Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə56/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   52   53   54   55   56   57   58   59   ...   131

 
113 
bank  fəaliyyətinin  lisenziyalaşdırılması,  tənzimlənməsi  və  bank  fəaliyyəti  üzərində  nəzarət 
funksiyalarını həyata keçirir. 
Bank nəzarətinin və tənzimlənməsinin təşkilinin konkret üsulunun seçilməsi bir sıra amillərin 
məcmusu  ilə  təyin  olunur  ki,  bu  amillərin  də  özünəməxsus  müxtəlifliyi  onların  hər  birinə 
təkrarolunmaz  milli  səciyyə  qazandırır.  Bir  mübahisəsiz    faktı  qeyd  etmək  lazımdır  ki,  maliyyə 
bazarlarının bütün seqmentlərinin artan   inteqrasiyası şəraitində   nəzarət   funksiyalarının meqatə-
nzimləyicinin əlində cəmlənməsi tendensiyası özünü daha dolğun şəkildə büruzə verir. 
Vaxtilə  bir  sıra  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  maliyyə  bazarının 
meqatənzimləyicisini yaratmaqla maliyyə bazarının dövlət tənzimlənməsi sistemində islahatların 
aparılması  yolunu  seçmişdilər.  Onların  sırasına  Norveç  (1986),  Kanada  (1987),  Danimarka 
(1988),  sveç  (1991),  Böyük  Britaniya  (1997),  Yaponiya  (1998),  Koreyan  (1998),  Avstraliya 
(1998),  slandiya (1999), Cənubi Afrika (1990), Macarıstan (1996), və Sinqapuru aid etmək olar. 
Meqatənzimləyici, mahiyyətcə,  sveçrədə də yaradılıb.  
Maliyyə  bazarının  bütün  bölmələri  üzərində  nəzarətin  və  yoxlamanın  birləşdirilməsi  nadir 
hadisə deyil. Britaniyada təxminən 10 il əvvəl yaradılmış Maliyyə Xidmətləri  darəsi (FSA) ilk vaxt-
lardan həm investisiya xidmətləri sektorunu tənzimləyir, həm də banklara nəzarət edirdi (bank sistemi 
üzərində nəzarət ona  ngiltərə Bankından keçmişdi). Sonralar ipoteka kreditləşməsi sektoruna, 2005-ci 
ildən isə sığorta sektoruna nəzarət də bu quruma verildi.  
Beləliklə, etiraf etmək olar ki, bir çox xarici ölkələrdə meqatənzimləyicilərin yaradılması və ya 
ə
n  azı  maliyyə  bazarlarında  fəaliyyət  göstərən  bir  neçə  tənzimləyici  orqanın  funksiyalarının  bir-
ləşdirilməsi tendensiyası kifayət qədər diqqətlə izlənir. Lakin müxtəlif ölkələrdə maliyyə bazarlarının 
meqatənzimləyicilərinin  yaradılması  prinsipləri  bir-birindən  fərqlənir.  Meqatənzimləyicilərin 
formalaşma  prinsipləri  hətta  Avropa  Ittifaqı  çərçivəsində  də  fərqlənir.  Məsələn,  tam  inteqrasiya 
olunmuş  meqatənzimləyicilər  üç  ölkədə  mövcuddur,  iki  dövlətdə  tənzimlənmə  əsasən  bir  institutda 
mərkəzləşib,  bir  ölkədə  konfederal  sistem,  altı  ölkədə  üç  idarədən  ibarət  tənzimlənmə  strukturu 
mövcuddur,  daha  ikisində  isə  mövcud  sistem  dəyişiklik  prosesindədir.  Mərkəzi  bankların  iştirakına 
gəlincə,  yeddi  dövlətdə  bank  nəzarəti  mərkəzi  bankın  daxilindədir  və  ya  onunla  sıx  əlaqədədir,  beş 
ölkədə  banklara  nəzarət  orqanının  mərkəzi  bankdan  heç  bir  asılılığı  yoxdur,  ikisində  əsasən  müs-
təqildir, bir dövlətdə isə sistem yenidən nəzərdən keçirilməkdədir.  
Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrin  heç  də  hamısı  öz  maliyyə 
bazarlarının  meqatənzimləyicilərinin  yaradılması  yolu  ilə  getməyiblər.  Məsələn,  ABŞ-da  maliyyə 
sektorunun  seqmentlərinə  nəzarəti  müxtəlif  təşkilatlar  həyata  keçirir.  Onlardan  heç  biri  hökumət 
strukturuna daxil deyil, sığorta sahəsinin isə, ümumiyyətlə, federal tənzimləyicisi yoxdur. Maliyyə 
bazarı dünyanın ən çox inkişaf etmiş bazarlarından olan ABŞ maliyyə bazarının tənzimlənməsi isti-
qamətində islahatların gedişində (1999-cu ilin ikinci yarısında qəbul edilmiş maliyyə qanunvericili-
yinin  modernizasiyası  haqqında  qanun)  meqatənzimləyicinin  yaradılmasından  imtina  edib.    ABŞ 
funksional  tənzimləmə  prinsipinin  inkişaf  etdirilməsi  yolu  ilə  getmiş  və  maliyyə  bazarlarının  bir 
neçə  idarəetmə  orqanını  qoruyub  saxlamışdır.  Sözügedən  qanuna  görə,  ABŞ-ın  qiymətli  kağızlar 
bazarında  fəaliyyət  göstərən  kredit  təşkilatlarının  lisenziyalaşdırılması  və  nəzarəti  SEC  tərəfindən 
həyata keçirilir. 
Qəbul  olunmuş  bir  faktdır  ki,  bank  işi  etimada  əsaslanır.  Biz  artıq  müştərilərin  bir  çox 
hallarda  ayrı-ayrı  bankların  və  bütövlükdə  bank  sisteminin  əmanətləri  qorumaq  qabililyyətinə 
etimadını  itirdiyinin  şahidi  olmuşuq.  Sərt  və  ciddi bank  nəzarəti  özlüyündə  maliyyə  sabitliyinin 
təmin  olunması  üçün  kifayət  deyil.  Maliyyə  qeyri-sabitliyinin  bank  sektorundan  kənarda  çox 
sayda  digər  potensial  mənbələri  var,  odur  ki,  nəzarətin  məqsədləri  böhranın  qarşısının  alınması 
üçün daha irəli getməlidirlər.  
 
 
2.12. BANK S STEMINDƏ ƏMANƏTLƏR N SIĞORTALANMASI 
 


 
114 
Bankların  iflası  zamanı  dövlət  tərəfindən  lazımı  tədbirlər  və  proqramlar  hazırlanır.  Məhz, 
bankların  iflası  zamanı  dövlət  tərəfindən  lazımı  tədbirlər  və  proqramlar  kontekstində  Əmanət 
sığorta sistemi ( ƏSC) fəaliyyət göstərir.  
1930-cu  illərdə    ABŞ–da  banklardan  əmanətin  çəkilməsini  önləmək  üçün  mükəmməl  bir 
dərman olaraq ortaya çıxmış və illərdən bəri özəl sektoru əmanət riskindən qorumaqdadır. Bankın 
ə
manət  sahibləri,  bank  seçimində  öz  təhlillərindən çox  hökümətin  sığorta  sahəsində  təcrübəsinə 
ə
saslanaraq güvən alır.  
Ə
manət  sığorta  sisteminin  tətbiqatı  1930-cı  illərdə  ABŞ-da  bank  iflaslarına  cavab  olaraq 
qanuni  çərçivəyə  minmişdir.  Əmanət  sığorta  sisteminin  təməlləri  1933-cı  ildə  FD C  (Federal 
Deposit  nsuranse  Commite)  qurulması  ilə  başlanmışdır.  ABŞ-da  bank  əmanətlərinə  təminatı 
Federal Deposit  nsuranse Corporatin (FD C) adlı qurum həyata keçirir.  
Avropa birliyinə üzv olan ölkələrdə “əmanət – sistemlərinə aid təlimatlar 30 may 1994- cü 
il  94/19  EC  saylı  Avropa  parlamentində  qəbul  edilmişdir.  Təlimata    görə    birliyə  daxil  olan 
dövlətlərdə  fəaliyyət  izni  olan  bütün  bankların    cəlb  etdikləri  əmanətlər  qarşılığında  əmanət 
sığorta sistemində iştirakına məcburiyyət gətirmişdir. Təlimatın 3-cü maddəsinin 1 bəndinə görə 
kredit  qurumları  əmanət  siğorta  sisteminə    qatılmadıqca,  banklara  əmanət  toplamaq  lisenziyası 
verilmir. Təlimatın 7-ci maddəsinə görə birliyə üzv olan dövlətlərin əmanətçilərə 20.000 Avroya 
qədər olan bölümünü ödəməklə məsuldur. 
2008 –ci ilin qlobal maliyyə böhranı Avropa Birliyi  ölkələri arasında  əmanət sığorta sistemi 
haqqında  qəbul  etdikləri  qərarların  deklaritiv  olduğunu  ortaya  qoydu.  Məsələn,  rlandiya  və 
Yunanıstan  hökümətləri tək tərəfli olaraq bank  əmanətlərinə ( həcmindən asılı olmayaraq)  100 % 
zəmanət verdi. Böyuk Britaniya höküməti  rlandiya hökümətinin bu qərarına təpki olaraq əmanətlərin 
tam kompensasiya olunan həcmini 35 min funt sterlinqdən 50 min funt sterlinqədək artırdı. Bütün bu 
kimi addımlar AB üzv ölkələrində “iqtisadi  millətçilik” siyasətinin  bank sektorunda “moral hazard” 
təhlükəsinə yol verecəyini ortaya qoydu. 
2008-ci  ilin  sentyabrında  Rusiya  əmanətlərin  tam  kompensasiya  olunan  həcmini  100  min 
rubldan  200  min  rubla,  ödənişlərin  maksimal  məbləğini  isə  400  min  rubldan  700  min  rubla 
qaldırmaqla  əmanətlərə  tətbiq  olunan  dövlət  təminatının  artırılmasını  elan  etdi.  Lakin  bu  tədbir 
hələ ki, əhəmiyyətli kapital axınına səbəb olmadı.  
Azərbaycanda  «Əmanətlərin  Sığortalanması  haqqında»  Azərbaycan  Respublikasının 
Qanunu  11  fevral  2007-ci  ildə  dərc  edilməklə  qüvvəyə  minmişdir.  Bu  qanun  Azərbaycan 
Respublikasında  fəaliyyət  göstərən  banklarda  fiziki  şəxslərin  əmanətlərinin  kollektiv  icbari  sı-
ğ
ortalanması  sisteminin  yaradılması  və  fəaliyyəti,  o  cümlədən  əmanətlər  üzrə  kompensasiya 
ödənilməsi qaydalarını müəyyən edir. Fond tərəfindən sığortalanan əmanətlər üzrə kompensasiya 
məbləği 4000 manatdan 6000 manata qaldırılmışdır. 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  08  may  2009-cu  il  tarixdə  “Əmanətlərin 
sığortalanması  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  əlavə  və  dəyişikliklərin 
edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.  
Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin  yuxarı həddinin 
müəyyən edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsindən asılılığı 
aradan qaldırıldı. Qəbul olunmuş Qanuna əsasən illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan 
Respublikası  Mərkəzi  Bankı  ilə  razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması  Fondunun  Hi-
mayəçilik  Şurası  müəyyən  edir.  10  iyun  2009-cu  il  tarixdə  keçirilmiş  növbədənkənar  iclasda 
Ə
manətlərin  Sığortalanması  Fondunun  Himayəçilik  Şurası  qorunan  əmanətlər  üzrə  illik  faiz 
dərəcəsinin  yuxarı  həddini  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  ilə  razılaşdırmaqla  15  faiz 
müəyyən etdi. 
Qeyd edək ki, 2009-cu il 01  yanvar tarixindən etibarən Fonda üzv olan banklarda 15 faiz 
dərəcəsi  ilə  və   bu  faiz  dərəcəsi  həddində  əmanətlər  yerləşdirmiş  əmanətçilərin  əmanətləri 
qorunan əmanətlər hesab olunur və Fond tərəfindən sığortalanır. 
Xatırladaq  ki,  Qanuna  edilmiş  dəyişikliyə  əsasən   kompensasiya  məbləğinin  maksimum 
həddi  30  min  manatdır.  Əmanətçilər  əmanətlərin  sığortalanması  üçün  heç  bir  ödəniş  etmirlər. 
Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Bundan başqa Qanuna dəyişikliyə uyğun olaraq 
hər hansı iştirakçı bankda sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə