Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə57/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   53   54   55   56   57   58   59   60   ...   131

 
115 
ə
manətin  100  %  həcmində  və  maksimum  30  000  min  manat  məbləğində  kompensasiya  ala 
biləcəklər. Qeyd etmək lazımdır ki, kompensasiya məbləğinin 30 min manata çatdırılması MDB 
məkanında  ən  yüksək  kompensasiya  məbləğidir.  Müqayisə  üçün  Qazaxıstanda  kompensasiya 
məbləği 33 min, Rusiyada isə 25 min ABŞ dolları təşkil edir. 
Ə
manətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların 
yerli  filialları  ödəmə  qabiliyyətini  itirdikdə,  fiziki  şəxslərdən  əmanətə  qəbul  olunmuş  pul 
vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə  və bank sisteminin sabitliyini və inkişafını 
təmin etməkdir. 
Ə
manətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu (08 may 2009-
cu il və 30 iyun 2009-cu il tarixli qanunla qəbul edilmiş dəyişikliklər və əlavələrlə)  Azərbaycan 
Respublikasında  fəaliyyət  göstərən  banklarda  fiziki  şəxslərin  əmanətlərinin  kollektiv  icbari 
sığortalanması  sisteminin  yaradılması  və  fəaliyyəti,  o  cümlədən  əmanətlər  üzrə  kompensasiya 
ödənilməsi qaydalarını müəyyən edir. 
Fondun  əsas  məqsədi  mənfəət  götürmək  deyil  və  onun  fəaliyyəti  nəticəsində  əldə  etdiyi 
bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. 
Dövlət  və  Mərkəzi  Bank  Fondun  öhdəlikləri  üzrə,  Fond  isə  dövlətin  və  Mərkəzi  Bankın 
öhdəlikləri üzrə məsuliyyət daşımır. 
Fiziki  şəxslərin  əmanətlərinin  cəlb  edilməsi  üçün  bank  lisenziyasına  malik  olan  bütün 
banklar  və  xarici  bankların  yerli  filialları  Fondun  məcburi  iştirakçılarıdır.  ştirakçı  bankların 
Azərbaycan  Respublikası ərazisindən  kənarda  yerləşən  filiallarındakı  əmanətlər  Fond  tərəfindən 
sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. 
Xarici  bankın  öz  ölkəsindəki  əmanətlərin  (depozitlərin)  sığorta  sistemi  onun  Azərbaycan 
Respublikasında fəaliyyət  göstərən  filialını (filiallarını) əhatə etdikdə, xarici bankın  yerli  filialındakı 
ə
manətlər  Fond  tərəfindən  sığorta  olunmur,  bu  şərtlə  ki,  həmin  ölkədə  əmanətlərin  sığortalanması 
sisteminin qaydaları bu qanunla müəyyən olunmuş şərtlərdən az əlverişli olmasın. Əks təqdirdə xarici 
bankın yerli filialındakı əmanətlər bu qanunla müəyyən edilmiş qaydada əlavə sığortalanmalıdır. 
Fond  öz  gəlirləri,  iştirakçı  banklar  isə  Fonda  ödədikləri  sığorta  haqları  üzrə  Azərbaycan 
Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlərdən istifadə edir. 
 
Fondun funksiyaları 
Fond aşağıdakı funksiyaları həyata keçirir:  
1. iştirakçı bankların reyestrini tərtib edir və onlara şəhadətnamələr verir;  
2. sığorta haqlarını yığır və onların uçotunu aparır;  
3. öz əmlakını idarə edir və ona dair sərəncam verir;  
4. sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya 
ödəyir;  
5. Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan bu qanunla müəyyən 
edilmiş lazımi məlumatı (o cümlədən, əmanət siyasəti haqqında) və hesabatları alır;  
6. bu qanuna müvafiq olaraq Fondun qaydalarını qəbul edir;  
7. öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi 
Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb edir;  
8. öhdəlikləri  üzrə  kompensasiya  ödədikdə,  həmin  məbləği  reqress  qaydasında  iştirakçı 
bankdan tələb edir;  
9. iştirakçı  banklardan  sığorta  haqları  üzrə  borcun  və  hesablanmış  dəbbə  pulunun 
ödənilməsini tələb edir və bu barədə Mərkəzi Banka məlumat verir; 
10. əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata 
keçirir. 
Fondun sığorta ehtiyatları  
Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşır:  
1. iştirakçı bankların üzvlük haqları;  
2. iştirakçı bankların təqvim haqları;  
3. iştirakçı bankların əlavə haqları;  
 Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri hesabına cəlb olunan vəsait;  


 
116 
5. iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları;  
6. cari xərclər çıxılmaqla, Fondun vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlir; 
7. qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan 
vəsaitlər;  
8. kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc vəsaitləri;  
9. reqress qaydasında tələb hüququ ilə bankdan və ya xarici bankın yerli filialından alınan 
vəsaitlər.  ştirakçı  banklar  Fondun  reyestrinə  daxil  olduqdan  sonra  10  təqvim  günü  müddətində 
Fondun  Mərkəzi  Bankda  olan  hesabına  10  (on)  min  manat  məbləğində  birdəfəlik  üzvlük  haqqı 
ödəyirlər. üzvlük haqqını ödəmiş iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil 
olunduqda,  yaxud  fiziki  şəxslərdən  əmanətlərin  cəlb  edilməsi  hüququ  Mərkəzi  Bank  tərəfindən 
bərpa edildikdə, üzvlük haqqı ödəmədən iştirakçı bankların bu qanunla müəyyən olunmuş hüquq 
və vəzifələrini əldə edir. 
 Fondun  sığorta  ehtiyatları  aşağıdakı  məqsədlərə  istifadə  edilə  bilər:  kompensasiyaların 
ödənilməsinə;  illik  büdcə  çərçivəsində  Fondun  idarə  edilməsinə  və  əmlakının  alınmasına;  borc 
öhdəliklərinin ödənilməsinə. 
Fond  risklərin  bölüşdürülməsi  (diversifikasiyası)  məqsədi  ilə,  habelə  aktivlərin 
təhlükəsizliyini,  yetərli  likvidliyini  və  ağlabatan  gəlirliyini  təmin  etmək  üçün  sərbəst  pul 
vəsaitlərini yalnız aşağıdakı maliyyə alətlərində yerləşdirir: dövlət qiymətli kağızlarında; mərkəzi 
bankların  qiymətli  kağızlarında;  mərkəzi  banklarda  və  yüksək  reytinqli  digər  banklarda 
depozitlərdə, habelə yüksək reytinqli başqa maliyyə alətlərində. 
Fond  tərəfindən  hər  bir  iştirakçı  bankda  sığortalanmış  əmanət  üzrə  əmanətin  100  faizi 
həcmində,  lakin  30  (otuz)  min  manatdan  çox  olmamaq  şərtilə  kompensasiya  ödənilir.  Mərkəzi 
valyutada  olan  əmanətlər  üzrə  kompensasiya  manatla,  xarici  valyutada  olan  əmanətlər  üzrə  isə 
ə
manətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya 
bu  valyutaların  biri ilə  sığorta  hadisəsinin  baş  verdiyi  günə  Mərkəzi  Bankın  müvafiq  valyutalar 
üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və 
ödənilir. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə 
ə
manəti olduqda, yaxud həm Mərkəzi, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır 
və bir əmanət kimi manatla kompensasiya olunur. Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir 
neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda 
ödənilir.  Birgə  əmanət  hesabı  olan  əmanətçinin  həmin  bankda  digər  əmanəti  olduqda,  birgə 
ə
manət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya 
ödənilir.  18  yaşı  tamam  olmamış  övladının  adına  əmanət  hesabı  üzərində  sərəncam  vermək 
hüququ  qanunvericiliyə  uyğun  olaraq  valideynə  və  ya  övladlığa  götürənə  məxsus  olduqda, 
kompensasiya  onlara  ödənilir.  Bu  zaman  valideynin  və  ya  övladlığa  götürənin  həmin  bankda 
ə
manəti  olduqda,  bu  əmanət  üzrə  ayrıca  kompensasiya  ödənilir.  Əmanət  üzrə  sərəncam  vermək 
hüququ  qanunvericiliyə  uyğun  olaraq  qəyyuma  və  ya  himayəçiyə,  yaxud  müqaviləyə  və  ya 
etibarnaməyə müvafiq olaraq üçüncü şəxsə məxsus olduqda, kompensasiya həmin şəxsə ödənilir. 
Bu zaman qəyyumun və ya himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca 
kompensasiya ödənilir.  ştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduq-
da  əmanətçinin  varis  banka  keçmiş  hər  bir  əmanətinə  müqavilə  müddəti  qurtaranadək  ayrıca 
ə
manət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.  
Beləliklə, əmanət sığorta sisteminin məqsədi – makro baxımdan  əmanət sahiblərinin bank 
sistemlərinə olan güvəni gücləndirir və əmanətlərin bankcılıq sistemi kənarında  qalmasını və ya 
sistem kənarına çıxarılmasının qarşısını almaq ücün fəaliyyət göstərir. Eyni zamanda, ƏSS yıgım 
sahiblərinin əmanətlərini topluca və ani olaraq banklardan çəkmələri durumunda bu sektorda ya-
ş
anabiləcək  böhranların  da  qarşısını  alır  və  ya  ola  biləcək  mənfi  təsirləri  minimuma 
endirilməsində böyük xidməti vardır. 
 
QANUNLAR,  NORMAT V SƏNƏDLƏR VƏ TƏL MATLAR 
 
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə