Microsoft Word bank ishi-son interaktiv vasait doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix11.04.2018
ölçüsü0,86 Mb.
#37889
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

47 


 

1.

 



Qiymətli  kağızlar  xüsusi  əmtəədir  və  bazarda  alınıb  satılmaqla  yanaşı 

digər əmtəələrin tədavülünü asanlaşdıran müstəqil tədiyyə aləti kimi çıxış edir. 

2.

 

Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızaların  likvidliyi  qiymətli 



kağızların tez bir zamanda alınıb-satılması ilə xarekteriz olunur.  

3.

 



Risk  xassəsi  isə  qiymətli  kağızlara  investisiyalarla  əlaqədar  olaraq 

sahibləri üçün itki vermək  mümkünlüyüdür. Bu xüsusiyyət o deməkdir ki: 

-gəlir nə qədər çox olarsa  risk də bir o qədər çox olur; 

-qiymətli kağızların təminatı yüksək  olarsa, risk bir o qədər azalar. 

Azərbaycanda qiymətli kağızlar Emissiya  və qeyri-emissiya kağızlarına bölünür. 

Emissiya qiymətli kağızları əsasən çox sayda və iri seriyalarla buraxıldığı halda, 

qeyri-emissiya kağızları tək-tək və ya kçik seriyalarla buraxılır.  

Qiymətli  kağızların  müəyyən  əlamətlərə  görə  növlərə  ayrılması  qiymətli 

kağızların təsnifatıdır.  

 

Sxem 1



 

 

 



 

 

 



 

Sxem 2. 

 

 



 

 

 



 

 

 



Sxem 3. 

 

 



 

 

 



Milli mənsubiyyətinə görə 

milli qiymətli kağızlar 

xarici qiymətli kağızlar 

Risk səviyyəsinə görə 

aşağı riskli qiymətli kağızlar 

yüksək riskli qiymətli kağızlar 

Mövcudiyyətə görə  

nağd (sənədli) qiymətli kağızlar 

nağdsız (sənədsiz) qiymətli  kağızlar 


 

48 


 

Sxem 4. 

 

 



 

 

 



 

Sxem 5. 

 

 



 

 

 



 

 

Qiymətli kağızlar iki böyük sinifə bölünür. 



1.Əsas qiymətli kağızlar. 

2. Törəmə qiymətli kağızlar. 

Əsas  qiymətli  kağızlar  kağızların  əsasını  hansısa  bir  aktı  və:  əmtəəyə,  pula, 

kapitala,  əmlaka,  digər  mövcud  rüsumlara  əsaslanan  mülkiyyət  hüququnun  olması 

təşkil edir.  

Əsas  qiymətli  kağızlar  da  öz  növbəsində  ilkin  qiymətli  kağızlara  və  təkrar 

qiymətli kağızlara bölünür. 

Törəmə qiymətli kağızlar isə fyucers kontraktları (əmtəə, vvalyuta, faiz indeks və 

s.) və opsionlar hesab edilir.  

Qiymətli kağızlar bazarında banklar dörd  istiqamətdə fəaliyyət göstərirlər.  

 

 

 



 

 

 



 

Buraxılış formasına görə  

emissiya qiymətli kağızlar  

qeyri-emissiya qiymətli  kağızlar 

Yerləşdirmə ardıcıllığına görə 

ilkin bazarın qiymətli kağızları 

təkrar bazarın qiymətli  kağızlar 

Bankların qiymətli kağızlar bazarında fəaliyyəti 

Bankların 

emitent kimi 

fəaliyyəti 

Bankların 

investor  kimi 

fəaliyyəti 

Qiymətli kağızlar 

bazarının peşəkar 

iştirakçısı 

Qiymətli kağızlar 

bazarına xidmət ilə 

ə

laqədar ənənəvi 

ə

məliyyatlarla əlaqədar 

fəaliyyə



 

49 


 

Qiymətli  kağızlar  bazarında  bankın  emitent  kimi  fəaliyyəti  bankın  özlərinin 

qiymətli kağızlarının emissiyası və onların ilkin yerləşdirilməsi ilə əlaqədardır. Bankın 

investor  kimi  fəaliyyəti:  öz  porfelinə  qiymətli  kağızların  alınıb-satılması  

əməliyyatları;  bank-  investorların  əldə  etdikləri  qiymətli  kağızlar    üzrə  hüquqlarını 

reallaşdırılması əməliyyatı; qiymətli kağızların ödənilməsinə yönəldilən dividentlərin, 

fazilərin  və  məbləğlərin  əldə  edilməsi;  emitentin  səhmdar  cəmiyyətinin  idarə 

edilməsində iştirakı başa düşülür. Qiymətli kağızlar bazarında peşəkar iştirakçısı kimi 

bankların aşağdakı peşəkar fəaliyyəti nəzərdə tutulur.  

Broker  etibarlı şəxs qismində bank tərəfindən qiymətli kağızlarla mülki-hüquqi 

sövdələşmələrin həyata keçirilməsi. 

Diler    bankın  öz  adından  və  öz  hesabına  qiymətli  kağızların  alış  və  satış 

qiymətləri  açıq-aşkar  elan  edilməklə  bank  tərəfindən  onların  alqı-satqısını  həyata 

keçirmək.   

Qiymətli kağızların idarə edilməsi   başqasının banka verdiyi qiymətli kağızların  

müəyyən müddət əraində bankın öz adından müəyyən muzdla etibarlı idarə edilmənin 

həyata keçirilməsidir.  

Klirinq

 – qarşılıqlı öhdəliklərin müəyyən  edilib üzləşdirilməsi əməliyyatıdır. 



Depozitor  – 

qiymətli  kağızlar  sertifikatının  saxlanılması  xidmətinin  və  ya 

qiymətli kağızlara hüququn köçürülməsi və  uçotudur. 

Qiymətli kağızlar bazarında bankların peşəkar fəaliyyəti lisenziya əsasında həyata 

keçirilir.  Qiymətli  kağızlar  bazarında  xidmətlərlə  əlaqədar  bankların  ənənəvi 

əməliyyatlarına daxildir: 

-

 qiymətli  kağızların  əldə  edilməsinə  və  qiymətli  kağızların  girovuna  görə 



kreditlərin verilməsi, 

-

 istiqrazların  və  digər  qiymətli  kağızların  buraxılmasına  bankın  zəmanətinin 



verilməsi, 

-

 ödəniş agenti-emitenti funsiyasının yerinə yetirilməsi  



-

 qiymətli kağızlar bazarı iştirakçılarının hesablarının aparılması 

-

 qiymətli kağızlar bazarındakı əməliyyatların yekunu üzrə pul hesablaşmalarının 



həyata keçirilməsi.  

Bankın  səhmləri  pay  qiymətli  kağızlar  sırasına  daxildir.  Onların  emissiyasında 

məqsəd  xüsusi  kapitalın  yaradılmasıdır.  Səhmlərin  köməyi  ilə  banklar  nizamnamə 

kapitalını yaradır və öz fəaliyyətlərinin genişləndirilməsi məqsədilə onu artırır.  

 

 

 



 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə