Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə32/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   28   29   30   31   32   33   34   35   ...   131

 
65 
babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak 
payı  olan  hər  hansı  şəxs  və  ya  bankın  mühüm  iştirak  payı  olan  hüquqi  şəxs  və  həmin  hüquqi 
şə
xsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan 
hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.  
Banka aidiyyatı olan şəxs adından hərəkət edəşəxslər - aralarında bağladıqları müqa-
vilə əsasında banka aidiyyatı olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyatı 
olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyatı olan şəxsin nümayəndəsi.  
Prudensial-  bankın  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsinə  istiqamətlənmiş  normativlərə, 
qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.  
Fidusiar  vəzifələr  –  bankın  maliyyə  göstərijilərinə  nəzarət  və  onların  qiymətləndirilməsi, 
qanunlara, digər normativ hüquqi aktlara riayət etməsinin təmin edilməsi, habelə Müşahidə Şurası 
və  darə Heyəti tərəfindən bankın cari və gələcək maraqlarının toqquşması hallarının qarşısını ala 
bilən vəzifələrdir. 
Qorunan  əmanət—sığorta  hadisəsi  baş  verdikdə  Əmanətlərin  Sığortalanması  Fondu 
tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.  
ğortalanmış  əmanət—qorunan  əmanətçinin  qorunan  əmanətinin  Fond  tərəfindən 
kompensasiya ödənilən hissəsidir.  
Ə
manətçi—bankda  əmanəti  olan,  habelə  qanunvericiliyə  və/və  ya  müqaviləyə  əsasən 
ə
manətə sərəncam vermək hüququ olan şəxsdir.  
Qorunan  əmanətçi—aşağıdakılar  istisna  olunmaqla,  bankda  əmanəti  olan  fiziki  şəxsdir: 
bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin,  idarə  heyətinin  üzvləri  və  onların  yaxın 
qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və 
qardaşları); bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və 
onların  yaxın  qohumları  (ər/arvad,  onların  valideynləri  və  övladları,  o  cümlədən  övladlığa 
götürülənlər,  bacı  və  qardaşları);  kompensasiyaların  ödənilməsi  barədə  elanın  ilk  dəfə  dərc 
edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.  
Birgə  əmanət  hesabı—iki  və  ya  daha  çox  fiziki  şəxsin  sahibliyində  olan  və  onlardan 
birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.  
 ğorta  haqları—bu  qanunla  müəyyən  edilmiş  qaydada  iştirakçı  bankın  Fonda  ödədiyi 
üzvlük, təqvim və əlavə haqlardır.  
 ğorta  hadisəsi—iştirakçı  bankın  məcburi  ləğv  edilməsi  və  ya  müflis  elan  olunması, 
yaxud  qanunvericiliyə  müvafiq  olaraq  əmanətlər  üzrə  öhdəliklərin  yerinə  yetirilməsinə 
moratorium  tətbiq  edilməsi  barədə  məhkəmə  qərarının  qüvvəyə  minməsi  və  bankın  əmanətçilər 
qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının 
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.  
 ğorta hadisəsinin baş verdiyi gün—bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən 
Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.  
Kompensasiya—sığorta  hadisəsi  baş  verdikdə,  qorunan  əmanətçilərə  ödənilən  pul 
vəsaitidir. 
Bazar  riski  –  bazarda  baş  verən  dəyişikliklərin  nəticəsində  bankın  məruz  qala  biləcəyi 
riskdir.  Bu  dəyişikliklərə  faiz  dərəcələri,  valyuta  məzənnələrinin,  qiymətli  kağızların  dəyəri, 
habelə makro iqtisadi göstəricilərdə baş verən dəyişikliklər aid edilir.  
Risk  –  bankın  mənfəətinə  və  kapitalına  təsir  edən  gözlənilməz  zərərin  baş  verməsi 
ehtimalıdır.  
Risklərin idarə edilməsi prosesi – bankın məruz qala biləcəyi riskin müəyyənləşdirilməsi, 
ölçülməsi, təhlili, idarə edilməsi, monitorinqi və hesabatlığını əhatə edən prosesdir. 
 
 
 
 
 
 


 
66 
2. 1. AZƏRBAYCAN RESPUBL KASININ BANK S STEM N N  
HÜQUQ  ƏSASLARI 
 
Banklar haqqında Azərbaycan Respublikasının Qanununun  (4 mart 2005-ci il, 6 mart 2007-
ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 
2009-cu  il  tarixli  qanunlarla  qəbul  edilmiş  dəyişikliklər  və  əlavələrlə)  2.1.  maddəsində  deyilir:  
Azərbaycan  Respublikasının  bank  sistemi  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankından  və 
kredit təşkilatlarından ibarətdir. 
 Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu (17 aprel 2007-ci il, 9 oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il, 26 may 2009-cu il, 19 iyun 
2009-cu  il  və  30  iyun  2009-cu  il  tarixli  qanunlarla  qəbul  edilmiş  dəyişikliklər  və  əlavələrlə)  
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  hüquqi  statusunu,  onun  məqsəd,  funksiya  və 
səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı 
kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir. Mərkəzi Bank 
dövlətin  mərkəzi  bankıdır.  Azərbaycan  Respublikası  Konstitusiyasının  19-cu  maddəsinin  II 
hissəsinə müvafiq olaraq, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunları ilə müəyyən  edilmiş  funksiya  və 
səlahiyyətlərini  həyata  keçirərkən,  Mərkəzi  Bank  müstəqildir  və  bu  zaman  hər  hansı  dövlət 
hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanları,  fiziki  və  hüquqi  şəxslər  onun  fəaliyyətinə  hər 
hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və 
müdaxilə  edə  bilməz.  Mərkəzi  Bank  öz  fəaliyyəti  barədə  yalnız  Azərbaycan  Respublikası 
Prezidentinə hesabat verir.   
Mərkəzi Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı aşağıdakılardan 
ibarətdir:   
1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  9-cu  bəndinə  müvafiq 
olaraq, Mərkəzi Bankın  darə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;  
2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə 
müvafiq  olaraq,  Mərkəzi  Bankın  darə  Heyəti  sədrinin  –  Mərkəzi  Bankın  sədrinin    və  onun 
müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;  
3.  Qanunun  58-ci  maddəsinə  müvafiq  olaraq,  Mərkəzi  Bankın  fəaliyyətinin  yoxlanılması 
üçün  auditorun  təyin  edilməsindən  və  zəruri  hallarda,  auditor  yoxlamasının  növbədənkənar 
qaydada keçirilməsindən;  
4.  Mərkəzi  Bankın  darə  Heyətinin  sədri  tərəfindən  ildə  iki  dəfə  Mərkəzi  Bankın  əsas 
məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş 
ilin  yekunları  üzrə  maliyyə  hesabatının  və  hesabat  əməliyyat  büdcəsi  barədə  hesabatın 
Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.  
Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın  darə Heyətinin sədri qarşıdakı il üçün 
pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir. 
Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank 
olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil 
qəbul edir. 
Mərkəzi  Bank  Azərbaycan  dövlətinin  bankıdır.  Mərkəzi  Bank  Azərbaycan  dövlətinin 
maliyyə agenti kimi çıxış edə bilər. 
Azərbaycan  Respublikasında  kredit  təşkilatlarının  fəaliyyəti  Azərbaycan  Respublikasının 
Konstitusiyası, Azərbaycan Respublikasının
    Banklar haqqında, Azərbaycan Respublikasının Mülki 
Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Kredit  ttifaqları haqqında» 
Azərbaycan  Respublikası  qanunları,  Mərkəzi  Bankın  bunlara  müvafiq  olaraq,  qəbul  edilmiş 
normativ  aktları,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktları,  habelə  Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.   
Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları dövlət hakimiyyəti 
və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə