Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

 
49 
 
Dövlət  siyasəti  müəyyən  icra  məqamlarında  həm  liberal,  həm 
də  kəskin-radikal  məzmunlu  olur.  Dövlət  siyasəti  “atmosfer 
təbəqəsi”  kimi  onun  bütün  ərazisini  örtür.  Burada  hər  kəs 
dövlət  “atmosferi”  ilə  qidalanır  və  daxili  və  xarici  təsirlərdən 
qorunur. Eyni zamanda hər kəs “dövlət atmosferi”nə öz payını 
verir. Dövlət siyasəti, bu baxımdan yuxarı idarəçilikdən tutmuş 
hətta  məişət  sahələrinə  də  sirayət  edir.  Məişətdən-sosial 
sahələrə, oradan da qlobal əhəmiyyət kəsb edən sahələrə doğru 
dövlət siyasəti şaxələnir. Dövlət siyasətinin qlobal əhəmiyyəti, 
onun  forma  və  məzmunu,  kəmiyyəti  təbii  ki,  onun  bütün 
məkanları  üzrə  yayılan  tərkib  hissələrdən  formalaşır.  Tərkib 
hissələr cəmi ayrı-ayrı istiqamətlər üzrə axınları və cərəyanları 
meydana  gətirir.  Dövlət  siyasətinin  şaxələnməsi  onun 
nüvəsini-mərkəzini  (yəni  dövlətin  bəlli  məkanlarda  bəlli 
sərhədlər  çərçivəsində  bir  vahid  kimi  mövcudluğunu)  və 
periferiyasını  (digər  dövlətlərlə  olan  siyasətini,  beynəlxalq 
neytral ərazilərdə olan siyasətini) formalaşdırır. Dövlət siyasəti 
mərkəz  və  sərhədlərdən  kənarlara  yayılan  (ətraf)  olmaqla 
sistem  təşkil  edir.  Dövlət  siyasəti  həm  mərkəzdə  sistemləşir, 
həm  də  ətraflarda  sistem  xarakteri  kəsb  edir.  Buradan  belə 
qənaətə  gəlmək  olur  ki,  siyasət  özü  sistemi  təmin  edən  aktdır, 
qaydadır (qaydanı  yaratmaq aktıdır və icra aktıdır), hərəkətdir. 
Dövlətin  daxili  siyasəti  nüvə  mərkəzini  təmin edən qaydaların 
yaradılması, icrası və hərəkətləridir, xarici siyasəti isə ətrafıdır, 
öz  daxilindən  kənara  çıxmasıdır.  Bu  iki  sistemin  tərkibi  olan 
komponentlər bir-birinə xidmət edir və nəticədə dövlət bir nüvə 
kimi  güclənir.  Gücləndikcə  ətrafına  da  enerji  verir.  Böyük 
dövlətlərin  geosiyasi  maraqlarının  formalaşmasının  əsaslarını, 
o  cümlədən  istiqamətlərini  buna  nümunə  göstərmək  olar. 
Böyük  dövlətlər  öz  ətrafları  əraziləri  özlərinin  daxili  enerjiləri 
hesabına  özlərinə  doğru  çəkirlər.  Bu  enerjidən  də  dövlətin 
beynəlxalq  münasibətləri  (geosiyasi  aspektlərdə)  formalaşır 
və  güclənir.  Siyasət  –  fəaliyyət  sisteminin  işləməsi 
mexanizmisinin  ümumiləşdirilmiş  nəzəri  adıdır,  hərəkətlərin 


 
50 
 
ifadəsidir.  Siyasətin  reallaşması  (yəni  hərəkətlərin  edilməsi) 
sayəsində  isə  mexanizm  işə  düşür,  dövlət  öz  fəaliyyətini 
göstərmiş  olur.  Dövlət  siyasəti,  hərəkətlər  fonunda  -  onu 
təmsil  edən  hakimiyyət  nümayəndələrinin  və  digər  vətən-
daşlarının qarşılıqlı hərəkətləri ilə daşınan bir anlayışdır.  
Dövlətin fəaliyyəti siyasətdirsə, siyasətin məzmunundan da 
dövlətin  fəaliyyətinin  məzmunu  gerçəkləşir.  Dövlət  hakimiy-
yəti  öz  siyasətini  həyata  keçirərkən  müəyyən  axınları  (siyasi 
aktlar  cəmindən  ibarət  olan  axınlar)  meydana  gətirir.  Böyük 
axınlar  böyük  cərəyanı  formalaşdırır.  Siyasət  elementlərə  və 
elementlər qrupuna (burada maddi və material aləmdən söhbət 
gedir)  təsir  edən  aktlardır  və  aktlar  toplusudur.  Maddi  aləmə 
təsirlər  o  deməkdir  ki,  insanlar  həm  bir-biriləri  ilə  qarşılıqlı 
əlaqələrini  təsirlər  edərək  qururlar,  həm  də  qarşılıqlı  qaydada 
material  aləmə  təsir  edirlər  və  onları  öz  ehtiyaclarına  uyğun 
formalara  salırlar.  Siyasətin  həyata  keçirilməsi  aktları  ehtiyac 
və tələbatların ödənilməsi zərurətindən meydana gəlir. Ehtiyac 
və  tələbatların  zəncirvari  ardıcıllığı  isə  yeni  siyasətin 
rallaşmasını  ortaya  çıxarır.  Siyasətin  yeni  və  ardıcıl  tərkibi 
şəraitin ortaya çıxardığı zərurətdən formalaşır. Yeniləşən tərkib 
də  yeni  məzmunu  və  gerçəkliyi,  eləcə  də  bunlardan  irəli 
gələrək  formanı  müəyyən  edir.  Belə  anda  siyasi  hadisələr 
arasında  trayektorik  bağlılıq  meydana  gəlir.  Trayektorik 
bağlılıqda  da  hadisələr  bir-birini  şərtləndirir:    başlanğıc 
səbəbə,  səbəb  başlanğıca,  məqsəd  və  maraq  səbəbə,  səbəb 
marağa,  son  yeni  başlanğıca,  nəticə  yeni  başlanğıca  və  s. 
gətirib  çıxarır.  Bu  baxımdan  da  siyasət  maraqların  əks 
olunduğu  resursları  daxildən  müəyyən  istiqamətlər  üzrə 
daima  hərəkət  vəziyyətində  saxlayan,  resursları  dövr 
etdirən,  resurslar  üzərində  təsirlər  yaradan  və  bu 
təsirlərdən  də  dövriyyə  üçün  yeni  elementləri  ortaya 
çıxaran  bir  fəaliyyət  kimi  də  başa  düşülməlidir.  Siyasət 
nəticələrin  inkarı  sayəsində  formalaşır  və  inkişaf  edir. 
Siyasət cəmiyyətin üzvlərinin siyasi maraqlarının sistemləş-


 
51 
 
dirilməsidir.  Siyasət hədəfləri müəyyən edir, maraqların nisbi 
sonluqla  bitən  şərti  sərhədlərini  müəyyənləşdirir  və  s.  Siyasət 
qidalandırıcı  funksiya  daşıyır.  Siyasətin  qidalandırıcı  əhəmiy-
yəti onun komponentləri təmin etməsindən irəli gəlir.  
Hər  bir  dövlət  siyasət  həyata  keçirərəkən  qarşılıqlı 
münasibətlər  sferasında  öz  varlığını  (burada  həm  də  gücünün 
səviyyəsini,  çəkisini,  hərəkətlərinin  kəmiyyətini)  təsdiq  etmiş 
olur.  Dövlət  məhz  siyasəti  sayəsində,  siyasi-hüquqi  və  sosial 
hərəkətləri  ilə  öz  cəmiyyətində  və  beynəlxalq  aləmdə  tanınır. 
Dövlət hakimiyyəti və digər tərəflər (burada elitanı, əks-elitanı, 
digər  siyasi  qurumları,  ümumilikdə  maraq  nümayiş  etdirən 
tərəfləri) hərəkətlər sayəsində siyasəti icra etmiş olurlar. Dövlət 
təbii  ki,  beynəlxalq  münasibətlərdə  mücərrəd  qaydada 
hərəkət edir. Yəni, əslində dövlətlərin özləri real olaraq bir 
bütöv kimi hərəkət etmirlər. Hakimiyyətləri onlar adından 
çıxış  edirlər,  hərəkət  edən  hakimiyyətləri  olur.  Burada 
dövlətlərin  siyasi  qurumları  kimi  mücərrəd  hərəkətləri 
anlayışı  ortaya  çıxır.  Bu  da  ondan  irəli  gəlir  ki,  dövlət 
vətəndaşlarının,  sakinlərinin  siyasi  qurumlarından,  siyasi 
təşkilatlanmalarından  kənarda  mövcud  deyil.  Qruplaşmış  və 
işxtisaslaşmış münasibətlər sferaları cəmi dövlətin əsas təşkilati 
məzmununu meydana gətirir. 
Siyasət bir fəaliyyət olmaqla, məqsədlərə söykənən ümumi 
və  xüsusi,  fərdi  və  konkret  hərəkətlərdən  ibarətdir.  Siyasət 
hərəkətlərin  (burada  icra,  əməl,  riayət  kimi  hərəkət 
vəziyyətlərini  özündə  cəmləşdirən  həyata  keçirmə  proses  və 
vəziyyəti  nəzərdə  tutulur)  zahiri  və  daxili  məzmun  gerçək-
liyinin, hərəkətlərin real əsaslarının və obyektivliyin subyektiv 
inikasından  ibarətdir.  Siyasət  hərəkətlərlə  müşahidə  olundu-
ğundanm  və  hərəkətlərin  (hərəkətsizliklərin)  daxili  məzmu-
nunu  ifadə  etdiyindən,  nisbi  və  mütləq  xarakterə  malikdir.
1
 
                                                 
1
 Həmçinin əlavə üçün baxmaq olar.- Nəsibov E.M. “Siyasətin tərkib 
hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-“Elm və Təhsil”-2010. 116 s.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə