Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə37/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   33   34   35   36   37   38   39   40   ...   131

 
75 
• xəzinə və poçtteleqraf sıstemı. 
Fransız Mərkəzi Bankı 18 yanvar 1800-cü ildə Bonapart Napoleon tərəfindən qurulmuşdur. 
Fransız Mərkəzi Bankının sərmayəsi 2 dekabr 1945-ci il tarixli Qanun ilə tamamilə dövlətin əlinə 
keçdi. Fransız Mərkəz Bankı ölkədə aparılan pul-kredit siyasətinə görə məsuliyyət daşıyır.  
Fransa Bankının əsas funksiyaları aşağıdakılardır: 
•  Avropa Mərkəzi Banklar sistemi çərçivəsində birgə monetar siyasətin həyata keçirilməsi; 
•  Bank  sisteminin  və  investisiya  təşkilatlarının  idarə olunması  və  onlara  nəzarət  edilməsi. 
Bu  məqsədlə  Bankda  Bankçılıq  və  Maliyyə  Tənzimlənməsi  Komitəsi,  Bankçılıq  Komissiyası, 
Kredit və qiymətli Kağızlar üzrə Milli Şura;  
•  Pul əskinazlarının çap edilməsi; 
•  Ödəniş və hesablaşmalar sistemlərinin fasiləsiz işinin təmin edilməsi.  
Fransada bank üzərində nəzarət fəaliyyətini həyata keçirən orqanlar aşağıdakılardır: 
•  Bank komissiyası; 
•  Hökumət nümayəndəsi; 
•  Hesab nəzarətçisi. 
Bank  komissiyasının  banklar  fəaliyyəti  üzərində  təftiş,  nəzarət,  təqdimat  və  cəza  vermə 
səlahiyyəti  vardır.  Hökumət  nümayəndəsi  kredit  təşkilatlarının  qərarlarını  dövlət  mənafeyinə 
uyğun  olmadığını  araşdırar.  Hesab  nəzarətçisi  isə  bankların  öz  fəaliyyətləri  ilə  əlaqədar  vermiş 
olduğu məlumatların doğru olub-olmadığına nəzarət edər. 
ngiltərənin pul-kredit sistemi.  ngilis kralı F.Wilhelm (1027-1087) ingilis lirasının pensə və 
ş
illinqə bölünməsi və bir sterlinqin 350 qram gümüş əsasına arxalanması prinsipini qoymuşdur. Ölkədə 
uzun  müddət  gümüş  pul  qalmış,  ancaq  vaxt  keçdikcə  pulun  gümüş  dəyəri  azalmağa  başlamışdır. 
Gümüşün  tədavüldə  istifadəsinin  qısa  müddətdə  aşınması,  gümüş  yerinə  qızıl  standart  sisteminə 
keçməsinə səbəb olmuş  və 1816-cı ildə qızıl tədavüldə tək iştal olaraq qəbul edilmişdir.  ngiltərədə 
kağız  pulun  tədavüldə  istifadəsinə  1688-ci  ildən  sonra  keçilmişdir.  1914-cü  ilə  qədər  kağız  pulun 
asanlıqla  qızıla  dəyişmə  imkanı  vardı.  1914-ci  ildə  başlayan  Birinci  dünya  müharibəsi  ngiltərənin 
hərbi  xərclərini  ödəmək  üçün  hökuməti  emissiyanı  artırmağa  məcbur  etmişdir.  Bunun  nəticəsində 
tədavüldə  kağız  pul  kütləsi  artmış  və  onun  qızıla  dəyişdirilməsi  çətinləşmişdir.  Birinci  dünya 
müharibəsindən sonra ingilis lirası dəyərindən 35% itirmişdir. 27 dekabr 1958-ci ildə ingilis lirasının 
qismən dönərliliyi qəbul edildi və 1 sterlinq 2.48828 qram saf qızıla bərabər tutuldu. 
ngiltərənin finans-kredit qurumları ölkədə ticarət və sənayenin inkişafına paralel olaraq inkişaf 
etmişdir.  ngiltərədə finans-kredit qurumlarının fəaliyyətinə nəzarəti aşağıdakı dövlət qurumları həyata 
keçirir: 
1.  ngiltərə Bankı; 
2.  Xəzinə; 
3.  ngiltərə  kredit  sistemi  (mərkəzi  bankdan  başqa)  aşağıdakı  finans  qurumlarından  ibarətdir: 
kommersiya bankları; diskonto evləri; əmanət bankları; və ixtisaslaşdırılmış finans qurumları. 
ngiltərə Bankı Mərkəzi bankın bütün funksiyalarını icra edir. Onlardan ən vacibi iqtisadi 
inkişafın  artımı  məqsədilə  qiymətlərin  sabitliyi  və  hökumətin  iqtisadi  siyasətinə  dəstəyin 
göstərilməsidir. Bankıın əsas funksiyaları aşağıdakılardır:  
• Monetar  siyasətin  sabitliyi  –milli  valyutanın  (funt  sterlinqin)  kursunun  sabitliiyini  və 
alıcılıq qabilliyətini təmin etmək. Bu vəzifəni Bank əsasən faiz dərəcəsinin dəyişdirilməsi yolu ilə 
həyata  keçirir.  Faiz  dərəcəsi  Bankın  Monetar  Siyasət  Komitəsi  tərəfindən  müəyyən  edilir. 
Həmçinin  Bank  iqtisadiyyatı  nağd  pulla  təmin  etmək  və  nağd  pulun  fiziki  dövriyyəsini  təşkil 
etmək  funksiyasına  malikdir.  Bank  ngiltərə  və  Uelsdə  əskinazların  çap  olunması  üzrə  inhisar 
hüququna malikdir. Şotlandiya bankları (The Royal Bank of Scotland, The Bank of Scotland və 
The Clydesdale Bank) və  Şimali  rlandiya bankları (Bank of  reland, First Trust Bank, Nothern 
Bank  və  Ulster  Bank)  öz  əskinazlarını  buraxmaq  hüququnu  saxlayırlar,  lakin  bu  əskinazların 
buxarılması  ngiltərə Bankında birə-bir depozit ilə təyin edilməlididr.  
• Maliyyə  sabitliyin  dəstəklənilməsi  –  burada  maliyyə  sistemi  üçün  təhlükələrin  aradan 
qaldırılması  nəzərdə  tutur.  Bu  təhlükərlər  bankın  analitik  xidmət  və  digər  nəzarət  orqanları 
tərəfindən  müəyyən  edilir.  Bu  təhllükələrin  aradan  qaldırılması  üçün  Bank  daxili  və  xarici 


 
76 
bazarlarda  maliyyə  əməliyyatlarını  aparır.  ngiltərənin  maliyyə  sektorunun  sabitliyinin  təmin 
edilməsi məqsədlə Bank bir necə dövlət maliyyə qurumu, o cümlədən  ngiltərə Xəzinədarlığı və 
Maliyyə Xidmətləri Təşkilati ilə əməkdaşlıq edir.  
ngiltərədə finans qurumları əmanət cəlb etmək üçün Mərkəzi bankdan lisenziya almalıdır və bu 
lisenziyanın  müddəti  2  il  üçün  etibarlıdır.  ngilis  əmanət  banklarının  cəlb  etdikləri  əmanətlərin  ¼-i 
ölkə xaricində yaşayanların hesabına olur.  ngilis əmanət bankları içində əmanətlərin 50%-dən çoxu 3 
bankın əlindədir. 
ngiltərə  sənayeçilərinin  qısamüddətli  kredit  ehtiyaclarını  qarşılayan  kredit  qurumlarına 
diskonto  evləri  də  deyildir.  Diskonto  evləri  1825-ci  ildən  etibarən  fəaliyyətdədir.  1979-cu  ildə 
diskonto  evlərinin  üçü  aralarında  banklararası  bazar  təşkil  etmişlər  ki,  bu  da  onların  likvidə  olan 
ehtiyaclarını ödəməkdə yardımçı olmuşdur.   
ngiltərədə  banklararası  pul  bazarları  1971-ci  ildən  fəaliyyətdədir.  Bu  bazar  bankların  günlük 
kassa vəziyyəti səbəbi ilə aralarında qurduqları bir bazardır.   
Bundan  başqa,  Londonda  56  ölkəni  təmsil  edən  250  bank  şöbəsi  mövcuddur.  xtisaslaşmış 
finans qurumlarını aşağıdakı qruplara bölə bilərik: 
1. uzunmüddətli kredit qurumları; 
2. istehlak və inşaat sektoruna kredit verən qurumlar; 
3. sərmayə riskli qurumlar. (Vencur kapital şirkətləri) 
Uzunmüddətli  kredit  qurumları  aşağıdakılardır:  sığorta  şirkətləri,  pensiya  fondları.  stehlaka 
kredit  verən  və  inşaat  sektorunu  dəstəkləyən  quruluşların  məqsədləri  adlarından  görünür.  Sərmayə 
riskli qurumlar isə biznesə yeni atılan gənc biznesmenlərə yardım etmək məqsədi ilə fəaliyyət göstərir. 
ngiltərə  Bankının  səlahiyyətli  orqanı  18  adamdan  ibarət  bir  darə  Məclisidir.  Bunlar  vəzifəyə  kral 
tərəfindən təyin edilir.  darə Məclisi tərəfindən  seçilən müdirlər şurasına rəhbərliyi qubernor həyata 
keçirir.  darə Məclisi komitələr şəklində çalışır və müxtəlif ixtisas komitələrindən təşkil edilir.  
•  Xəzinə; 
•  Hesabların nəzarəti; 
•  Xərclərin nəzarəti və təftişi; 
•  Kadrlar Komitəsi; 
•  Tədqiqat Komitəsi. 
Bank  bir  neçə  departamentə  bölünmüşdür.  Bankın  departament  müdirləri  aşağıdakılardır: 
xəzinədarlıq;mühasibat və təftiş; dəftərxana; baş katiblik. 
taliyanın  pul-kredit  sistemi.  1980-ci  illərdə  italyan  pul-kredit  sistemində  əhəmiyyətli 
dəyişikliklər  oldu: 1973-1983-cü illər ərzində  taliya iqtisadiyyatındakı staqflasiyandan sonra  taliya 
iqtisadiyyatı böyük çətinliklər yaşadı. Dövlət büdcəsinin kəsiri böyük rəqəmlərə çatmışdır. Təbii ki, 
belə vəziyyətdə dövlət borclanma kağızlarını ancaq yüksək faizlərlə sata bilərdi. Dövlətin faizli ödə-
mələri  milli  gəlirin  10%-nə  yaxın  idi.  Ancaq  daha  sonra  tətbiq  edilən  pul-kredit  siyasəti  nəticəsində 
inflyasiya hədləri aşağıya düşdü. 1980-ci ildən 1988-ci ilə qədər olan dönümdə istehsalatda illik artım 
2,2% oldu və işsizlik isə 0,6% azaldı. 
1999-cu ildə monetar və valyuta məzənnəsi siyasəti ilə bağlı cavabdehliyin Avropa Mərkəzi 
Bankına  ötürülməsindən  sonra  taliya  Bankı  qərarların  icrasını  təmin  edir,  avronu  buraxır  və 
korlanmış əskinazları dövriyyədən çıxararaq məhv edir.    
Digər funksiyalara bazara nəzarət, ödəniş sisteminə nəzarət, hesablaşmalar sisteminin təmin 
edilməsi,  Dövlət  Xəzinə  Xidməti,  Mərkəzləşdirilmiş  Kredit  Reyestri,  iqtisadi  təhlil  və 
institusional məsləhət daxildir.  
Avstriyanın pul-kredit sistemi. Avstriya Milli Bankının  əsas funksiyaları aşağıdakılardır:  
• Avrozona daxilində sabit-yönümlü monetar siyasət; 
• Avstriyada maliyyə sabitliyinə nəzarət; 
• Avstriyada ümumi dövlət və biznes cəmiyyətinin yüksək keyfiyyətliliklə təmin olunması; 
• Ehtiyat aktivlərin idarə olunması; 
Avro üzrə ödəniş sisteminin yerinə yetirilməsi 
Avstriyanın  kredit  sistemində  kommersiya  banklarının  payı  70%-dir.  Bankların  başlıca 
ə
məliyyatları xalqdan sərbəst pul vəsaitlərini toplamaq və onu iş dünyası üçün stimul etməkdir. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə