Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə45/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   41   42   43   44   45   46   47   48   ...   131

 
91 
Çin  Xalq  Respublikasının  Çin  Xalq  Bankı  haqqında  Qanunu  Çin  Xalq  Bankının  bu 
funksiyaları yerinə yetirməsini təmin edir: müvafiq sifariş verilməsi və qaydaların hazırlanması və 
həyata keçirilməsi; monetar siyasətin formalaşdırılması və icra olunması; valyutanın buraxılması 
və onun dövriyyəsinin idarə olunması; banklararası kredit və istiqraz bazarlarının tənzimlənməsi; 
xarici  valyutanın  idarə  olunması  və  banklararası  xarici  valyuta  bazarının  tənzimlənməsi;  qızıl 
bazarının tənzimlənməsi; rəsmi xarici valyuta və qızıl ehtiyatlarının saxlanması və idarə olunması; 
dövlət  xəzinəsinin  idarə  olunması;  ödəniş  və  hesablaşma  sisteminin  normal  fəaliyyətinin 
dəstəklənməsi; 
maliyyə 
sektorunda 
çirkli 
pulların 
yuyulmasına 
qarşı 
tədbirlərin 
təlimatlandırılması, təşkil olunması və müvafiq maliyyə vəsaiti axınlarının monitorinqinin həyata 
keçirilməsi;  maliyyə  statistikaları,  sorğuları,  analizləri  və  proqnozlarının  həyata  keçirilməsi; 
mərkəzi  bank  olaraq  beynəlxalq maliyyə  tədbirlərində  iştirak  edilməsi;  Dövlət  Şurası tərəfindən 
qeyd olunan digər funksiyaların icra olunması.  
Çin Xalq Bankının yüksək rəhbərliyi sədr və sədr müavinlərindən ibarətdir. Sədr Çin Xalq 
Respublikasının  prezidenti  tərəfindən  vəzifəyə  təyin  olunur  və  vəzifəsindən  kənarlaşdırılır.  Sədr 
vəzifəsinə  namizədlər  Dövlət  Şurasının  Birinci  Katibi  tərəfindən  irəli  sürülür  və  Milli  Xalq 
Qurultayı tərəfindən təsdiqlənir. Milli Xalq Qurultayının fasilə dövrü ərzində namizədlərlə bağlı 
qərarları  Qurultayın  Daimi  Komitəsi  qəbul  edir.  Çin  Xalq  Bankının  sədr  müavinləri  Dövlət 
Ş
urasının Birinci Katibi tərəfindən vəzifəyə təyin olunur və ya vəzifədən kənarlaşdırılır.  
Çin Xalq Bankının qəbul etmiş olduğu sistemə əsasən sədr sədr müavinlərinin yardımı ilə 
Bankın ümumi fəaliyyətinə nəzarət edir.  
Çin  Xalq  Bankının  Pekində  yerləşən  baş  ofisi  18  funksional  departamentdən  (bürodan) 
ibarətdir.  
Çin Xalq Bankının Beynəlxalq departamentinin cavabdeh olduğu sahələr aşağıdakılardır:  
•  Çin Xalq Bankının beynəlxalq maliyyə təşkilatları, xarici mərkəzi banklar və Honq Konq 
və Makao Xüsusi  nzibati Regionlar və Tayvan əyaləti ilə rəsmi əlaqələri və işgüzar əməkdaşlıq 
münasibətləri; 
•  Yerli maliyyə  sənayesinin açılışının Çin hökumətinin ÜTT-yə qoşulduğu zaman üzərinə 
götürmüş olduğu öhdəliklərə uyğun olaraq koordinasiyası; 
•  Çin Xalq Bankının xarici işlərinin həyata keçirilməsi; 
•  Çin Xalq Bankının xarici ofislərinin fəaliyyətinə nəzarət.  
 
 
MDB ÖLKƏLƏR N N PUL-KRED T S STEM  
 
Rusiyanın  pul-kredit  sistemi.  Rubl  on  altıncı  əsrdən  başlayaraq  Rusiyanın  milli  pul  vahidi 
olaraq qəbul edilişdir. 1897-ci ildən etibarən Rusiya qızıl standartına keçmişdir. Bu proses 1914-cü ilə 
qədər davam etmişdir.1917-ci il Oktyabr inqilabından sonra rubl Sovet  ttifaqına girən bütün ölkələr 
üçün  yeganə  bir  pul  vahidi  olaraq  qəbul  edilmişdir.  1991-ci  ildə  Sovet  Ittifaqın  dağılması  ilə  rubl 
Rusiyanın  pul  vahidi  olaraq  qəbul  edildi.  Lakin  Rusiya  rublu  bu  günədək  dəyərini  sürətlə  itirməyə 
başlamışdır. 
Rusiyanın  pul  sisteminin  hüquqi  əsasmı  12  aprel  1995-ci  ildə  qəbul  edilən  Mərkəzi  Bank 
haqqında Qanun təşkil edir. Rusiyanın rəsmi pul vahidi rubl qəbul edilmişdir. Rusiya Federasiyasının 
tədavülündə rubl xaricində başqa pul vahidlərinin istifadəsi qanunla tənzimlənir. Rubl dəyərinin qızıla 
və  ya  başqa  qiymətli  əşyalara  olan  qarşılığı  qanunda  müəyyən  edilməmişdir.  Tədavüldə  nağd  pul 
emissiyasına və onların təşkilinə, tədavülə çıxarılmasına yalnız Mərkəzi Bank səlahiyyətlidir. 1917-ci 
ilə qədər Rusiyada kredit  sistemi kapitalist iqtisadiyyatının şərtləri çərçivəsində  inkişaf etmişdir. Bu 
dövrdə  quruluşuna,  funksiyalarına  və  əməliyyatlarına  görə  Rusiya  kredit  sistemi  inkişaf  etmiş 
kapitalist ölkələrinin modelinə yaxın idi. Rusiya imperiyasının kredit sistemi aşağıdakı qurumlardan 
ibarət idi: 
• Dövlət Bankı; 
• Kommersiya bankları; 
•  xtisaslaşdırılmış kredit təşkilatları (sığorta şirkətləri, kredit kooperasiyaları) 


 
92 
1917-ci il Oktyabr inqilabından sonra Rusiyada bütün kredit təşkilatları dövlətləşdirildi. 1925-ci 
ildə kredit sistemi aşağıdakı qurumlardan ibarət idi: 
1. Dövlət Bankı; 
2. Kommersiya bankları; 
2.1. Səhmdar cəmiyyətli banklar; 
2.2. Kooperasiya bankları; 
2.3. Kommunal bank; 
2.4.  Mərkəzi kənd təsərrüfatı bankları və respublika kənd təsərrüfatı 
Bankları; 
3.  xtisaslaşdırılmış kredit maliyyə təşkilatları; 
3.1. kənd təsərrüfatı kredit cəmiyyəti; 
3.2. kredit kooperativləri; 
3.3. yardımçı əmanət kredit qurumları; 
3.4. əmanət kassaları; 
• 1930-cü ildə SSR  kredit  sisteminin quruluşu kredit islahatları nəticəsində tamamilə yenidən 
quruldu.  SSR -nin  kredit  sistemi  inzibati-  komanda  idarəetmə  sisteminin  qanunlarına  uyğun  olaraq 
quruldu: 
• Dövlət Bankı; 
• Tikinti Bankı; 
• Xarici Ticarət Bankı; 
1980-ci ilin ortalarına qədər faiz mexanizminin çalışmaması, yəni kreditlərin böyük hissəsinin 
ikinci büdcə vəsaiti rolu oynaması ölkənin bank sistemini ciddi problemlərlə üz-üzə qoydu. Nəticədə 
verilən  kreditlərin  əksəriyyəti  hökumət  qərarları  ilə  silinirdi.  Buna  görə  də  kredit  sisteminin  ciddi 
islahatlara ehtiyacı vardı. 1986-cı ildə ixtisaslaşdırılmış sahə bankları qurulmağa başlandı. 
• Dövlət Bankı; 
• Sənaye  Tikinti Bankı; 
• Əmanət Bankı; 
• Xarici  qtisadi Əlaqələr Bankı; 
1990-ci ildə SSR  Ali Soveti "Bank və bankların fəaliyyəti haqqında" Qanun qəbul etdi. Qanuna 
görə,  kommersiya  banklarına  depozit,  kredit  siyasətini  və  faiz  dərəcələrini  sərbəst  şəkildə  müəyyən 
etməyə icazə verildi. Bundan başqa, kommersiya banklarına valyuta əməliyyatı aparılmasına da izin 
verildi. 1997-ci ildə Rusiyanın kredit sisteminin quruluşu aşağıdakı kimi olmuşdur: 
 
• RF Mərkəzi bankı; 
• Bank sistemi; 
• Kommersiya bankları; 
• Əmanət Bankı; 
•  xtisaslaşdırılmış kredit qurumları sayılmayan maliyyə institutları: 
• sığorta şirkətləri; 
• investisiya fondları; 
• lizinq və b. 
1921-ci ildə RSFSR-in Dövlət Bankı, 1923-cü ildən isə SSR  Dövlət Bankı kimi fəaliyyət 
göstərirdi. 13 iyul 1990-cı ildə SSR  Dövlət Bankının Rusiya Respublika Bankı əsasında RSFSR 
Ali  Şurasına  hesabat  verən  RSFSR  Dövlət  Bankı  yaradılmışdır.  Bu  Rusiya  Mərkəzi  Bankının 
yaradılma tarixi hesab edilir. 20 dekabr 1991-ci ildə SSR  Dövlət Bankı ləğv olunaraq bütün aktiv 
və passivləri, həmçinin Rusiya ərazisində olan əmlakı RSFSR Mərkəzi Bankına verilmişdir. 1991-
ci  ildən  adını  dəyişərək  Rusiya  Federasiyasının  Mərkəzi  Bankı  adı  altında  fəaliyyətini  davam 
etdirməkdədir.  1991-1992-ci  illərdə  Rusiya  Mərkəzi  Bankın  nəzarəti  altında  xüsusi  bankların 
kommersiya  filialları  əsasında  kommersiya  bankları  yaradılmışdır.  Bank  rubla  qarşı  valyuta 
mübadiləsini  müəyyən  edir  və  valyuta  bazarını  yaradaraq  valyutanın  alqı-satqısını  aparmağa 
başlayır. 1992-ci ildə Mərkəzi Bank dövlət büdcəsinin kassa əməliyyatlarının aparılması funksi-
yasını  yeni  yaradılan  Federal  Xəzinədarlığa  ötürülmüşdür.  1992-1995-ci  illərdə  Mərkəzi  Bank 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə