Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə30/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   26   27   28   29   30   31   32   33   ...   131

 
61 
3.  Barəsində  listinq  ərizəsi  təqdim  edilmiş  Emitentlə  bağlı  bu  ərizənin  təqdim  edildiyi 
vaxtdan  əvvəlki  3  il  ərzində  iflas  proseduru  başlanmamalı  və  ya  o,  qeyd  olunan  dövr  ərzində 
vaxtaşırı müflisləşmə problemləri ilə qarşılaşmamalıdır.
  
4.  Emitentin  idarəetmə  orqanlarında  listinq  üçün  ərizəni  təqdim  etdiyi  tarixdən  əvvəlki  6 
(altı) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentin idarəetmə orqanlarında dəyişikliklər 
o  zaman  mühüm  sayılır  ki,  onun  müşahidə  şurasının  və  ya  idarə  heyətinin  üzvlərindən  ən  azı 
yarısı dəyişdirilmişdir;  
5.  Səhmlərin  və  istiqrazların  sahiblərinin  reyestri  qiymətli  kağızlar  bazarının  peşəkar 
iştirakçısı olan reyestrsaxlayıcısı tərəfindən aparılmalıdır; 
6.   Emitentin ümumi Kapitalı 5.000.000 manatdan az olmamalıdır; 
7.   Emitent son 3 (üç) maliyyə ilinin hər birinin nəticələri üzrə illik xalis mənfəətə malik 
olmalıdır; 
8.  Emitent maliyyə hesabatlarını MHBS-a uyğun hazırlamalıdır; 
9.   Listinqdən  keçmək  üçün  müraciət  etmiş  Emitent  ana  şirkətdirsə,  Emitent  MHBS-a 
uyğun hazırlanmış konsolidə olunmuş illik hesabat hazırlamalıdır;  
10. Emitent  Müstəqil  Auditor  tərəfindən  ABS-ın  tələblərinə  uyğun  auditdən  keçməlidir 
(audit rəyləri şərtsiz müsbət olmalıdır; yalnız bir il üzrə audit rəyinin şərti-müsbət olmasına yol 
verilə bilər);  
11. Emitent nizamnaməsini özünün baş ofisində və/və ya internet saytında açıqlamalıdır;  
12. Emitentin  müşahidə  şurasında  ən  azı  3  (üç)  üzv  olmalı  və  onlardan  ən  azı  üçdə  biri 
Müstəqil Direktor olmalıdır; 
13.  Emitent daxili audit komitəsinə malik olmalıdır; 
14. Aidiyyatı Şəxslə əqdlər mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. 
15. Emitent səhmdarların sahib olduqları səhmlərin sayına mütənasib olaraq əlavə emissiya 
olunmuş səhmləri əldə etmək üzrə üstünlük hüquqları nəzərdə tutmalıdır;  
16. Emitent üzərində nəzarətin ötürülməsi ilə bağlı aşağıdakı tələblərə riayət edilməlidir:  
 
Emitent üzərində nəzarətin bir və ya bir neçə ardıcıl əməliyyatın  keçirilməsi  yolu ilə 
otürülməsi  halında,  səhmlərin  özgəninkiləşdirilməsi  zamanı  yeni  səhmlərə  sahib  olan  şəxs 
müvafiq əməliyyatın keçirilməsi tarixindən etibarən 30 (otuz) iş günü ərzində digər səhmdarlara 
müqavilədə göstərilən qiymətdən az olmamaq şərtilə açıq təklif irəli sürməlidir.  
 
Müqavilədə göstərilən qiymət nəzarətin ötürülməsindən əvvəlki 1 (bir) il ərzində Emitentin 
səhmlərinə görə birjada ödənilən qiymətdən az olarsa, açıq təklif Ədalətli Qiymət üzrə keçirilməlidir.  
 
Emitent üzərində nəzarətin ötürülməsi, qiymətli kağızların özgəninkiləşdirilməsinə dair 
açıq təklif və ya bununla bağlı hər hansı digər mübahisələrə birjanın Mübahisələrin həll edilməsi 
üzrə Komissiyası (yaradılana qədər birjanın idarə heyəti) tərəfindən baxılmalıdır; 
 
Bu  bəndin  tələblərinin  yerinə  yetirilməsinin  təmin  edilməsi  barədə  Birja  ilə  nəzarət 
edən  səhmdar  arasında  müvafiq  razılaşma  imzalanır.  Bu  razılaşmaya  uyğun  olaraq,  alıcı  bu 
maddənin  tələblərinin  yerinə  yetirilmədiyi  təqdirdə,  satıcı  (Emitentin  Nəzarət  Edən  Səhmdarı) 
alıcı ilə əqdi bağlamamalıdır. 
17.  Emitent  üzərində  nəzarət  ötürüldükdə  yeni  səhmlərin  sahibi  olan  şəxs  tərəfindən 
yuxarıda göstərilən əqdin baş tutduğu tarixdən növbəti 3 (üç) iş günü ərzində əqd barədə birjaya 
yazılı surətdə məlumat verilməlidir. 
18.  Emitent  mütəmadi  olaraq  yenilənən  və  onun  fəaliyyətinin  mühüm  istiqamətlərini 
işıqlandıran veb səhifəyə malik olmalıdır.  
  Qiymətli  kağızların  ikinci  səviyyəli  kotirovka  vərəqəsinə  daxil  edilməsi  üçün  tələblər 
aşağıdakılardır: 


 
62 
1.  Emitent  Azərbaycan  Respublikasının  ərazisində  qeydiyyatdan  keçməli  və  fəaliyyət 
göstərməlidir; 
2.  Emitent  ən  azı  listinqlə  bağlı  birjaya  müraciətindən  əvvəlki  1  (bir)  il  ərzində  fəaliyyət 
göstərməlidir; 
3.  Emitent maliyyə hesabatlarını qanunvericiliyin tələblərinə uyğun hazırlamalıdır;  
4.  Emitent Müstəqil Auditor tərəfindən aparılan auditdən keçməlidir.   
4.  Emitent  qiymətli  kağızlarının  listinqə  daxil  edilməsinə  görə  Birjanın  darə  Heyəti 
tərəfindən müəyyən edilən müvafiq haqq ödəyir.  
Listinqdən  keçmiş  qiymətli  kağızların  Emitenti  digər  qiymətli  kağızların  kotirovka 
vərəqəsinə daxil edilməyi üçün birjaya aşağıdakı sənədləri təqdim etməlidir: 
•  listinq üçün ərizə;  
•  qiymətli kağızların dövlət qeydiyyatı haqqında şəhadətnamə; 
•  emissiya prospekti. 
Qiymətli  kağızların  delistinqi.  Listinq  Komissiyası  aşağıdakı  hallarda  qiymətli  kağızları 
delistinq edə bilər: 
1. Emitent və onun qiymətli kağızları bu Qaydaların tələblərinə uyğun olmadıqda; 
2. Emitentin müflisləşməsi, iflası və ya ləğv edilməsi haqqında qərar qəbul edildikdə; 
3. Birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilmiş qiymətli kağızlarla ticarət 20 (iyirmi) 
iş günündən və ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilmiş qiymətli kağızlarla ticarət 40 
(qırx) iş günündən artıq müddətə dayandırıldıqda. 
 
Listinq  Komissiyası  tərəfindən  qiymətli  kağızların  delistinqi  barədə  qərar  qəbul 
edildikdə, bu barədə Emitentə yazılı məlumat verilməlidir.  
 
QANUNLAR,  NORMAT V SƏNƏDLƏR VƏ TƏL MATLAR 
 
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 
2. 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu
 
3. 
Banklar haqqında Azərbaycan Respublikasının Qanunu
 
4. 
Ə
manətlərin siğortalanması haqqında Azərbaycan Respublikasının qanunu
 
5. 
Valyuta Tənzimi haqqında Azərbaycan Respublikasının qanunu
 
6. 
Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının qanunu
 
7. 
Poçt haqqında Azərbaycan Respublikasının qanunu
 
8. 
Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu
 
 
Ə
DƏB YYAT 
 
1.  Banklar  haqqında  normativ-  hüquqi  aktlar  toplusu//  Elmi  redaktor:  Z.F.  Məmmədov. 
Bakı, Qanun, 2009. 1092 s. 
2.  Dövlət  maliyyəsi  normativ-  hüquqi  aktlar  toplusu//  Elmi  rəhbər:  V.Z.Zeynalov.    Bakı, 
Qanun, 2010. 1180 s. 
3.  Abbasov Ə.M.,  Z.F. Məmmədov. Bank işi və e-bankçılıq. Bakı, 2003.  
4.  Zeynalov V. Z.  Maliyyə. Azərnəşr. Bakı, 2009. 
5.    Ibrahimov Z. Pul, kredit və banklar (suallara cavab). Bakı, 2009. 
6.  Məmmədov  Z.F.  Yigim  ve  investisiya  munasibətləri  //Iqtisad  elmleri:  nezeriyye  ve 
praktika. - 2000. - № 3-4.  
7.  Məmmədov  Z.F.  Azerbaycan  Respublikasinda  finans  iqtisadiyyatinin  huquqi  cercivesi 
//Qanun. - 2002. - № 12. – S. 36 - 39.  
8.  Məmmədov  Z.F.  Faiz  ve  inflyasiya  hedleri  arasindaki  munasibetlerin  nəzəri  yonlərinin 
təhlili //Iqtisad elmləri: nezeriyye ve praktika. - 2002. - №1.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə