Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə40/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   36   37   38   39   40   41   42   43   ...   131

 
81 
2005  –  Banklar  haqqında  edilən  yeni  düzəlişlər  nəticəsində  Bolqarıstan  Milli  Bankı  tam 
müstəqillik əldə etmişdir.   
Bolqarıstan Milli Bankı əskinaz və sikkələrin buraxılması, bank sektoruna nəzarət və onun 
tənzimlənməsi,  dövlətin  valyuta  ehtiyatlarının  saxlanması  öhdəliklərini  daşıyır.  Milli  Bank 
həmçinin Bolqarıstan Zərbxanasının da tək sahibidir.  
Bolqarıstan Milli Bankının  darə Heyəti Sədr, 3 sədr müavini və üzvdən ibarətdir. Bankda 4 
departament (hər biri direktoratlıqlara bölünür), 1 baş katiblik, Sədrin ofisi, 5 ayrı direktoratlıq və 
darə Heyətinin katibliyi fəaliyyət göstərir.   
Bolqarıstanda bank sektoru ilə əlaqədar məlumatlar aylıq, rüblük, illik dərc edilmişdir. 1991-ci 
ildən etibarən “Monetarnı Raport” adlı ingiliscə və bolqar dilində bir məlumat kitabçası dərc edilməyə 
başlanmışdır. 1992-ci ildə “Bank araşdırmaları” adlı populyar elmi jurnal da çıxmağa başlamışdır. 
 
 
AB  üzvlüyünə  namizəd  ölkə – Türkiyənin pul – kredit  sistemi 
 
Cümhuriyyət elan edildikdən 7 il sonra 11.6.1930-cu il tarixində Mərkəzi Bankın 1715 saylı 
qanunu  çıxmışdır.  Bu  qanuna  görə  Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  3.10.1931-ci  il 
tarixindən  işləməyə  başlamışdır.  1715  saylı  qanunun  1-ci  maddəsinə  görə  Türkiyədə  banknot 
çıxartma  səlahiyyəti  Mərkəzi  Banka  verilmişdir.  1715  saylı  qanun  40  il  qüvvədə  olmuşdur. 
26.01.1970-ci il tarixində 1211 saylı yeni qanun da banknot emissiyası səlahiyyətini 1999-cu ilə 
qədər  Mərkəzi  Banka  vermiş  və  Bankın  ixrac  etdiyi  banknotların  tədavülünü  məcburi  edərək 
ödəmə  güclərini  məhdudiyyətsiz  olaraq  müəyyən  etmişdir.  Türkiyədə  Mərkəzi  Bankın 
emissiyadan başqa, pul siyasəti aparmaq, pul təklifini nizamlamaq, banklara kredit vermək, pul si-
yasəti  vasitələrini  müəyyən  etmək,  valyuta  kurslarını  müəyyən  etmək  kimi  vəzifələri  də  vardır. 
Mərkəzi Bank dövlətin bankıdır. Bu baxımdan dövlətin hesabatlarını aparır və dövlətə pul verir. 
Cümhuriyyət  dövründə  ilk  qurulan  bank  1924-cü  ildə  avqust  ayında  fəaliyyətə  başlayan  ş 
Bankıdır. 1925-ci ildə qurulan Sənaye Bankı, 1932-ci ildə Sənaye və Kredit Bankına çevrilmişdir. 
1930-cu  illərdə  5  dövlət  bankı  təsis  edilmişdir.  Bunlar  Sümer  Bank  (1933),  ller  Bank  (1933), 
Etibank (1935), Dənizbank (1933) və Xalq Bankıdır (1938). 
Türkiyədə 1958-ci ildə qəbul edilən 7129 saylı Banklar Qanunu ilə dövlət banklara kredit 
sahəsində  sərbəstlik  vermişdir.  1960-cı  illərdən  sonra  Türkiyədə  çox  şöbəli  bankçılıq  sürətlə 
inkişaf  etmişdir.  Bankların  idarə  edilmə  səlahiyyətlərinin  özəl  holdinqlər  tərəfindən  ələ 
keçirilməsinə  mane  olmaq  məqsədi  ilə  25.4.1985-ci  il  tarixdə  3182  saylı  qərar  qüvvəyə 
minmişdir.  1980-ci  ildən  sonra  Türkiyədə  xarici  bank  və  şöbə  olmayan  bankların  sayı  sürətlə 
artmışdır.  Türk  bank  sistemi  1980-ci  ildən  sonra  xarici  siyasətə  başlamış  və  xarici  bankların 
kəskin rəqabəti ilə qarşılaşmışdır. Türkiyədə uzun müddət 44 bank mövcud olmuşdursa, 1990-cı 
illərdə  70-ə  çatmışdır.  1993-cü  ildə  Sümer  Bankın  bankçılıq  hissələri  özəlləşdirilmiş,  5  aprel 
1994-cü il qərarları nəticəsində Mərmərə Bankı, TYT Bank və  mpeks Bankının fəaliyyətləri da-
yandırılmışdır.  1998-ci  ildə  Türkiyə  Ticarət  Bankının  Mərkəzi  Bank  sığorta  fonduna  keçən 
hissələri  özəlləşdirmə  əhatəsinə  alınmış,  lakin  daha  sonra  təxirə  salınmışdır.  nterbank  1998-ci 
ildə  Mərkəzi  Bank  sığorta  fondunun  idarəçiliyinə  keçmişdir.  1990-cı  ildən  sonra  Banklar 
qanununda  dəyişiklik  edilərək,  bankların  nağd  və  qeyri-nağd  kreditlərinin  öz  mənbələrinin  20 
qatını keçə bilməyəcəyi hökmünü qəbul etmişdir.  
Türkiyədə  1980-ci  illərdən  sonra  aparılan  iqtisadi  islahatların  nəticəsində  iqtisadiyyatda 
bütün qiymətlər 2 faktorun təsirində olmuş və bütün qiymətlər bunlara görə formalaşmaqdır faiz 
dərəcələri  və    valyuta  kursu.  Türkiyənin  kredit  sistemində  islahatlar  80-ci  illərin  başlanğıcında 
keçirilməyə başlandı.   
24 yanvar 1980-ci il qərarlarından sonra və xüsusilə 1 iyul 1980-ci ildən sonrakı dövr Türk 
bank  sektoru  baxımından  çox  vacibdir.  Çünki  1.7.1980-ci  ildə  müddətli  əmanətə  və  kreditlərə 
tətbiq  edilən  faiz  nisbətləri  sərbəstləşdirilmiş,  banklara  əmanət  sertifikatı  çıxartmaq  icazəsi 
verilmişdir. 1980-ci ildən sonra iqtisadiyyatda maliyyə sərbəstliyinin təmin edilməsi üçün vacib 


 
82 
addımlar  atılmışdır.  Faizlər  sərbəst  buraxılaraq,  faizlərin  bazar  gücləri  tərəfindən  müəyyən 
edilməsi əsas faktor olaraq görülmüşdür. 
Türkiyədə 1982 və 1983-cü illərdə baş verən bank böhranları nəticəsində əmanət faizlərinin 
müəyyənləşməsindəki  sərbəstlik  1.1.1983-cü  ildə  sona  yetmişdi.  1987-ci  ilin  ortalarında  faizlər 
yenidən sərbəstləşdirilmiş, 1989-cu ildə banklararası faiz yarışına qarışması nəticəsində Mərkəzi 
Bank faizlərə üst limit müəyyən etmişdi.   
1985-ci ildə çıxarılan 3182 saylı bank qanununa görə Türkiyədə bir bankın təsis edilməsi və 
ya  xarici  ölkələrdə  təsis  edilmiş  bir  bankın  Türkiyədə  açacağı  ilk  şöbəsi  üçün  Nazirlər 
Kabinetindən  icazə  alınması  lazımdır.  Üsulla  bağlı  düzəlişlər  isə  Xəzinə  tərəfindən  müəyyən 
edilir.  
1980-ci ildən sonra yeni ticarət banklarının qurulmasına icazə verilməsilə 8-i xarici olmaqla 
yeni  19  ticarət  bankı  qurulmuşdur.  Bu  bankların  bir  hissəsi  şöbə  açaraq  Türkiyədə  fəaliyyətə 
başlayan xarici bankların mərkəzi şöbələrinin Türkiyədə təsis edilmiş bank statusuna çevrilməsilə 
yaranmışdılar.  1988-1997-ci  il  müddətində  Nazirlər  Kabineti  7-si  inkişaf  və  investisiya  bankı 
sektorunda olmaqla 15 bankın təsis edilməsinə icazə vermişdi. Beləliklə, 1980-ci ildə 43 bank var 
idisə, 2002-ci ildə bu say 62 idi. 62 bankın 21-i ticarət, 3-4 dövlət sərmayəli, 36-sı özəl sərmayəli, 
3-4 xarici sərmayəli, 15-i inkişaf və investisiya bankıdır. 1980-ci ildən sonra bankların sayının ço-
xalmasına  baxmayaraq,  dövlət  sərmayəli  bankların  sayında  azalma,  özəl  və  xarici  sərmayəli 
bankların  sayında  isə  artma  olmuşdu.  Ancaq  bu  say  artımına  baxmayaraq,  xarici  sərmayəli 
bankların sektordakı payı artmamışdır. 
Türkiyədə  1980-ci  ildən  sonra  bir  çox  firma  aldıqları  kreditləri  ödəyə  bilməmək 
təhlükəsində  idilər.  Bunun  nəticəsində  bank  kreditlərinin  əsas  hissəsi  donmuş  kreditlər 
vəziyyətində idilər. Bu vəziyyət bank sektorundakı böhranı daha da dərinləşdirmişdir. 1983-1984-
cü  illərdə  4  bank  məcburi  olaraq  Ziraət  Bankın  nəzdinə  keçmiş,  2  bankın  fəaliyyəti 
dayandırılmışdır. 1988-ci ildə Anadolu Bankı Əmlak Kredit Bankı ilə birləşdirilərək Türkiyə Əm-
lak  Bankı  yaradılmışdır.  1992-ci  ildə  də  Türkiyə  Müəllimlər  Bankı  Xalq  Bankına 
birləşdirilmişdir.  Bütün  bu  dəyişikliklərdən  sonra  1980-ci  ildən  sonra  bankların  nəzarət  sistemi 
gücləndirilmişdir. 3182 saylı qanun ilə bankların xüsusi vəsaitləri artırılmış, verəcəkləri kreditlərə 
məhdudiyyətlər  qoyulmuşdur.  Maliyyə  vəziyyətləri  pozulan  bankların  gücləndirilməsi  üçün 
Qanunda  lazımi  qərarları  verə  bilmə  səlahiyyəti  nəzarət  orqanlarına  verilmişdir.  1994-cü  ildə 
Qanunda  edilən  dəyişikliklər  ilə  bankların  sərmayələrindəki  payların  müəyyən  limitin  üzərində 
olması xəzinənin icazəsinə bağlı idi. 
Bank  sektorundakı  mənfi  dəyişikliklərdən  sonra  qanunlarda  dəyişikliklər  edilərək,  nəzarət 
orqanlarının  banklar  üzərindəki  vəzifələri  artırılmışdır.  25.03.1987-ci  ildə  3332  saylı  qanun 
çıxarılmış  və  bu  qanun  çərçivəsində  banklar  çətin  vəziyyətdən  qurtarılmışdılar.  Lakin  görülən 
bütün  tədbirlərə  baxmayaraq  kredit  problemini  həll  etmək  mümkün  olmamışdı.  Türkiyədə  bank 
sektoru 1980-ci ildən qabaq oliqopolist bazar tipində ikən 1980-ci ildən sonra qismən bu tipdən 
qurtulmuşdu. 
24 yanvar 1980-ci il qərarlarına qədər qapalı bir iqtisadiyyatda varlığını sürdürən türk bank 
sistemi iqtisadiyyatın liberallaşmasına paralel olaraq maliyyə sektorunda baş verən yenidən qurma 
dövründəki tərəqqidən çox təsirlənmişdir. 
1994-cü  il  iqtisadi  böhranı  xüsusilə  bank  sistemini  çox  zəiflətmişdi.  Sistemdəki  3  bank 
öhdəliklərini vaxtında yerinə yetirə bilməmiş və bu bankların fəaliyyətləri dondurulmuşdur. Bank 
sistemində  inamın  qorunması  və  inkişafın  yenidən  təmin  edilməsi  üçün  ehtiyat  əmanətlərin 
hamısına dövlətin zəmanəti tətbiq edilmişdir. Mükafat nisbətlərinin yüksəldilməsi, minimum ödə-
nilmiş  sərmayə  həcminin  artırılması,  məcburi  müddət  nisbətinin  20%-dən  25%-ə  yüksəldilməsi 
kimi bank sisteminə yönələn, bankların valyuta mövqeləri ilə sərmayə maksimumu arasında yeni 
izahlar  verilmiş  və  valyuta  mövqeyini  sərmayə  maksimumuna  məhdudiyyət  qoyulmuşdur.  Bu 
nisbət 50% ikən 1999-cu ilin iyun ayında edilən düzəlişlər ilə mərtəbəli olaraq 20%-ə düşmüşdür. 
Türkiyədə  1980-ci  ildən  sonra  qurulan  xarici  bankların  da  təsirilə  türk  bankları  xidmət 
təklifində  texnikadan  daha  çox  istifadə  edilməyə  başlanmışdır.  Bu  dövrdə  banklar  bir  tərəfdən 
istehlak  kreditləri,  kredit  kartları  və  internet  bankçılıq  kimi  yeni  fərdi  bankçılıq  vəsaitlərini 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə