Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə43/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   39   40   41   42   43   44   45   46   ...   131

 
87 
tümən) çapı və dövriyyəyə buraxılması olmuşdur. Bank Melli  ran 33 ildən artıq müddət ərzində 
ran rialının dəyərini dəstəkləməklə  ranın mərkəzi bankı kimi fəaliyyət göstərmişdir. 1960-cı ilin 
avqust ayında  ran hökuməti  ran Mərkəzi Bankını təsis edərək Bank Melli  ran-da olan mərkəzi 
bank öhdəliklərini alaraq  ran Mərkəzi Bankına vermişdir. 
1979-cu  ildə  randa  slam  nqilabın  baş  verməsi  ilə  ran  Mərkəzi  Bankının  adı 
dəyişdirilərək “ ran  slam Respublikası Mərkəzi Bankı” qoyulmuşdur. Bu tarixdən etibarən  randa 
monetar  və  kredit  siyasətləri  ranın  Pul  və  Bank  Qanunu  (1979),  Bankların  Milliləşdirilməsi 
Qanunu (1979), Banklar Administrasiyası Haqqında Qanun (1979) və Faizsiz Bankçılıq Haqqında 
Qanun (1983) əsasında tərtib və icra olunur. 
RMB aşağıdakı funksiyaların yerinə yetirilməsinə görə cavabdehdir: 
• Əskinaz və sikkələrin buraxılması; 
• Bank və kredit təşkilatlarının fəaliyyətlərinə nəzarət; 
• Xarici valyuta siyasəti və əməliyyatlarının tərtibi və tənzimlənməsi; 
• Qızıl əməliyyatlarının tənzimlənməsi; 
• Milli valyuta axınının formalaşdırılması və tənzimlənməsi.  
Hökumətin bankı olaraq  RMB hökumət hesablarını, dövlət müəssisələri və təşkilatlarına 
verilən qrant və kreditlərin saxlanması üçün səlahiyyətləndirilmişdir.  
Təşkilati struktur:  RMB aşağıdakı orqanlardan ibarətdir: 
• Baş Məclis; 
• Monetar və Kredit Şurası; 
•  darə Heyəti; 
• Not Ehtiyatlarına Nəzarət Şurası; 
• Müşahidə Şurası.  
darə Heyəti Sədr, sədr müavini, baş katib və 3 vitse-sədrdən ibarətdir.  
Milli  Cəvahirat  Xəzinəsi  -  RMB-nin  Baş  Ofisində  yerləşir.  Xəzinədə  dünyada  məşhur 
olan bir çox daş-qaşların kolleksiyası toplanmaqdadır.  
Beynəlxalq əlaqələr:  RMB bir sıra beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq əlaqələrinə 
malikdir.  ran  slam  Respublikası  slam  nkişaf  Bankının  fəal  üzvlərindən  biri  olduğundan 
RMB-nin onunla çox yaxın əlaqələri var.  
RMB-nin Sədri  ranın Beynəlxalq Valyuta Fondundakı Müdiri olaraq çıxış edir.  
RMB  Beynəlxalq  Hesablaşmalar  Bankının  illik  toplantılarında  müşahidəçi  statusunda 
iştirak edir.  
Bundan əlavə  RMB Dünya Bankı ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir.   
1984-cü ildə  ran bankçılıq sektoru  slam Bank Sistemi modelinə keçmişdir. Bu sistemdə faiz 
qadağan edilmişdir. Lakin bank milli, beynəlxalq sistemdə fəaliyyətini davam etdirməklə ancaq  slam 
şə
rtlərinə görə deyil, həm də beynəlxalq sistemin qoyduğu şərtlərə uyğun olaraq fəaliyyət göstərir. 
 
srailin pul-kredit sistemi.  srailin pul-kredit sisteminin əsas xüsusiyyətləri aşağıdakılardır: 
1. Dövlət kapital bazarına böyük ölçüdə müdaxilə edir. 
2. Yüksək miqdardakı dövlət xərcləmələri kapital bazarından təmin edilir. 
3.  Sermayə və kredit bazarları bir-birindən ayrılmışdır. 
4. Kapital hərəkətlərinə nəzarət güclüdür. 
5.    Təmərküzləşmiş  bir  bank  sektoru  mövcuddur  (3  böyük  bank  ümumi  bank  sektorunun 
aktivlərinin 80 %-ni əlində saxlayır). 
srail  Mərkəzi  Bankı  1964-cü  ildən  fəaliyyətdədir.  srail  Bankı  srailin  məkəzi  bankıdır. 
Bankın Baş ofisi Qüdsdə, filialı isə Təl-Əviv şəhərində yerləşir.    
1948-ci ildə müstəqilliyin elan olunması ilə milli valyutanın buraxılması hüququ daha sonra 
(1950) Leumi Bank adlanacaq Anqlo-Fələstin Bankına verilmişdir. Monetar siyasət və bankların 
fəaliyyətinə  nəzarət  funksiyası  ilə  Maliyyə  Nazirliyində  saxlanmışdır.  12  avqust  1954-cü  il 
tarixində Knesset tərəfindən  srail Bankı haqqında Qanunun qəbul olunması ilə  srail Bankı təsis 
edilmişdir.  Bununla  da  milli  valyutanın  buraxılması  və  banklara  nəzarət  funksiyaları  srail 
Bankına  ötürülmüşdür1978-ci  ildə  isə  Banka  xarici  valyutaya  nəzarət  funksiyası  verilmişdir. 
1985-ci  ildən  srail  Bankı  tam  müstəqil  olmuşdur  və  1992-ci  ildən  hökumət  tərəfindən  qarşıya 


 
88 
qoyulan  inflyasiya  hədəfinə  nail  olunması  məqsədilə  özünün  maliyyə  siyasətini  idarə  etməyə 
başlamışdır. Hazırda ümumi bank sisteminə nəzarət edən  srail Bankı xarici valyuta ehtiyatlarını 
idarə etməkdədir.  
srail Bankının əsas öhdəlikləri aşağıda qeyd olunmuşdur:  
  
•  Monetar siyasətinin tənzimlənməsi və idarə edilməsi; 
•  Hökumətə iqtisadi məsləhətlərin verilməsi; 
•  Xarici valyuta bazarına nəzarət və xarici valyuta ehtiyatlarının idarə olunması; 
•  Xarici valyuta fəaliyyətinin monitorinqi və təhlili; 
•  Bank fəaliyyətinə nəzarət; 
•  Maliyyə sabitliyinin dəstəklənməsi; 
•  Pulun buraxılması; 
•  Hökumətin və bankların bankı funksiyasının icrası; 
•  srailin beynəlxalq təşkilatlarda təmsil olunması.  
Bankın  darəetmə  oqranları  Müşahidə  Komitəsi,  Müşahidə  Şurası,  Əskinaz  və  Sikkələrin 
Planlaşdırılması  Komitəsindən  ibarətdir.  srail  Bankında  yüksək  rəhbər  vəzifələr  sədr,  sədr 
müavini  və  2  baş  direktordan  ibarətdir.  Bankda  8  departament,  2  şöbə  və  1  administrasiya 
fəaliyyət göstərir.   
 
Səudiyyə  Ərəbistanın  pul-kredit  sistemi.  1932-ci  ildə  ölkədə  krallıq  idarəetme  forması 
olmasına  baxmayaraq,  bank  haqqında  qanun  1966-cı  ildə  qəbul  edilmişdir.  Ölkədə  Hollandiyanın 
müstəmləkəsi  olan  ndoneziyadan  gələn  hacılara  xidmət  üçün  1927-ci  ildə  ölkədə  Hollandiya 
Bankının filialı qurulmuşdur. Ölkənin mərkəzi bankı vəzifəsini görən Soudi Arabian Monetari Acensi 
1953-cü  ildə  yaradılmışdır.  Səudiyyə  Ərəbistanı  Krallığında  ən  böyük  kommersiya  bankı  Nasional 
Kommersial  Bankıdır.  Krallığın  xarici  ölkələrdə  qurduğu  ilk  bank  Parisdə  qurulan  Soudi  Bankue 
Bankıdır. Müasir dövrdə də krallığın pul vahidi olan rial tamamən dönərlik qazanmışdır. Pulun ölkəyə 
giriş və çıxışında hər hansı bir məhdudiyyət yoxdur. 
Səudiyyə Ərəbistanı Monetar Agentliyi (SƏMA)  Səudiyyə Ərəbistanı Krallığının mərkəzi 
bankıdır.  
SƏMA 1952-ci ildə yaradılmışdır. Həmin dövrdə Səudiyyə Ərəbistanı Krallığının özünün 
monetar sistemi mövcud olmamışdır. Həmçinin Səudiyyə Ərəbistanın özünün bankları da yox idi 
və  bank  fəaliyyəti  yalnız  xarici  bankların  filialları  tərəfindən  həyata  keçirilirdi.  1960-1972-ci 
illərdə SƏMA əsas diqqəti bank fəaliyyətinin genişləndirilməsi və Rialın qəbul olunması (1961) 
ilə  bağlı  tənzimləmə  işlərinə  yönəlmişdir1973-1982-ci  illərdə  SƏMA  iqtisadi  bum  şəraitində 
inflyasiya  təzyiqləri,  bank  sisteminin  genişləndirilməsi  və  kütləvi  xarici  valyuta  ehtiyatlarının 
idarə  olunması  istiqamətlərində  fəaliyyət  göstərmişdir.  1980-ci  illərin  ortalarından  başlayaraq 
SƏMA-nın  əsas  prioriteti  maliyyə  bazarında  islahatların  keçirilməsi  olmuşdur.  Bundan  sonrakı 
dövrlərdə fəaliyyət daha da genişlənərək yeni sahələri əhatə etmişdir.  
Ə
sas fəaliyyət sahələri aşağıdakılardır:  
•  Milli valyuta olan Səudiyyə Rialının buraxılması; 
•  Hökumətin bankı olaraq fəaliyyət göstərilməsi; 
•  Kommersiya banklarına nəzarət edilməsi; 
•  Krallığın xarici valyuta ehtiyatlarının idarə olunması; 
•  Qiymətin  və  valyuta  məzənnəsinin  sabitliyinin  dəstəklənməsi  məqsədilə  monetar 
siyasətin idarə olunması; 
•  Maliyyə sisteminin böyüməsinin dəstəklənməsi və möhkəmliyinin təmin olunması.  
SƏMA-nın  Direktorlar  Şurası  Sədr,  ex-officio  Sədr,  ex-officio  üzv  və  vitse-sədr  və  özəl 
sektordan  üç  üzvdən  ibarətdir.  Sədr  və  vitse-sədr  4  illik,  digər  üzvlər  isə  5  illik  müddətə  təyin 
olunur.  
Agentlikdə 7 departament, 2 katiblik, 1 bankçılıq institutu, sədrin ofisi və vitse-sədrin ofisi 
fəaliyyət göstərir.  
Valyuta  Muzeyi  -  SƏMA-nın  nəzdində  fəaliyyət  göstərən  Valyuta  Muzeyi  beynəlxalq 
standartlara  cavab  verən  ixtisaslaşmış  muzeydir.  Burada  müsəlman  və  ya  qeyri-müsəlman 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə