Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə54/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   50   51   52   53   54   55   56   57   ...   131

 
109 
Hindistan
 
0,6
 
0,6
 
0,6
 
Türkiyə
 
0
 
0,8
 
0,3
 
Brаzilya
 
0
 
0,6
 
0,8
 
 
Bank  sisteminin  antiböhran  proqramında:  ölkənin  makro  iqtisadi  vəziyyətin  təhlili  və 
qiymətləndirilməsi,  məqsəd  və  vəzifələr,  prioritetlər,  tədbirlər  və  maliyyələşmə  həcmi  öz  əksini 
tapmalıdır. Bundan başqa, proqramda müddət və icraçılar dəqiq göstərilməlidir. 
Ümumiləşdirərək, bank sisteminin  antiböhran tədbirlərini dörd qrupda cəmləşdirə bilərik: 
I. Bank sisteminin təcili xilasetmə tədbirləri.  
Bu tədbirlər paketinə daxildir: 
1.  bankın rekapitalizasiyası; 
2.  stabilizasiyon kredit xətti açmaq; 
3.  fiziki  şəxslərin  banklarda  açılan  əmanətlərə  tətbiq  edilən  kompensasiya  həcmini  bəzi 
hallarda 100 %-dək artırmaq. 
4.  bank  balansını  problemli  aktivlərdən  təmizləmək,  əgər  gərəkirsə  problemli  aktivlərə 
dövlət zəmanəti vermək. 
II.  Monetar  siyasət  tədbirləri  -  antiinflyasionist  siyasətdən  stimullaşdırıcı  siyasətə 
keçid.  
Bu tədbirlərə daxildir: 
1. Bəzi ölkələr inflyasiya qorxularını nəzərə alaraq, faiz dərəcələrini aşağı salır; 
2. Milli pul vahidinin məzənnəsini aşağı salmaq; 
3. Məcburi ehtiyyat normalarını aşağı salmaq; 
4. Mərkəzi Bank tərəfindən birbaşa maliyyələşdirmə əməliyyatı. 
Bununla yanaşı maliyyə qeyri stabilliyinin qarşısının alınması məqsədilə maliyyə resursları 
və  alətləri  kifayət  etmədiyi  təqdirdə  indikator  siqnalları  sistemindən  istifadə  olunur  bu 
iqtisadiyyatın maliyyə sisteminin diaqnostikasında əhəmiyyətli rol oynayır. 
Qlobal proseslər fonunda son illəri əhatə edən dünyada baş verən qlobal böhranlarla bağlı 
G-20 sammitinin antiböhran strategiyasını da nəzərdən keçirmək əhəmiyyətli olardı: 
 Ə
sas istiqamətləri: 
1. Maliyyə risklərinin optimal idarə edilməsinə imkan verən qlobal maliyyə arxitekturasının 
yaradılmasında beynəlxalq əməkdaşlıq; 
2. Maliyyə  sistemləri  və  bazarlarının  sərt  tənzimləmə  çərçivəsinin  və  şəffaflığının  təmin 
olunması; 
3. Hedc fondlarının fəaliyyətinə nəzarətin və onların hesabatlığının artırılması; 
4. Kredit reytinqi agentliklərinin reytinqlərinin dürüstləşdirilməsi və onların da tənzimləmə 
ilə əhatə olunması. 
 
Qərar - maliyyə yardımı: 
1.  2009-cu ildə BVF-yə əlavə vəsait  - 1,1 trln. $  
2.  2010-cu ilin sonunadək kollektiv fiskal ekspansiya – 5 trln. $ 
 
Gözlənilən nəticə
1.  Qlobal ÜDM-də 4% artım effekti 
Prezident  lham  Əliyevin  Azərbaycan  hökumətinin  yanvar  2009  –  cü  ildə  keçirilmiş 
iclasında  səsləndirdiyi  tədbirlər  kompleksini  Prezidentin  7  antiböhran  istiqamətlərinin  tezisləri  
aşağıdakılar olmuşdur:  
1.  stehlak qiymətlərinin azaldılması zərurəti.  
2.  nhisarçılıqla mübarizə. 
3.  Milli  banklara  dəstəyi,  kreditlərə  və  faiz  dərəcələrinə  nəzarəti  əhatə  edən  maliyyə 
monitorinqi.  
4. Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi.  
5. Sosial öhdəliklərin dəstəklənməsi.  
6. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi.  
7. Ərzaq təhlükəsizliyinin təmin edilməsi.  
 


 
110 
Mərkəzi bankların antiböhran siyasəti. (2008-2009) 
 
stiqamə
Ə
sas alətlə
Tətbiq edilən ölkələ
Pul siyasəti 
üzrə 
Faiz  dərəcələrinin  aşağı 
salınması 
ABŞ,  B.Britaniya, Avrozona,  Hindistan, Avstraliya 
Kanada Çin 
Məcburi 
ehtiyatların 
azaldılması 
Çin, Braziliya, Bolqarıstan 
Milli 
valyutanın 
devalvasiyası 
Koreya, Ukrayna, Macarıstan, Braziliya, Meksika, 
slandiya, Rusiya, Polşa, 
Bank 
sisteminin 
xilas 
edilməsi 
üzrə 
Rekapitalizasiya 
ABŞ, Almaniya, S.Ərəbistanı,  Macarıstan,  taliya, 
spaniya, Belçika, BƏƏ 
Stabilləşdirmə 
kreditlərinin verilməsi 
ABŞ,  spaniya, Macarıstan, Avrozona, Fransa, B.Britaniya 
taliya 
Restrukturizasiya  
(məs:təmərküzləşmə, 
mililəşmə) 
Belçika, Niderland, B.Britaniya,  rlandiya, Portuqaliya, 
sveç,  slandiya 
Depozit  qarantiyasının 
100%-dək 
genişləndirilməsi 
Ə
ksər ölkələr 
Toksik 
aktivlərin 
alınması 
 Kanada, Almaniya, Koreya,  taliya, Yaponiya, Avstraliya, 
ABŞ, 
 
Bank  sistemində  antiböhran  kontekstində  həyata  görüləcək  ilk  tədbirlər    aşağıdakılar 
olmalıdır: 
1. Bazarlarda  likvidliyin  təminatı  məqsədilə  məcburi  ehtiyat  normalarının  həddini 
azaltmaqla  likvidliyin  genişləndirilməsi  (Mərkəzi  Bank  başlıca  makroiqtisadi  tendensiyaları  və 
real  sektorda  fəaliyyət  gostərən  muəssisələrin  mikroiqtisadi  monitorinqinin  nəticələrini  nəzərə 
alaraq ucot dərəcəsini otən ilin sonlarından bəri 15%-dən 2%-ə, məcburi ehtiyat normalarını isə 
12%-dən  0.5%-ə  endirmişdir.  Ümumilikdə,  dolayı  və  birbaşa  alətlər  hesabına  Mərkəzi  Bank 
iqtisadiyyata 2008-ci ilin oktyabrından təqribən 1.8 mlrd. Manat həcmində likvidlik vermişdir. Bu 
likvidlik dəstəyi bank sistemi ilə yanaşı sistem əhəmiyyətli real sektor muəssisələrini (Azərbaycan 
Respublikası Dovlət Neft Şirkəti, Azəraluminium ASC) də əhatə etmiş, bu şəraitdə cari ilin on bir 
ayında olkədə iqtisadi artım davam edərək 9% təşkil etmişdir. Məcburi ehtiyat normaları 6%-dən 
0,5%-ə salınmışdır; 
2. Faiz dərəcələrini aşağı salmaq (25. May.2009. Uçot dərəcəsi 2%-ə, faiz dəhlizinin yuxarı 
həddi 7%-ə endirilmişdir); 
3. Vergi  yükünün  azaldılması(Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Sərəncamı 
ilə 2009- 2012-ci illər ərzdində bank və sığorta şirkətlərinin kapitalizasiyaya yönəldəcəyi mənfəət 
vergidən  azad  edilmişdir.  Hesablamalara  əsasən  bank  sistemi  üzrə  əlavə  170  mln.  manat 
məbləğində kapitalın yaradılmasına zəmin yarandı); 
4. Çətin durumda olan maliyyə və ya real sektor qurumuna maliyyə dəstəyinin göstərilməsi 
(2009-cu il ərzində Azərbaycan Mərkəzi Bankının antiböhran proqramı makroiqtisadi və maliyyə 
sabitliyinin  qorunmasına  və  iqtisadi  artımın  dəstəklənməsinə  yönəlmişdir.Manatın  sabit 
məzənnəsi əsasında Mərkəzi Bankın iqtisadiyyata birbaşa yardım paketi Ümumi Daxili Məhsulun 
5%-i  səviyyəsində  olmuşdur.  Antiböhran  proqramının  həyata  keçirilməsi  pul  kütləsinin 
azalmasının  qarşısı  alınmış,  bankların  maliyyə  dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş, 
sistem  əhəmiyyətli  iri  müəssisələrin  istehsal-  investisiya  fəaliyyətinə  zəruri  dəstəyi  təmin 
etmişdir). 
5. Banklara qoyulan əmanətlərin kompensasiyası məbləğinin artırılması tədbirləri (qorunan 
ə
manətlərin məbləği altı dəfə artırılaraq 30 min manata catdırılmışdır); 
6. Milli  pul  vahidinin  dəyərinin  qorunması  tədbirləri  (ölkəyə  xarici  maliyyə  axınlarının 
ə
həmiyyətli azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, 
manatın  məzənnəsinin  sabitliyi  qorunmuşdur.  Manatın  məzənnəsinin  sabitliyi  həm  də:  əhalinin 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə