Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə44/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   40   41   42   43   44   45   46   47   ...   131

 
89 
ölkələrinin  qədimi  sikkələri,  müasir  valyutalar,  valyutanın  hazırlanmasında  istifadə  olunan  xam 
materiallar  və  əskinazlarda  istifadə  olunan  təhlükəsizlik  elementləri  nümayiş  olunur.  Valyuta 
Muzeyi SƏMA-nın Ər-Riyad şəhərindəki Baş ofisində yerləşir.  
 
Cənubi Afrika Respublikasının pul-kredit sistemi.   Cənubi Aftika Respublikasının inkişaf 
və geri qalmış xüsusiyyətlərinin bir arada olduğu iqtisadiyyatına baxanda pul-kredit sisteminin ölkənin 
ə
n  inkişaf  etmiş  quruluşlarından  birisi  olduğunu  görərik.  Cənubi  Afrikanın  kredit  sistemi  içində 
kommersiya  bankları  aktiv  böyüklüyünə  görə  böyük  gücə  malikdirlər.  Kommersiya  bankları  böyük 
ş
irkətlərə  qısamüddətli  kredit  açmaq  mövzusunda  ixtisaslaşırlar.  nvestisiya  banklarının  əksəriyyəti 
kapital bazarı mövzusunda və uzunmüddətli kredit əməliyyatları mövzusunda ixtisaslaşan banklardır. 
Cənubi  Afrikada  sığorta  şirkətlərinin  inkişafi  çox  genişdir.  Lakin  sektor  çox  az  sayda  böyük 
sığorta şirkətlərinin hakimiyyəti altındadır. Bu sığorta şirkətlərinin nəinki kredit sektorunda şərikləri, 
hətta  ticarət,  mədənçilik  və  sənaye  sahələrində  şərikləri  vardır.  Hətta  bəzi  böyük  bankların  nəzarət 
səhm  paketi  sığorta  şirkətlərinin  əlindədir.  Cənubi  Afrikada  sığortaçılıq  sektorunun  inkişafinın  əsas 
səbəbi dövlətin onlara tanıdığı stimullaşdırıcı vergi siyasətidir. 
Lakin  Cənubi  Afrikada  dörd  böyük  Holdinq  kapital  bazarında  əməliyyat  görən  qiymətli 
kağızların 75 %-ni əlində saxlayır. Bunun 50 %-i isə Anqlo Amerika şirkətlərinin nəzarətindədir. 
 
Misirin  pul-kredit  sistemi.  Misirdə  ilk  dəfə  olaraq  bank  1920-ci  ildə  pambıq  ticarəti  və 
toxuculuq istehsalçıları tərəfindən qurulan Bank Misir of Kamro bankıdır. Bu bankın qurulmasının ən 
böyük səbəblərinden biri də iqtisadi millətçilik fəlsəfəsi olmuşdur. Çünki o dövrdə Avropa bankları 
Misir maliyyə bazarında monopol hakim vəziyyətində idilər. 1960-cı ildə Misirdə bütün kommersiya 
bankları  dövlət  tərəfindən  milliləşdirildi.  Lakin  1974-cü  ildən  etibarən  Misirdə  xarici  sərmayəli 
bankların  fəaliyyətinə  icazə  verildi.  Misirdə  dörd  dövlət  bankı  hələ  də  bank  sistemində  sektorunda 
aktivlərin yarısından çoxunu əlində saxlayır. 
 
Argentinanın pul-kredit sistemi. Argentina Latın Amerikası bölgəsində həm torpaq sahəsinə, 
həm də iqtisadiyyatının inkişafına görə ən böyük ölkələdən biridir. Argentinada kapital bazarı və bank 
sektoru  olduqca  inkişaf  etmişdir.  1935-ci  ildə  qurulan  Argentina  Mərkəzi  Bankı  pul  çıxartma 
mövzusunda  inhisarçı  bir  qurumdur.  1979-cu  ildə  Argentina  Hökuməti  ölkəyə  və  ölkədən  kapitalın 
sərbəst giriş və çıxışına icazə verdi. 1985-ci ildə Argentina Hökuməti pul-kredit sistemində yeni bir 
islahat  aparmağa  başladı.  Argentinanın  pul  vahidi  pezo  austral  ilə  dəyişdirildi  və  dəyişmə  nisbəti  1 
austral = 1000 pezoya bərabər olaraq müəyyən edildi. 1985-1988-ci ildə tətbiq edilən dar pul siyasəti 
iqtisadiyyata müvəffəqiyyət qazandırmadı və nəticədə iqtidara gələn yeni hökumət pul-kredit siyasəti 
proqramında dəyişiklik etdi və müəyyən dərəcədə bir sabitlik əldə etdi. 
 
Braziliyanın pul-kredit sistemi. Braziliya Dövlət Bankı 1956-cı ilin aprelində təsis edilmişdir. 
Braziliya əvvəllər Portuqaliyanın müstəmləkəsi idi. O dövrdə ticarət və maliyyə münasibətləri krallıq 
tərəfindən  həyata  keçirildi.  1808-ci  ildə  Napoleonun  hücumundan  qaçan  Portuqaliya  kral  ailəsinin 
xəzinə  ilə  birlikdə  Braziliyaya  köçməsi  ilə  orada  avtomatik  olaraq  bank  sistemi  öz-özünə  quruldu: 
1808-ci  ildə  Braziliyada  Banko  de  Brazil  quruldu.  Bu  bank  hökumətin  maliyyə  işlərini  aparmaqla 
yanaşı,  eyni  zamanda  xalqdarı  da  əmanət  toplayırdı.  1821-ci  ildə  Portuqaliya  kralı  yenidən  taxta 
gələndə  bu  bankdan  toplanan  pulları  götürdü.  Belə  vəziyyət  qarşısında  bankın  maliyyə  vəziyyəti 
pisləşdi və 1829-cu ildə bank məcburən bağlandı. 
Ancaq qəhvə sənayesinin inkişafı nəticəsində 1830-1840-cı illərdə bir çox yeni bank qurulmağa 
başlandı. Bu bankların əsas əməliyyatları qəhvə sənayesini maliyyələşdirmək üçün idi. 
Birinci  dünya  müharibəsinə  qədər  Braziliya  qızıl  standart  sistemini  qorumuşdu.  1945-ci  ildə 
Banko de Brazil içində SUMOK adlı bir bölmə quruldu. Bunun vəzifəsi pul çıxartmaq, Braziliyanın 
pul  vahidinin  dəyərinə  nəzarət  etmək,  açıq  bazar  əməliyyatlarını  aparmaq,  bank  sektoruna  nəzarət 
etmək  və  lazım  gəldikdə  isə  hökumətə  borc  vermək  idi.  1980-ci  ildən  sonra  Braziliyada  pul-kredit 
sistemində  fundamental  islahatlar  aparıldı.  Lakin  Braziliyanın  "borc  bataqlığında"  olması  iqtisadi 
islahatların müvəffəqiyyətlə həyata keçirilməsinə maneçilik törədir. 
Braziliyada 13 yanvar 1999-cu ildə maliyyə böhranı nəticəsində milli pul vahidi dəyərini 1 
gün içində 10 % itirdi. 1 gün içində ölkədən 1,2 milyard dollarlıq kapital çıxarıldı. 


 
90 
 
Meksikanın  pul-kredit  sistemi.  1970-ci  illərin  ortasından  etibarən  Meksikada  artan 
inflyasiya  və  Meksikanın  ABŞ  iqtisadiyyatı  ilə  yaxınlaşması  investisiya  portfellərində  sıx  bir 
dollarlaşma tendensiyasının yaranmasına səbəb olmuş və bu tendensiyalarda bəzi banklar daxili bazardan 
dollar ilə borclanmağa başlamışlardır. Meksika bazarının beynəlxalq maliyyə qurumlarına açıq olması, 
ölkə daxilində pul tədavülünə olan nəzarəti zəiflədib. Bu səbəblə 1976, 1982, 1985,1995-ci illərdə yara-
nan isti pul hərəkətlərinin iqtisadiyyata və tədiyə balansına təsiri mənfı olmuşdur. Meksikanın maliyyə 
sektorunun ən böyük problemi dövlətin kifayət qədər valyuta qazancına malik olmamasıdır. Bu səbəblə 
də  dövlətin  banklardan  dollarla  borclanması  və  sonradan  onların  geri  ödənməsində  ciddi  çətinliklər 
meydana çıxır. Meksikanın ən böyük gəlir mənbəyi neft sektorudur və neft qiymətlərində dəyişikliklər o 
saat öz təsirini iqtisadiyyatda əks etdirir. 
 
Çin  Xalq  Respublikasinin pul-kredit  sistemi.  80-ci üdən sonra Çində pul kredit sistemində 
aparılan islahatlar nəticəsində ölkə mərkəzi idarəetme sistemindən bazar iqtisadiyyatını tətbiq edən bir 
ölkə vəziyyətinə gəldi. 1980-ci ilə qədər bank sistemi dövlətin inhisarında idi.     1980-ci ildən sonra bu 
sistem sərbəstləşdi və bank sektorunda rəqabəti stimullaşdıran imkanlar yarandı. 1980-ci ilə qədər Çində 
Sovet tipli pul-kredit sistemi hakim idi. Şirkətlərə açılan bütün kreditlərin hərəkəti bankın nəzarətində idi. 
Lakin 1980-ci ildən sonra  iqtisadi  sahədə islahatların bir hissəsi  olan pul-kredit sistemində də ciddi 
islahatlar aparıldı. 1978-ci ildə tədavüldəki pul kütləsinin ümumi daxili məhsul içindəki payı 6 % ikən, 
1989-cu  ildə  isə  bu  nisbət  15%-ə  qədər  artmışdır.  Eyni  dövrdə  xalqın  banklardakı  əmanətlərinin 
məbləğinin ümumi daxili məhsul içində payı 6 %-dən 30 %-ə qədər yüksəlmişdir. Beləliklə, bazarda 
nağd pul miqdarının artımı bəzi iqtisadçılar tərəfındən gələcəkdə Çində inflyasiyaya səbəb amil kimi 
qiymətləndirilirdi. Lakin belə bir proses baş vermişdir, çünki əhali ehtiyacından artıq qalan pullarını 
banklara əmanət olaraq qoymuşdur. 
Xalqın gəlir səviyyəsinin artmasına paralel olaraq ölkədə bank sektoru da inkişaf etdi. Çin Xalq 
Respublikasının  Mərkəzi  Bankı  həqiqi  mənada  mərkəz  bank  fəaliyyətini  1985-ci  ildən  başlayaraq 
həyata keçirməyə başladı.  ölkədə bankçılıq sektorunda rəqabətin olmasına baxmayaraq, dörd dövlət 
sərmayəli banklar toplam əmanətlərin 80 %-ni əlində saxlayırlar. 
Çin  Xalq  Respublikasının  mərkəzi  bankı  olan  Çin  Xalq  Bankı  Çinin  monetar  siyasətə 
nəzarət edir və Çinin kontinental hissəsində fəaliyyət göstərən maliyyə institutlarının fəaliyyətini 
tənzimləyir. Çin Xalq Bankı Çin Bankı (kommersiya bankı) və ya Çin Mərkəzi Bankı (Tayvanın 
mərkəzi  bankı)  ilə  səhv  salınmamalıdır.    Bank  1  dekabr  1948-ci  il  tarixində  Huabey  Bankı, 
Beyhay  Bankı  və  Xibey  Fermer  Bankının  birləşməsi  nəticəsində  təsis  edilmişdir.  lk  əvvəl 
Ş
izəçuanda  yerləşən  Baş  ofis,  1949-cu  ildə  Pekinə  köçmüşdür.  1949-1978-ci  illərdə  Çin  Xalq 
Bankı  Çin  Xalq  Respublikasının  yeganə  bankı  idi  və  o,  mərkəzi  və  kommersiya  bankın 
funksiyasını yerinə yetirirdi.  
1980-ci  illərdə  iqtisadi  islahatların  tərkib  hissəsi  olaraq  Çin  Xalq  Bankının  kommersiya 
bankı funksiyaları müstəqil, lakin dövlətə məxsus olan dörd bank arasında bölüşdürüldü və 1983-
cü ildə Dövlət Şurası Çin Xalq Bankının Çinin mərkəzi bankı olaraq fəaliyyət göstərəcəyini elan 
etdi. Onun mərkəzi bank statusu Səkkizinci Milli Xalq Qurultayının 18 mart 1995-ci il tarixində 
keçirilən  3-cü  clasında  təsdiqlənmişdir.  1988-ci  ildə  Çin  Xalq  Bankı  əsaslı  şəkildə  yenidən 
formalaşdırılmışdır.  Əyalət  və  yerli  filialların  hamısı  bağlanmış  və  əvəzində  fəaliyyət  hüdudları 
yerli  inzibati  hüdudlara  uyğun  olmayan  9  regional  filial  açılmışdır.  2003-cü  ilin  mart  ayında 
Onuncu Milli Xalq Qurultayının Birinci  clası Çin Xalq Bankının bank təsisatları, aktivlərin idarə 
olunması şirkətləri, inam və investisiya şirkətləri və digər depozit maliyyə institutları üzrə nəzarət 
funksiyalarını ayırmaqla Dövlət Şurasının Təşkilati Struktur  slahatı üzrə Qərarını təsdiqləmişdir. 
Nəticədə  maliyyə  sektoruna  nəzarət  məqsədilə  Çin  Bank  Nəzarət  Komissiyası  yaradılmışdır. 
2003-cü  ilin  27  dekabr  tarixində  Onuncu  Milli  Xalq  Qurultayının  Daimi  Komitəsi  Çin  Xalq 
Bankının  ümumi  maliyyə  sabitliyi  və  maliyyə  xidmətləri  təminatının  qorunması  üçün  monetar 
siyasətin hazırlanması və icrası rolunun gücləndirilməsi məqsədilə qanuna düzəlişi təsdiqləmişdir.    
Çin  Xalq  Bankının  fəaliyyəti  Dövlət  Şurasının  təlimatları  əsasında  monetar  siyasətin 
formalaşdırılması və həyata keçirilməsi, maliyyə risklərinin qarşısının alınması və həll olunması 
və maliyyə sabitliyinin qorunmasından ibarətdir.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə