Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə51/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   47   48   49   50   51   52   53   54   ...   131

 
103 
4.  qeyri-müəyyənliyin artması; 
5.  bank panikası. 
 “Beynəlxalq  iqtisadiyyat”  adlı  ədəbiyyatın  məhşur  amerikan  müəllifləri  Tomas  Puqel  və 
Piter X. Lindert maliyyə böhranının yaranma səbəbinin beş amilini müəyyən etmişlər: həddindən 
artıq  kredit  və  borc,  xarici  beynəlxalq  şoklar,  valyuta  riski,  daimi  olmayan  beynəlxalq 
qısamüddətli  kreditlər,  qlobal  infeksiya.  Bu  amillər  əsasən  Türkiyə,  Cənub-Şərqi  Asiya 
Ölkələrində, Rusiyada (1998), Latın Amerikası ölkələrində müşahidə olunurdu. 
Beləliklə maliyyə böhranının tərkib hissəsi kimi aşağıdakı elementləri müəyyən edə bilərik: 
1. valyuta böhranı – milli valyutanın devalvasiyasına gətirib çıxardır. 
2.  bank böhranı – dövlətdən iri həcmdə maliyyə dəstəyi tələb edir. 
3. borc böhranı – xarici və daxili borcda problemlərin kəskinləşməsi ilə bağlıdır. 
4. birja – qiymətli kağızların kursunun kifayət qədər enməsi prosesi. 
Valyuta  böhranları-  bu  valyuta  sferasında  stabilliyin  kəskin  ziddiyyətləridir.  Bu  əsasən 
özünü  valyuta  kurslarının  kəskin  oynamasında,  kapitalın  “qaçışında”,  devalvasiya  və 
revalvasiyada,  beynəlxalq  likvidliyin  pisləşməsində,  valyuta  kredit  və  maliyyə  münasibətlərində 
ziddiyyətlərin kəskinləşməsində özünü biruzə verir. 
BVF-nun  müəyyənləşməsinə  görə  valyuta  böhranı  dəyişim  kursuna  spekulyativ  hücumlar 
zamanı  devalvasiyaya  yol  açan  və  ya  hökumətin  valyutanı  müdafiə  məqsədi  ilə  kifayət  qədər 
xarici ehtiyatlar istifadəsi zamanı baş verir. 
     Valyuta böhranlarının aşağıdakı klassifikasiyası mövcuddur: 
• Birinci  tip  –  hər  hansı  ölkədə  kursun  sabitləşdirilməsi  şəraitində  pul  kütləsinin  artımı  ilə 
bağlıdır,  hansı  ki,  daxili  qiymətləri  dünya  qiymətlərinə  nisbətdə  artırır  bu  isə  ticarət  balansını 
pozur və nəticədə sabit valyuta kursundan imtina olunur. 
•  kinci tip - həddən artıq dövlət borcunun yığılması ilə əlaqədardır. Bu müəyyən müddətdə 
investorların itməsinə yol açır, kapitalın “qaçışı” baş verir və kurs kəskin enir. 
• Üçüncü tip – özəl sektorun borcları ilə bağlıdır. 
• Dördüncü  tip-  dövlət  borcunun  həddən  artıq  yığılması  və  bu  borcun  büdcənin  ödəmə 
qabiliyyətində olmaması bu isə sonda inflyasiya və devalvasiyaya yol açır. 
Borc  böhranı  –  elmi  ədəbiyyatda  borc  böhranının  birmənalı  traktovkası  yoxdur.  Bu  ele  bir 
vəziyyətdir ki, bu zaman borclu tərəf kredit qrafikinə uyğun öz xarici borcunu ödəmək qabiliyyətində 
olmur. Bir çox ölkələr daxili investisiyalaşdırma zamanı daxili resursların çatışmadığına  görə xarici 
borclanmaya  müraciət  edir.  Bu  əsasən  dövlət  büdcəsinin  maliyyələşməsi,  sosial-iqtisadi  islahatlar, 
artıq mövcud borc öhdəlikləri zamanı meydana gələn problemdir. 
R. .Xasbulatov  hesab  edir  ki,  borc  böhranının  kəskinləşməsinin  səbəblərinə  aşağıdakı 
amilləri aid etmək mümkündür: 
1. Borclu ölkənin xarici borclanma sferasında düzgün seçilməmiş siyasəti 
2.  Xarici  konyukturanın  kifayət  qədər  oynaması  və  ən  əsas  beynəlxalq  bazarlarda  faiz 
dərəcələrinin kəskin artması. 
3. Bazar risklərinin dəyərləndirilməsində buraxılan səhvlər və s. 
Fond  böhranı  –  fond  bazarında  böhranı  qiymətli  kağızların  kursunun  kəskin  enməsi  ilə 
müəyyən etmək mümkündür. Ən məhşur fond böhranı 1929-1933-cü illərdə baş vermişdir. 
Maliyyə liberallaşması ilə bank böhranları arasında sıx əlaqə mövcuddur. Liberallaşma olan 
ölkələrdə bir çox kanallar mövcuddur ki, bunun nəticəsində banklara neqativ təsirlər yarana bilər. 
Maliyyə  liberallaşması  imkan  verir  ki,  maliyyə  institutlarına  onlar  özləri  kredit  şərtlərini, 
kreditlərin faiz dərəcələrini və s. müəyyən etsinlər. 
Elmi  ədəbiyyatda  valyuta,  böhranının  birmənalı  şərhi  mövcud  deyil.  Valyuta  böhranı 
maliyyə böhranı ilə əlaqələndirilir və qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi nəzərdən keçirilir. 
Valyuta  böhranına  geniş  nəzər  onu  valyuta  bazarındakı  vəziyyətin  kəskin  ağırlaşması    kimi 
təqdim  edilir.  Valyuta  böhranı  –  valyuta  sferasındakı  qarşıdurmanın    kəskin  ağırlaşmasıdır.  O, 
valyuta  kurslarının  kəskin  tərəddüdlərində,  kapital  axınında,  devalvasiya  və  revalvasiyada, 
beynəlxalq  likvidliyin  zəifləməsində,  valyuta-kredit  və  maliyyə  münasibətlərində  qarşıdurmanın 
kəskinləşməsində özünü göstərir. 


 
104 
BPF-nin  verdiyi  tərifə  görə  «valyuta  böhranı  mübadilə  kursuna  spekulyativ  hücumlar 
zamanı xarici rezervlərin xərclənməsinə  və ya faiz dərəcələrinin kəskin qalxmasına səbəb olur». 
Nəzərə alsaq ki, real mübadilə kursu yaxınlaşmaqda olan valyuta böhranını müəyyənləşdirən əsas 
amildir, elə o da bank qeyri-sabitliyinin əsas indikatoru olacaqdır. Deməli, valyuta və bank qeyri-
sabiliyininin yaranmasını iqtisadçılar xüsusi terminlə ifadə ediblər – “ikiqat böhran” (twin crises) . 
Valyuta  və  bank  sferasının  qarşılıqlı  əlaqəsi  bu  böhranların  indikatorlarının  da  qarşılıqlı 
ə
laqəsi  və  bir-birini  tamamlamasına  səbəb  olmuşdur.  Milli  valyutanın  devalvasiyası  bank  çax-
naşmasının yaxınlaşmasının göstəricisidir.  
Maliyyə  böhranının  bir  elementi  də  borc  böhranıdır.  Yerli  və  qərbin  iqtisadçı-alimləri 
kifayət  qədər  uzun  müddətdir  ki,  borc  böhranının  təbiətini  ətraflı  araşdırırlar.  Borc  böhranı 
dövlətin  və  təsərrüfat  subyektlərinin  kreditorlar  qarşısında  öz  öhdəliklərini  yerinə  yetirə 
bilməməsidir.  Bu  mənada  borc  böhranı  bank  böhranı  ilə  oxşar  görünə  bilər.  Bu  iki  anlayış  ara-
sında  yeganə  prinsipial  fərq  münasibətlərin  subyektidir.  Əgər  bank  böhranını  araşdırarkən  biz 
bank institutlarını nəzərdən keçiririk, borc böhranın isə finans müəssisələri və dövlətlə bir əlaqəsi 
yoxdur. Bundan başqa, bank böhranı mahiyyət etibarilə kredit böhranıdır, yəni kreditorun prob-
lemlərini öyrənir və təhlil edir, borc böhranı isə debitorun və ya borc alanın fəaliyyətindəki qeyri-
sabitliyə işarə edir. 
Fond  böhranı  maliyyə  böhranının  ayrılmaz  hissəsidir,  belə  ki,  xüsusən  bazar  iqtisadiyyatı 
şə
rtləri altında fond bazarında baş verən proseslər bank sisteminin vəziyyətinə müstəsna dərəcədə 
güclü  təsir  göstərir.  Bir  halda  ki,  qiymətli  kağızlar  real  və  maliyə  sektorlarının  (ilk  növbədə, 
bankların) aktivlərinin əsas hissəsini təşkil edir, birjanın iflası, müvafiq olaraq, bankların ödəmə 
qabiliyyətini pisləşdirir.  
Məlumdur ki, 1929-1933-cü illər dünya böhranı Nyu-York birjasında fəlakətli çökməsi ilə 
başladı.  Bunun  nəticəsində  nəinki  qiymətli  kağızlar  bazarında  fəal  işləyən  minlərlə  şirkətlərlə 
yanaşı  bir  çox  banklar  da  çökdü.  1929-1933-cü  illərdə  25000  amerikan  bankından  11000-i 
müflisləşdi. 1929-cu ilin oktyabr ayından sonra bankların müflisləşməsi epidemiya miqyasını aldı. 
Ə
ksər  banklar  aktivlərin  “quruması”  və  əmanətlərin  tələb  olunması  arasında  məngənəyə 
düşmüşdülər. Bankların aktivlərində qiymətli kağızlar və qiymətli kağızlar girovu altında borclar 
üstünlük təşkil edirdi. Böhran şəraitində bu kağızların dəyəri dəfələrlə azaldı, əksəriyyəti isə bütün 
dəyərini itirdi. Misal üçün, 1931-ci ildə 1700 mln. dollarlıq depoziti olan 2250 bank, 1933-cü ildə 
isə 2875 mln. dollarlıq depoziti olan 2700 bank iflasa uğradı. 
Beləliklə,  maliyyə  böhranı  –  ağır  iqtisadi  və  sosial  nəticələr  verən  xoşagəlməz  hadisədir. 
Sistemli  finans  böhranının  bütün  mümkün  nəticələri  arasında  ondan  cəmiyyətin  aldığı  düzgün 
dərslər  və  sağlam  təhlil  əsasında  qəbul  olunmuş  adekvat  qərarların  reallaşdırılması  müsbət 
nəticələr adlandırıla bilər. 
Maliyyə  sarsılmaları  sferasındakı  işləri  yekunlaşdıraraq  belə  qərara  gəlmək  olar  ki,  maliyyə 
böhranının  tərkibinin  mahiyyəti  aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə  aktivlərinin 
dəyərinin kəskin düşməsi ilə və ya maliyyə bazarında vəziyyətin kəskin ağırlaşması, xüsusən də milli 
pul  vahidinin  dəyərsizləşməsi  və  suveren  borcun  ödənilməsi  problemi,  maliyyə  sisteminin 
funksiyalarının  pozulması  (maliyyə  bazarı  və  maliyyə  institutları),  nəhayət,  qiymətli  kağızların 
mübadilə dəyərinin kəskin düşməsi ilə xarakterizə olunur. 
Maliyyə  böhranının  tərifinə  əsaslanaraq,  yerli  və  xarici  müəlliflərin elmi  araşdırmalarında 
maliyyə qeyri-sabitliyinin yaranması və inkişafının dəqiq çərçivəsinin müəyyənləşdirilməsinə dair 
vahid  yanaşmanın  olmadığını  əminliklə  sübut  etmək  olar.  Maliyyə  böhranı  anlayışı  o  qədər 
genişdir  ki,  onun  mahiyətini  dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Maliyyə  böhranının 
strukturu məsələsində də iqtisadçı alimlər arasında fikir birliyi yoxdur. 
Qərb  ədəbiyyatında  maliyyə  böhranı  termini,  faktiki  olaraq,  bank  böhranı  kateqoriyası  ilə 
eyni tutulur. Lakin maliyyə böhranı anlayışına belə yanaşma optimal deyildir, çünki bank böhranı 
maliyyə böhranının bir komponentidir. Maliyyə böhranı anlayışı bank böhranı anlayışına nisbətən 
daha geniş anlayışdır.  
Beləliklə, maliyyə böhranının strukturu aşağıdakı komponentlərdən ibarətdir:  
1.  Valyuta milli valyutanın devalvasiyasına səbəb olur;  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə