Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə39/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   35   36   37   38   39   40   41   42   ...   131

 
79 
Siyasət Komitəsi  və Bankçılıq və Kredit Komitəsi fəaliyyət göstərməkdədir. Bankda  ümumildə16 
departament fəaliyyət göstərir.  
Bank  Yunanıstanda  38  kommersiya  bankı  var.  Lakin  buna  bu  gündə  baxmayaraq  bankçılıq 
sektorunda oliqopolistik quruluş davam edir.  
Yəni  38  bankın  fəaliyyətinə  baxmayaraq  (15  yunan  və  21  xarici    3  böyük  dövlət  bankı), 
ümumi  əmanətlərin  80  %-ni  və  kreditlərin  75%-ni  3  dövlət  bankı  əlində  saxlayır.  Bundan  başqa 
müəyyən sahələrdə ixtisaslaşmış daha 8 kredit qurumu dövlətin nəzarətindədir. Yunanıstanda bank 
sektorunun mənfəəti Avropa standartından aşağı səviyyədədir. Bunun başlıca səbəblərindən biri də, 
xüsusi  ilə  dövlət  nəzarətindəki  bankların  kənd  təsərrüfatına  və  kiçik  müəssisələrə  verdiyi  kreditin 
geri ödənməməsidir.  
AB yeni üzv  ölkələri – Şərqi Avropa dövlətləri.  
Polşanın  pul-kredit  sistemi.  Polşa Mərkəz Bankı 1828-ci ildə qurulmuşdur. 1870-ci ilə qədər 
Polşa Bankı polyak iş adamlarına kredit verən ən böyük kredit qurumu idi. 1870-ci ildən sonra Polşa 
Bankı Rusiya Mərkəzi Bankının filialına çevrildikdən sonra Polşa Bankının fəaliyyəti zəiflədi. Polşada 
ilk  kommersiya  bankı  1879-cu  ildə  Varşavada  açılmışdır.  1871-ci  də  isə  Varşavada  Uçot  Bankı 
açılmışdır.  1914-də  Polşada  kommersiya  banklarının  sayı  6-a  çatmışdı.  1990-cı  illərin  sonlarından 
Polşada 1600-dən çox kommersiya bankı fəaliyyət göstərir, o cümlədən onlardan 81-i özəl, 6-ı dövlət, 
9-u xarici sərmayəli, 4-ü müştərək və 1510-u kooperativ bankdır. Polşada 21700 nəfərə 1 şöbə düşür 
və  bank  sektorunda  çalışanların  sayı  240000-dir.  1992-ci  ildə  dövlət  sərmayəli  bankı    " xracatın 
nkişafı  Bankı"  özəlləşdirildi  və  bankın  nəzarət  səhm  paketini  Avstriya  bankı  "Akhengesellshugt" 
satın  aldı.  Xarici  banklar  içində  sıra  ilə  Amerika  sərmayəli  banklar,  Niderland,  Alman,  Avstriya, 
Fransa,  taliya,  ngiltərə, Kanada,  rlandiya və  sveçrə banklarıdır. Ümumiyyətlə, Polşa kommersiya 
banklarının  yarıdan  çoxunun  səhmdarları  xaricilərdir.  Lakin  bütün  bunlara  baxmayaraq,  əhali 
ə
manətləri daha çox yerli sərmayəli banklarda saxlamağa üstünlük verir. 
PMB-nın fəaliyyətində bir sıra əsas istiqamətlər üzrə ayırmaq olar: 
• Monetar siyasət; 
• Pulun çap edilməsi; 
• Ödəniş sisteminin inkişaf etdirilməsi; 
• Dövlətin qızıl-valyuta ehtiyatlarının idarəedilməsi; 
• Dövlət Xəzinədarlığına xidmət göstərməsi; 
• Təhsil və informasiya funksiyası. 
Polşa  Milli  Bankı  Bankın  Prezidenti,  Monetar  Siyasət  Şurası    və  darə  Heyəti  tərəfindən 
idarə olunur.  
Bankın Sədri ölkə Prezidentinin təklifi əsasında Seym tərəfindən 6 il müddətinə təyin edilir. 
Bankın  Sədri  Monetar  Siyasət  Şurası,  darə  Heyəti  və  Banklara  Nəzarət  Komissiyasının 
iclaslarında  başçılıq  edir.  Sədr  hökumət  və  digər  dövlət  qurumlarından  asılı  olmamalıdır. 
Həmçinin o, hər-hansı siyasi blok və ya partiya üzvü ola bilməz. Sədr vəzifəsinə iki müddətdən 
artıq seçilmək olmaz.  
Monetar  Siyasət  Şurasının  Bankın  Sədrindən  əlavə  9  nəfər  üzvü  var.  Bunlar  Prezident, 
Seym və Senat tərəfindən bərabər şəkildə 6 il müddətinə təyin olunurlar. Monetar Siyasət Şurası 
monetar siyasətin əsas istiqamətlərini və həyata keçirmək prinsiplərini müəyyənləşdirir. Şura əsas 
faiz dərəcələrinin müəyyən edir və açıq bazar əməliyyatlarının prinsiplərini təyin edir. Həmçinin 
Ş
ura Bankın maliyyə planını və Bankın fəaliyyəti üzrə hesabatlarını təsdiqləyir.  
darə Heyəti Polşa Milli Bankının fəaliyyətini idarə edir. Əsas məqsədi Monetar Siyasəti 
Ş
urasının qərarlarının yerinə yetirmək, Polşa Milli Bankının fəalliyyət planını qəbul etmək və 
yerinə yetirmək, Şura tərəfindən qəbul ounan maliyyə planını icra etməkdən ibarətdir. 
Çexiyanın  pul-kredit  sistemi.  Çexiyada  mərkəzi  bank  sistemi  1919-cu  ildən  fəaliyyətə 
başlamış və aşağıda qeyd olunan dövrlərə bölünür:  
• Maliyyə Nazirliyi tərkibində bank bölməsi: 1919-1926; 
• Çexoslovakiya Milli Bankı: 1926-1934; 
• Çexiya və Moraviya Milli Bank: 1945-1950; 
• Çexoslovakiya Dövlət Bankı: 1950-1992; 


 
80 
• Çexiya Milli Bankı: 1993-cü ildən etibarən.  
Çexiya Milli Bankının (ÇMB) əsas məqsədi qiymət sabitliyidir.  kinci məqsəd isə davamlı 
iqtisadi inkişafın dəstəklənməsidir.  
Bankın 2005-2010-cu illlər üzrə planlaşdırılan strateji məqsədləri aşağıdakılardır:  
•  nflyasiyanı hədəf üzrə müəyyən olunan həddə saxlamaq; 
•  Avroya  problemsiz  keçidin  təmin  olunması  məqsədilə  hökumətlə  yaxından  işləmək  və 
Çexiya iqtisadiyyatını Avropa Monetar  ttifaqı daxilində sabit inkişaf etdirmək; 
•  Yeni kapital adekvatlığı çərçivəsini təqdim etmək və maliyyə bazarı üzrə tənzimləmə və 
nəzarətin bir araya gətirilməsini müvəffəqiyyətlə sona çatdırmaq; 
•  Özünün analitik və tədqiqat potensialını inkişaf etdirmək; 
•  Özünün  Çexiya  Respublikasının  maraqlarını  təmsil  edən  Avropa  Mərkəzi  Banklar 
Sisteminin nüfuzlu üzvü kimi formalaşdırılmasını təmin etmək; 
•  Vahid  Avropa  valyutasının  tətbiqi  üçün  hərtərəfli  hazırlaşmaq  (Avronu  dövriyyəyə 
buraxmaq  və  yerli  ödəniş  və  hesablaşmaqlar  sistemini  Avropa  ttifaqının  Sistemləri  ilə 
ə
laqələndirmək); 
•  ÇMB-nin  yeni  tələbləri  adaptasiya  edə  biləcək  açıq  təsisata  çevrilməsi  məqsədilə  insan 
resurslarını inkişaf etdirmək; 
•  Avronun qəbul olunmasından əvvəl Milli Mərkəzi Bankları üzrə avrozonanın mövqeyini 
təhlil etmək. 
7 üzvdən ibarət olan (sədr, iki sədr müavini və digər dörd üzv)  darə Heyəti maliyyə siyasəti 
və  bu  siyasətin  icra  alətlərini  müəyyən  edir  və  əsas  maliyyə  siyasəti  tədbirləri  və  ÇMB-nin 
ə
məliyyatlarına dair qərar verir, maliyyə bazarı nəzarətinə dair əsas tədbirlər inzabati prosedurlara 
müraciətlər üzrə qərarları təsdiqləyir.  
ÇMB Praqada yerləşən Baş ofis və 7 regional filialdan ibarətdir. ÇMB ikipilləli idarəetmə 
sisteminə malikdir.  
Hal-hazırda Çexiyada 53 bank fəaliyyət göstərir və bazarın nəzarəti xarici sərmayəli bankların 
ə
lindədir. Bütün bank əməliyyatlarının 90 %-dən çoxu həmin banklar vasitəsi ilə həyata keçirilir. 
1996-cı  ildə  Çexiya  banklarının  böhranı  başladı  və  bir  neçə  bankın  iflası  ilə  sonuclandı. 
Böhran  nəticəsində  bankların  sayı  48-ə  düşdü.  Böhranın  başlıca  səbəblərindən  biri  də 
"Virtuallaşma" əməliyyatının uğursuzluğu idi. 1 yanvar 1998-ci ildə Çexiya banklar haqqında yeni 
qanun qəbul edildi və qanuna görə banklara qeyri-maliyyə qurumlarının səhmlərinin 50 %-dən ço-
xunu  əldə  saxlamasına  və  bank  məmurlarının  qeyri-maliyyə  qurumlarının  direktorlar    şurasının 
üzvlüyünə məhdudiyyət qoyuldu. 
Maliyyə qurumlarının fəaliyyəti üzrə yeni nəzarət orqanı yaradıldı. 
Bolqarıstanın pul-kredit sistemi. 1879 – Bolqarıstan Milli Bankı yaradılmışdır.  
1885  –  Bolqarıstan  Milli  Bankı  haqqında  Qanunun  qəbul  olunması  ilə  Bolqarıstan  Milli 
Bankı pul çapı hüququna malik dövlət bankı olmuşdur.  
1912-1924 – Milli Bank Maliyyə Nazirliyinin təzyiqi altında fəaliyyət göstərməyə məcbur 
edilmişdir.  
1926  –  Bolqarıstan  Milli  Bankı  haqqında  yeni  qanunun  buraxılması  ilə  Milli  Bankın 
müstəqilliyi artırılsa da, 1937-ci il düzəlişləri ilə müstəqillik məhdudlaşdırılmışdır.   
Mərkəzləşdirilmiş iqtisadiyyata əsaslanan yeni bank qanunvericiliyinin qəbul olunması ilə 
bank  sektoru  dövlət  inhisarına  keçdi,  kommersiya  banklarının  mövcudluğuna  son  qoyuldu  və 
mərkəzi bank sistemi öz gücünü itirdi.  
1980 –  kipilləli bank sisteminə keçildi.  
1991 – Yeni bank qanunvericiliyinin qəbul edilməsi ilə müasir bank sisteminə keçid oldu.  
1997  –  Yeni  Banklar  haqqında  Qanunun  qəbul  olunması  ilə  monetar  sistem  yenidən 
formalaşdırılmışdır.  
1998  –  BNB  Printing  Works-in  fəaliyyətə  başlaması  ilə  əskinaz  və  qiyməti  kağızların 
çapına başlanmışdır.   
2004 – Avronun 2010-cu ilə Bolqarıstana təqdim olunması ilə bağlı strategiyanın tətbiqinə 
başlanmışdır.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə