Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə47/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   43   44   45   46   47   48   49   50   ...   131

 
95 
• Əskinaz fabriki. 
QMB aşağıdakı səhmdar cəmiyyətlərin təsisçisidir: 
• Qazaxıstan əmanətlərin zəmanəti agentliyi; 
• Sığorta ödənişlərinin zəmanəti fondu; 
• Qazaxıstan ipoteka kreditlərinin zəmanəti fondu; 
• Qazaxıstan Milli Bankının Ehtiyat Mərkəzi  
Yuxarıda  qeyd  olunanlardan  əlavə,  QMB  “Milli  Prosessinq  Mərkəzi”nin  təsisçilərindən, 
“Pensiya Yığım Fondunun” səhmdarlarından biridir.  
Beynəlxalq əlaqələr: Qazaxıstan Milli Bankının beynəlxalq əməkdaşlıq münasibətləri əsas 
olaraq aşağıda qeyd olunan istiqamətlərdə inkişaf etdirilir:   
• Xarici mərkəzi banklar və beynəlxalq maliyyə təşkiları ilə əlaqələri inkişaf etdirilməsi və 
dərinləşdirilməsi; 
• QMB-nin beynəlxalq maliyyə təşkilatları və xarici mərkəzi banklardan aldığı texniki 
yardımın əlaqələndirilməsi; 
• MDB ölkələrinin dövlətlərarası təşkilati strukturlarda iştirakı; 
• Qazaxıstan Respublikasının beynəlxalq maliyyə təşkilatlarının nizamnamə kapitalında 
iştirakı. 
Özbəkistamın pul-kredit sistemi. Özbəkistanın milli pul vahidi sum 1994-cü ilin iyunundan 
etibarən  tədavülə  buraxılmışdır.  Mərkəzi  Bank  haqqında  Qanun  21  dekabr  1995-ci  ildə  qəbul 
edilmişdir.  Özbəkistanda  xarici  bankların  fəaliyyəti  25  aprel  1996-cı  ildə  qəbul  edilən  banklar  və 
banklar  haqqında  Qanun  ilə  nizamlan-maqdadır.  Özbəkistanda  Pakistan  və  Hindistanın  banklarının 
nümayəndəlikləri əksəriyət təşkil edir. Lakin Özbəkistanda çoxlu özəl sərmayəli bankların fəaliyyətinə 
baxmayaraq,  bank  sektorunun  aktiv  və  əmanətlərinin  80  %-i  4  böyük  dövlət  bankının  əlindədir. 
Ümumiyyətlə, Özbəkistanda xarici sərmayəli bankların sayı 12-dir. 
Qırğızıstanın  pul-kredit  sistemi.  Orta  Asiya  Türk  Cumhuriyyətləri  içində  milli  pul  vahidini 
tədavülə  çıxaran  ilk  ölkə  Qırğızıstandır.  Qırğız  milli  pul  vahidi  son  1993-cü  ildə  tədavülə 
çıxarılmışdır.  lk  günlər  4  som  =  1  ABŞ  dolları  ikən,  sonralar  isə  som  Amerika  dolları  qarşısında 
dəyərini  itirmişdir.  31.05.97  tarixində  1  ABŞ  dolları  =  1  som  olmuşdur.  Mərkəzi  Bank  haqqında 
Qanun 12 dekabr 1992-ci ildə parlamentdə qəbul edilmişdir. 
Qırğızıstanda  qiymətli  kağız  bazarı  5  may  1994-cü  ildə  fəaliyyətə  başlamışdır.  Fond  birjası 
ə
sasən kommersiya bonoları və dövlət istiqrazlarının alqı-satqısını həyata keçirir. Qırğızıstan Mərkəz 
Bankı ilk qısamüddətli xəzinə bonolarını 1993-cü ilin may ayında tədavülə buraxmışdır. Qırğızıstanda 
xarici  sərmayəli  banklar  içində  üstünlüyü  türk  bankları  təşkil  edir.  Türkiyənin  Dəmir  Bankı 
Qırğızıstanda  filial  aç-mışdır.  Bankın  əsas  məqsədi  ölkədə  yaşayan  xaricilərin  və  yüksək  gəlir 
səviyyəsinə  malik  qırğız  vətəndaşlarının  sərvətlərini  istiqamətləndirməkdir.  Bundan  başqa  Türk 
Eksimbankı Qırğızıstana cəmi 35 milyon dollar kredit açmışdır. 
 
Türkmənistanın  pul-kredit  sistemi.  Türkmənistanın  bank  sistemi  2  pilləlidir.  Yuxarıda 
Mərkəzi  Bank  və  fəaliyyətləri,  onun  nəzarəti  altında  olan  kommersiya  bankları.  Türkmənistan 
Mərkəzi bankının xarici iqtisadi əlaqələri çox genişdir. Bankın Deüçe Bank (Alman Bankı), SBS,  ran 
Milli Bankı, Midland Bank, Kredit  nstitut Bankı ilə müxbir münasibətləri vardır. 
Türkmənistanda  xarici  sərmayəli  Türk  Bankı  Türkiyə  Ziraət  bankının  filialı  fəaliyyətdədir 
(sərmayəsi 1 milyon dollar). Bundan başqa, 3 avqust 1993-cü ildə Türkiyə Xalq Bankının iştirakı ilə 
Türkmənistan Xalq  nkişaf Bankı qurulmuşdur. 
Türk Eksimbank Türkmənistana cəmi 91 milyon dollarlıq kredit verib, bunun 75 milyonu ixrac 
krediti, 16 milyon da layihə proqramları üçün açılmışdır. 
 
    
2.4. BANK SFERASINDA D AQNOST K S STEM  
 
 
Bank sferasında diaqnostika sistemı tətbiq olunur və 4 hissədən təşkil olunur: 
1.  bankların qiymətləndirilməsinin reytinq sistemləri; 
2.  maliyyə koeffisenti və qrup şəklində analiz sistemi; 


 
96 
3.  bank risklərinin qiymətləndirilməsinin kompleks sistemi; 
4.  statistik modellər. 
Sistemlər  əsasən  kəmiyyət  qiymətləndirilməsini  və  kompyuterlə  keyfiyyət  hesablarını  özündə 
cəmləyir. Bəzilərində kompyuter proqramları, bəzi halda isə ekspert rəyləri dominantlıq edir.  
Bankların  qiymətləndirilməsinin  reytiq  sistemləri.  Ilk  əvvəl  bankların  reytinqi  onların 
fəaliyyətlərinin  yerində  təhlili  ilə  əlaqəli  idi.  Hal  –  hazırda  isə  yanaşma  müəyyən  qədər  dəyişərək 
uzaqdan monitorinq metoduna yaxınlaşıb. Burada subyektiv qiymətləndirmə əsas götürülür. Reytinq 
sistemi bank sferasının cari vəziyyətini, problemli bankların üzə çıxardılmasına imkan verir. Bu sistem 
kon-kret  zaman  kəsiyinin  informasiyasına  əsaslanır.  Uzaqdan  monitorinq  bir  tərəfdən  informasiya 
genişliyinə yol açırsa digər tərəfdən yerində olan informasiya ilə dəqiqliyini aşağı salır. 
Maliyyə koeffisentləri və qrup şəklində analiz. Məlumdur ki, bankın maliyyə vəziyyətini 
son  maliyyə  göstəricilər  toplusu  müəyyən  edir.  Sonuncular  özündə  kapitalın  lazımı  səviyyədə 
olması,  aktivlərin  keyfiyyəti,  gəlirliyi  və  likvidliyi  cəmləyir.  Çoxsaylı  koefifsentlər  bu 
göstəricilərə  aid  olub  bankların  sistem  ana-    liz  ində  istifadə  edilir.  Sistem  üçün  informasiya 
nəzarət orqanlarının illik hesabat məlumatları əsasında daxil olur. Analizlərin nəticələri ayrı -ayrı 
kredit təşkilatlarının fəaliyyətinin müqayisəsinin formalaşması və ayrı-ayrı bank qruplarının ma-
liyyə fəaliyyəti kriteriyalarının təyin olunması, eyni zamanda uyğun qrupun göstəricilərinə uyğun 
olmayan  bankların  müəyyən  olunması  üçün  istifadə  olunur.  Qrup  şəklində  analiz  bank  qrupları 
üçün  maliyyə  koeffisentlərinə  əsaslanır.  Nəzarətçi  müəyyən  edir  ki,  hansı  səviyyədə  ayrı-ayrı 
bankların göstəricisi analoji banklardan fərqlidir və bunun səbəbi araşdırılır.  
Belə sistemdə qrupların təşkili aktivlərin həcminə (məsələn böyük və kiçik banklar), bazar 
seqmentinin  spesifikasına  (məsələn,  yerli  kommersiya  bankları,  xarici  banklar,  investisiya 
bankları) əsaslanır. Bəzi sistemlər müqayisə üçün xüsusi qruplar yaratmağa imkan verir. (məsələn, 
biznesin  istiqaməti  və  ya  konkret  reqional  banklar).  Belə  yollarla  göstəriciləri  pisləşən  banklar 
müəyyən  olunur.  Qrup  analizi  həmçinin  bütün  bank  sektorunda  və  ya  onun  ayrı-ayrı 
seqmqntlərində tendensiyaların tədqiqində istifadə olunur. 
Bank  risklərinin  qiymətləndirilməsində  kompleks  sistemlər.  Belə  sistem  çərçivəsində 
bütövlükdə  kredit  təşkilatının  risklərinin  qiymətləndirilməsi  baş  verir.  Kompleks  yanaşma  riskin 
kəmiyyət və keyfiyyət amillərinin qiymətləndirilməsinə imkan yaradır. Bankın vəziyyəti haqqında 
hərtərəfli informasiya alınması üçün milli və xarici nəzarət orqanlarının qarşılıqlı fəaliyyəti vacibdir. 
Bankın  yoxlanılmasına  çoxlu  resurs  və  vaxt  sərf  edilir,  lakin  iri  milli  və  beynəlxalq  bankların  və 
diversifikasiyalı biznesi olan bank qruplarının qiymətləndirilməsi üçün rahatdır. 
Statistik  modellər.  Statistik  modellərin  əsas  məqsədi  bankların  gələcək  vəziyyətini 
proqnozlaşdırmaq  və  vaxtında  bank  problemlərinin  diaqnostikasıdır.  Model  nəzarət  orqanları 
tərəfindən  bank  fəaliyyəti  haqqında  toplanmış  informasiyaları  risklərin  qiymətləndirilməsi  üçün 
istifadə edir. 
Siyasi risklər 
•  Idarəetmə forması və siyasi institutların adaptasiya dərəcəsi; 
•  Ölkənin idarəetməsində əhalinin geniş iştirak dərəcəsi; 
•  Iqtisadi siyasi məqsəd və məsələlər üzrə geniş konsesiumun olması; 
•  Qlobal maliyyə və ticarət sisteminə inteqrasiya dərəcəsi; 
•  Milli təhlükəsizliyin daxili və xarici gözləntiləri. 
Ə
hali gəlirlərinin strukturu və iqtisadiyyatın struktur təşkili 
•  əhalinin gəlirlərinin səviyyəsi və hayat səviyyəsi; 
•  bazar və qeyri-bazar iqtisadiyyatı; 
•  resursların mövcudluğu və onların diversifikasiya dərəcəsi. 
qtisadiyyatın artım perspektivi 
•  Kapital qoyuluşu, əmanətlərin həcmi və strukturu; 
•  qtisadiyyatın artım tempi və xarakteri. 
Büdcə vergi siyasətinin elastiklik dərəcəsi 
•  Milli hökumətin fiskal siyasətinin yekunu və büdcənin tarazlığı; 
•  Vergitutma  sisteminin  rəqabətliyi,  vergitutmanın  dərəcələrinin  artımı  sistemində 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə