektoruna nəzarət funksiyalarına ma-
likdir. Həmçinin Bank dövlətin xarici valyuta ehtiyyatlarını idarə edən qurumdur.    
Koreya  Bankı  Sədr,  sədrin  birinci  müavini  və  5  sədr  müavini  tərəfindən  idarə  olunur. 
Bankın  Sədri  Dövlətin  Ali  Şurasının  təklifi  ilə  Prezident  tərəfindən  təyin  olunur.  Sədr  4  il 
müddətinə seçilir və vəzifəyə yenidən seçilmək hüququ yalnız bir dəfə icazə verilir. Sədr Dövlət 
Ali  Şurasının  maliyyə  məsələləri  ilə  bağlı  iclaslarında  iştirak  etmək  hüququna  malikdir.  Sədrin 
birinci müavini Sədrin təklifi əsasında Prezident tərəfindən vəzifəyə təyin edilir.  
Bankın  strukturunda  vacib  yer  Monetar  Siyasət  Komitəsi  tutur.  Komitə  milli  iqtisadiyatı 
təmsil edən yeddi üzvdən ibarətdir:  
• Bankın Sədri; 
• Sədr müavini;  


 
86 
• Maliyyə və Strategiya Nazirliyinin nümayəndəsi; 
• Maliyyə Məsələləri Komissiyasıının təmsilçisi;  
• Koreya Bankı Sədrinin nümayəndəsi;  
• Koreya Ticarət Palatasının nümayəndəsi; 
• Koreya Banklar Federasiyasının nümayəndəsi. 
   Bankın  Sədri  Komitəyə  başçılıq  edir.  Komitənin  üzvləri  4  il  müddətinə  President 
tərəfindən təyin olunurlar. Komitənin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.  
Koreya  Bankında  15  departament  fəaliyyət  göstərir.  Baş  ofisdən  əlavə  ölkənin  iri 
şə
hərlərində Bankın 15 filialı mövcuddur.   
Koreya Bankı beynəlxalq iqtisadi sahədə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: 
• Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq - Koreya Bankı bir sira beynəlxalq maliyyə 
qurumların üzvüdür. Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq çərçivəsində Koreya Bankında bir 
sıra  texniki  yardım  layihələri  həyata  keçirilib.  Korea  Bankı  Beynəlxalq  Valyuta  Fondu  ilə  yeni 
kredit  sazişini  imzalayan  24  mərkəzi  bankdan  biridir.  1962-ci  ildən  etibarən  Koreyanın  Dünya 
Bankının  Qrupuna  aid  qurumlara  üzv  olması  ilə  Koreya  Bankı  Dünya  Bankının  bir  sıra 
layihələrinin icraçısına çevrilmişdir.  
• Regional  iqtisadi  inkşaf  qurumları  ilə  əməkdaşlıq  -  Bu  fəaliyyət  çərçivəsində  Koreya 
Bankı  Asiya  nkişaf  Bankının,  Afrika  ölkələri  nkişaf  Bankının  və  Fondunun,  Avropa 
Yenidənqurma  və  nkişaf  Bankın,  nteramerika  nkişaf  Bankı  Qrupunun    üzvüdür.  Bu  regional 
qurumlara  Koreya  Bankı texniki  dəstək çərçivəsində  vəsaitlər ayırır  və  həmçinin  bu  qurumların 
biznesə kreditayırma prosesində fəal iştirak edir.  
• Beynəlxalq və mərkəzi banklar ilə sıx əməkdaşlıq - Korea Bankı Beynəlxalq Hesablaşmalar 
Bankında 1975ci ildən müşahidəçi üzvü və 1997-ci ildən isə üzvüdür. Hazırda Koreya Bankı BHB-
nın  səhmlərinin  0.59%-nin  sahibidir.  Həmçinin,  Koreya  Bankı  Şərqi  Asiya  və  Sakit  Okean 
(EMEAP) dövlətlərin Mərkəzi Banklarının  darə Heyətlərinin təsisçilərindən biridir. 1990-cı ildən 
Koreya  Bankı  Cənubi-Şərqi  Asiya  dövlətlərinin  Mərkəzi  Bankları  (SEACEN)  qurumunun 
iştrakçısıdır.  1966-cı  ildən  Korea  Bankı  Cənub-Şərqi  Asiya,  Yeni  Zellandiya  və  Avstraliya 
(SEANZA) üzvüdür və bu region üzrə ölkələrin mərkəzi banklarının ğörüşlərinin fəal iştirakçısıdır.  
• Digər beynəlxalq əməkdaşlıq sahələri - Koreya Bankı G-20 görüşlərində Koreya höküməti 
ilə birgə iqtisadiyyata aid görüşlərdə iştirak edir. Digər ölkələrin mərkəzi bankları ilə əməkdaşlığı 
inkişaf  etdirmək  məqsədi  ilə  Koreya  Bankı  1989-cu  ildən  etibarən  hər  il  Mərkəzi  Bankçılıq 
Seminarları  keçirir.  Bu  seminarlarda  digər  ölkələrinin,  həmçinin  Almaniya,  ABŞ,  ngiltərə  və 
digər inkişaf etmiş və keçid iqtisadiyyatlı ölkələrin mərkəzi banklarının təmsilçiləri iştirak edir. 
 
Sinqapurun  pul-kredit  sistemi.  Eyni  zamanda  tədavüldə  Bruneyin  pul  vahidi  də  istifadə 
edilməkdədir.  Sinqapurda  maliyyə  kredit  qurumları  dövlət  və  özəl  maliyyə  qurumları  olmaq  üzrə 
başlıca  iki  qrupdan  ibarətdir.  Sinqapur  Pul  Tədavülü  darəsi  Mərkəz  Bankın  funksiyalarına  bənzər 
ə
məliyatları aparan bir qurumdur. Sinqapurda özəl sərmayəli bankların əksəriyyəti xaricilərin əlindədir 
və bunlar ofsior bazarlarında çox aktivdirlər. 
Bundan  başqa  Sinqapurda    Asiya  Dollar  Bazarı,  Pul  Bazarı,  Səhm  bazarı,  Qızıl  Bazarı  və 
Fyuzers Bazarı fəaliyyət göstərməkdədir. 
 
  ranın pul-kredit sistemi.  randa ilk milli bank 1928-ci ildə yaradılmışdır. 1960-cı illərdə isə 
ran Mərkəzi Bankı təsis edilmişdir. 1979-cu ildə  randa bütün milli banklar dövlətləşdirilmiş və xarici 
sərmayəli  banklar  ölkədən  çıxarılmışdır.  1979-cu  ilə  qədər  ran  bank  sistemində  7  dövlət  bankı,  12 
özəl sərmayəli  ran bankı və 10 ədəd isə  ran və xarici sərmayəli müştərək bank fəaliyyət göstərirdi. 
1979-cu ildə Xomeyni inqilabından sonra ölkə iqtisadiyyatında 10 bank üstün vəziyyətə gəlmişdir. Bu 
banklar 1982-1989-cu illər ərzində 6571 milyard rial əmanət toplamışlar. 
Aktiv böyüklüyünə görə  ran Mərkəzi Bankı və Sədarət Bankdır.  
ran  slam  Respublikası  Mərkəzi  Bankı  ( RMB)  ranın  mərkəzi  bankıdır.  ran  slam 
nqilabından sonra Bankın fəaliyyəti şəriət qanunları əsasında həyata keçirilir. 
ranın  ilk  dövlət  bankı  olan  Bank  Melli  ran  1927-ci  ildə  təsis  olunmuşdur.  Bankın  əsas 
vəzifələri hökumətin maliyyə əməliyyatlarının dəstəklənməsi və  ranın milli valyutasının (rial və 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə