Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə31/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   27   28   29   30   31   32   33   34   ...   131

 
63 
9.   Maмeдов З. Ф. Деньги, кредит, Банки. Учебник. Бакı, 2008. 400 с. 
10.  Z.F.  Mamedov.,  Ahmet  Yeman.  Azerbaycanın  kredi  ve  para  sistemi:  günümüzdeki 
özellikleri ve gelişme yönü // Maliyyə ve finans yazıları. Sayı 87. Nisan 2010. // Turkiye.  
11.  Zeynalov  V.  Z.  Küresel  mali  krizin    Azerbaycan  ekonomisine etkileri  ve  Azerbaycan 
Merkez  Bankasinin    monetar    politikasinin  analizi//  T.C.  Marmara  Üniversitesi.  Financial 
arasdirmalar ve calismalar dergisi. Uluslararası hakemli dergi.Yayın № 773. -2010  
12.  Банковское дело.  Учебник. M.: Проспект, 2008. 
13.  Банковское  дело  Управление  и  технологии  под  ред.  Тавасиева  Учебник  2005. 
671с. 
14.  Банковское дело.  под ред. Коробовой Г.Г. - Учебник 2006. 
15.  Банковское  дело:  современная  сист.  кредитования.  под  ред.  Лаврушинa  М.- 
2007. 
16.  Рустамов. Э. С.  Проблемы реформирования макроэкономических институтов в 
послекризисный
 период// Деньги и кредит.-  9/2010. 


 
64 
II FƏS L.  BANK S STEM  
    
                                        
Ə
SAS ANLAYIŞLAR 
 
Bank  -  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan  vəsaitlərin  cəlb 
edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə 
köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.  
Bank  holdinq  şirkəti  -  bank  lisenziyasına  malik  bir  və  ya  bir  neçə  törəmə  bankı  olan, 
fəaliyyəti baş ofisinin  yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və 
nəzarət olunan şirkətdir.  
Törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi 
təsisçi  banka  və  ya  bank  holdinq  şirkətinə  məxsus  olan  bankdır,  yaxud  elə  bankdır  ki,  onunla 
təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya 
bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.  
Stress  test  –  gözlənilməz,  müstəsna,  lakin  mümkün  şoklara  bankın  həssaslığının 
qiymətləndirilməsi alətidir.  
Risk  faktoru  –  bank  daxili  və  bankdankənar,  əvvəllər  müşahidə  olunmuş  və  ya  bankın 
fəaliyyətinə potensial təsir edə biləcək, ölçülə bilən risklər üzrə faktorlardır. 
Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri 
üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya 
bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.  
Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri 
üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya 
köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.  
Bankın  nümayəndəliyi  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 
bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə 
edən bankın ayrıca bölməsidir.  
Bank olmayan kredit təşkilatı -öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər 
istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.  
Bank lisenziyası - Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən 
depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək 
ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını 
məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.  
Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin 
uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız 
müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin  şərtlərlə  pul  vəsaitinin  verilməsi  haqqında 
götürülmüş hər hansı öhdəlik, qarantiya,  zəmanət, borc qiymətli kağızlarının diskontla  və  ya  faizlər 
alınmaqla  satın  alınması  və  müqaviləyə  əsasən  hər  hansı  formada  verilmiş  vəsaitin  qaytarılmasını 
tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.  
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya 
ödənilmədən  müştərilərin  (əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba 
köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba 
qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.  
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox 
faizini  təşkil  edən,  yaxud  müqavilə  əsasında  iştirakçısı  olduğu  hüquqi  şəxsin  qərarlarının  qəbul 
edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.  
nzibatçı  -  bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  Idarə  Heyətinin  üzvləri, 
habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, 
bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.  
Banka  aidiyyatı  olan  şəxslər  -  bankın  inzibatçıları,  struktur  bölmələrinin  rəhbərləri, 
qərarların  qəbul  edilməsində  iştirak  edən  digər  əməkdaşları  və  onlarla  yaxın  qohumluq 
münasibətlərində  olan  şəxslər  (əri/arvadı,  valideyni,  o  cümlədən  ərinin/  arvadının  valideyni, 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə