69
işlənib hazırlanmalıdır. Həmçinin banklann fəaliyyətini nizamlayan qanunlar topiusuna kredit işi,
elektron ödəniş sistemi, bank sirri, bankların iflası qanunları da daxil edilməlidir. Maliyyə-kredit
sistemində banklarla bərabər fəaliyyət göstərən digər maliyyə instutları-qiymətli kağızlar və fond
birjası, faktorinq və trast şirkərləri, investisiya fondlan haqqında qanunlar da az əhəmiyyət kəsb etmir.
2.3. XAR C ÖLKƏLƏR N PUL- KRED T S STEM
Amerika Birləşmiş Ştatlarının pul-kredit sistemi. Amerikan dolları 1785-ci ildə milli pul
olaraq qəbul edilmişdir. 2 aprel 1792-ci ildə dolların dəyəri gümüş və qızılı ağırlıq miqdarı ilə
bağlanılmışdır. 1890-cı ildə tək işğal sisteminə keçilmiş, yəni qızıl pul sisteminin əsası
qoyulmuşdur. 1913-cü ildə Amerika Mərkəzi Bankı qurulmuşdur. 1917-ci ildə dolların qızıla
dəyişməsinə son qoyulmuş, ancaq 1919-cu ildə bu sistem təkrar təsis edilmişdir. 31 yanvar 1934-
cü ildə dollar 40,94% dəyərindən devalvasiya edilmiş və təzədən dolların qızıl qarşılığı müəyyən
edilmişdir. 18 dekabr 1971-ci ildə isə dolların qızıla çevrilməsinə son qoyulmuşdur. 1976-cı il
yanvar ayında Yamayka sövdələşməsi ilə dolların qızıla olan bağlılığı tamamilə ləğv edilmişdir.
23 dekabr 1913-cü ildə Federal Ehtiyat Bank (FEB) qurulmuşdur.
Federal Ehtiyat Sisteminin cari funksiyaları aşağıdakılardır:
• Bank təşvişləri ilə bağlı problemlərin həlli;
• Bankların özəl maraqları ilə mərkəzləşdirilmiş dövlət öhdəlikləri arasında tarazlığın
qorunması;
• Monetar siyasət tədbirləri nəticəsində ölkənin pul təchizatının təmin olunması;
• Maliyyə sisteminin sabitliyinin dəstəklənməsi;
• Depozit qəbul edən təsisatlar, ABŞ hökuməti və xarici rəsmi müəssisələr üçün maliyyə
xidmətinin təmin olunması;
• ABŞ-ın dünya iqtisadiyyatındakı mövqeyinin gücləndirilməsi.
FEB-i idarə edən qurumlar aşağıdakılardır: Qubernorlar şurası, və idarə şurası. FEB
qubernatorlar şurasının 7 üzvü var. Bunlar bu vəzifələrə Amerika prezidenti tərəfindən 4 illik müddətə
təyin edilir. Müddətin bu qədər çox olmasının səbəbi siyasi güc qarşısında qubernatorların öz müstə-
qilliklərini qorumaq məqsədidir. Şuranın üzvləri ancaq Konqresə hesabat vermək məcburiyyətindədir.
darə şurasının 9 üzvü var. Bunların 3-ü qubernatorlar şurası tərəfindən təyin edilir, qalan 6 üzvü isə
banklar tərəfindən seçilir. FEB-in Monetur siyasətinin ən başlıca əməliyyatı qiymətli kağız bazarında
dövlət istiqraz və bonolarının alqı-satqısıdır.
Amerikan kommersiya bankları əmanət qəbul etmə haqqında lisenziyaya sahib olan
banklardır. Kassa likvid aktivləri nağd pul, FEB-də tutulan pullar və digər bankların hesablarında
tutulan pullardır. Bu banklar istehlak və sənaye sahələrinə qısamüddətli kredit açırlar. Portfelləri
isə yerli icra və dövlət orqanlarına aid sənədlərdən ibarətdir. Passivlərində isə dövlət və özəl sek-
torun əmanətləri saxlanılır.Amerikada kommersiya banklarının sayı 14500-ə yaxındır. Ancaq
bunlar içində ən böyük banklar Chase Manhattan Bank, First National Bank, Chase Manhattın
Bank, Morıan Trust Company banklarıdır. Amerikanın investisiya bankları şirkətlərə orta və uzun
müddətli kredit açırlar. Bu banklar əmanət qəbul edir, sənaye quruluşları üçün hissə sənədi və
istiqraz ixrac edirlər. Bu banklar pula olan ehtiyaclarını kommersiya banklarından borc olaraq
ödəyirlər.
Amerikada 200-ə yaxın xarici ölkələrin bankları fəaliyyət göstərir. Bunların ümumi bank
aktivləri içində payları 14 faizdir. Amerikan banklarının ölkə xaricində 800-dən çox şöbəsi vardır.
Amerikan banklarının xaricdəki fəaliyyətinə FEB, Federal Əmanət Sığorta Fondu və Pul Nəzarət
Komitəsinin üzvlərindən meydana gələn komissiya nəzarət edir.
Kanadanın pul-kredit sistemi. Kanada federal struktura malik bir idarəyə sahibdir. Pul
emissiyası və Kanadanın pul vahidi olan dolların hərəkətlərinə nəzarət edən Kanada Mərkəzi
Bankıdır.
Ölkənin mərkəzi bankı kimi Kanada Bankının 5 əsas vəzifəsi var:
• Monetar siyasətinin həyata keçirilməsi (inflyasiya göstəricisinin tənzimlənməsi);
70
• Pulların buraxılışı;
• Təhlükəsiz, şəffaf və səmərəli maliyyə sisteminin təşkili;
• Vəsaitlərin idarə edilməsi;
• nsani, maliyyə, informasiya, texnologiya və fiziki mənbələrin sağlam idarə edilməsinə
dəstək verən korporativ inzibatçılığın həyata keçirilməsi.
Kanada bank strukturunda aktivlərin dəyəri böyüklük baxımından olduqca yüksək bir
təmərküzləşməyə malikdir. 1960-cı ildən sonra 8 bankın 500 şöbəsi vardı. Banklardan ən böyük 5-i isə
bütün bankçılıq sektorunun aktivlərinin 20 %-nə malikdir. Kanadada bank haqqında Qanun 1961-ci
ildən hazırlanmağa başlandı və 1967-ci ildə qüvvəyə mindi. 1990-cı ildə Kanada bankçılıq sektoranun
bütün varlığının 40%-i xarici sərmayəli bankların əlindədir. Kanadada banklar adətən Monreal və
Toronto kimi iri maliyyə şəhər mərkəzlərində yerləşmişdir. Nəticə etibarı ilə 1995-ci ildə səkkiz yerli
bank bütün bankçılıq varlığının 50%-nə sahib idi.
Yaponiyanın pul-kredit sistemi. Yapon Bankı 1882-ci ildə qurulmuşdur və 1889-cu ildən
etibarən qanunla ona banknot əməliyyatının aparılması səlahiyyəti verilmişdir. 1978-ci ildə
Yaponiyada qızıl standartı sistemi tətbiq edilmişdir. 1931-ci ildə Yaponiyada qızıl pul standartı ləğv
edilmiş və 1937-ci ildə pul kütləsinin tədavülü 1,6 dəfə artmış və inflyasiya tempi illik 50%-dən
yuxarı olmuşdur. 1945-1951-ci illər arasında inflyasiya tempi 343 dəfə artmış və yapon pul vahidi
olan iyenin dəyəri 99% azalmışdır. 1949-cu ildə iyenin dollara qarşı məzənnəsi 360 iyen = 1 dollar
olmuş və bu paritet 1971-ci ilə qədər qüvvədə qalmışdır. 1971-ci ildən Yaponiya Hökuməti üzən
valyuta kursu tətbiq etməyə başladı. 1973-1980-ci illərdə illik qiymət artımı 9,5% olmuşdur. 1980-ci
ildən sonra beynəlxalq ticarət münasibətlərində yapon iyenin ödəniş vasitəsi olaraq Amerikan dolları
və alman markasından sonra üçüncü yerə keçmişdir və Asiya regionu ölkələri üçün iyen ən sabit və
güclü pul və bu regionun mərkəz bankları üçün ehtiyat pul vahidi olaraq qəbul edilməkdədir.
Dünyada beynəlxalq valyuta ehtiyatları içində Amerikan dollarının payı 55 %, yapon iyeninin
payı 10 %-dir. Yapon mal və xidmət ticarət ixracatının 34%-i, idxalının 12%-i yapon iyeni tərəfindən
aparılır. Yapon iyeninin dollara qarşı məzənnəsinin dinamikasını 1970-ci ildən başlayaraq dollara
qarşı dəyər qazanmaqdadır.
Yaponiyanın kredit sistemi 1868-ci ildə qurulmuşdur. 1872-ci ildə Yaponiyada Yapon Mərkəzi
Bankı qurulmuş və 1887-ci ildə isə Kommersiya bankları haqqında qanun qüvvəyə minmişdir.
Yaponiya kredit sistemi - Yapon Mərkəzi Bankı, dövlət, kommersiya bankları, özəl və kredit koopera-
siyalarından meydana gəlir.
1998-ci il aprelin 1-dən Yaponiya Mərkəzi Bankı haqqında yeni qanun qəbul edilmişdir. Bu
qanuna əsasən Bank Maliyyə Nazirliyindən müstəqillik qazandı.
Bankın aşağıdakı funksiyaları var:
• Pul əskinazlarının çap edilməsi və nağd pul təminatının idarəedilməsi;
• Monetar siyasətin idarə etməsi;
• Maliyyə Sisteminin sabitliyinin qorunması və hesablaşma xidmətlərin təqdim edilməsi;
• Xəzinədarlıq funksiyaları.
1949-cu ildə Bankın Siyasət Komitəsi yaradılmışdır. Komitə Bankın siyasətinin tərtib
edilməsi və dövlətin maliyyə və pul-kredit siyasətində maraqlarını müəyyənləşdirən qurumdur.
Komitə 7 üzvdən ibarətdir. Onlardan beşi səsvermə hüququqna malikdirlər: Komitənin Sədri
hökumət tərəfindən 5 il müddətinə təyin edilir və şəhər bankları, regional banklar, kənd təsərrufatı
və sənaye sektorunu təmsil edən dörd il müddətinə seçilən 4 üzv. Bundan əlavə Komitəyə
Maliyyə Nazirliyinin və qtisadi Planlaşdırma Komitəsinin səsvermə hüququ olmayan iki üzv
daxildir. Komitə Bankın büdcəsinə aid qərarları Maliyyə Nazirliyi ilə razılaşdıqdan sonra qəbul
edir. Həmçinin Maliyyə Nazirliyi ilə razılaşdıqdan sonra Parlament qarşısında hesabat verir.
Bundan əlavə, Komitə faiz dərəcələrinin dəyişdirilməsini, kreditvermə prosesində girovların
qiymətləndirilməsini, veksellərin növlərini və şərtlərini müəyyən edir.
Yapon bankları ölkənin iqtisadi inkişafını gücləndirmək məqsədi ilə kredit faiz dərəcələrini
aşağı düşürmək siyasətini aparır.
Avstraliyanın pul-kredit sistemi. Avstraliya konstitusiyası bankçılıq sektorunda ikili bir
nəzarət sistemi tərtib etmişdir. Bu həm Federal Hökumətin, həm də əyalət hökumətinin müəyyən
Dostları ilə paylaş: |