Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə46/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   42   43   44   45   46   47   48   49   ...   131

 
93 
kommersiya  banklarının  fəaliyyətinə  nəzarət  və  yoxlama  sistemi,  valyuta  tənzimlənməsi  və 
nəzarəti  sistemləri  yaratmışdır.  1995-ci  ildən  başlayaraq  Mərkəzi  Bank  birbaşa  kreditlərin 
ayrılması  yolu  ilə  dövlət  büdcəsinin  kəsirinin  maliyyələşdirilməsini  və  iqtisadiyyatın  inkişafına 
mərkəzləşdirilmiş məqsədyönlü kreditlərin ayrılmasını dayandırmışdır.  
Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:
 
• Milli valyutanın sabitliyinin qorununb saxlanılması; 
• Pul nişanlarının buraxılması və tədavüldən çıxarılması;  
• Rusiya  Federasiyası  hökuməti  ilə  birgə  maliyyə-kredit  siyasətini  hazırlanması  və  həyata 
keçirilməsi və s.  
Rusiya  Mərkəzi  Bankı  27  təşkilati  strukturdan  ibarətdir.  Burada  79  ərazi  bölməsi  və  623 
kassa-hesablaşma mərkəzi fəaliyyət göstərir.  
Mərkəzi Bank Direktorlar Şurası tərəfindən idarə olunur. Şura  darə Heyətinin sədri daxil 
olmaqla 12 üzvdən ibarətdir. Şuranın üzvləri Dövlət Duması tərəfindən 4 il müddətinə təyin edilir. 
Mərkəzi Bankın  darə Heyətinin Sədri Dövlət Duması tərəfindən Prezidentin təklifi əsasında təyin 
edilir. Dövlət Duması Mərkəzi Bankın Sədrini tutduğu vəzifədən azad etmək huququna malikdir. 
 
Mərkəzi Bankın yanında Milli Bank Şurası fəaliyyət göstərir. Şuranın Federal Assambleya 
palatalarının,  Prezidentin,  Rusiya  Federasiyası  hökumətinin,  Rusiya  Mərkəzi  Bankının 
nümayəndələri,  ekspertlər  və  digər  kredit  təşkilatların  təmsilçilərindən  ibarətdir.  Bank  Şurası 
Direktorlar Şurası tərəfindən təqdim olunan Mərkəzi Bankın illik hesabatlarına baxılması; kapital 
qoyuluşunun ümumi həcminin təsdiq edilməsi; Bank işçilərinin pensiya təminanatının, sosial və 
tibbi sığortaları üçün ayrılan xərclərin ümumi həcmini təsdiqetmə funksiyasına malikdir.  
Ukraynanın  pul-kredit  sistemi.  Müstəqil  Dövlətlər  Birliyi  ölkələri  içində  Rusiyadan  sonra 
iqtisadi  gücə  malik  olan  ikinci  ölkə  Ukraynadır.  1992-ci  il  yanvar  ayında  ölkədə  qiymət  islahatları 
aparılıb və nəticədə bank sektorunda faiz dərəcələri inflyasiya dərəcələrindən yüksək olmuşdur. 991-ci 
il  may  ayında  Ukrayna  Milli  Bankı  Qosbankdan  ayrılaraq  əvvəllər  Qosbanka  aid  olan  bütün 
səlahiyyətləri  öz  üzərinə  götürüb.  Ukrayna  bank  sistemi  ixtisaslaşmış  dörd  kommersiya  bankından 
ibarətdir: Dövlət Əmanət Bankı, Aqrosənaye Bankı, Tikinti Bankı və Sosial  nvestisiya Bankı. Bank 
sistemi içində ümumi əmanətin 80 %-i Dövlət Əmanət Bankına aiddir: 17 avqust 1998-ci il Rusiyada 
başlanan  maliyyə  böhranı  Ukrayna  pul-kredit  sisteminə  mənfi  təsir  göstərmiş  və  nəticədə  milli  pul 
vahidi olan qrivna xarici valyutalar qarşısında dəyərini itirmişdir. 
Ukrayna Milli Bankı Ukraynanın mərkəzi bankıdır. Ukrayna Milli Bankı haqqında Qanuna 
ə
sasən Milli Bank dövlətin xüsusi mülkiyyətindədir.    
Bank  1839-cu  ildə  Rusiya  Dövlət  Kommersiya  Bankının  Kiyev  ofisi  kimi  yaradılmışdır. 
Ukrayna Milli Bankının təşkili və fəaliyyətinin hüquqi statusu Ukrayna Konstitusiyası və Ukrayna 
Milli Bankı haqqında Ukraynanın Qanunu ilə tənzimlənir. 20 mart 1991-ci ildə Ukrayna Radası 
Banklar və Bank fəaliyyəti haqqında Qanunu qəbul etmişdir. Məhz bu tarixdən etibarən Ukrayna 
Milli Bankı Ukraynanın mərkəzi bankı kimi fəaliyyət göstərməyə başlamışdır.  
Ukrayna  Milli  Bankının  əsas  funksiyası  milli  pul  vahidi  Qrivnanın  və  ölkənin  bank 
sisteminin  sabitliyini  təmin  etməkdir.  Bundan  əlavə  Ukrayna  Milli  Bankı  aşağıdakı  funksiyaları 
da həyata keçirir: 
• Monetar siyasətin həyata keçirilməsi; 
• Ukrayna milli pul vahidinin tədavülə buraxılması; 
• Bank köçürmələrinin, ödəniş və hesablaşmala qaydalarının tərtib edilməsi; 
• Monetar,  kredit  və  statistik  informasiya  və  tədiyyə  balansına  metodoloji  dəstəyin  təmin 
edilməsi; 
• Bank nəzarətinin həyata keçirilməsi; 
• Banklar,  onların  filial  və  nümayəndəlikləri,  valyuta  mübadiləsi,  maliyyə  və  kredit 
təşkilatlarının qeydiyyata alınması və bank fəaliyyəti üçün lisenziyaların verilməsi; 
• Tədiyyə balansının toplanması, təhlili və proqnozlaşdırılması; 
• Qızıl  və  valyuta  ehtiyatlarının  saxlanılaraq  toplanılmasını,  həmçinin  onlarla  köçürmə 
şə
rtlərinin təmin edilməsi; 
• Monetar, kredit, maliyyə, qiymət və valyuta əməliyyatlarının statusunun təhlil edilməsi; 


 
94 
• Ukrayna bank sistemi üçün kadrların treyninqlərdə iştirak edilməsi. 
Ukrayna  Milli  Bankının  ali  idarəetmə  orqanı  darə  Heyətidir.  darə  Heyətinin  tərkibinə 
Sədr, birinci vitse-sədr, 3 vitse-sədr, 4 icraçı direktor, 6 departament direktoru və bir filial müdiri 
daxildir.  
Ukrayna  Milli  Bankının  beynəlxalq  əməkdaşlığı  aşağıdakı  istiqamətlər  üzrə  həyata 
keçirilməkdədir:  
• Dünya Bankı; 
• Avropa Yenidənqurma və  nkişaf Bankı; 
• Beynəlxalq Valyuta Fondu; 
• MDB Dövlətlərarası Bankı; 
• Alman-Ukrayna Fondu Proqramı; 
• Digər beynəlxalq təşkilatlar (Avropa  ttifaqı, Ümumdünya Ticarət Təşkilatı və s.). 
Qazaxıstanın pul-kredit sistemi. Qazaxıstanın Mərkəzi Bankının 1997-ci ildə milli pul vahidi 
olan tanqe ilə açdığı kreditlərin  faiz dərəcəsi 49 %,  valyuta üçün tətbiq etdiyi  faiz  20 % olmuşdur. 
Qazaxıstanda  fond  birjası  fəaliyyətinə  1995-ci  ildən  başlanmışdır.  Ümumiyyətlə,  Qazaxıstan  Orta 
Asiya  ölkələri  içində  ölkəyə  axan  xarici  sərmayə  miqdarına  görə  birinci  yerdədir.  Ölkədə  müxtəlif 
ölkələrin banklarının şöbələri və nümayəndəlikləri mövcuddur. Türkiyənin iki bankı  Ziraət Bankı və 
Ə
mlak Bankının filialı Alma-Atada fəaliyyət göstərir. Türk Eksimbank Qazaxıstan iqtisadiyyatına 240 
milyon dollarlıq kredit ayırmışdır. 
Qazaxıstan Milli Bankı Qazaxıstan Respublikasının mərkəz bankı olmaqla ölkənin ikipilləli 
bank sisteminin üst pilləsini təşkil edir.  
Sovet  ttifaqı dövründə Qazaxıstan Milli Bankı (QMB)  SSR  Dövlət Bankının respublika 
kontoru olaraq fəaliyyət göstərmişdir. Bununla belə, Qazaxıstan SSR-də pul dövriyyəsinin idarə 
olunması  mərkəzləşdirilmiş  qaydada  həyata  keçirilmişdir.  16  aprel  1991-ci  il  tarixində 
“Qazaxıstan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında”  qanunun  qəbul  edilməsindən  sonra 
QMB  özünün  maliyyə-kredit,  pul  sistemlərini,  qızıl  ehtiyatlarını  almaz  və  valyuta  ehtiyatlarını 
saxlamaq hüququ əldə etmişdir. 13 aprel 1993-cü il tarixində qəbul olunan “Qazaxıstan Milli Ban-
kı  haqqında”  qanun  QMB-nin  fəaliyyət  prinsipləri,  hüquqi  statusu  və  səlahiyyətlərini 
müəyyənləşdirmişdir.  Qazaxıstan  Prezidentinin  30  mart  1995-ci  il  tarixli  Sərəncamı  əsasında 
QMB  özlüyündə  mərkəzləşdirilmiş  struktura  çevrilmişdir.  Prezidentin  31  avqust  1995-ci  il  tarixli 
Sərəncamı  ilə  isə  Qazaxıstanda  ikipilləli  bank  sisteminə  keçid  oldu  və  QMB  bu  sisteminin  üst 
pilləsini təşkil etməyə başladı.  
Fəaliyyət: QMB aşağıda qeyd olunan funksiyaları həyata keçirməkdədir:  
• Ölkənin pul-kredit siyasəti; 
• Ölkə ərazisində əskinaz və sikkələrin emissiyası; 
• Banklar bankı funksiyası; 
• Hökumətin bankı, maliyyə məsləhətçisi və agenti funksiyası; 
• Ödəniş sistemlərinin fəaliyyət göstərməsinin təşkili; 
• Ölkədə valyuta tənzimlənməsi və nəzarəti; 
• Ölkənin qızıl-pul aktivlərinin idarə olunması; 
• Maliyyə təşkilatlarına nəzarət funksiyası; 
• Ölkənin Milli Fondunun idarə olunması.   
Təşkilati struktur: Qazaxıstan Milli Bankının  darə Heyəti Sədr və üç müavindən ibarətdir. 
Bundan  əlavə  Direktorlar  Şurası  mövcuddur  ki,  Bura  darə  Heyətinin  üzvləri  və  9  departament 
direktoru daxildir.  
Qazaxıstan  Milli  Bankı  mərkəzi  aparat,  11  departament  (1-i  Astanada  olmaqla),  10  ayrı 
idarə və 1 şöbədən ibarətdir. Bundan əlavə, 16 ərazi filialı və Almatı şəhərində 2 filial fəaliyyət 
göstərməkdədir. QMB-nin tək xarici nümayəndəliyi Rusiya Federasiyasındadır. Bunlardan əlavə 
aşağıda qeyd olunan 4 təşkilat Milli Banka hesabat verməkdədir: 
• Banklararası hesablaşmaları mərkəzi; 
• Bank xidməti bürosu; 
• Qazaxıstan sikkəxanası; 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə