71
səlahiyyətlərinə malik olmasını göstərir. Əyalətin malik olduğu banklar ümumi bank haqqında alınan
qərarlara tabe olmaq məcburiyyətində deyil.
1980-ci illərə qədər Avstraliyada banklar üzərində dövlət nəzarəti olduqca sərt idi. Bank faizləri
və dövlət bono faizləri Mərkəzi Bankı tərəfindən müəyyən edilirdi. Avstraliya vətəndaşlarının portfel
investisiyası qoyması qadağan idi. Xarici bankların da daxili bazara girişi çox çətin idi. Lakin 1980-ci
illərdən sonra Avstraliyada maliyyə bazarındakı sərbəstləşmə sürətlə tətbiq edilməyə başlandı.
Ə
vvəlcə bank istiqrazlarının satışı üçün özəl bazar təşkil edilməsinə icazə verildi. Daha sonra da
Avstraliya dolları üzərində nəzarət ortadan götürüldü və xarici valyutalar qarşısında sərbəst üzməsinə
icazə verildi.
Hazırda Avstraliya Ehtiyat Bankının əsas vəzifəsi monetar siyasətin həyata keçirilməsidir.
Orta müddət ərzində aşağı və sabit inflyasiya göstəricisinə nail olunması məqsədilə monetar
qərarlar Bankın darə Heyəti tərəfindən qəbul edilir. Digər əsas vəzifələrdən biri maliyyə
sisteminin sabitliyini və ödəniş sisteminin şəffafflığı və təhlükəsizliyini təmin etməkdir.
Avstraliya Birlik Bankı həmçinin, Avstraliyanın xarici ehtiyatlarını idarə edir və milli valyutanı
buraxılması ilə məşğul olur.
Müasir dövrdə Avstraliyada faiz dərəcələri, kreditlər və valyuta kursu üzərindəki dövlət
nəzarəti tamam aradan qaldırıldı. Günlük 1 milyard dollar olan valyuta alqı-satqısının həcmi 1996-cı
ildə 50 milyard dollar miqdarına yüksəldi. Bundan başqa sistemin maliyyə risklərinə qarşı
qorunması məqsədi ilə maliyyə alətləri bazarı təşkil edildi. Avstraliyanın pul vahidi olan dollar
dünyanın əməlli başlı tələb görən pullarından biridir. 2010 ci ildə Avstraliya dolları dünya valyuta
bazarında valyuta satışına görə dünyanın altıncı pulu sayılıb( dünya üzrə iqtisadiyyatının 10 yerdə
olmasına baxmayaraq).
sveçrənin pul-kredit sistemi. sveçrə Konfederasiya dövləti olandan sonra kontorlar öz
aralarında Vahid Pul Birliyi yaratdılar. 1948-də qəbul edilən Konstitusiyaya görə, Konfederasiya
hökumətinə pul çıxarmaq səlahiyyəti verildi. sveçrə Mərkəzi Bankı 1907-ci ildə quruldu və
bankın səhmdarları yalnız sveçrə vətəndaşları və qurumları ola bilər. Hal-hazırda Mərkəzi Ban-
kın fiziki şəxs səhmdarlarının sayı 3541 nəfərdir.
Bank Konstitusiya və qanun vasitəsilə ölkənin maraqlarına uyğun olaraq iş aparır. Bankın
fəaliyyət məqsədləri aşağıdakılardır:
• Ölkənin monetar siyasətinin həyata keçirilməsi;
• Qiymətlərin sabitliyinin təmin edilməsi;
• Nağd pul dövriyyəsinin təşkili;
• Pul bazarının likvidliyinin təmin edilməsi;
• Nağdsız pul köçürmələrinin təşkili;
• Beynəlxalq ehtiyatların idarə edilməsi;
• Maliyyə sisteminin sabitləşdirlməsi;
• Beynəlxalq əməkdaşlıqda iştirak və texniki yardımın göstərilməsi.
sveçrə Milli Bankının iki baş ofisi mövcuddur – Bern və Surix şəhərlərində. Bundan əlavə,
Cenevrədə nağd pulun dövriyyəsini təmin edən nümayəndəliyi və regionlarda beş təmsilçi ərazi
idarəsi mövcuddur. Həmçinin Bankın kantonlar üzrə 16 agentliyi mövcuddur.
Bankın baş idarəetmə orqanı darə Heyətidir. darə Heyətinin funksiyaları – monetar
siyasət, sərmayə qoyuluşu strategiyası və monetar siyasət sahəsində beynəlxalq əməkdaşlıqdan
ibarətdir. Idarə Heyəti 3 daimi üzv və 3 nümayəndədən ibarətdir. Onlar dövlətin Federal Şurası
tərəfindən Bank Şurasının tövsiyəsi əsasında seçilirlər.
72
Bankın Baş Şurası nəzarət funksiyalarını həyata keçirir. Şura 11 üzvdən ibarətdir. 6 üzvü
Ş
uranın Prezidenti və vitse-prezidenti daxil olmaqla Federal Şura tərəfindən seçilir. Digər 5 üzvü
səhmdarların yığıncağında təyin olunurlar. Bankın Şurasıında 5 komitə fəaliyyət göstərir.
sveçrədə 1.5 min adama bir bank düşür ki, bu göstəriciyə görə, sveçrə dünyada 5-ci
yerdədir. sveçrə bank sistemi 3 qrupdan ibarətdir:
1. Ümumi Federal Universal Bankları;
2. Kanton bankları (onların mülkiyyətçisi dövlətdir)
3. Özəl banklar. (Bu banklar əsas etibarilə investisiya portfeli ilə məşğuldurlar).
Ümumiyyətlə, sveçrə banklarının əsas gəlir mənbəyi onlara etibar edilmiş mülkiyyətin
idarə edilməsidir. sveçrə bank aktivlərinin ümumi məbləği 2300 mlrd. sveçrə frankıdır ki,
bunun da 50 %-dən çoxu xarici müştərilərin payına düşür. sveçrə Mərkəzi Bankının məlumatına
görə, sveçrə banklarında əmanətlərin ümumi həcmi 835.2 mlrd. frank olmuşdur. sveçrə
banklarının trust əməliyyatlarının miqdarı 326.2 mlrd. frankdır, bunun 81%-dən xarici ölkələrin
payına düşür.
Avropa Birliyi ölkələrinin pul-kredit sistemi. Avropa Birliyi ölkələrinin iqtisadi və coğrafi
göstəricisinə görə təsnifatı aşağıdakı kimi verə bilərik:
«Reyn kapitalizm» ölkələri – АB ölkələri sırasında Almaniya və Fransa əsas gücə
sahib ölkələr.
taliyada «Reyn kapitalizm» sırasında yer alır.
Böyük Britaniya – ABŞ-ın iqtisadi və siyasətinə yaxın bir ölkə.
«Kiçik» inkişaf etmiş Qərbi Avropa ölkələri: Belçika, Lüksemburq və Niderland.
Ş
imali Avropa – Danimarka, rlandiya, Filandiya və sveç.
Mərkəzi Avropada: Avstriya
Orta səviyyəli inkişaf etmiş ölkələr (Cənubi Avropa ölkələri): Yunanıstan, spaniya və
Portuqaliya.
May 2004-ci ildə AB daxil olan ölkələr:
Macarıstan, Kipr, Litva, Latviya, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya və
Estoniya.
Almaniya – Birləşmiş Avropanın lideri
Fransa – Avropa iqtisadi intqerasiya beşiyi
taliya – Aralıq dənizinin iqtisadiyyatı və «Reyn kapitalizm»
Böyük Britaniya – Anqlosakson iqtisadiyyatı
Niderland – Avropanın qapısı
Belçika – Avropa Birliyinin paytaxtı
Lüksemburq – Uzunmüddətli kreditor. Avropanın maliyyə paytaxtı
Avstriya – Sosial siyasətinin mərkəzi
Skandinaviya
sveç – Avropanın ən sülhsevər ölkəsi
Danimarka – Kiçik biznesin mərkəzi
Finlandiya – Dünya üzrə ən rəqabət qabiliyyətli ölkə
rlandiya – iqtisadi artım üzrə Avropa lideri(2008-ci il böhranına qədər)
spaniya – Cənubi Avropanın « qtisadi möcüzəsi» (2008-ci il böhranına qədər)
Dostları ilə paylaş: |