Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

 
257 
 
bazarı  tamamilə  itirməkdən  ehtiyatlanır. Həm də  bu ərazilərdə 
slavyan  mənşəli  xalqların  onunla  münasibətlərinin  korlan-
masını qəbul etmir.  
Çinlə Hindistan arasında rəqabər əsasən Asiya regionunda, 
xüsusilə Cənub Şərqi Asiya  regionunda mövcuddur. Hindistan 
cənub Asiya hegemonu olmaq iddiasından əl çəkmir.  
ABŞ-la  İran  arasında  rəqabət  əsasən  Fars  körfəzi 
regionunda  və  Cənubi  Qafqazda  həyata  keçirilir.  ABŞ  İranın 
Fars  körfəzi  və  Xəzər  bölgəsində  nüfuz  əldə  etməsini  özünün 
bu regionlara aid maraqlarına təhlükə hesab edir.  
3.  Regional  güc  mərkəzləri  arasında  rəqabət-  Bu  demək 
olar  ki,  bir  regionda  yerləşən  iki  və  daha  çox  güc  mərkəzləri 
arasında həyata keçir. Türkiyə ilə  İran arasında rəqabət əsasən 
Yaxın  Şərq  bölgəsində  və  Xəzər  regionunda  mövcuddur.  Hər 
iki dövlət təsir imkanlarını artırmaq məqsədilə iqtisadi rəqabətə 
girirlər.  
Hindistanla  Pakistan  arasında  rəqabət  daha  çox  Asiya 
bölgəsində meydana gəlir.  
Güc  mərkəzləri  arasında  rəqabət  öz  xüsusiyyətinə  görə 
iqtisadi,  iqtisadi-siyasi  və  tamamilə  siyasi  mahiyyət  kəsb 
edir.  Bu  da  güc  mərkəzləri  arasındakı  münasibətlərin 
səviyyəsindən  asılıdır.  Məsələn,  Türkiyə  ilə  İran  arasında 
rəqabət  daha  çox  iqtisadi  və  iqtisadi-siyasi  xarakterə  malikdir. 
ABŞ-la  Rusiya  arasındakı  rəqabət  iqtisadi  xarakterə  malik 
olsada  da,  daha  çox  siyasi  xarakter  kəsb  edir.  ABŞ-la  İran 
arsındakı  rəqabət  də  daha  çox  siyasi  əhəmiyyətə  malikdir. 
Almaniya  ilə  Fransa  arasındakı  rəqabət  isə  daha  çox  iqtisadi 
məzmuna  malikdir.  Çinlə  ABŞ  arasında  rəqabət  siyasi 
xarakterə  malik  olsa  da,  Rusiya  ilə  Çin  arasında  rəqabət 
iqtisadi-siyasi  xarakterə  malikdir.  Eləcə  də  Çinlə  Yaponiya 
arasında rəqabət də daha çox siyasi əhəmiyyət kəsb edir. Burda 
hətta ərazilər də (adalar)  rəqabətin və mübahisənin predmetinə 
çevrilir.  


 
258 
 
Güc  mərkəzlərinin  formalaşmasında  böyük  dövlətlərin 
maraqlarının  regionlar  üzrə  yayılması  prinsipləri  mühüm 
əhəmiyyət kəsb edir. Böyük dövlətlər ilk növbədə öz sərhədləri 
kənarlarında  yerləşən  qonşu  dövlətlərə  böyük  önəm  verirlər. 
Burada  iqtisadi  metodlar,  xüsusilə  sərmayə  qoyuluşları  və 
kreditlər,  eləcə  də  iqtisadi  güzəştlər  və  maliyyə  yardımları 
böyük  rol  oyanyır.  Məsələn,  Çin  zon  zamanlarda  Mərkəzi 
Asiya  regionuna  və  Cənubi  Asiya  regionlarına  böyük  maraq 
göstərir. Məsələn, Çin Qazaxıstan və Türkmənistana neft, qaz, 
hətta uran sənayesi sahəsində nəhəng sərmayələr üçün kreditlər 
verib. Bu, sadəcə olaraq Çinin daxili ehtiyaclarını ödəmək üçün 
qanedici  deyil,  həm  də  region  dövlətləri  ilə  Pekin  arasında 
əlaqələri 
təşkil 
etmək 
məqsədi 
daşıyır. 
Məsələn, 
Türkmənistanın  Cənubi  Yolotanda  çox  nəhəng  bir  qaz  yata-
ğının  mənimsənilməsi  məqsədilə  Çin  tərəfindən  dörd  milyard 
ABŞ  dolları  məbləğində  kreditlərin  verilməsi  ilə  2009-cu  ilin 
dekabr  ayında  2000  kilometr  uzunluğunda  olan  Mərkəzi 
Asiya-Çin qaz kəmərinin istifadəyə verilməsi eyni ana təsadüf 
etdi. Bu qaz kəməri (birinci kəmər) ilə ildə 13 milyard kubmetr 
qazın Çinə ötürülməsi nəzərdə tutulmuşdu.
1
  
2012-2014-c illərdə isə ikinci qaz kəmərinin açılışı nəzərdə 
tutulmuşdur. Bu kəmərlə Özbəkistan və Qazaxıstanda da qazın 
ixracı  nəzərdə  tutulur.  Bununla  da  ümumi  həcmin  40  milyard 
kubmetrə çatacağı gözlənilir.
2
  
Çin  Qazaxıstanda  baş  vermiş  bank  böhranı  zamanı  bu 
ölkəyə  10  milyard  ABŞ  dolları  məbləğində  kredit  vermişdir. 
                                                 
1
 Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид 
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост 
экономической активности Китая неразрывно связан с перспективами 
безопасности этой страны. 
http://www.nato/int/docu/review/2009/Asia/rise china 
geopolitical/RU/index.htm 
2
 Həmin məqalə. 


 
259 
 
2010-cu  ilin  məlumatına  əsasən,  Çin  Yunanıstana  yardım 
göstərməkdə maraqlı olmuşdur.
3
  
Avropa  İttifaqının  genişlənməsi  də  regionda  qlobal  gücün 
formalaşmasına xidmət edir. Bu gün artıq Avropa İttifaqının 28 
üzv  dövləti  vardır.  Xorvatiya  da  2013-cü  ilin  iyul  ayından  bu 
qurumun  üzvünə  çevrilibdir.  Avropanın  aparıcı  dövlətləri  öz 
ətraflarına  dövlətləri  cəmləşdirməklə  ümumilikdə  İttifaqın 
gücünü  artırırlar  və  bununla  da  özlərini  gücləndirmiş  olurlar. 
Məsələn,  Almaniya  məhsullarının  70  faizi  Avropa  İttifaqı 
ölkələrinə  ixrac  olunur.
1
  Gücü  zəif  olan  dövlətlər  (məsələn, 
Macarıstan)  Avropa  İttifaqının  potensialından  istifadə  edirlər. 
(Qeyd:  2008-ci  ilin  məlum  dünya  iqtisadi  böhranından  sonra 
Avropa  İttifaqında  iqtisadi  geriləmələr  yaşanmaqdadır.  Bu 
baxımdan  Avrokomissiyanın  hesablamalarına  əsasən,  Avropa 
İttifaqında  və  avrozonada  iqtisadi  artım  yalnız  2014-cü  ildə 
bərpa  oluna  biləcəkdir.  Bu  zaman  artım  1,2-1,4  faizə  qədər 
yüksələ  biləcəkdir.  2013-cü  ildə  resessiya  Avropa  İttifaqında 
davam  edəcəkdir  və  Avropa  İttifaqının  27  ölkəsində  0,1  faiz 
geriləmə, 17 avrozona ölkəsində isə 0,4 faiz geriləmə müşahidə 
olunacaqdır).
2
  
Dünya  iqtisadi  böhranından  az  əziyyət  çəkən  dövlətlərdən 
biri isə Rusiya oldu. Rusiya onun nəticələrindən daha tez bərpa 
olunmaq  imkanlarına  malikdir.  Belə  ki,  Avrokomissiyanın 
iqtisadi  proqnozlarına  görə,  2013-cü  ildə  Rusiya  iqtisadiyyatı 
                                                 
3
 Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид 
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост 
экономической активности Китая неразрывно связан с перспективами 
безопасности этой страны. 
http://www.nato/int/docu/review/2009/Asia/rise china 
geopolitical/RU/index.htm.  
1
 İ. Çeller. Avropa İttifaqı Parlamentində Almaniyanı təmsil edən deputat. 
«МИР» telekanalı MTRK, 31 may,  21ºº-22ºº 
2
  Роман  Маркелов.  Еврокомиссия  предсказала  рост  экономики  РФ  на 
3,3  процента  в  2013  году.  http://www.rg.ru/2013/05/03prognoz-site-
anons.html 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə