79
Siyasət Komitəsi və Bankçılıq və Kredit Komitəsi fəaliyyət göstərməkdədir. Bankda ümumildə16
departament fəaliyyət göstərir.
Bank Yunanıstanda 38 kommersiya bankı var. Lakin buna bu gündə baxmayaraq bankçılıq
sektorunda oliqopolistik quruluş davam edir.
Yəni 38 bankın fəaliyyətinə baxmayaraq (15 yunan və 21 xarici 3 böyük dövlət bankı),
ümumi əmanətlərin 80 %-ni və kreditlərin 75%-ni 3 dövlət bankı əlində saxlayır. Bundan başqa
müəyyən sahələrdə ixtisaslaşmış daha 8 kredit qurumu dövlətin nəzarətindədir. Yunanıstanda bank
sektorunun mənfəəti Avropa standartından aşağı səviyyədədir. Bunun başlıca səbəblərindən biri də,
xüsusi ilə dövlət nəzarətindəki bankların kənd təsərrüfatına və kiçik müəssisələrə verdiyi kreditin
geri ödənməməsidir.
AB yeni üzv ölkələri – Şərqi Avropa dövlətləri.
Polşanın pul-kredit sistemi. Polşa Mərkəz Bankı 1828-ci ildə qurulmuşdur. 1870-ci ilə qədər
Polşa Bankı polyak iş adamlarına kredit verən ən böyük kredit qurumu idi. 1870-ci ildən sonra Polşa
Bankı Rusiya Mərkəzi Bankının filialına çevrildikdən sonra Polşa Bankının fəaliyyəti zəiflədi. Polşada
ilk kommersiya bankı 1879-cu ildə Varşavada açılmışdır. 1871-ci də isə Varşavada Uçot Bankı
açılmışdır. 1914-də Polşada kommersiya banklarının sayı 6-a çatmışdı. 1990-cı illərin sonlarından
Polşada 1600-dən çox kommersiya bankı fəaliyyət göstərir, o cümlədən onlardan 81-i özəl, 6-ı dövlət,
9-u xarici sərmayəli, 4-ü müştərək və 1510-u kooperativ bankdır. Polşada 21700 nəfərə 1 şöbə düşür
və bank sektorunda çalışanların sayı 240000-dir. 1992-ci ildə dövlət sərmayəli bankı " xracatın
nkişafı Bankı" özəlləşdirildi və bankın nəzarət səhm paketini Avstriya bankı "Akhengesellshugt"
satın aldı. Xarici banklar içində sıra ilə Amerika sərmayəli banklar, Niderland, Alman, Avstriya,
Fransa, taliya, ngiltərə, Kanada, rlandiya və sveçrə banklarıdır. Ümumiyyətlə, Polşa kommersiya
banklarının yarıdan çoxunun səhmdarları xaricilərdir. Lakin bütün bunlara baxmayaraq, əhali
ə
manətləri daha çox yerli sərmayəli banklarda saxlamağa üstünlük verir.
PMB-nın fəaliyyətində bir sıra əsas istiqamətlər üzrə ayırmaq olar:
• Monetar siyasət;
• Pulun çap edilməsi;
• Ödəniş sisteminin inkişaf etdirilməsi;
• Dövlətin qızıl-valyuta ehtiyatlarının idarəedilməsi;
• Dövlət Xəzinədarlığına xidmət göstərməsi;
• Təhsil və informasiya funksiyası.
Polşa Milli Bankı Bankın Prezidenti, Monetar Siyasət Şurası və darə Heyəti tərəfindən
idarə olunur.
Bankın Sədri ölkə Prezidentinin təklifi əsasında Seym tərəfindən 6 il müddətinə təyin edilir.
Bankın Sədri Monetar Siyasət Şurası, darə Heyəti və Banklara Nəzarət Komissiyasının
iclaslarında başçılıq edir. Sədr hökumət və digər dövlət qurumlarından asılı olmamalıdır.
Həmçinin o, hər-hansı siyasi blok və ya partiya üzvü ola bilməz. Sədr vəzifəsinə iki müddətdən
artıq seçilmək olmaz.
Monetar Siyasət Şurasının Bankın Sədrindən əlavə 9 nəfər üzvü var. Bunlar Prezident,
Seym və Senat tərəfindən bərabər şəkildə 6 il müddətinə təyin olunurlar. Monetar Siyasət Şurası
monetar siyasətin əsas istiqamətlərini və həyata keçirmək prinsiplərini müəyyənləşdirir. Şura əsas
faiz dərəcələrinin müəyyən edir və açıq bazar əməliyyatlarının prinsiplərini təyin edir. Həmçinin
Ş
ura Bankın maliyyə planını və Bankın fəaliyyəti üzrə hesabatlarını təsdiqləyir.
darə Heyəti Polşa Milli Bankının fəaliyyətini idarə edir. Əsas məqsədi Monetar Siyasəti
Ş
urasının qərarlarının yerinə yetirmək, Polşa Milli Bankının fəalliyyət planını qəbul etmək və
yerinə yetirmək, Şura tərəfindən qəbul ounan maliyyə planını icra etməkdən ibarətdir.
Çexiyanın pul-kredit sistemi. Çexiyada mərkəzi bank sistemi 1919-cu ildən fəaliyyətə
başlamış və aşağıda qeyd olunan dövrlərə bölünür:
• Maliyyə Nazirliyi tərkibində bank bölməsi: 1919-1926;
• Çexoslovakiya Milli Bankı: 1926-1934;
• Çexiya və Moraviya Milli Bank: 1945-1950;
• Çexoslovakiya Dövlət Bankı: 1950-1992;
80
• Çexiya Milli Bankı: 1993-cü ildən etibarən.
Çexiya Milli Bankının (ÇMB) əsas məqsədi qiymət sabitliyidir. kinci məqsəd isə davamlı
iqtisadi inkişafın dəstəklənməsidir.
Bankın 2005-2010-cu illlər üzrə planlaşdırılan strateji məqsədləri aşağıdakılardır:
• nflyasiyanı hədəf üzrə müəyyən olunan həddə saxlamaq;
• Avroya problemsiz keçidin təmin olunması məqsədilə hökumətlə yaxından işləmək və
Çexiya iqtisadiyyatını Avropa Monetar ttifaqı daxilində sabit inkişaf etdirmək;
• Yeni kapital adekvatlığı çərçivəsini təqdim etmək və maliyyə bazarı üzrə tənzimləmə və
nəzarətin bir araya gətirilməsini müvəffəqiyyətlə sona çatdırmaq;
• Özünün analitik və tədqiqat potensialını inkişaf etdirmək;
• Özünün Çexiya Respublikasının maraqlarını təmsil edən Avropa Mərkəzi Banklar
Sisteminin nüfuzlu üzvü kimi formalaşdırılmasını təmin etmək;
• Vahid Avropa valyutasının tətbiqi üçün hərtərəfli hazırlaşmaq (Avronu dövriyyəyə
buraxmaq və yerli ödəniş və hesablaşmaqlar sistemini Avropa ttifaqının Sistemləri ilə
ə
laqələndirmək);
• ÇMB-nin yeni tələbləri adaptasiya edə biləcək açıq təsisata çevrilməsi məqsədilə insan
resurslarını inkişaf etdirmək;
• Avronun qəbul olunmasından əvvəl Milli Mərkəzi Bankları üzrə avrozonanın mövqeyini
təhlil etmək.
7 üzvdən ibarət olan (sədr, iki sədr müavini və digər dörd üzv) darə Heyəti maliyyə siyasəti
və bu siyasətin icra alətlərini müəyyən edir və əsas maliyyə siyasəti tədbirləri və ÇMB-nin
ə
məliyyatlarına dair qərar verir, maliyyə bazarı nəzarətinə dair əsas tədbirlər inzabati prosedurlara
müraciətlər üzrə qərarları təsdiqləyir.
ÇMB Praqada yerləşən Baş ofis və 7 regional filialdan ibarətdir. ÇMB ikipilləli idarəetmə
sisteminə malikdir.
Hal-hazırda Çexiyada 53 bank fəaliyyət göstərir və bazarın nəzarəti xarici sərmayəli bankların
ə
lindədir. Bütün bank əməliyyatlarının 90 %-dən çoxu həmin banklar vasitəsi ilə həyata keçirilir.
1996-cı ildə Çexiya banklarının böhranı başladı və bir neçə bankın iflası ilə sonuclandı.
Böhran nəticəsində bankların sayı 48-ə düşdü. Böhranın başlıca səbəblərindən biri də
"Virtuallaşma" əməliyyatının uğursuzluğu idi. 1 yanvar 1998-ci ildə Çexiya banklar haqqında yeni
qanun qəbul edildi və qanuna görə banklara qeyri-maliyyə qurumlarının səhmlərinin 50 %-dən ço-
xunu əldə saxlamasına və bank məmurlarının qeyri-maliyyə qurumlarının direktorlar şurasının
üzvlüyünə məhdudiyyət qoyuldu.
Maliyyə qurumlarının fəaliyyəti üzrə yeni nəzarət orqanı yaradıldı.
Bolqarıstanın pul-kredit sistemi. 1879 – Bolqarıstan Milli Bankı yaradılmışdır.
1885 – Bolqarıstan Milli Bankı haqqında Qanunun qəbul olunması ilə Bolqarıstan Milli
Bankı pul çapı hüququna malik dövlət bankı olmuşdur.
1912-1924 – Milli Bank Maliyyə Nazirliyinin təzyiqi altında fəaliyyət göstərməyə məcbur
edilmişdir.
1926 – Bolqarıstan Milli Bankı haqqında yeni qanunun buraxılması ilə Milli Bankın
müstəqilliyi artırılsa da, 1937-ci il düzəlişləri ilə müstəqillik məhdudlaşdırılmışdır.
Mərkəzləşdirilmiş iqtisadiyyata əsaslanan yeni bank qanunvericiliyinin qəbul olunması ilə
bank sektoru dövlət inhisarına keçdi, kommersiya banklarının mövcudluğuna son qoyuldu və
mərkəzi bank sistemi öz gücünü itirdi.
1980 – kipilləli bank sisteminə keçildi.
1991 – Yeni bank qanunvericiliyinin qəbul edilməsi ilə müasir bank sisteminə keçid oldu.
1997 – Yeni Banklar haqqında Qanunun qəbul olunması ilə monetar sistem yenidən
formalaşdırılmışdır.
1998 – BNB Printing Works-in fəaliyyətə başlaması ilə əskinaz və qiyməti kağızların
çapına başlanmışdır.
2004 – Avronun 2010-cu ilə Bolqarıstana təqdim olunması ilə bağlı strategiyanın tətbiqinə
başlanmışdır.
Dostları ilə paylaş: |