Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə52/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   48   49   50   51   52   53   54   55   ...   131

 
105 
2.  Bank bir və ya bir neçə bankın müflisləşməsi ölkədə ödəmə böhranını yaradır və onun 
fonunda da iqtisadiyyatda bankların müflisləşmə epidemiyası yayılır;  
3.  Borc daxili və ya xarici borc probleminin kəskinləşməsi ilə əlaqədardır;  
4.  Birja qiymətli kağızların bazar dəyərinin sürətlə düşməsi. 
Sistemli bank böhranın başlanğıcı ümumilikdə bank sektorunda müstəsna rolu olan bir və 
ya bir neçə bankın ödəmə qabiliyyətində ciddi problemlərin yaranması ilə bağlı ola bilər. Bu cür 
bankların dağılması «domino effekti»ni təhrik edə və bununla da sistemli böhran yarada bilər. 
Qloballaşma və liberallaşma proseslərinin bank böhranına təsiri. 
Nəzəri  nöqteyi  baxımdan  finans  axınlrının  beynəlxalq  miqyasda  sərbəstliyi  bir  sıra 
üstünlüklərə və müsbət təzahürlərə malikdir. Yığımlar və investisiyalar daha effektiv yerləşdirilir 
və istifadə edilir.  nkişaf etməkdə olan ölkələr kapital bazarına daha rahat şəkildə daxil ola bilirlər. 
nvestorlar  daha  faydalı  layihələr  vəsait  qoymaq  imkanı  əldə  edirlər.  Portfel  investisiyalarının 
diversifikasiyası riski azaltmağa imkan verir. 
Ə
lbəttə,  finans  bazarının  tamamilə  qloballaşması  uzun  müddət  tələb  edir.  Buna  səbəb 
müxtəlif ölkələrin valyuta kurslarında və faiz dərəcələrində olan fərqliliklərdir. Bununla bərabər 
qloballaşmanın indiki səviyyəsi bir sıra problemlər də ortaya çıxarır. Qloballaşma və liberallaşma 
prosesləri ikili, ziddiyyətli nəticələri ilə finans bazarındakı proseslərə də sirayət etməkdədir.  
Ancaq qloballaşmanın faydaları aşağıdakılar:  
• Yığım normasının artımı;  
• investisiya və innovasiyaların sərmərəliyini yüksəlməsi; 
• finans vasitəçilirinin kəsad xidmətlərinə olan tələbin ixtisar olunması;  
• kapitalın beynəlxalq mənbələrinin istifadəsi zamanı yığım; 
• investisiya və risklərin optimal bölgüsü; 
• Lakin təcrübədə finans liberallaşması müxtəlif səbəblər üzündən heç də müsbət nəticələr 
vermir: 
• yığım normasının aşağı düşməsi; 
• cari əməliyyatlar üzrə tədiyə balansının yüksək kəsirə məruz qalması; 
• finans sisteminin dollarlaşması prosesi; 
• finans böhranları kimi mənfi hallar müşahidə edilir. 
Qloballaşma  nəticəsində    finans  böhranlarının    yaranmasına  təsir  edən  amillər 
aşağıdakılardır: 
Sabit valyuta  kursu rejimi. Əgər mərkəzi bank xarici  valyutanın alqı-satqısına sabit qiymət 
elan edirsə, spekulyantlara hərəkət üçün bu bir işarədir. Onlar hesab edirlər ki, qızıl valyuta ehtiyatları 
tükənməsi zamanı mərkəzi bank valyuta kursunu dəstəklənməsini dayandırır və milli valutanı devalva-
siya  edir,  buna  görə  də  milli  valyutanı  onların  hesablamalarına  əsasən  qızıl  valyuta  ehtiyatları 
tükənəndə  satmağa  başlayırlar.  Bu  zaman  milli  valyutanın  kütləvi  satışı  baş  verir  ki,  mərkəzi  bank 
sabit kursu dəstəkləməkdən imtina etməli olur. Problemin həlli valyuta kursunun optimal seçimidir. 
Son vaxtlar iqtisadi sistemlər sərbəst üzən və sərt sabit rejimlərə istiqamətlənirlər, hansı ki, mərkəzi 
bank seçilmiş kursun dəstəklənməsi öhdəliyindən imtina edə bilmir.  
Kapitalın yüksək mobilliyi. Yuxarıda qeyd etdiyimiz kimi buradakı qeyri stabilliyin mənbəyi 
«isti  pullar»dır  ki,  hər  an  ölkəni  qısa  müddət  ərzində  tərk  edə  bilər.  Kapitalın  qaçışına  istənilən 
informasiya (siyasi qeyri stabilliyi, neqativ iqtisadi proqnoz və s.) səbəb ola bilər.  
Obyektiv  informasiyanın  çatışmamazlığı.  Bu  baxımdan  rezidentlərdə,  valyuta-kredit  və 
finans münasibətlərinə inamsızlıq, şübhə  yarandıqda, qeyri rezidentlər bu aktivlərdən o dəqiqə azad 
olmağa başlayırlar, baxmayaraq ki, məsələ ilə bağlı özlərinin heç bir qiymətləndirməsi yoxdur. 
Finans institutlarının inkişaf etməməsi. Finans institutları arasında bankrot hallarının artması 
güclənən rəqabətin səbəbidir. Finans bazarlarında Amerikan və Alman bankları o qədər şanslı olur ki, 
digər ölkələrin kredit müəssisələrinin itirdikləri məbləğləri öz ehtiyatlarına cəlb edirlər.  
nkişaf etməkdə olan ölkələrinin qloballaşan finans bazarına inteqrasiyası onlar üçün fayda 
gətirir  və  inteqrasiya  bu  ölkələr  xarici  ölkələrdən  investisiyaları  finansman  məqsədi  ilə  əlavə 
finans  ehtiyatları  cəlb  etməyə  imkan  verir.  O,  həm  də  daxili  finans  institutlarının  və  finans 
bazarının inkişafına, finans menecmentinin yaxşılaşmasına səbəb olur. Lakin bu ölkələrin əvvəlki 


 
106 
təcrübəsinin  göstərdiyi  kimi  qlobal  finans  bazarına  hədsiz  inteqrasiya  özündə  finans  böhranı 
riskini daşıyır. 
Bundan  başqa,bəzi  hallarda,    beynəlxalq  finans  bazarlarının  böyüməsi,    onun  milli 
hökumətlərdən  daha  çox  hökmranlıq  etməsinə  imkan  verir.  Bəzi  ölkələrin  təcrubəsi  göstərir  ki, 
gündəlik  valyuta  və  fond  bazarlarında  «səs  vermələr»  seçki  kompaniyalarından,  qanunverici 
orqanların qərarlarından, dövlət büdcəsindən daha vacib əhəmiyyət kəsb etməyə başlayır. Bununla 
bərabər  bu  bazarlar  mahiyyətcə  sosial  institutlara  çevrilərək  ictimai  davranışlar  və  ictimai  şüur 
üzərində təsir etməyə başlayır. 
Bank sistemində böhran.  Ümumiyyətlə , hər bir ölkədə bank sisteminin böhrana salan fərqli  
səbəblərlə  bərabər,    bütün  ölkədə  keçərli  ortaq  səbəblər  də  var  və  beynəlxalq  təcrübədə  bank 
böhranının  ən  geniş  yayılmış  izahına  görə  əgər  aşağıdakı  dörd  şərtdən  biri  mövcud  olarsa  bank 
sisteminin vəziyyəti böhranlı hesab oluna bilər: 
1.  Bankların  aktivlərində  işləməyən,  yəni  gəlir  gətirməyən  aktivlərin  payı  10  %-dən 
çoxdur; 
2.  Bankların xilas etmə əməliyyatına  sərf olunan məsrəflər ÜDM-un 2 %-dən çoxdur; 
3.  Bank  sektorunun  problemləri  bankların  əhəmiyyətli  hissəsinin  (10  %-dən  artıq) 
milliləşdirilməsinə gətirib çıxarıb; 
4.  Əmanətçilər  arasında  şaiyələr  (panika)  yaranıb  və  depozitlərin  kütləvi  surətdə  geri 
götürülməsi baş verib və ya depozitlərin dondurulması, ya da ki, böhrana cavab olaraq hökumət 
tərəfindən depozitlərə ümumi zəmanətlərin tətbiq olunması kimi fövqəladə tədbirlər görülüb. 
Maliyyə böhranının hərarət dərəcənin şıddətlənməsinə təsir edən amillər aşağıdakılardır: 
1.Faiz dərəcələrində yüksəlmə; 
2.Bankın balansındakı pozuntular; 
3.Fond birjasında çöküş; 
4. Iqtisadiyyatda qeyri- müəyyənsizliyin artımı. 
Bazar  iqtisadiyyatı  şəraitində  bank  böhranları  qanunauyğun  haldır  və  ona  xas  olan 
immanent  disproporsiyalar  və  ziddiyyətlərlə  şərtləndirilir.  Bu  çərçivədə  bank  sektorundakı 
böhranların səbəblərini araşdıran elmi-tədqiqat işləri son illər artmaqdadır. 
Bank  sisteminin  böhrana  girməsinin  başlıca    problemi  sistemin  dövlətə  və  cəmiyyətə 
yüklədiyi    maliyyə  ağırlığındadır.  Bəzi  hallarda,  bankların  xilas  edilmə  əməliyyatı    maliyyə 
böhranların şaxələrini artıraraq daha böyük zərərlərə yol aça bilir. 2007- ci ildə ABŞ-da başlayan 
və  daha  sonra  əksər  ölkələrə  yayılan  maliyyə  böhranı  dünyanın  keçirdiyi  ən  iri  tutumlu    qlobal 
böhranıdır.  1975-  2009  -ci  illərdə  50  -dən  artıq  ölkədə  200  -dən  çox  valyuta  və  54  borc/bank 
böhranlarını qeydə alıb.  
 2007-  2008  -ci  illərdə  ABŞ  baş  verən  böhranın  daha  çox  “finans  infeksiyası”  kimi  yeni 
fenomenin nəticəsi olduğu aydınlaşandan sonra yeni dünya finans böhranının yaranma təhlükəsi 
xüsusilə kəskin şəkildə qəbul olunmağa başladı.                                                                   
1970-2000-ci illərdə maliyyə böhranları onlarla ölkədə milli finans aktivlərinin 10-30 %-nin 
itirilməsinə  səbəb  oldu.    2008-  2009-cu  illərdə  bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 
ölkələrin bank sistemlərində böhranlar baş verdi və  bu böhranlar yalnız batan və çətin vəziyyətə 
düşən bankları deyil, eyni zamanda  banklarla əlaqəsi olan real sektoru və ev idarələrini  də əhatə 
etdi. 2008-ci ilin II yarısı - fond indekslərində azalma: 70-80%, global maliyyə sektorunda itkilər: 
3 trln. $  və ya qlobal ÜDM-in 4.3%-i təşkil etmişdir. 
Beynəlxalq təcrübə göstərir ki, bank böhranının aradan qaldırılmasına yönəlik çəkilən məsrəflər 
orta hesabla ÜDM-un 15-20%-ni təşkil edir. Məlumdur ki, əksər ölkələrdə bank böhranının qarşısının 
alınması  çox  böyük  məsrəflər  tələb  olunmuşdur:  spaniya  və  Macarıstanda  15%-ə  qədərini, 
Malayziyada  20,5%-i  həcmində,    Meksikada    isə  30%-dən  yuxarı  səviyyəyə  çatmışdı.  Bir  sıra 
ölkələrdə bu göstərici 40-50%-ə çata bilər. Türkiyənin bank sektorunun yenidən kapitallaşmasına və 
struktur  yenilənməsinə  dövlətin  sərf  etdiyi  məsrəflər  40-50  mlrd.  dollar  və  ya  ÜDM-un  üçdəbirini 
təşkil  edirdi.  Türkiyədə  hətta  bank  sektorunun  25%-nin  öhdəliklərini  öz  üzərinə  götürəcək  yeni 
tənzimləyici orqan (BDDK) yaradıldı.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə