Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə53/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   49   50   51   52   53   54   55   56   ...   131

 
107 
Rusiyada  bankların  struktur  yenilənməsinə  sərf  olan  birbaşa  maliyyə  məsrəfləri  1998-  ci 
ildə    ÜDM-un  0,2%-ni  təşkil  etdiyi  halda,  2009-  ci  ilin  aprel  ayına    bu  göstərici  21,7%  təşkil 
etmişdi. 2007 – 2008 ci  il böhranından sonra  ABŞ  höküməti bankların struktur yenilənməsinə 
sərf  etdiyi  birbaşa  maliyyə  məsrəfləri  ÜDM-un  38,7  %-ni  təşkil  edir,  yəni  rəqəmlə  ifadə  etsək- 
5500  mlr.  $.  Avrozonada    isə,  böhranın  qarşısının  alınması  ilə  əlaqədar  məsrəflər  ÜDM-un 
23,4%-i həcminə çatmışdı (3285mlr. $), o cümlədən AFR  hökümətinın antiböhran proqramının 
həcmi 500 mlr. Avro, Fransada 360  mlr. Avro,  rlandiyada 400 mlr. Avro təşkil etmişdir. 
Son  məlumatlara  görə  hazırki  finans  böhranı  nəticəsində  dünya  üzrə  bankların  məcmu 
itkiləri  700  mlrd  dollardan  çox  təşkil  edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına 
düşür.  Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb  olunması  hesabına 
kompensasiya  edə  biliblər.  Lakin  BMF-nun  son  hesablamalarına  görə  bankların  itkilərinin 
məbləği iki dəfədən də çox-1,6 trln. dollaradək arta bilər.   
Beləliklə,  Qlobal  maliyyə    böhranı  (2008)  və  postkrizis  ssenarisinin  inkişafı  ardıcılıqla 
aşağıdakı kimi olmuşdur: 
1. ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2. kredit həcminin azaldılması və kredit xəttinin açılmasına ciddi nəzarət; 
3. Fond indekslərinin aşağı doğru meyli; 
4. büdcə defiçitlərinin artımı; 
5. Real sektorda geriləmə; 
6. işsizliyin güclənməsi; 
7. istehlak xərclərinin azalması. 
Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  Amerikanın  daşınmaz  əmlak  bazarında 
möhtəkirlikdən  başlanmışdır.  Bundan  başqa,  törəmə  maliyyə  alətlərinin  yaranma  səbəblərindən 
biri  risklərdən  qorunmaq  olsa  da,  onların  spekulyativ  məqsədlə  istifadəsi  sürətlə  artdı.  poteka 
“köpüyü”  partlayaraq,  bütün  dünyada  bank  sektorundakı  böhrana    təkan  vermişdir  ki,  bu  da  öz 
növbəsində,  dünyanın  bütün  dövlətlərinin  iqtisadiyyatında  real  sektorda  resesiyya  səbəb 
olmuşdur. Bütün bunlar maliyyə bazarlarında güvən amilinin itməsinə və panikanın yayılmasına 
gətirib  çıxardı.  Amerikanın  bank  sistemində  başlayan  böhran  sürətlə  dünyanın  inkişaf  etmiş  və 
inkişaf etməkdə olan ölkələrinə yayıdı. 
Beləliklə,  2007-  2008  –ci  illərdə  başlanan  və  indiyədək  davam  edən      qlobal    maliyyə 
böhranını 4 mərhələyə bölmək olar: 
1.  Anglo- sakson  maliyyə böhranı ( 2007 –ci ilin yaz ayından 2008- ci ilin mart ayınadək). 
Qlobal  böhranının ilk mərkəzi ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı 
və ABŞ-ın ən iri ipoteka Bankının “Bear Stearns” qurtarılmasına yönəlik başlanan əməliyyat oldu. 
2.  Hüdüd  çəkmə  vəya  sərhəd  çəkmə  (decoupling,  mart-  avqust  2008-  ci  il).  Böhran 
bütünlüklə  iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə yayıldı, ancaq bununla yanaşı ümid var idi ki, 
böhran    inkişaf  etməkdə  ölkələrə  təsir  etməyəcək  və  nəticədə  onların  dinamik    iqtisadi  inkişafı  
burulğan içində olan ölkələrin xilas edilməsində əsas katalizator olacaqdır. 
3.  Kredit daralma əməliyyatı (de- leveraging,sentyabr- noyabr 2008 ci il). Qlobal böhranın  
inkişaf  etməkdə  ölkələrə  bulaşması  və  inkişaf  etmiş  ölkələrdə  resesiyanın  başlanması  haqqında 
rəsmilərin etirafları. Dünyanın bir çox ölkələrində bank sisteminin kollaps təhlükəsinin başlanğıcı. 
4.  Emissionla  vurulmaq  vəya  doldurmaq  (  quantitative  easing,  noyabr  2008  –ci  ilin 
sonundan indiyədək olan müddətə).  Dünya ökələrinin əksər hökümətləri istehsalat kollapsına  yol 
verməmək üçün monetar və fiksal xarakterli çox çesidli tədbirlər paketi hazırladı və məqsəd ilk 
növbədə, pul təklifini artırmaqla tələbi stumallaşdırmaqdır.  
 
 
2.10. BANK S STEM NDƏ ANT BÖHRAN TƏDB RLƏR  PROQRAMI  
 
Bir  çox  ölkələrin  hökumətləri  və  mərkəzi  bankları  bank  böhranının  həlli  və  öz  bank 
sistemlərinin struktur yenilənməsi ilə müxtəlif üsullarla məşğul olurdular. Təcrübə göstərdi ki, nə 
struktur  yenilənməsinin  ideal  forması,  nə  də  bank  sektorunda  vəziyyətin  normallaşdırılmasının 


 
108 
universal  strategiyası  mövcud  deyil  və  bir  çox  hallarda  bu  və  ya  digər  fəaliyyət  konkret 
vəziyyətlərdən  asılıdır.  Vaxt  keçdikcə  banklar  da,  dövlətlər  də  böhran  hallarının  mənfi 
nəticələrinin qarşısının alınmasına yönəlmiş bütöv tədbirlər kompleksləri, o cümlədən, kredit mü-
nasibətlərinin  təkmilləşdirilməsi  və  Mərkəzi  Bank  infrastrukturlarının  bütövlükdə  etibarlılığını 
yüksəldən tədbirlər işləyib hazırladılar. 
Bir  qayda  olaraq  əsas  maliyyə  yükü  birbaşa  və  ya  dolayı  yolla,  o  cümlədən,  res-
trukturizasiya  üçün  yaradılan  dövlət  agentliklərinin  fəaliyyətinin  maliyyələşdirmək  dövlət 
büdcəsinin  üzərinə  düşdü.  Bank  sisteminin  struktur  dəyişikliklərinin  həyata  keçirilmə  zamanı 
ə
ksər  ölkələrdə  bu  prosesin  həyata  keçirilməsinin  həvalə  edildiyi  xüsusi  institutlar  yaradıldı. 
Ə
nənəvi olaraq dövlətlər bank böhranlarının nəticələrinin aradan qaldırılması prosesində aktiv rol 
oynayırlar. Onlar bank sisteminin problemlərinin həlli üçün maliyyə resursları ayırmaqla özlərinin 
təşkilatçı rolunu təsdiqləmiş olurlar. Bu məqsədlər üçün görülən tədbirlər müxtəlif amillərdən, hər 
ş
eydən əvvəl bank böhranlarının konkret səbəblərindən və onların yarandığı, inkişaf etdiyi ümumi 
iqtisadi  vəziyyətdən  asılıdır.  Böhranın  səbəbləri  bəzi  ölkələrdə  üst-üstə  düşürdü,  bəzilərində  öz 
spesifikası ilə fərqlənirdi, lakin onun qarşısının alınması formaları hər yerdə bir çox cəhədən oxşar 
idi: sabitləşdirici kreditləşdirmə, rekapitalizasiya və s. 
Bununla  belə  digər  ölkələrin  təcrübəsi,  dövlət  strukturlarının  bank  böhranlarının  nəticə-
lərinin  aradan  qaldırılmasında  fəaliyyətinin  təhlili  bank  sisteminin  struktur  dəyişikliklərinin  üç 
ə
sas istiqamətini qeyd etməyə imkan verir:  
 1. Əsas vəzifəsi bank sisteminin likvidliyinin saxlanması və onun hesablaşmaların həyata 
keçirilməsində vasitəçilik funksiyalarının bərpa edilməsi olan antiböhran tədbirləri; 
2.  Bank  sisteminin  struktur  dəyişiklikləri  (kredit  təşkilatlarına  tətbiq  olunan  və  ödəmə 
qabiliyyətinin  bərpa  olunmasına  və  ya  ləğvetmə  prosesinin  həyata  keçirilməsinə  yönəlmiş 
tədbirlər kompleksi); 
3.  Bank  sisteminin  tənzimlənməsi  və  bank  nəzarəti  sisteminin  möhkəmləndirilməsinə 
yönələn islahat. 
Beynəlxalq təcrübədən çıxış edərək bankların struktur yenilənməsinin dörd əsas prinsipini 
göstərmək olar: 
1.  Struktur  yenilənməsi  sürətlə  və  diqqətlə  aparılmalıdır  ki,  finans  bazarları  vasitəçik 
funksiyasının yerinə yetirilməsinə mümkün qədər tez başlaya bilsinlər; 
2. Vergi ödəyicilərinin üzərinə düşən maliyyə yükü mütləq minimumda saxlanmalıdır; 
3.  Problemli  banka  yardım  edərkən  yaranan  mənəvi  risk  problemindən  qaçmaq  üçün  
səhmdarlar, menecment və işçi heyət bankın üzləşdiyi vəziyyətə görə məsuliyyəti bölüşməlidirlər; 
4. Gələcəkdə məhkəmə çəkişmələrilə üzləşməmək üçün bankın struktur yenilənməsi şəffaf  
və obyektiv kriteriyalara uyğun şəkildə aparılmalıdır. 
 
 
 
  
Ölkələr üzrə açıklanan maliyyə paketleri (UDM nisbəti,%) 
 
Ölkələr
 
2008
 
2009
 
2010
 
1
 
2
 
3
 
4
 
Çin
 
0,4
 
3,1
 
2,7
 
G. Koreya
 
1,1
 
3,9
 
1,2
 
Rusiya
 
0
 
4,1
 
1,3
 
ABD
 
1,1
 
2
 
1,8
 
G.Afrika
 
1,7
 
1,8
 
-
 
Kanada
 
0
 
1,9
 
1,7
 
Almaniya
 
0
 
1,6
 
2
 
Meksika
 
0
 
1,5
 
-
 
Yaponya
 
0,3
 
2,4
 
1,8
 
Fransa
 
0
 
0,7
 
0,8
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə