Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə48/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   44   45   46   47   48   49   50   51   ...   131

 
97 
elastiklik dərəcəsi; 
•  Dövlət xərclərinin artımına yol açan amillər. 
Dövlət borcu 
•  Milli hökumətin maliyyə aktivləri; 
•  Dövlət borcunun valyuta strukturu; 
•  Pensiyaların ödənilməsi üzrə dövlət öhdəlikləri; 
•  Bank sisteminin öhdəlikləri. 
Qiymətlərin stabilliyi 
•  Qiymət inflyasiyasının inkişaf tendensiyası; 
•  Pul kütləsinin artım tempi; 
•  Mazənnə siyasəti; 
•  Mərkəzi bankın suverenlik dərəcəsi. 
Tədiyyə balansıının elastikliyi 
•  Xarici əməliyyatlar hesabının vəziyyətinə büdcə - vergi və pul – kredit siyasətinin təsiri; 
•  Cari əməliyyatlar hesabının strukturu; 
•  Kapital axınının strukturu. 
Xarici borc və likvidlik 
•  Xarici dövlət borcunun valyuta quruluşu və həcmi; 
•  Dövlət zəmanətli öhdəliklərin həcmi; 
•  Dövlət borcunun ödəmə müddəti; 
•  Xarici aktiv və dövlət ehtiyatlarının quruluşu və həcmi; 
• 
Borcun ödənilməsi ilə bağlı tarixi faktlar (defoltların tarixi ). 
 
 
2.5. BANK SEKTORUNDA (ÜMUM  BANK SƏV YYƏS NDƏ) BAZAR R SK  
KATEQOR YALARI 
 
Risk – gözlənilməz hadisələrin bankın kapitalına mənfi təsir göstərə bilməsi və bankın biznes 
məqsədlərini həyata keçirmək imkanlarının məhdudlaşdırması ehtimalıdır. Ümumi bank səviyyəsində 
bazar riski mövcuddur. Bazar riski - faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitalın ( həmçinin 
bazar qiymətli kağızların) qiymətlərindəki enib-qalxmaların nəticəsində bank aktivinin bazar dəyərini 
dəyişməsindən itkiyə səbəb ola bilən ehtimaldır. Bu anlayışa əsasən bazar riski  riskin mənbəyindən 
asılı olaraq aşağıdakı kateqoriyalara bölünə bilər: 
1. Faiz dərəcəsi riski – faiz dərəcəsinin dəyişilməsi nəticəsində yaranan riskdir. Bu risk mənbəyi 
ilk növbədə faiz gətirən maliyyə alətlərinə təsir edir; 
2. Xarici valyuta riski – valyuta məzənnələrindəki dəyişikliklərə görə yaranan riskdir. Bu risk 
mənbəyi xarici valyutada yerləşdirilən alətlərin portfelinə təsir edir. O, həmçinin ticarət əməliyyatları 
müxtəlif  valyutalarda  aparıldıqda  və  sonradan  qiymətləndirmə  uçotu  və  hesabatları  yerli  valyutaya 
çevirildikdə bankın ümumi portfeli xarici valyuta riski ilə üzləşə bilər; 
3. Kapital  riski  –  kapitalın  və  digər  bazar  giymətli  kağızlarının  qiymətlərindəki 
dəyişikliklərə  görə  yaranan  riskdir.  Bu  risk  mənbəyi  kapital  portfelinə,  eləcə  də  hecinq  və 
spekulyasiya məqsədləri üçün istifadə edilən kapitalın törəmə alətlərinə təsir göstərir; 
4. Əmtəə-mal riski - əmtəə-mal qiymətlərindəki dəyişikliklərə görə yaranan riskdir. Bu risk 
mənbəyinin  təsir  göstərdiyi  portfellər  faktiki  əmtəələrdən  (məsələn,  qızıl)  və  ya  əmtəə 
fyuçerslərindən  və  forvard  müqavilələrindən  ibarət  ola  bilər.  Bu  riskin  banklara  təsiri  onların 
fəaliyyətindən asılı olacaqdır.    
Bankın öz daxilindən qaynaqlanan risklərə beşinci fəsildə ətraflı izah olunacaqdır. 
AMB  tərəfindən  banklarda  kapitalın  adekvatlığının  yoxlanması  və  qiymətləndirilməsi 
prosesində tələb yaranarsa, hər bir bankdan bazar risklərinin örtülməsi üçün əlavə kapitalın təmin 
edilməsi tələb edilir.  
 
 


 
98 
2.6. MAL YYƏ SAB TL Y N N Q YMƏTLƏND R LMƏS NDƏ  ST FADƏ ED LƏ
NDEKSLƏ
 
Bank sektorunun maliyyə dayanıqlığı indeksi - Hesablanması zamanı bank sisteminin daha 
çox həssas olduğu risklər nəzərə alınır.  stifadə edilən göstəricilər aşağıda qeyd olunmuş qruplara 
bölünür: 
1. Kapital səviyyəsini əks etdirən göstəricilər; 
2. Likvidlik risklərini əks etdirən göstəricilər; 
3. Rentabellik göstəriciləri; 
4. Bazar riskləri üzrə göstəricilər; 
5. Aktivlərin keyfiyyətini əks etdirən göstəricilər. 
Göstəricilərə dair həddlər statistik üsüllara və beynəlxalq təcrübəyə əsasən 
müəyyən olunur və verilmiş limitlərdən kənarlaşmalar risklərin azalıb və ya artmasını özündə əks 
etdirir.  Hər  qrup  üzrə  ümumiləşdirilmiş  nəticə  göstəricilərin  orta  ölçülmüş  qiyməti  əsasında 
hesablanır. 
ndeks indikator qruplarının orta riyazi qiyməti kimi müəyyənləşir. 
B
ank sektorun kövrəklik indeksi – bank sektorunun davamlığını əks etdirir. 
ndeks özəl sektora kreditlərin, xarici borc öhdəliklərinin və əhalinin əmanətlərinin standart 
kənarlaşmanın  orta  qiyməti  olaraq  müəyyən  edilir.Bu  göstəricilərin  kəskin  dəyişməsi  bank 
sektorunun  dayanıqlığına  təsir  edir  (məsələn,  bank  depozitlərin  çıxarılması,  kreditlərin  yüksək 
artım tempi,devalvasiya gösləntiləri zaman pul axını və s.). 
 
Maliyyə sabitliyinə təsir edən risk mənbələri 
  
Endojen (daxili amil) 
Ekzojen (xarici amil) 
  
• maliyyə  
• kredit 
• bazar 
• likvidlik 
• faiz 
• pul 
•  şirkət riski 
•  informasiya  texnolojılarından zəif istifadə 
•  hüquqi risk 
•  etibar və ya güvən riski 
•  iş strateji riski 
•  sərmayə yetərliyi  riski 
 
• iqtisadi risk 
• qeyri siyasi sabitlik 
•  hadisə riski 
•  təbii hadisələr  
•  siyası 
•  böyük şirkətin uğursuzluğu 
 
 
2.7. AZƏRBAYCANDA MAL YYƏ SAB TL Y N N TƏM NATINDA MƏRKƏZ  
BANKIN ROLU  
    
Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının miqdarı 
ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, o cümlədən açıq 
valyuta  mövqeyinə  riayət  etməlidirlər.  Mərkəzi  Bank  bankların  və  xarici  bankların  yerli 
filiallarının  maliyyə  sabitliyini  təmin  etmək  məqsədilə  aşağıdakı  prudensial  normativləri  və 
tələbləri müəyyən edir: 
     
1.  nizamnamə  kapitalının  (xarici  bankların  yerli  filialları  üçün  nizamnamə  kapitalına 
bərabər tutulmuş vəsaitin) minimum miqdarını; 
2.  məcmu  kapitalın  minimum  miqdarını  (xarici  bankların  yerli  filialları  üçün  məcmu 
kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını); 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə