Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə33/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   29   30   31   32   33   34   35   36   ...   131

 
67 
Kredit  təşkilatları  qanunla  onların  fəaliyyət  növlərinə  aid  edilməyən  fəaliyyəti  həyata 
keçirməyə  məcbur  edilə  bilməz.    Kredit  təşkilatlarının  və  dövlətin  müvafiq  öhdəlik  götürdüyü 
hallardan  başqa,  bütün  digər  hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının 
öhdəlikləri üçün məsuliyyət daşımır. 
Banklar haqqında Azərbaycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci il, 
17  aprel  2007-ci  il,  19  oktyabr  2007-ci  il,  2  oktyabr  2008-ci  il,  26  may  2009-cu  il  və  30  iyun 
2009-cu  il  tarixli  qanunlarla  qəbul  edilmiş  dəyişikliklər  və  əlavələrlə)  Azərbaycanda  bank 
sisteminin  hüquqi  bazasının  beynəlxalq  standartlara  tam  uyğunlaşdırılması,  iqtisadiyyatda  bank 
xidmətlərinin  rolunun  artırılması,  bank  əmanətçilərinin  və  kreditorlarının  müdafiəsinin 
gücləndirilməsi  və  bütövlükdə  bank  sisteminin  stabil  və  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsi 
məqsədilə  bankların  təşkili,  daxili  idarəedilməsi,  fəaliyyətinin  tənzimlənməsi  və  ləğv  edilməsi 
prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.  
Bank-fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan  vəsaitlərin  cəlb 
edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə 
köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. 
Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublikasının    Qanunu 
Azərbaycan  Respublikasında  hüquqi  və  fiziki  şəxslərin  maliyyə  resurslarına  olan  ehtiyaclarının 
daha  dolğun  ödənilməsi,  maliyyə  xidmətlərindən  istifadəsi  üçün  əlverişli  şəraitin  yaradılması 
məqsədilə  bank  olmayan  kredit  təşkilatlarının  təsis  edilməsi,  idarə  olunması  və  fəaliyyətinin 
tənzimlənməsi qaydalarını müəyyən edir. 
Bank olmayan kredit təşkilatı xüsusi razılıq  əsasında kreditlərin verilməsi və Bank olmayan 
kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublikasının  Qanununda    nəzərdə  tutulmuş  digər 
fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. 
Azərbaycan  Respublikasının  ərazisində  banklar  və  bank  olmayan  kredit  təşkilatları  bank 
fəaliyyətini  Mərkəzi  Bankın  verdiyi  xüsusi  razılıq  (lisenziya)  əsasında  həyata  keçirilə  bilər. 
Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə 
bilər. 
Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında 
yaradılır.  Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın 
səhmdarı ola bilməzlər.  Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri 
səs  hüququna  malik  ola  bilməzlər.    Bankın  təsisçiləri  olan  səhmdarları  onun  sonrakı 
səhmdarlarına  nisbətən  hər  hansı  əlavə  üstünlüklərə  malik  ola  bilməz  və  ya  hər  hansı  əlavə 
vəzifələr daşıya bilməzlər. 
Banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə 
saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün  aktivlərin  qiymətdən 
düşməsinə  qarşı  zəruri  tədbirlər  görməli,  mühasibat  sənədlərini  və  digər  zəruri  sənədləri 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tərtib  etməli,  bankın  fəaliyyətinə  nəzarət 
mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə 
azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər. 
    
 
2.2. BANK  NFRASTRUKTURU 
 
Bank  sisteminin  fəaliyyətini  təmin  edən  müəssisələr,  agentliklər  və  xidmət  sahələri  Bank 
infrastrukturuna    aiddir.    Bank  infrastrukturu  özündə  məlumat,  metodik,  elmi,  kadr  təminatı, 
həmçinin rabitə vasitələri və kommunikasiyanı birləşdirir. 
Bazar iqtisadiyyatı şəraitində banklar hər şeydən əvvəl ölkə iqtisadiyyatının, onun sahələrinin, 
həmçinin xidmət göstərdiyi fıziki və hüquqi şəxslərin fəaliyyəti barədə geniş və operativ məlumatlara 
ehtiyac duyurlar. Bu banklara müştərilərin kredit qabiliyyətliliyi, iqtisadi və işgüzar bazarın, əmlakın 
idarə edilməsi vəziyyətinin düzgün qiymətləndirilməsi və müştərilərin vaxtlı vaxtında məlumatlandı-
rılmasını təşkil etmək üçün vacibdir. 


 
68 
Bazar  iqtisadiyyatında  mövcud  olan  güclü  rəqabət,  baş  verə  biləcək  iqtisadi  böhran, 
müəssisələrin  və  dövlətin  qeyri-sabit  maliyyə  vəziyyəti  şəraitində  düzgün  qərarlar  qəbul  etməkdən 
ötrü  məlumat  təminatı  banklar  üçün  günün  tələbinə  çevrilir.  Bunsuz  banklar  hətta  müvəqqəti 
maliyyələşmə  fəaliyyətin  həyata  keçirə  bilməz,  müştərilər  üçün  lazımi  xidmətləri  vaxtlı-vaxtında 
keyfiyyətlə icra edə bilməzlər. Eyni zamanda kapitai itkisinə yol verə bilərlər.  
Banklar lazım olan məlumatlar müxtəlif mənbələrdən -xüsusi agentliklərdən, çoxsaylı məlumat 
kitablarından,  jurnal və operativ nəşrlərdən, mərkəzi banklardan və s., beynəlxalq aləmdə baş verən 
mühüm dəyişikliklər barədə məlumatlan isə internet vasitəsilə əldə edə bilər.   
Metodiki  təminat  bank  infrastrukturunun  mühüm  elementlərindən  biridir.  ndi  bankların 
fəaliyyətinə dair bütün lazım olan sənədlər toplusu Mərkəzi Bank tərəfındən hazırlanır və fəaliyyətə 
buraxılır. Azərbaycan Mərkəzi Bank strukturunda Tədqiqatlar və  nkişaf Mərkəzi Makroiqtisadi və 
maliyyə sabitliyinə dair aşağıdakı modelləri hazırlamışlardır:  
Bank  ifrastrukturımun  mühüm  elementlərinden  biri  də  elmi  təminatdır.  O  həm  ayrı-ayrı 
bankları, həm də bütövlükdə bank sistemini əhatə etməlidir.  
Kadr təminatı bank infrastrukturunun ən vacib elementidir. 80 ildən yuxarı ölkəmizdə maliyyə 
və  bank  orqanlan  üçün  kadrlar  hazırlayan  Azərbaycan  Dövlət  qtisad  Universitetinin  fəaliyyəti 
təqdirəlayiqdir.  Azərbaycan  Dövlət  qtisad  Universitetində  «Beynəlxalq  valyuta  kredit  və  maliyyə 
münasibətləri»,  «Bank  işi»,  «qiymətli  kağız  bazarı»  və  bir  çox  digər  fənlər  tədris  olunur  ki,  son 
məqsəd iqtisadi  sistemlər üçün  yüksək  ixtisaslı  kadr hazırlığından ibarətdir. 
Bazar  iqtisadiyyatı  şəraitində  təsərrüfat  subyektlərinin  artması  banklar  tərəfindən  göstərilən 
xidmətlər çeşidinin və həcminin çoxalmasma gətirib çıxarır. Öz növbəsində bu, bankları keyfıyyətcə 
yeni,  texniki  cəhətdən  yüksək  səviyyəli  ödəmələrin  və  hesablaşmaların  sürətli  icrasını  təmin  edən 
rabitə və digər texfiiki vasitələrin əldə edilməsinə məcbur edir.   
Bank sisteminin sabit, normal iş şəraitini təmin edən amillərdən biri qanunvericilikdir. Bank 
qınunvericiliyi bu sistemin zəruri bir hissəsidir.   
Hal-hazırda  Azərbaycanda  bank  sisteminin  fəaliyyətini  tənzimləyən  bir  neçə  əsas  qanunlar 
qüvvədədir:  
1) Banklar haqqında Azərbaycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci 
il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 
2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə)  
2)  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu (17 aprel 2007-ci il, 9 oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il, 26 may 2009-cu il, 19 iyun 
2009-cu  il  və  30  iyun  2009-cu  il  tarixli  qanunlarla  qəbul  edilmiş  dəyişikliklər  və  əlavələrlə). 
Banklar haqqında Azərbaycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 
aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 2009-cu 
il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə) ;  
3)  Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (25 
dekabr  2009-cu  il);    Əmanətlərin  sığortalanması  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(08 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunla qəbul edilmiş dəyişikliklər və əlavələrlə);  
4)Valyuta  tənzimi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  27  noyabr  2001-ci  il 
tarixli, 220-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 
82-IIIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 320-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 507-
IIIQD  nömrəli;  30  iyun  2009-cu  il  tarixli,  856-  IIIQD  nömrəli;  5  mart  2010-cu  il  tarixli,  972-
IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə;  
5) Kredit  ttifaqlari Haqqinda Azərbaycan Respublikasinin qanunu (2001-ci il 23 noyabr və 
30 sentyabr 2010-cu il tarixli əlavə və dəyişikliklərlə);   
6) Poçt haqqında Azərbaycan Respublikasının Qanunu  (1 may 2007-ci il, 2 oktyabr 2008-ci 
il və 30 iyun 2009-cu il tarixli qanunlarla edilmiş əlavə və dəyişikliklərlə);   
7)  Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  25 
dekabr 2009-cu il). 
Beynəlxalq  təcrübə  göstərir  ki,  bank  sisteminin  səmərəli  fəaliyyəti  üçün  bank  birlikləri  və 
konyorsiumlan, holdinqləri, xüsusi  təyinatlı   banklar,   kredit   kooperasiyaları haqqmda qanunlar 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə