Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə29/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   25   26   27   28   29   30   31   32   ...   131

 
59 
Bir şeyi də qeyd etmək lazımdır ki, hər bir birjanın özünəməxsus müxtəlif şərtləri vardır. Bir 
birjadan listinqdən keçməyən şirkət digər bir birjadaı listinqdən keçə bilər. Birjada listinqdən keçmiş 
qiymətli kağızların investorlar üçün faydaları aşağıdakılardır: birjada listinqdən keçmiş şirkət qanun 
çərçivəsində  aksiya  və  istiqraz  ixrac  edir.  Bu  səbəbdən  də  investorların  bu  mövzuda  aldanılması 
imkansızdır. 
Qiymətli  kağızlan  listinqdən  keçmiş  şirkətlər  birjaya  fəaliyyətləri  ilə  əlaqədar,  o  cümlədən 
maliyyə durumlarına yönəlik ən son məlumatları birjaya vermə məcburiyyətindədirlər. Buna görə də 
investor  qiymətli  kağız  alarkən  və  ya  satarkən  əlaqəli  şirkət  haqqında  doğru,  yetərli  və  yeni 
məlumatları birjadan hər an saxlaya bilir. 
Birjada  listinqdən  keçmiş  qiymətli  kağızlar  üçün  sabit  bazar  vardır.  nvestorlar 
portfellərindəki bu cür aksiyaları və ya istiqrazları çox qısa vaxtda nağda çevirə bilərlər. Birjada 
qiymətlər günlük yayımlandığına görə, investorlar qiymət indeksini izləyə və özlərini riskə qarşı 
qoruma imkanı əldə edə bilərlər. 
Birjada qiymətli kağızlar alınıb və ya satılarkən investor çox az bir komisyon haqqı ödəyir. Bu 
səbəbdən də onun qiymət mövzusunda aldanılması imkansızdır, çünki alış və ya satış qiyməti rəsmən 
bəllidir. 
Listinqdən keçmiş finans səhmləri investorlar üçün əmanətli investisiya alətləridir. 
Birja  iqtisadi  barometr  kimi.    Yeni  qurulan  hər  hansı  bir  birja  həmən  bir  çalışma  tempi 
göstərməz,  bir  müddət  özlərini  və  təmsil  etdiyi  investisiya  sahələrini  xalqa  tanıtmaq  məcburiy-
yətindədir. Bu tanıtma yavaş-yavaş gerçəkləşdikcə birjaya qarşı xalqda bir güvən yaranmağa başlayır. 
 Fəaliyyətə  keçmə  (manipulation)  artan  bağlılığın  yetərli  bir  səviyyəyə  çıxması  ilə  birjada  ilk 
ə
məliyyatlar  görülür.  Lakin  bunların  miqdarı  azdır,  birjada  investisiya  qoyanlar  zamanla  qazanclı 
çıxdıqlarını  və  investisiyaların  uzun  müddətdə  digər  alətlərdən  daha  verimli  olduğunu  gördükcə 
yatırımlarını artırırlar. Buna paralel olaraq qiymətlər yüksəlməyə başlayır. Qiymətlərin yüksəlməsilə isə 
hər kəs qazanır. Tələb bir az daha artır. Birjada mənfəət əldə edildiyini görən və duyan hər kəs birjaya 
qaçmağa başlayır. 
Panikanın başlaması ilə öncə qiymətlər sürətlə aşağı düşür. Daha sonra, alıcı olmadığı üçün iş 
həcmi də azalır. Azalma nə qədər davam edir? 
Qiymət və iş həcmindəki azalma başlanğıc nöqtəyə qədər azalmaz və bu nöqtədən az və ya çox 
ola  bilər.  Həmin  nöqtədə  bazarda  qiymətlər  sabitləşirmi?  Təbiidir  ki,  yox.  Xatırladılan  on  kritik 
nöqtədə  dartışma  başlayır  və  satıcılar  artıq  satmaqdan  əl  çəkirlər.  Beləliklə,  yeni  bir  təklif-tələb 
tarazlıgı  meydana  çıxır  və  qiymətlər  sabitləşir.  Bazar  bu  təcrübədən  zərər  görür.  Artıq  səhmlərin 
sonsuzadək yüksəlməyəcəyi və düşərkən də sıfıra qədər enməyəcəyi öyrənilmişdir.   
Birjalar  yalnız  iqtisadi  həyatı  deyil,  bütün  sosial  siyasətin  barometridir.  qtisadi  olaylar, 
faktorlar  və  göstəricilər  qədər,  hətta  onlardan  daha  çox  sosial-siyasət  və  sosial-psixoloji  dəyiş-
mələr birjaya təsir edir. 
 Kotirovka.  Fond  birjalarının  əsas  funksiyalarından  biri  onun  üzvləri  olan  hüquqi  və  fiziki 
şə
xslərin kotirovkaya qəbul edilmiş qiymətli kağızların kursu haqqında informasiyanın verilməsidir. 
Kotirovka sözü fransız sözü olub вя mənası nömrələmək, irəli sürmək deməkdir. 
Hər  bir  fond  birjası  öz  nizamnaməsinə  uyğun  olaraq  kotirovka  komissiyasını  yaradır  və 
onun əsas funksiyaları aşağıdakılardır. 
1. qiymətli kağızların kursunu müəyyən etmək; 
2. kotirovka ediləcək qiymətli kağız üçün birja qiymət bülletenlərinin çap edilməsi; 
3. keçən birja ticarət gününün nəticəsi barədə informasiyanın təqdim edilməsi; 
4.  birja  şurası  və  rəhbərliyinə  qiymətli  kağızın  kotirovkä  vərəqəsindən  kənarlaşdırılması 
təklifinin təqdim edilməsi; 
5. qiymətli kağızların və onların emitentlərinin reytinqinin həyata keçirilməsi.  
Kotirovka komissiyasının tərkibi hissəsi aşağıdakı kimidir: 
1. komissiyanın sədri  bir il müddətinə seçilir; 
2. komissiya sədrinin müavini; 
3. birja üzvlərinin nümayəndələri; 
4. birja aparatının işçiləri. 


 
60 
Kotirovka  komissiyasının  iclasında  komissiyanın  sədrinin  və  yaxud  da  onun  müavininin 
iştirak etməsi vacibdir. Onların kotirovka vərəqəsində imza etmə hüququ vardır. 
Kotirovka komissiyasının keçirilən iclasları qeyd edilir və bu iclasda aşağıdakı məsələlərə 
baxılır: 
1. kotirovka əsasında salınmış sazişlər sadalanır; 
2.  kotirovka  əsasında  kotirovka  komissiyanın  qərarları  qeyd  edilir.  Jurnala  komissiyanın 
sədri və yaxud da onun müavini qol çəkir. Jurnal elektron şəklində də mövcud ola bilər. 
Kotirovkanın nəticələri kotirovka vərəqəsində qeyd edilir. Kotirovka vərəqəsi aşağıdakıları 
özündə cəmləşdirir: 
1. kotirovkanın tarixi; 
2. qiymətli kağızın emitentinin adı; 
3. qiymətli kağızın növü; 
4. qiymətli kağızın nominal qiyməti; 
5. aksiya başına divident; 
6. birja açılarkən qiymətli kağızın kursu; 
7. birja bağlanarkən qiymətli kağızın kursu; 
8. birja günü ərzində ən maksimal qiymət; 
9. birja günü ərzində ən minimal qiymət; 
10.  keçən  və  bugünkü,  birja  günü  bağlanarkən  qiymət  fərqi.  Kotirovka  vərəqəsi 
komissiyasının sədri və yaxud da onun müavini tərəfindən imzalana bilər. Kotirovka vərəqəsinə 
daxil edilmiş informasiya birja bülletenlərində nəşr edilməli və tabloda nümayiş etdirilməlidir.  
Birja qanunlarına uyğun olaraq kotirovkaya qəbul edilirlər: 
1.  ikinci  bazarda  tədavüldə  olan  ilkin  şəkildə  hüquqi-təşkilati  formada  yaradılan  səhmdar 
cəmiyyətlərin aksiyaları; 
2.  yerli  və  daxili  idarəetmə  orqanlarının  özəlləşdirilməsi  nəticəsində  yaradılmış  səhmdar 
cəmiyyətlərin aksiyaları; 
3. səhmdarların  çoxunun razılığı  ilə  ikinci bazara çıxarılan qapalı səhmdar cəmiyyətlərin 
aksiyaları; 
4. səhmdar cəmiyyətin və ya digər hüquqi şəxsin iqtiqrazları; 
5. opsiyon sertifikatları və ya digər istehsal qiymətli kağızlar. 
Sazişlərin həyata keçirildiyi qiymət kurs adlanır. Birjada hər bir kotirovka ediləcək qiymətli 
kağız  üçün  hər  gün  vahid  kurs  müəyyən  edilir.  Kotirovka  komissiyası  tələb  və  təklifi  nəzərə 
alaraq vahid kurs müəyyənləşdırir ki, bu kurs da hər iki tərəfl razı salır. 
Baki Fond Birjasında Qiymətli Kağızların Listinqi, Delistinqi və Ticarətə Buraxılmasi 
Qaydaları. Birja aşağıdakı öhdəliklərə malikdir: 
1.  Listinqdən  keçmiş  qiymətli  kağızların  müntəzəm  və  şəffaf  ticarəti  üçün  lazımi  şərait 
yaratmaq;  
2.  Listinqdən  keçmiş  qiymətli  kağızların  ticarəti  haqqında  məlumatları  mütəmadi  olaraq 
dərc etmək;   
3.  Qiymətli  kağızların  ticarəti  üzrə  birja  tərəfindən  açıqlanmalı  olan  məlumatlar  istisna 
olmaqla,  qiymətli  kağızların  Emitentinin  birjaya  təqdim  etdiyi,  lakin  onun  özü  tərəfindən 
ictimaiyyətə açıqlanmamış məlumatı  Emitentin razılığı olmadan açıqlamamaq; 
4.  Qəbul  edilmiş  hər-hansı  birja  qaydaları,  onlara  əlavə  və  dəyişikliklərlə  bağlı  qiymətli 
kağızlar bazarının iştirakçılarını dərhal məlumatlandırmaq.    
Birjada  birinci  və  ikinci  səviyyəli  kotirovka  vərəqələri  mövcuddur.    Qiymətli  kağızların 
birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi üçün tələblər aşağıdakılardır: 
1.  Emitent  qeydiyyatda  olduğu  ölkənin  qanunvericiliyinə  uyğun  olaraq  qeydiyyatdan 
keçməli və listinqlə bağlı birjaya müraciətindən əvvəlki 3 (üç) il ərzində fəaliyyət göstərməlidir; 
2. Emitent açıq səhmdar cəmiyyəti formasında (adlı səhmlər və adlı istiqrazlar üçün) və ya 
qapalı səhmdar cəmiyyət formasında (adlı istiqrazlar üçün) təşkil olunmalıdır.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə