23
Nağd pul dövriyyəsinin təşkili Mərkəzi Bankın ərazi idarələri və kommersiya
bankları vasitəsi ilə aparılır. Mütərilərə kassa xidməti göstərilməsi dedikdə bankın nağd
pul ödənişləri ilə olan əməliyyatları başa düşülür.
Nağd pulların banka daxil olmasını təmin etmək və kassa intizamına riayət edilməsi
üçün banklar təsərrüfat təkilatları ilə birlikdə onlar üçün kassa qalığı limitini müəyyən
edir. Hər bir bankda limitdən artıq kassa qalığı müvafiq banka verilir və bank onu
müəssisənin cari hesabına daxil edilir.
Nağd pul və digər qiymətlilərlə işləyən işçilərlə tam maddi məsuliyyət haqqında
müqavilə bağlanmalıdır.
Nağd pul və digər qiymətlilərin qorunması üçün məsul olan və qiymətlilərlə işləyən
şəxslər müvafiq möhürlər, plombirlər və adlı ştamplarla təchiz olunurlar.
ş yerini müvəqqəti tərk edərkən kassirlərin nağd pulu və digər qiymətliləri, açarları,
möhürləri, plombirləri, ştampları açıqda, seyfləri və metal şkafları isə açıq şəkildə
qoyması qəti qadağandır.
Nağd pulun qəbulu və verilməsi üçün təşkil edilə bilən kassalar
Mədaxil (gündüz
və axşam)
Yenidən sayma
Mə
xaric
Mədaxil-məxaric
Bankomatlar
Kassa qovşağı
Pul
saxlanılan
yer
Kassaların
yerləş
diyi sahə
Anbar
qabağ
ı
sahə
Pulun
sayılması
üçün sahə
24
Pul saxlanan yer üç açarla əməliyyat gününün əvvəlində açılmalıdır və əməliyyat
gününün sonunda bağlanmalıdır. Bu açarlar aşğdakı şəxslərdə olmalıdır:
birinci açar - kassa müdirində
ikinci açar - kredit təşkilatının rəhbərində
üçüncü açar - kredit təşkilatının baş mühasibində
Pul saxlanan yer əməliyyat gününün sonunda bağlanıb açarları olan şəxslərin
möhürləri ilə möhürlənib mühafizə işçisinə təhvil verilməlidir.
Nağd pulu mədaxil etmək üçün banklarda gündüz mədaxil kassası yaradılır.
Nağd pulun qəbulu "nağd pulun mədaxili üçün elan"a əsasən həyata keçirilir. Elan
nağd pul ilə birlikdə bankın kassirinə təqdim edilir. Kassir elanın bütün rekvizitlərini
yoxladıqdan sonra elanda göstərilən məbləğ faktiki verilmiş məbləğlə tutuşdurulur və
uyğunluq olduqda kassir elanı imzalayıb möhürlədikdən sonra onun qəbz hissəsini
müştəriyə qaytarır. Elanı kassir özündə saxlayır, elanın order hissəsini isə vəsaiti
müştərinin hesabına daxil edilməsi üçün əməliyyat şöbəsinə göndərilir.
Əməliyyat günü qurtardıqdan sonra müştərilərdən nağd pulun qəbulu axşam mədaxil
kassaları tərəfindən aparılır. Axşam mədaxil kassasının müvafiq işçiləri üzərində "Axşam
mədaxil kassası" sözləri yazılmış möhür və kassa açarları ilə təchiz edilirlər. Axşam
mədaxil kassasına nağd pul gündüz mədaxil kassasına nağd pulun qəbulu və
rəsmiləşdirilməsi prosesinə uyğun surətdə aparılır. Axşam mədaxil kassasına qəbul
edilən nağd pul, müvafiq sənədlər və möhür mühafizə üçün pul saxlanan yerə (seyf anbar)
qoyulur. Pul saxlanan yer mühafizəçinin iştirakı ilə kasssir və nəzarətçiyə məxsus olan iki
açarla bağlanır, həmin şəxslərin möhürü ilə möhürlənir və xüsusi jurnalda imza etdirməklə
nəzarətçiyə təhvil verilir. Axşam mədaxil kassasının işçiləri növbəti iş günü pul saxlanan
yeri mühafizəçidən qəbul edib, pulu və sənədləri kassa rəhbərinə təhvil verirlər.
Oda davamlı
dəmir
seyflərlə
təchizat
Tavanı təcrid
olunmalı
Yanğın
və
tə
hlükə
sizlik
tə
lə
blə
rə
cavab
24
saat
ə
rzində
silahlı
mühafizə
Yanğın
və
siqnalizasiya
qurğ
uları ilə
tə
chizat
Hündürlüyü
döşə
mə
də
n
tavana qə
də
r
2,7m olmalı
Pul saxlanılan yerin texniki tələbləri
Divarın
qalınlığı 40 sm,
döşəmənin
qalınlığı 60 sm
olmalı
25
Bankın kassasından nağd pulun verilməsi bankın məxaric kassası tərəfindən həyata
keçirilir. Nağd pulların məxarici "pul çekləri"nə və kassa məxaric orderlərinə əsasən
həyata keçirilir. Pul çeki pul alan tərəfindən doldurularaq əməliyyatın aparılmasına məsul
olan şəxsə təqdim edilir. Əməliyyat işçisi çekdəki bütün rekvizitləri yoxlamaqla
müştərinin hesabına çekdə göstərilən məbləği olub olmamasını yoxlayır. Uyğunsuzluq
olduqda "pul çeki" yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır.
Uyğunsuzluq olmadıqda əməliyyatı aparan şəxs kassa jurnalında müvafiq qeydlər
aparır və imzalayaraq pul çekinin nəzarət hissəsini müştəriyə qaytarır. Pul çekinin əsas
hissəsi isə nəzarətçiyə təqdim edilir, nəzarətçiyə isə pul çekində uyğunsuzluq aşkar
etmədikdə pul çekini kassaya təqdim edir. Kassir tərəfindən müvafiq rekvizitlər yoxlanılır,
uyğunsuzluq aşkar edilməsində kassir müştəridən pul çekinin nəzarət hissəsini və onun
şəxsiyyətini təsdiq edən sənədini alır və pul çekində olan məlumatlarla tutuşdurur və
nağd pulu müştəriyə verir və "pul çekini" imzalayır. Müştəri kassadan aldığı nağd pulu
kredit təşkilatı nəzarətvinin iştirakı ilə xüsusi ayrılmış otaqda vərəq-vərəq sayır.
Nağd pulların banka qəbulunun kanalıda inkassasiyasdır. Qiymətlilərin inkassasiyası
kredit təşkilatlarının
inkassasiya xidmətində yaradılan inkassator biriqadası tərəfindən
həyata keçirilir. nkassator və sürücü inkassatorlar fiziki cəhətdən sağlam olmalı,
silahlardan istifadə etmək bacarığına malik olmalıdır. nkassasiya marşurutu və
inkassasiya ediləsi müəssisə əvvəlcədən müəyyən edilir. nkassatorlar marşurut üzrə
hərəkət edərək baş inkassator sumkasını verib dolusunu qəbul edir. nkassasiya başa
çatdıqdan sonra pul yığılmış inkassator sumkaları bankın kassasına təhvil verilir.
Əməliyyat günü qurtardıqdan sonra mədaxil kassasının kassiri qəbul olunmuş
mədaxil sənədləri əsasında "kassaya daxil olunmuş nağd pulun məbləği və sənədlərin sayı
haqqında arayış tərtib edilir və arayışdakı yekun məbləği faktiki mədaxil edilmiş nağd
pulu və digər qiymətliləri tutuşdurulub arayışa imza edir.
Əməliyyat günü ərzində mədaxil olunmuş nağd pul və digər qiymətlilər müvafiq
qaydada formalaşdırılır.
Kassa müdiri kassirlərdən qəbul olunmuş arayışçıları icmalaşdırıb kassa dövriyyələri
haqqında ümumi arayış tərtib edib, baş mühasiblə qarşı1ıqlı imzalayı1ar.
Məxaric əməliyyat gününün sonunda məxaric kassasının kassiri qəbul
olunmuşməxaric sənədləri əsasında "Məxaric edilmiş və təhvil hesab olunmuş pulun
məbləği haqqında" arayışı tərtib edilir və arayışdakı yekun məbləği faktiki məxaric
olunmuş nağd pulu və digər qiymətliləri tutuşdurub arayışa imza edir. Kassa müdiri
kassirlərdən qəbul olunmuş arayışları icmalaşdırıb, kassa dövriyyələri haqqında ümumi
arayış tərtib edib baş mühasib ilə qarşılıqlı imzalayır.