Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə36/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   32   33   34   35   36   37   38   39   ...   131

 
73 
Portuqaliya – Modernləşmə iqtisadiyyatı(2008-ci il böhranına qədər) 
Yunanıstan – Postindustrial iqtisadiyyat(2008-ci il böhranına qədər) 
 
Avropada  ortaq  bir  bazarın  qurulması  ilə  əlaqədar  qərar  1957-ci  ildə  Romada  alınmışdır. 
Avropa  Birliyinin  əsas  məqsədi  -  rəqabət  sistemini  gücləndirmək  və  sərmayənin  hərəkətini 
sərbəstləşdirməkdir. 1979-cu ildə Avropa Valyuta Sistemi quruldu. Belçika, Lüksemburq, Hollandiya, 
Almaniyanın dövlət başçıları bu ölkələrdə etibarlı olan pul vahidi ekyunu yaratdılar. Sonradan Avropa 
Valyuta  Sisteminə  ngiltərə,  Finlandiya,  Portuqaliya,  Yunanıstan  və  spaniya  da  girdi.  1991-ci  ildə 
Maastrixdə  (Hollandiyanın  bir  qəsəbəsi)  Avropa  qtisadi  və  Valyuta  Birliyi  haqqında  müqavilə 
imzalandı. 1994-cü ildə Avropa komissiyası, Avropa Birliyi ölkələrinin iqtisadi göstəricilərinin təhlili 
nəticəsində  Avrosisteminə  daxil  olacaq  11  ölkənin  adını  açıqladı.  Avrosisteminə    ngiltərə,  sveç, 
Danimarka  kimi  ölkələr  daxil  olmadı.  31  dekabr  1998-ci  ildə  Avropa  Birliyi  ölkələrinin  maliyyə 
nazirləri Avroya  qarşı milli pul  vahidlərinin dəyərini müəyyən etdilər. May  2004-ci  ildə  AB  daxil 
olan  ölkələr:  Macarıstan,  Kipr,  Litviya,  Litva,  Malta,  Polşa,  Slovakiya,  Sloveniya,  Çexiya  və 
Estoniya. 2007 ildə  Bolqariya və Rumıniya kimi ölkələr Avropa Birliyinə daxil oldular.   
Bəzi Avropa Birliyi ölkələrinin bank sektorunun ümumi aktivləri 
 
 
Ümumi aktivlə
(milyard ekyü) 
Ümumi aktivlər/ 
milli gəlir (%) 
Bankların 
miqdarı 
Almaniya 
3.151 
191 
3.769 
Avstriya 
397 
228 
1.063 
Danimarka 
154 
119 
112 
Fransa 
2.834 
235 
1.635 
Hollandiya 
573 
194 
175 
ngiltərə 
1.016 
109 
37 
taliya 
728 
97 
170 
Yunanıstan 
825 
91 
176 
spaniya 
48 
62 
21 
 
Avrozonanın  13  üzv  ölkəsinin  monetar  siyasətinin  həyata  keçirilməsindən  cavabdeh  olan 
Avropa Mərkəzi Bankı (AMB) dünyanın ən nüfuzlu mərkəzi banklardan biridir. Avropa  ttifaqı 
institutları  və  üzv  ölkələr  tərəfindən  hər  hansı  siyasi  müdaxilə  görməyən  AMB  Avropa 
ttifaqından  ayrı  büdcəyə  malik  olmaqla  maliyyə  müstəqilliyini  də  qoruyub  saxlamaqdadır 
(iqtisadçıların  ümumi  konsensusa  əsasən  müstəqil  mərkəzi  bank  makroiqtisadiyyatın  siyasi 
məqsədlərlə  manipulyasiyasının  qarşısının  alınması  üçün  ən  yaxşı  vasitədir).  Hesabatlılıq  məq-
sədilə  AMB  öz  fəaliyyətinə  dair  hesabatlar  hazırlamalı  və  illik  hesabatını  Avropa  Parlamenti, 
Avropa Komissiyası, Avropa  ttifaqı Şurası və Avropa Şurasına göndərməlidir. Maaştraxt Sazişi 
üzrə Avropa Mərkəzi Banklar Sistemi (AMBS) aşağıdakı funksiyaların yerinə yetirilməsinə görə 
cavabdehdir: 
•  Monetar siyasətin müəyyənləşdirilməsi və realizasiyası; 
•  Xarici valyuta əməliyyatlarının idarə olunması; 
•  Üzv ölkələrin rəsmi xarici ehtiyatlarının saxlanılması və idarə olunması; 
•  Ödəniş sistemləri üzrə hamar əməliyyatlarının keçirilməsinin dəstəklənməsi.  
 Almaniyanın pul-kredit sistemi. Almaniyada markanın qızıl standart sisteminə keçidi 1873-
cü  ildə  oldu.  kinci  dünya  müharibəsindən  sonra  iyun  1948-ci  ildə  Doytes  Mark  tədavülə 
buraxılmışdır.  Ancaq  tədavülə  buraxılan  DM-in  nə  qızıla,  nə  də  valyuta  ehtiyatına  qarşılığı 
göstərilmişdir.  Çünki  o  zaman  Almaniyanın  nə  qızılı,  nə  də  valyuta  ehtiyatları  vardı.  Bu  gün  isə 
beynəlxalq  valyuta  ödəmələr  sistemində  alman  markası  beynəlxalq  ehtiyat  valyutası  olaraq  ABŞ 
dollarından sonra dünyada ikinci dəyərli pul vahididir. 1 yanvar 1999-cu ildə Avro Valyuta Sisterminə 


 
74 
keçid  ilə  DM  Avropa  ölkələri  arasında  ən  güclü  və  sabit  pul  vahidi  olaraq  qəbul  edilmişdir. 
Almaniyanın kredit sistemi aşağıdakı qurumlardan meydana gəlir: 
•  Almaniya Mərkəzi Bankı; 
•  Kredit qurumları; 
•  Əmanət sandıqları; 
•  Kredit kooperativləri; 
•  xtisaslaşdırılmış maliyyə-kredit qurumları. 
•  Federal  Bankın  Avropa  Mərkəzi  Bankı  ilə  birgə  idarə  olunan  4  fəaliyyət  sahəsi 
aşağıdakılardır:  
•  Pul buraxan bank olaraq – iqtisadiyyatın nağd pulla təmin edilməsi və nağd pulun fiziki 
dövriyyəsinin təşkili; 
•  Bankların  bankı  olaraq  –  kommersiya  bankları  sistemi  ilə  əlaqadər  olaraq  iki  funksiyası 
var: kommersiya bankları üçün klirinq palatası və bank nəzarəti; 
•  Dövlətin bankı olaraq – Federal, ştat və yerli hakimiyyət orqanlarını və eləcə də qanunla 
təsis  olunmuş  sosial  təhlükəsizlik  təşkilarını  hesabla  təmin  edir  və  onlar  üçün  adi  bank 
ə
məliyyatlarını yerinə yetirir;  
•  Valyuta  ehtiyatlarını  saxlayan  orqan  olaraq  –  valyuta  ehtiyatları  Federal  Bankın  qızıl 
ehtiyatları,  xarici  valyutada  olan  qiymətli  kağızlar,  xarici  banklarda  saxlanılan  kredit,  xarici 
valyuta və s. daxil olmaqla avroda ifadə olunmayan bütün aktivləridir.    
Böyük  şirkətləri  maliyyələşdirən  və  beynəlxalq  bank  fəaliyyətində  iştirak  edən  banklar 
aşağıdakılardır: 
•  Doyçe Bank; 
•  Dresdner Bank; 
•  Commers-bank; 
Bu bankların həm Almaniya daxilində, həm də xaricidə çox geniş fəaliyyətləri vardır. Məsələn, 
Deutsche  Bank  öz  bank  fəaliyyəti  xaricində  4  kommersiya  bankına,  3  ipoteka  bankına,  5 
ixtisaslaşdırılmış bank və 11 beynəlxalq maliyyə quruluşuna sahibdir. Almaniyada federal əhəmiyyətli 
banklardan  başqa,  vilayət  tipli  banklar  da  mövcuddur.  Kredit  kooperativləri,  kiçik  və  orta  ölçülü 
biznesmenlərə  kredit  açırlar.  Almaniyada  1961-ci  il  tarixli  Kredit  Qanunu  ilə  kredit  təşkilatlarına 
nəzarət  etmək  məqsədi  ilə  Federal  Nəzarət  Bürosu  qurulmuşdur.  Almaniya  Mərkəzi  Bankının  əsas 
vəzifəsi  pul-kredit  siyasətini  həyata  keçirməkdir.  AMB  heç  bir  dövlət  qurumundan  əmr  və  təlimat 
almadığı  kimi,  hökumətin  nəzarətində  də  deyildir.  Ancaq  AMB  pul-kredit  siyasətini  hökumətin 
iqtisadi siyasətinə paralel şəkildə aparır. AMB pul-kredit siyasəti mövzusunda hökumətin təklifi üzrə 
ona  bu  mövzuda  müşvərətçilik  xidməti  verir.    AMB-nin  ali  idarəetmə  orqanları:  Mərkəzi  Şura  və 
Direktorlar Şurasıdır. Mərkəzi Şura 11 vilayət mərkəz banklarının sədrləri və federal dövlət tərəfindən 
təyin edilmiş 8 müdirdən ibarətdir. AMB-nin sədri  və müavinləri  Federal Hökumətin təklif edəcəyi 
adlar arasından prezident tərəfindən təyin edilir. AMB sədri pul-kredit siyasətini yerinə yetirməkdə ən 
məsul dövlət məmurudur. 
Fransanın  pul-kredit  sistemi.  Fransanın  pul  vahidi  frank  1975-ci  ildən  ödəmə  vahidi 
olaraq qəbul edilmişdir. 1876-cı ildə frankın dəyəri qızılın ağırlıq miqdarına bağlanmışdır. 1936-
cı ildə frankın qızıla dönərliliyinə son qoyulmuşdur.  kinci dünya müharibəsindən sonra hökumət 
güclü  franka  malik  olmaq  üçün  ilk  növbədə  güclü  iqtisadiyyata  malik  olmasını  başa  düşürdü. 
Buna görə də 1 yanvar 1960-cı ildə 100 köhnə frank bir yeni franka bərabər tutuldu (100 köhnə 
frank  =  1  yeni  frank).  Yeni  frankın  qızıla  qarşı  pariteti  180  milliqram  qızıl  olaraq  müəyyən 
edilmişdir.  Fransa  qızıl-valyuta  ehtiyatının  miqdarına  görə  ABŞ  Almaniyadan  sonra  dünyada 
üçüncü yeri tutur. Hesablamalara görə Fransa əhalisinin əlində 5 min ton qızıl olduğu müəyyən 
edilmişdir. 
Fransa kredit sistemini dörd bölməyə ayırmaq mümkündür: 
•  Fransa Mərkəzi Bankı; 
•  kommersiya bankları; 
•  ixtısaslaşdırılmış kredıt qurumları; 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə