Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə41/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   37   38   39   40   41   42   43   44   ...   131

 
83 
gündəmə çıxarırkən, digər tərəfdən sərmayə bazarlarındakı fəaliyyətlərini artırmışdılar. Sərmayə 
hərəkətlərinin sərbəstləşdirilməsindən sonra türk bank sistemi xarici maliyyələşdirmə imkanlarını 
artırmış, bundan başqa beynəlxalq aləmdə getdikcə artan ticarət həcminə bağlı olaraq sektor xarici 
ticarətin maliyyələşdirilməsinə daha çox önəm verilmişdir. Bu inkişaf bankların ölkə daxili mən-
bələrdəki  yüksək  real  faiz  nisbətlərindən  mənbəyini  götürən  fond  məsrəflərini  qismən  də  olsa 
azaltmalarını təmin etmiş və böyümələrinə dəstəkləyici bir faktor olmuşdur. Bu inkişaf Türkiyədə 
getdikcə  artan  pul  tədavülünün  təsiri  ilə  bankların  xarici  pul  cinsindən  öhdəliklərini  artırmış  və 
xarici  pulun  açıq  mövqeyinin  yüksəldilməsinə  səbəb  olmuşdur.  Türk  bank  sistemi  2  əsas  bank 
qrupundan ibarətdir. Bunlar ticarət bankları və inkişaf-investisiya banklarıdır. Bundan başqa hər 
qrup sərmayə mənbəyinə görə özəl, dövlət və xarici olmaqla 3 qrupa bölünür. 
Türkiyədə bankların mənbə məsrəflərini artıran və mənbələrin istifadəsini məhdudlaşdıran 
səbəblərin birincisi əmanət qarşılıqları və disponibilitenin tətbiqidir. Qarşılıqların tətbiqinə təqdim 
edilən təşkilatlar topladıqları mənbələrin vacib bir hissəsini sərbəst olaraq istifadə edə bilməzlər. 
Bu  vəziyyət  istifadə  edilməyən  mənbələrin  məsrəflərinin  istifadə  edilən  mənbələrin  üzərinə 
yüklənməsinə yol açır. Beləliklə, mənbə məsrəfi ilə kredit məsrəfi arasındakı fərq müəyyənləşmiş 
olur. Bu da iqtisadiyyatda istehsal edilən əmtəə və xidmətlərin məsrəflərini yüksəltmədə, həm də 
daxildə, həm də xaricdə rəqabəti azaldır. Mənbələrin maliyyə sistemində istifadəsi məhdudlaşır. 
Hal-hazırda Türkiyənin kredit sisteminin quruluşları beş qrupdan ibarətdir. 
1  Mərkəz Bankası; 
2  Əmanət bankları; 
2.1. Dövlət bankları; 
2.2. Özəl banklar; 
2.3. Xarici banklar; 
3  Maliyyə-kredit xidmət qurumları (vasitəçi qurumlar); 
3.1. Fond birjası; 
3.2. Bankerlər; 
4  Digər maliyyə-kredit qurumları; 
4.1.  nvestisiya bankları; 
4.2. Sığorta şirkətləri; 
4.3.  nvestisiya fondları; 
5  Yarı maliyyə-kredit qurumları; 
5.1.  Sosial sığortlar qurumu; 
5.2. Türkiyə Əməkli Sandığı; 
5.3. Bağkur kimi sosial müdafiə qurumları. 
Müasir dövrdə bank fəaliyyətinin səciyyəvi olan dörd əsas növünü fərqləndirmək olar: 
1. Dövlət sərmayəli ixtisas bankları; 
2.  Özəl banklar; 
3. Xarici banklar; 
4.  nvestisiya bankları. (Onlar milli iqtisadiyyatın inkişafina yönəlmiş uzunınüddətli layihələrə 
vəsait  qoyur  və  buna  görə  də  Türkiyənin  investisiya  bazarının  inkişafinda  mühüm  rol  oynayırlar). 
nvestisiya bankları depozit əməliyyatları aparmasalar da, Türkiyə şirkətlərinin  modernləşməsi üçün 
Mərkəzi  Bankın  ehtiyatlarından  və  xarici  ölkələrin  kredit  ehtiyatları  mənbələrindən  istifadə  etmək 
imkanına malikdirlər. 
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı haqqında Qanuna uyğun olaraq Bankın fundamental 
vəzifələri aşağıdakılardır: 
• Açıq bazar əməliyyatlarının həyata keçirilməsi; 
• Türk  Lirəsinin  daxili  və  beynəlxalq  dəyərinin  qorunması  məqsədilə  zəruri  tədbirlərin 
görülməsi  və  Türk  Lirəsinin  qızıl  və  xarici  valyutalara  qarşı  paritetinin  müəyyənləşdirilməsi 
məqsədilə hökumətlə birlikdə valyuta siyasətinin həyata keçirilməsi; 
• Ölkənin qızıl və xarici valyuta ehtiyatlarının idarəedilməsi; 
• Türk  Lirəsinin  həcminin  və  tədavülünün  tənzimlənməsi,  ödəniş,  qiymətli  kağızların 
transferi və hesablaşmalar sisteminin yaradılması; 


 
84 
• Maliyyə  sistemində  sabitliyin  gücləndirilməsi,  pul  və  xarici  valyuta  bazarlarına 
münasibətdə tədbirlərin görülməsi; 
• Maliyyə bazarlarının monitorinqinin aparılması; 
• Banklardakı  depozitlərin  şərtlərinin,  növlərinin  və  xüsusi  maliyyə  qurumlarında  iştirakla 
bağlı şərtlərin müəyyənləşdirilməsi. 
• Bankın fundamental səlahiyyətləri aşağıdakılardır: 
• Türkiyədə pulların tədavülə buraxılması; 
• Hökumətlə  birgə  inflyasiya  hədəfini  və  buna  uyğun  olaraq  monetar  siyasətin 
müəyyənləşdirilməsi; 
• Fövqəladə  hallarda  Əmanətlərin  Sığortalanması  Fondunun  resursları  kifayət  etmədikdə 
Fonda müəyyənləşdirəcəyi şərtlər və qaydalara uyğun olaraq Fonda avansın verilməsi; 
• Kommersiya banklarına kreditin verilməsi; 
Maliyyə  bazarlarının  monitorinqini  aparmaq  məqsədilə  banklardan,  digər  maliyyə 
institutlarından və həmçinin qeyd edilən institutların fəaliyyətini tənzimləmək və nəzarət etməkdə 
səlahiyyətli  olan  idarələrdən  lazımi  məlumatların  tələb  edilməsi  və  statistik  informasiyanın 
toplanması. 
Özəl  kommersiya  bankları  üçün  isə  mərkəzləşmiş  və  təmərküzləşmə  pro-sesləri  səciyyəvidir. 
Bu proseslər daha qüvvətli və nüfuzlu şəbəkələri genişləndirmək, yüksək səriştəli mütəxəssisləri işə 
cəlb etmək, əməliyyatların  yerinə  yetirilməsini mükəmməlləşdirmək,  fəaliyyətin  yeni istiqamətlərini 
mənimsəmək və s. üçün kifayət qədər vəsaitə malik olan bankların yüksəlişində öz əksini tapmışdır.  
nvestisiya  banklan  iri  kommersiya  banklarından  kiçik  olsalar  da,  iqtisadiyyatda  böyük  rol 
oynayırlar.  Onlar  ssuda  kapitalları  bazarınn  böyük  bir  hissəsinin  həfəkətinə  yardım  göstərirlər. 
nvestisiya  bankları  uzunmüddətli  kapitalı  səfərbər  edir  və  istiqrazları,  digər  növ  borc  kağızlarını 
buraxmaq  və  yerləşdirməklə  vəsaitləri  borc  alanlara  verirlər.  nvestisiya  banklarının  kreditlərinin 
təxminən 90%-i ödəniş müddəti uzun olan sənaye müəssisələrinin modernləşməsinə verilir. 
80-cı  illər  Türkiyənin  Yaxın  və  Orta  Şərqdə  beynəlxalq  maliyyə  mərkəzinə  çevrilməsinin 
başlanğıc mərhələsi hesab etmək olar. Dünyanın ən iri 100 bankından 15-i (onların arasında «Cosjeta 
Jeneral»,  «Sitibank»,  «Çeyz  Manhettın  Bank»  və  digər  məşhur  banklar  vardır)  burada  təmsil 
olunmuşdur. 1990-cı ilin sonunda ölkədə 23 xarici bank fəaliyyət göstərirdi. 1985-ci ildə banklar haq-
qında  qəbul  olunmuş  Qanun  əsasında  həm  yerli,  həm  də  xarici  banklara  vahid  hüquqi  status 
verilmişdir. 
Lisenziya almaq üçün xarici bank  təsisçi müəyyən şərtlərə əməl etməlidir: minimal məbləğə 
nizamnamə kapitalına, müvafiq nüfuz və keyfiyyətli menecmentə malik olmalıdır. 
Fəaliyyətdə  olan  xarici  bankları  üç  qrupa  bölmək  olar.  Birinci  qrupa  Qərbi  Avropa  və  ABŞ 
kommersiya banklarının filialları;  kinci qrup Orta Şərq və Asiyanın kommersiya bankları və Üçüncü 
qrupa isə müştərək banklar aiddir. 
Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı,  məqsəd  və  alətləri.  Son  iyirmi  ildə  dünya 
iqtisadiyyatında meydana  gələn  dəyişikliklər,  Mərkəzi  Bank  əmə-liyyatlarına  əsaslı  şəkildə  təsir 
etmişdi.  Xüsusilə  maliyyə  bazarlarının  qloballaşması  və  inkişaf  edən  texnika  bu  bazarları  70-ci 
illərdən fərqli olaraq daha da genişləndirmişdi.Bu dəyişikliklər mərkəzi bankların başlıca vəzifə-
lərinə  də  təsir  etmişdir.  Mərkəzi  banklar  əsas  2  məqsədi  vardır.  Bunlardan  pulun  dəyərini 
qorumaq və sabitliyini təmin etmək.  
Mərkəzi  Bankın  əsas  müşavirlik  vəzifələri  arasında:  milli  pulun  xarici  valyutalar  və  qızıl 
qarşısındakı paritetini müəyyən etməkdə hökumətə rəy bildirmə, bank qanununun tətbiqində höku-
mətlə  rəy  mübadiləsi  aparma,  banklar  və  digər  maliyyə  təşkilatları  ilə  bağlı  quruluş  icazələri  və 
bunlarla bağlı təsfiyədən öncə bankın rəyi soruşulduğunda bu rəy bildirmə sayıla bilər. 
Yeni mərkəz bankı qanunu ilə edilən dəyişikliklərin əsasları aşağıdakılardır: 
1) Vasitə müstəqilliyi. Müstəqillik ölçüsü olaraq, bankın əsas məqsədinin qiymət sabitliyini  
təmin  etmək  olduğu  və  bankın  pul  siyasətinin  müəyyən  edilməsində  və  tətbiqində  yeganə 
məsuliyyətli  və  səlahiyyətli  olduğu  qanuniləşmişdir.  Bank  vasitə  müstəqilliyi  qazanarkən, 
inflyasiya hədəfini hökumətlə birlikdə müəyyən etmə vəzifəsi və səlahiyyətilə vəzifələndirilmiş-


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə