Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə50/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   46   47   48   49   50   51   52   53   ...   131

 
101 
maliyyə  hesabatlarının  ətraflı  təhlili  həyata  keçirilməlidir.  Bu  növ  təhlillər  həyata  keçirildikdən 
sonra  banka  təsir  edə  biləcək  şoklar  müəyyən  edilməlidir.  Şoklar  stress  testin  keçirilmə 
məqsədindən asılı olaraq müəyyən bir istiqamətdə və ya kompleks şəkildə ola bilər. 
Stress test proseslərində hadisələrin ekstremallıq və ehtimal kriteriyalarının əlaqəsi nəzərə 
alınmalıdır.  Yəni,  hər  hansı  bir  risk  faktorunun  ekstremal  həddə  dəyişilməsi  ehtimalı  mümkün 
olmalıdır.  Stress  testlər  hadisələrin  baş  vermə  ehtimallarını  müəyyən  etmir.  Bu  səbəbdən 
ssenarilərin seçilməsi zamanı hadisələrin baş vermə ehtimallarının başa düşülməsi vacib şərtdir. 
Stress  testin  həyata  keçirilməsi  üçün  istifadə  edilən  məlumatların  mötəbərliyi  və  aktuallığı 
yoxlanılmalıdır.  Bu  zaman  istifadə  edilən  hesabatların  davamlıq  və  müqayisəlilik  meyarlarına 
uyğunluğunun təmin edilməsi nəzərə alınmalıdır.   Stress testdə  qəbul edilmiş hər bir  fərziyyə təhlil 
edilməli  və  əsaslandırılmalıdır.  Stress  testlər  həyata  keçirilərkən  “ən  pis”,  “ən  yaxşı”  və  “ehtimal 
olunan” ssenariləri tərtib olunmalı və fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar və 
ş
oklar müəyyən edilməlidir. Stress testlərin keçirilməsi zamanı risk faktorlarının müəyyən edilməsində 
yalnız keçmiş məlumatlara əsaslanmaq düzgün olmayan nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən 
stress  testlərin  hazırlanması  zamanı  bank  tarixi  ssenarilərdən  başqa  potensial  riskləri  və  maksimal 
itkiləri nəzərə alan hipotetik ssenariləri də nəzərdən keçirməlidir. 
Bankın  məruz  qaldığı  risk  faktorlarının  sayı  həddən  artıq  çox  olduqda  bu  faktorların 
arasından yalnız bankın fəaliyyətinə ciddi təsir edə biləcək əsas risk faktorları seçilməli və onların 
bankın maliyyə durumuna təsiri ölçülməlidir. 
Stress testlər aparılarkən ən azı aşağıdakılar nəzərə alınmalıdır: 
1. müxtəlif sektorlarda baş verən şok hadisələrinin bankın kredit portfelinə 
2. və onun keyfiyyətinə təsiri; 
3. ÜDM-də baş verən dəyişikliklərin bankın kredit və depozit portfelinə 
4. təsiri; 
5. inflyasiya dəyişkənliyinin bank məhsullarının faizlərinə və kredit 
6. portfelinə təsiri; 
7. müxtəlif məhsulların faiz dərəcələrinə təsiredici amillərdə baş verən 
8. dəyişikliklərin  həm  faiz  dərəcələrinə,  həm  də  bankın  mənfəətinə,  kapitalına,  kredit  və 
depozit portfelinə, xarici valyutada olan aktiv və öhdəliklərinə təsiri; 
9. qeyri-işlək  kreditlərin  strukturunda  baş  vermiş  dəyişikliklərin  bankın  mənfəətinə, 
kapitalına və likvidliyinə təsiri; 
10. iri  kreditlərlə  bağlı  yaranmış  problemlərin  bankın  kredit  portfelinə,  likvidliyinə  və 
mənfəətinə təsiri; 
11. xarici borcların vaxtından əvvəl geri çağırılmasının bankın likvidliyinə təsiri; 
12. iri depozitlərin geri çağırılmasının bankın likvidliyinə təsiri; 
13. bankda yüksək likvidli vəsaitlərin azalmasının yeni kreditlərə təsiri; 
14. əməliyyat gəlirinin azalması və/və ya əməliyyat xərcinin artmasına təsir edən amillərin 
kəskin dəyişməsi; 
15. maliyyələşmədə problemlər; 
16. təminatın dəyərinin dəyişməsi; 
17. xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsi. 
Banklarda  stress  testlər  aparıldıqdan  sonra  əldə  edilmiş  nəticələr  ən  azı  aşağıdakı 
hesabatlarda öz əksini tapmalıdır: 
- cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı balans hesabatı; 
- cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı mənfəət və zərər hesabatı; 
- cari dövrdə şoklardan sonrakı ödəniş müddətinin bölgüsü cədvəli; 
- cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kredit portfeli ;  
- cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı ən azı aşağıdakı əmsallar: 
- kapitalın adekvatlıq əmsalı; 
- leverec əmsalı; 
- ani likvidlik əmsalı; 
- birinci dərəcəli kapitalın adekvatlıq əmsalı; 


 
102 
- vaxtı keçmiş kreditlərin portfeldə payı; 
- ROE əmsalı; 
- ROA əmsalı; 
- likvid aktivlərin aktivlərə nisbəti əmsalı; 
- xalis faiz gəlirinin ümumi gəlirlərə nisbəti əmsalı; 
- açıq valyuta mövqeyinin kapitala nisbəti əmsalı. 
Banklar operativ qərar qəbul etmənin təmin edilməsi məqsədi ilə ən azı ayda bir dəfə stress 
testləri  həyata  keçirməlidirlər.  Stress  test  modeli,  o  cümlədən  stress  testin  həyata  keçirilməsi 
zamanı istifadə edilən ehtimallar bankın risklərin idarə edilməsi bölməsi tərəfindən hazırlanmalı, 
Risklərin idarə edilməsi komitəsi tərəfindən ona baxılmalı və Müşahidə Şurası tərəfindən təsdiq 
edilməlidir. Modelə ən azı ildə bir dəfə, zəruri hallarda isə müətmadi olaraq yenidən baxılmalıdır. 
Modeldə  istifadə  edilən  ehtimallara  və  şoklara  hər  bir  stress  test  keçirilərkən  fərdi  qaydada 
baxılmalı və təsdiq edilməlidir. 
 
 
2.9.  BANK S STEM NDƏ  BÖHRAN 
 
Finans böhranları haqqında  nəzəriyyələr.  1970-ci illərin əvvəllərində etibarən yaşanan 
başlıca finans böhranlarını açıqlayan nəzəriyyələri əsasən altı başlıq altında toplaya bilərik: 
•  Dövri borc yığımı. Fişer, Minski kimi iqtisadçıların araşdırmalarına görə istər şirkətlərin, 
istərsə  də  ölkələrin  sürətli  böyümə  dönəmlərində  dövri  bir  borc  yığımına  rast  gəlinir.  Bu  borc 
yığımı finans böhranlarının meydana gəlməsində başlıca faktor rolunu oynayır; 
•  Bankçılıqda yaşanan böhran. Fridman, Kaqan kimi monetaristlər tərəfindən irəli sürülən 
bu  nəzəriyyəyə  görə  yüksək  inflyasiya  bankçılıq  sektorunda  təşvişə  yol  açmışdır.  Bu  durumda 
yeridilən daralmış pul siyasətinin iqtisadi aktiv üzərində təsiri azalır; 
•  Rasional nəzəriyyə.  Flud, Qerber, Uotson və Kriqman kimi iqtisadçılara görə ən önəmli 
faktor olaraq qiymət dəyişmələrinə yönələn gözləmələrdir; 
•  Qeyri-müəyyənlik  nəzəriyyəsi.  Bu  nəzəriyyə  gələcəkdəki  əldə  ediləcək  gəlirlə  risk 
arasında qərar olmanın vacibliyini açıqlayır. Bu məktəbin iqtisadçıları – Molozer, Nerrinqə görə 
finans böhranlarına səbəb gələcəyə yönəlmiş qərarsızlıq və qeyri-müəyyənlikdir; 
•  Kredit nəzəriyyəsi. Kredit miqdarındakı azalmalar kredit tələbində ani bir artıma səbəb olur; 
•  Finans  bazarı  strukturu  nəzəriyyəsi,  Davis  tərəfindən  inkişaf  etdirilən  bu  nəzəriyyə 
derequlyasiondan qaynaqlanan, bazara girişdə qarşılaşan maneçiliklərin aradan qaldırılması, yeni 
bazarların  inkişafı  və  digər  faktorlar  üzərində  durmaqdadır.  Bazara  giriş  maneçiliklərin 
azaldılması rəqabət artımına, bu artım isə kredit tələbində bir artıma və kredit standartlarının azal-
masına yol açaraq böhrana səbəb ola bilir. 
Finans böhranının komponentləri.  Müasir rus və xarici ədəbiyyatlarda maliyyə böhranı 
definisiyasının  bir  mənalı  izahı  yoxdur.  Maliyyə  böhranı  sadəcə  olaraq  geniş  spektrə  malik 
böhranın bir parçasıdır hansı ki, iqtisadiyyatın ümumi böhranı zamanı yaranır. “Maliyyə böhranı” 
termininin  son  vaxtlar  istifadəsi  genişlənib.  Adətən  əvvəllər  “pul  böhranı”  termini  istifadə 
olunurdu.  
Finans  böhranlarının  səbəbləri müxtəlifdir.  lk  növbədə,  bunun  səbəbləri  əsassız  (tutarsız) 
makroiqtisadi  siyasət,  dövlət  borc  münasibətləri  sisteminin  kökündən  pozulması,  inflyasiyanın 
güclənməsi, bank sektorundakı çaxnaşma, zəif və ya axsaq milli finans sistemi, əlverişsiz xarici 
şə
rtlər  (məsələn,  əsas  milli  ixrac  mallarının  qiymətinin  düşməsi,  və  ya  əsas  idxal  mallarının 
qiymətinin qalxması), düzgün olmayan mübadilə kursu (adətən, yüksək), siyasi qeyri-sabitlikdir. 
F.Mişkin  hesab  edir  ki,  “maliyyə  böhranı  fenomeni”  –  maliyyə  aktivlərinin  qiymətlərinin 
kəskin  enməsi  və  bir  çox  maliyyə  şirkətlərinin  müflisləşməsi  ilə  xarakterizə  olunur.  F.  Mişkin 
maliyyə böhranının aşağıdakı səbəblərini qeyd etmişdir: 
1.  faiz dərəcələrinin artımı; 
2.  fond bazarlarında qiymətlərin enməsi; 
3.  qiymətlərin ümumi səviyyəsinin gözlənilmədən enməsi; 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə