Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   78   79   80   81   82   83   84   85   ...   102

 
244 
 
Beynəlxalq  siyasətin  dalğalanmaları  bir  dövlətdə  və  ya  da 
bir  neçə  dövlətdə  ortaya  çıxan  inkişafdan  meydana  gəlir. 
İnkişaf  xüsusiyyətləri  və  inkişaf  istiqamətləri  digər  məkanlar 
üzrə  yayılır  və  nəticə  etibarilə  siyasətin  məkanlar  üzrə 
dalğalanması prosesləri  yaşanır.  Bu  proses zamanı alt dalğalar 
və  üst  qat  dalğalar  meydana  gəlir.  Beynəlxalq  münasibətlərin 
inkişafı  dövlətlərin  daxili  inkişafına  bağlı  olur  və  daxili 
potensial 
beynəlxalq 
münasibətlər 
sistemininn 
mexanizmlərində dalğaları əmələ gətirir.  
Beynəlxalq  sistemlərin  dalğalanmalar  yaradan  fəaliyyəti 
bir tərəfdən beynəlxalq sistemlərin kompleksliliyini təşkil edir, 
digər 
tərəfdən 
də 
dalğanı 
yaradan 
dövlətin 
milli 
xüsusiyyətlərini  digər  məkanlara  və  dövlətlərə  ixrac  edir. 
Məsələn,  transmilli  korporasiyaların  məkanlardan-məkanlara 
keçməsi onların iqtisadi maraqları ilə yanaşı, təmsil olunduqları 
dövlətlərin  milli  maraqlarını  daşımasından  irəli  gəlir. 
Beynəlxalq sistemdə fəaliyyətin dalğalanması təbii ki, dövlətlər 
arasında  real  qruplaşmanın  da  yaranmasının  əsaslarını  təşkil 
edir.  Beynəlxalq  ticarət  qaydaları  beynəlxalq  münasibətlərin 
dalğalanmalarının  əsaslarını  formalaşdırır.  Bir  ölkədə  istehsal 
olunan  məhsullar  beynəlxalq  ticarət  yolu  ilə  digər  ölkələrin 
məkanlarına  daxil  olur.  Nəticədə  istehsal  olunan  dövlətin 
təsirini  yaradır.  Beynəlxalq  qaydada  meydana  gələn  qlobal  və 
ya  da  böyük  regional  problemlər  yeni  inkişaf  dalğaları  üçün 
yeni  stimul  yaradır.  Bu  anda  yeni  enerji  mənbələri  yaradan 
resursların  müəyyən  mərkəzlərdə  cəmləşməsi  və  yeni  axınları 
meydana  gətirməsi prosesləri yaşanır.  
 


 
245 
 
Dövlət  gücünün  təsnif  olunmasının  əsasları.  Kiçik 
dövlət,  orta  gücə  malik  olan  dövlət,  böyük  gücə  malik 
olan  dövlət  və  super  gücə  malik  olan  dövlətlərin  təsnif 
olunmasının əsasları 
 
 Dövlətlər güclərinə görə bölünürlər 
 
Dünya  dövlətlərini  güclərinə  görə  aşağıdakı  şəkildə 
bölmək,  dərəcələndirmək  olar.  Burada  həm  ölkələr  daxilində 
istehsal olunan məhsulların həcmini, həm də adambaşına düşən 
ÜDM-ın  həcmini  nəzərə  almaq  mümkündür.  Lakin  bununla 
kifayətlənmək  olmnaz.  Buraya  əhali,  ərazi;  hərbi,  material 
resurslar  –təbii  resurslar  kriteriyalarını  da  aid  etmək  lazımdır. 
Dövlət gücü geosiyasi əhəmiyyətə malikdir: 
-Super dövlət (ABŞ); 
-Super dövlətə yaxın dövlətlər (Rusiya, Çin);  
-Böyük  gücə  malik dövlətlər  (Almaniya,  Yaponiya, Böyük 
Britaniya, Fransa, Kanada, Hindistan və s.); 
-Orta  gücə  malik  dövlətlər  (İtaliya,  İspaniya,  Yunanıstan, 
Avstriya,  Türkiyə,  Avstraliya,  Pakistan,  İran,  İndoneziya, 
Misir,  Malayziya,  Braziliya,  Argentina,  Meksika,  Cənubi 
Koreya,  Qazaxıstan və s.); 
-Güclənməkdə 
olan 
dövlətlər 
(Polşa, 
Ukrayna,  
Azərbaycan, Özbəkistan və s.); 
Zəif dövlətlər (Albaniya, Ermənistan, Nepal, Butan, Asiya, 
Amerika və Afrika qitəsinin bir çox dövlətləri) 
Çox  hallarda  iqtisadi  cəhətdən  güclü  inkişaf  etmiş 
Almaniya,  Yaponiya,  Böyük  Britaniya,  Fransa,  Avstraliya  və 
Kanadanı  super  dövlət  kimi  göstərirlər.  Burada  bir  nüansa 
xüsusi  fikir  vermək  lazımdır.  Düzdür,  iqtisadiyyatın  güclü 
olması  dövlətin  güclü  olmasına  gətirib  çıxarır.  Lakin  super 
dövlət  olmaq    mənasını  vermir.  Məsələn,  Almaniya  dünyanın 
iqtisadi  cəhətdən  inkişaf  etmiş  bir  dövlətidir.  Ancaq  bu 
dövlətin  təbii  və  maddi  sərvətləri,  ərazisinin  böyüklüyü  və 


 
246 
 
əhalisinin  çoxluğu,  hərbi-sənaye  kompleksinin  inkişaf 
səviyyəsi, ordunun sayı və gücü ABŞ və Rusiyada olduğu kimi 
deyil. Belə xarakterli amilləri sadalanan digər dövlətlərə də aid 
etmək  olar.  Ona  görə  də  dünyanın  iqtisadi  cəhətdən  inkişaf 
etmiş, lakin super dövlət xüsusiyyətini özündə cəmləşdirməyən 
dövlətlərinə  super  dövlət  demək  düzgün  deyil.  Eynilə  tək 
ərazinin  böyüklüyü  faktoru  da  super  dövlət  mənasını  vermir. 
Məsələn,  Monqolustan  dövlətinin  ərazisi  Fransadan  çox 
böyükdür.  Lakin  Monqolustanı  gücünə  görə  bu  dövlətlə 
eyniləşdirmək  olmaz.  Həmçinin,  Almaniya  ilə  Səudiyyə 
Ərəbistanını  da  müqayisədə  belə  qəbul  etmək  olar.  Əhali 
amilinə 
gəldikdə, 
Hindistanda 
əhalinin  sayı  Böyük 
Britaniyadan dəfələrlə çox olsa da, bu ölkələrdə iqtisadi inkişaf 
və  yaşayış  səviyyəsini  eyniləşdirmək  olmaz.  Rusiyanı  ABŞ-la 
müqayisə  etdikdə,    onu  qeyd  etmək  olar  ki,  Rusiya  yalnız 
iqtisadi  inkişafına  görə  və  əhali  sayının  azlığı  baxımından 
ABŞ-dan geri qalır. Bununla yanaşı, texnoloji amillərə görə də 
ABŞ-dan  arxadadır.  Lakin  super  dövlət  xas  olan  prinsiplərin 
əksəriyyətini  özündə  cəmləşdirir.  Böyük  əraziyə,  olduqca 
zəngin təbii sərvətlərə (neft, qaz, qiymətli metallar, dəmir filizi, 
daş  kömür,  böyük  meşələr  və  s.),  maddi  sərvətlərə,  çox  güclü 
hərbi-sənaye kompleksinə (müasir tələblərə cavab verən ağır və 
yüngül hərbi texnikaya,  raket texnologiyasına, aviasiya və çox 
güclü  atom  sənayesinə  və  s.),  tarixən  formalaşmış  güclü 
orduya,  elmi-tədqiqat  mərkəzlərinə,  kosmik  sənayeyə  və  s. 
məxsusdur. Hətta bəzi göstəricilərə görə ABŞ-ı qabaqlayır.  
 
Super (qlobal)  və regional güc mərkəzləri 
 
Super (qlobal)  və  böyük regional güc mərkəzlərinə müqa-
yisədə  çox  güclü  dövlətlər  aid  edilir.  Super  güc  mərkəzinə  o 
dövlət  aiddir  ki,  həmin  dövlət  ümumiyyətlə,  dövlətin  daxili 
gücünü  əks  etdirən  və  əvvəlcə  sadalanan  amillərin  böyük 
əksəriyyətini  kompleks  şəkildə  özündə  cəmləşdirmiş  olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə