Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə55/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   51   52   53   54   55   56   57   58   ...   131

 
111 
ə
manətlərinin  dəyərsizləşməsinin,  xarici  valyutada  borc  yukunun  artmasının,  manata  etimadın 
azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır). 
Həyata kecirilmiş antiböhran proqramı nəticəsində bank sektorunun maliyyə  dözümlülüyü 
daha da güclənmişdir: 
1. bank sistemi cari öhdəliklərinin təqribən 80%-i səviyyəsində likvid aktivlərə malikdir ki, 
bu da minimal normadan (30%) çoxdur; 
2. sektorun  kapital  adekvatlığı  göstəricisi  qəbul  edilmiş  normadan  iki  dəfə  çox  -19% 
olmuşdur; 
3. kredit  portfelinin  keyfiyyəti  məqbul  səviyyədə  qorunub  saxlanılmış,  vaxtı  kecmiş 
kreditlərin ümumi portfeldə xüsusi cəkisi 3.3% təşkil etmişdir; 
4. bankların maliyyə  nəticələri müsbət  olmuş,  cari  ilin  on  bir  ayında  aktivlər  uzrə  gəlirlik 
2.6%, kapitalın gəlirliyi isə 17.8% təşkil etmişdir. 
Bundan başqa, Böhran  hallarını  qabaqlamağa  xidmət  edən  aşağıdakı  tövsiyyələr  ciddi  
maraq  doğurur:   
•   Kommersiya    bankları    üzərində    nəzarət    sisteminin    gücləndirilməsi    (lakin    onların  
kəsirlərinin  dövlət  hesabına  örtülməsi  yox); 
•   Finans  bazarları  üzərində  nəzarətin  gücləndirilməsi; 
•   Böyük  həcmdə  borc  vasitələrindən  istifadə  edən  təşkilatların  (banklar,  investisiya  
və  sığorta  təşkilatları   və  s.)  fəaliyyətində  şəffaflığın  (sürətli  və  əlçatan  informasiyanın)  
təmin  olunması; 
•    Kredit  təsisatları  ilə  məşğul   olan  reytinq  agentliklərinin  fəaliyyətinin  yaxşılaşdırılması; 
•   bank  və təşkilatlar üzərində korporativ  idarəetmə sisteminin  gücləndirilməsi; 
•   Sabit  pul  dövriyyəsi  və  real  valyuta  kursunun  təmin  olunması  (bu  onların  iqtisadi  
cəhətdən  əsaslandırılmış  hərəkətliliyini  istisna  etmir); 
•   Qısamüddətli  beynəlxalq  finans  axınları  üzərində  güclü  nəzarətin  təşkili. 
 
 
2.11. BANK S STEM NDƏ NƏZARƏT MODELLƏR   
 
Dünyada  bank  sferasına nəzarətə  və  bu  sferanın  tənzimlənməsinə  ciddi ehtiyac  ötən  əsrin 
20-30-cu  illərində  baş  vermiş  Böyük  depressiyadan  sonra  formalaşmağa  başlamışdır.  kinci 
Dünya  müharibəsindən  sonra  bank  biznesinin  beynəlmiləlləşdirilməsi  və  kapitallaşmanın 
sürətləndirilməsi beynəlxalq bank nəzarəti qayda və normalarının formalaşmasını şərtləndirdi. Bu-
nunla  belə,  bank  sferasında  nəzarət  səlahiyyətləri  hər  bir  ölkədə  qanunvericiliklə  müəyyən 
olunmuş institusional formalarda həyata keçirilir. Bu sistemlərin müxtəlif ölkələr üzrə fərqlərinə 
baxmayaraq, onların hamısı aşağıdakı əsas məqsədlərin həyata keçirilməsinə istiqamətlənib: 
1.  Pul və maliyyə sabitliyinin saxlanması. Bu da bankların iflasına yol verilməməsi və aktiv 
və passivlərin səmərəli idarə edilməsinə yönəldilmiş bank tənzimlənməsi ilə bağlı tədbirlərin gö-
rülməsi deməkdir. 
2.  Bank  sisteminin  səmərəliliyinin  təmin  olunması.  Bu  isə  aktivlərin  keyfiyyətinin 
artırılması  və  potensial  risklərin  azaldılması  hesabına  əldə  olunur.  Bank  nəzarətinə  həmçinin 
daxili  bank  əməliyyatlarının  və  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  daxildir  ki,  bu  da 
bankların  həyati  əhəmiyyətli  iqtisadi  əməliyyatları  və  institutları  maliyyələşdirmək  qabiliyyətini 
qiymətləndirməyə imkan verir. 
3.  Əmanətçilərin  maraqlarının  müdafiəsi:  əmanətçilər  qarşısında  öz  öhdəliklərini  yerinə 
yetirə bilməyən bankların fəaliyyətinə müvafiq orqanlarının  əmanətçilərə münasibətdə öz öhdə-
liklərini yerinə yetirə bilməyən bankların  fəaliyyətinə nəzarəti gücləndirilməlidir. 
Ayrı-ayrı ölkələrdə bank nəzarətini həyata keçirən orqanların növləri də müxtəlifdir ki, bu 
da  bir  sıra  institusional,  mədəni  və  inzibati  şərtlərlə,  habelə  iqtisadiyyatın  inkişaf  səviyyəsi  və 
kapital bazarlarının həcmi ilə izah olunur. Bəzi ölkələrdə Mərkəzi Banka nəzarət və bu bankların 
tənzimlənməsi  vahid  orqan  tərəfindən  həyata  keçirilir,  digər  ölkələrdə  bu  funksiyaları  öz 
aralarında sıx əməkdaşlıq edən xüsusi nəzarət orqanları icra edir, çünki pul-kredit siyasətinin və 


 
112 
bank nəzarətinin işlənib hazırlanması funksiyaları kəsişir. 
Elə  ölkələr  var  ki,  burada  nəzarət  funksiyası  tamamilə  Mərkəzi  Bankın  əlindədir.  Bu 
ölkələrə  məsələn,  Rusiyanı  aid  etmək  olar.  Bəzi  ölkələrdə  Mərkəzi  Bank  özünün  nəzarət  və 
tənzimləyici  funksiyalarından  qismən  məhrum  olunub  (Fransa,  Almaniya,  Avstraliya,  Kanada, 
sveçrə,  Türkiyə  və  s.).  Nəhayət,  elə  ölkələr  də  vardır  ki,  onlarda  mərkəzi  banka  və  ya  oxşar 
funksiyalara malik orqana nəzarət və tənzimləyici səlahiyyətlərin bir hissəsi verilir. Belə orqanın 
tipik nümunəsi kimi ABŞ-ın Federal Ehtiyatlar Sistemini göstərmək olar.
 
Beləliklə,  nəzarət  oqanları  arasında  funksiyaların  bölünməsinin  bir  neçə  modelini 
fərqləndirmək olar: 
Model  1.  Bank  fəaliyyətinin  tənzimlənməsi  və  ona  nəzarət  sferasında  müstəsna 
səlahiyyətlərin  qanunvericiliklə  Mərkəzi  Banklara  həvalə  olunmasına  əsaslanır.  Bank  işi 
sahəsində  nəzarət  təcrübəsinin  yarandığı  vaxtdan  etibarən  məhz  bu  model,  yeganə  olmasa  da, 
tarixən hakim model olub. Bu gün bu model özünün hakim mövqelərini itirsə də, ona əvvəlki kimi 
həyati tələbat var.  
Model 2. “Qarışıq”. Nəzarət və yoxlama funksiyaları ixtisaslaşdırılmış orqanlar tərəfindən 
Mərkəzi Bankın və maliyyə nazirliyinin bilavasitə iştirakı ilə yerinə yetirilir. Klassik misal kimi 
ABŞ-ı göstərmək olar. Amerikanın kommersiya bankları və maliyyə institutları üzərində nəzarəti 
Federal  Ehtiyatlar  Sistemindən  başqa,  banklarda  və  digər  kredit  institutlarında  əmanətlərin 
sığortalanması ilə məşğul olan Əmanətlərin Sığortalanması Federal Korporasiyası və Pul Dövriy-
yəsinə Nəzarət  darəsi (Maliyyə Nazirliyinin bürosu) tərəfindən də həyata keçirilir. Hər üç orqan 
ikiqat  işin  istisna  olunması  haqqında  razılığa  gəliblər.  “Qarışıq”  modelə  Fransa,  taliya  və 
Niderland aiddirlər. 
Model 3. Bank fəaliyyətinə nəzarət Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində, Mərkəzi 
Bankın iştirakı ilə müstəqil ixtisaslaşdırılmış orqanlar tərəfindən həyata keçirilir. Bu model Kana-
danın və qismən Avstriya və Almaniyanın bank sisteminə xasdır.  
Model  4.  Bu  model  maliyyə  xidmətləri  bazarında  meqatənzimləyicinin  yaradılması  haqqında 
qanunverici  qərarlar  qəbul  etmiş  ölkələri  birləşdirir.  Bu  ölkələrin  demək  olar  ki,  hamısında  nəzarət 
funksiyaları  Mərkəzi  Banklardan  ayrılıb.  Burada  yalnız  meqatənzimləyici  səlahiyyətlərinin  Mərkəzi 
Banka aid olduğu Sinqapur və müəyyən dərəcədə  rlandiya (burada meqatənzimləyici yerli Mərkəzi 
Bankın muxtar bölməsinin bazasında yaradılıb) istisna təşkil edir. Vahid maliyyə nəzarəti orqanları ilk 
dəfə  1986-cı  ildə  Norveç,  1988-ci  ildə  isə  slandiya  və  Danimarkada  tətbiq  olunub.  Bu  gün  onlar 
Estoniyada, Latviyada, Macarıstanda, Maltada, Çində, Yaponiyada, Qazaxıstanda, Cənubi Koreyada 
və bir sıra digər ölkələrdə fəaliyyət göstərir. 
Model 5. Beynəlxalq və ya millidən yüksəkdə nəzarət modeli. Bu modeli mənzil-qərargahı 
sveçrədə yerləşən Beynəlxalq hesablaşmalar Bankı (BHB) və üzv dövlətlərin maliyyə bazarlarına 
ə
həmiyyətli təsir göstərən direktivlər qəbul edən Avropa  ttifaqı (A ) həyata keçirir.  
Bu  gün  Azərbaycanın  bank  sektorunda  səmərəli  bank  nəzarəti  və  tənzimlənmənin  daha 
böyük əhəmiyyət kəsb etdiyi  yeni inkişaf mərhələsi başlayır. Azərbaycanda bank nəzarətinin və 
tənzimlənməsinin  əsas  məqsədləri  bank  sistemində  sabitliyin  saxlanması,  əmanətçilərin  və 
kreditorların maraqlarının müdafiəsidir.  
Azərbaycanda  bank  tənzimlənməsinin  qanunverici  əsasını  “Azərbaycan  Respublikasının 
Mərkəzi Bankı haqqında Qanun” təşkil edir. Həmin qanuna əsasən, Azərbaycanda kredit təşkilat-
larına nəzarəti Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir. 
Qanunvericiliklə Mərkəzi Banka bank əməliyyatlarının keçirilmə qaydalarının təyin olunması, 
kredit  təşkilatlarının  dövlət  qeydiyyatı,  onların  fəaliyyətlərinin  lisenziyalaşdırılması,  kredit 
təşkilatlarının (bank və qeyri-bank) fəaliyyətinə nəzarətin həyata keçirilməsi üzrə funksiyaların həvalə 
olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən normativ aktlar işlənib hazırlanır.  
Azərbaycan  Respublikasının  bank  sisteminin  sabit  işləməsini  təmin  etmək,  bank 
kreditorlarının  və  əmanətçilərin  maraqlarını  müdafiə  etmək  məqsədilə  Mərkəzi  Bank  qüvvədə 
olan  qanuna,  “Banklar  haqqında”  və  ”Kredit  ittifaqları  haqqında”  AR  qanunlarına,  Mərkəzi 
Bankın normativ aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə müvafiq olaraq, 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə