47
1.
Qiymətli kağızlar xüsusi əmtəədir və bazarda alınıb satılmaqla yanaşı
digər əmtəələrin tədavülünü asanlaşdıran müstəqil tədiyyə aləti kimi çıxış edir.
2.
Qiymətli kağızlar bazarında qiymətli kağızaların likvidliyi qiymətli
kağızların tez bir zamanda alınıb-satılması ilə xarekteriz olunur.
3.
Risk xassəsi isə qiymətli kağızlara investisiyalarla əlaqədar olaraq
sahibləri üçün itki vermək mümkünlüyüdür. Bu xüsusiyyət o deməkdir ki:
-gəlir nə qədər çox olarsa risk də bir o qədər çox olur;
-qiymətli kağızların təminatı yüksək olarsa, risk bir o qədər azalar.
Azərbaycanda qiymətli kağızlar Emissiya və qeyri-emissiya kağızlarına bölünür.
Emissiya qiymətli kağızları əsasən çox sayda və iri seriyalarla buraxıldığı halda,
qeyri-emissiya kağızları tək-tək və ya kçik seriyalarla buraxılır.
Qiymətli kağızların müəyyən əlamətlərə görə növlərə ayrılması qiymətli
kağızların təsnifatıdır.
Sxem 1.
Sxem 2.
Sxem 3.
Milli mə
nsubiyyə
tinə
görə
milli qiymə
tli kağ
ızlar
xarici qiymə
tli kağ
ızlar
Risk sə
viyyə
sinə
görə
aş
ağ
ı riskli qiymə
tli kağ
ızlar
yüksə
k riskli qiymə
tli kağ
ızlar
Mövcudiyyə
tə
görə
nağ
d (sə
nə
dli) qiymə
tli kağ
ızlar
nağ
dsız (sə
nə
dsiz) qiymə
tli kağ
ızlar
48
Sxem 4.
Sxem 5.
Qiymətli kağızlar iki böyük sinifə bölünür.
1.Əsas qiymətli kağızlar.
2. Törəmə qiymətli kağızlar.
Əsas qiymətli kağızlar kağızların əsasını hansısa bir aktı və: əmtəəyə, pula,
kapitala, əmlaka, digər mövcud rüsumlara əsaslanan mülkiyyət hüququnun olması
təşkil edir.
Əsas qiymətli kağızlar da öz növbəsində ilkin qiymətli kağızlara və təkrar
qiymətli kağızlara bölünür.
Törəmə qiymətli kağızlar isə fyucers kontraktları (əmtəə, vvalyuta, faiz indeks və
s.) və opsionlar hesab edilir.
Qiymətli kağızlar bazarında banklar dörd istiqamətdə fəaliyyət göstərirlər.
Buraxılış
formasına görə
emissiya qiymə
tli kağ
ızlar
qeyri-emissiya qiymə
tli kağ
ızlar
Yerləş
dirmə
ardıcıllığ
ına görə
ilkin bazarın qiymə
tli kağ
ızları
tə
krar bazarın qiymə
tli kağ
ızlar
Bankların qiymə
tli kağ
ızlar bazarında fə
aliyyə
ti
Bankların
emitent kimi
fə
aliyyə
ti
Bankların
investor kimi
fə
aliyyə
ti
Qiymə
tli kağ
ızlar
bazarının peşə
kar
iş
tirakçısı
Qiymə
tli kağ
ızlar
bazarına xidmə
t ilə
ə
laqədar ənənəvi
ə
məliyyatlarla əlaqədar
fəaliyyət
49
Qiymətli kağızlar bazarında bankın emitent kimi fəaliyyəti bankın özlərinin
qiymətli kağızlarının emissiyası və onların ilkin yerləşdirilməsi ilə əlaqədardır. Bankın
investor kimi fəaliyyəti: öz porfelinə qiymətli kağızların alınıb-satılması
əməliyyatları; bank- investorların əldə etdikləri qiymətli kağızlar üzrə hüquqlarını
reallaşdırılması əməliyyatı; qiymətli kağızların ödənilməsinə yönəldilən dividentlərin,
fazilərin və məbləğlərin əldə edilməsi; emitentin səhmdar cəmiyyətinin idarə
edilməsində iştirakı başa düşülür. Qiymətli kağızlar bazarında peşəkar iştirakçısı kimi
bankların aşağdakı peşəkar fəaliyyəti nəzərdə tutulur.
Broker – etibarlı şəxs qismində bank tərəfindən qiymətli kağızlarla mülki-hüquqi
sövdələşmələrin həyata keçirilməsi.
Diler – bankın öz adından və öz hesabına qiymətli kağızların alış və satış
qiymətləri açıq-aşkar elan edilməklə bank tərəfindən onların alqı-satqısını həyata
keçirmək.
Qiymətli kağızların idarə edilməsi – başqasının banka verdiyi qiymətli kağızların
müəyyən müddət əraində bankın öz adından müəyyən muzdla etibarlı idarə edilmənin
həyata keçirilməsidir.
Klirinq
– qarşılıqlı öhdəliklərin müəyyən edilib üzləşdirilməsi əməliyyatıdır.
Depozitor –
qiymətli kağızlar sertifikatının saxlanılması xidmətinin və ya
qiymətli kağızlara hüququn köçürülməsi və uçotudur.
Qiymətli kağızlar bazarında bankların peşəkar fəaliyyəti lisenziya əsasında həyata
keçirilir. Qiymətli kağızlar bazarında xidmətlərlə əlaqədar bankların ənənəvi
əməliyyatlarına daxildir:
-
qiymətli kağızların əldə edilməsinə və qiymətli kağızların girovuna görə
kreditlərin verilməsi,
-
istiqrazların və digər qiymətli kağızların buraxılmasına bankın zəmanətinin
verilməsi,
-
ödəniş agenti-emitenti funsiyasının yerinə yetirilməsi
-
qiymətli kağızlar bazarı iştirakçılarının hesablarının aparılması
-
qiymətli kağızlar bazarındakı əməliyyatların yekunu üzrə pul hesablaşmalarının
həyata keçirilməsi.
Bankın səhmləri pay qiymətli kağızlar sırasına daxildir. Onların emissiyasında
məqsəd xüsusi kapitalın yaradılmasıdır. Səhmlərin köməyi ilə banklar nizamnamə
kapitalını yaradır və öz fəaliyyətlərinin genişləndirilməsi məqsədilə onu artırır.