Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   77   78   79   80   81   82   83   84   ...   102

 
241 
 
iqtisadi münasibətlərin yaranmasında iştirak edirlər. Transmilli 
korporasioyalar  dövlətlər  arasında  olan  iqtisadi  münasibətlər 
sistemlərinin  və  sahələrinin  formalaşmasında  yaxından  iştirak 
edirlər.  
Ümumiyyətlə, belə bir prinsipi əldə rəhbər tutmaq lazımdır 
ki,  dövlət  öz  resurslarının  səmərəli  şəkildə  istifadə  edərsə, 
güclənə  bilər.  Dövlətlərin  daxili  güclərinin  artması  onların 
xarici güclərinin artmasına təsir göstərir. 
Belə  hesab  etmək  olar  ki,  beynəlxalq  münasibətlərdə 
dövlətlərin  gücləri  (müqayisədə  fərqlənən  gücləri)  iki 
istiqamətdən  yaranır:  birincisi,  qeyd  etmək  lazımdır  ki,  onun 
nüvəsi çox güclü olur və xarici siyasətinə təsir göstərir, ikincisi 
isə,  dövlət  beynəlxalq  münasibətlərə  qoşulur  və  beynəlxalq 
münasibətlərin  kompleks şəkildə  formalaşmasında iştirak edir. 
Dövlətin beynəlxalq münasibətlərdə iştirak səviyyəsi onun təsir 
səviyyəsini  ortaya  çıxarır.  Beynəlxalq  münasibətlərdə  dövlət-
lərin  güclənməsində  həm  də  dövlətlərin  beynəlxalq  hüquq 
normalarına  müvafiq  olaraq  davranması,  beynəlxalq  hüquq 
normalarına ədalətcəsinə əməl etməsi da təsir göstərir. Bu anda 
mehriban  qonşuluq  siyasəti,  sabitlik,  dostluq,  sülh  şəraitində 
əməkdaşlıq  kimi  vəziyyətlərin  ortaya  çıxması  da  transmilli 
korporasiyaların  sərmayə  siyasətini  artırır.  Dövlət  özünün 
iqitsadi qapılarını digər dövlətlərin üzünə açır və digər məkanın 
resursları  və  iqtisadi  sistemləri  ilə  əlaqələr  yaradır.  Dövlət 
beynəlxalq  iqtisadi  münasibətlər  sistemlərinin  şəbəkələş-
məsindən,  struktur  və  yarımstrukturların  bir-birinə  etdiyi 
qarşılıqlı xidmətdən və bundan irəli gələn təsirdən də güclənir. 
Dövlətin  güclənməsində  iqtisadi və  sosial- siyasi  vəziyyətlərin 
düzgün  və  çevik  qiymətləndirilməsi  amili  də  mühüm 
əhəmiyyət  kəsb  edir.  Şəraitin  zamanda  qiymətləndirilməsi  və 
zamanda  çevik  reaksiyalar  (çağırışlar  və  onlara  cavablar)  
verilməsi dövlətin siyasət sisteminin işini səmərəli edir. Daxili 
siyasi  şəraitlə  beynəlxalq  şərait  arasında  mövcud  olan 
uzlaşmanın  qiymətləndirilməsi,  hər  iki  vəziyyətin  real  əsas-


 
242 
 
larının  dərk  edilməsi  və  hər  iki  sahədə  proqressiv  və  səmərəli 
təsir  imkanları  dövlətin  daxildə  və  beynəlxalq  aləmdə 
güclənməsinə səbəb olur.  
Dövlətlərin 
beynəlxalq 
münasibətlərdə 
iştiraklarının 
güclənməsini  həm  də  onların  diplomatiyası  təmin  edir. 
Diplomatiya  ayrı-ayrı  məkanlarda  və  məskənlərdə  dövlətlərin 
siyasətlərinin  istiqamətlənməsini  və  xarici  siyasətlərinin 
kompleksləşdirilməsini  təmin  edir.  Diplomatiyadan  səmərəli 
istifadə elə  resurslardan (xarici siyasətə  yönəldilmiş resurslar)  
səmərəli istifadənin əsaslarını təşkil edir. 
Beynəlxalq  münasibətlərdə  dövlətlərin  güclənməsinin 
əsaslarının  ümumiləşdirilmiş  şəkildə  bəzi  istiqamətlərini 
aşağıdakı kimi hesab etmək olar: 
-daxili  resursların  səmərəli  istifadəsi  üçün  sistemin  təşkil 
olunması; 
-daxili  resursları  xaricə  çıxaran  sistemlərin  işinin  səmərəli 
şəkildə təmin olunması; 
-dövləti daxildən gücləndirən resursların artması; 
-daxili qanunvericilik sahələrinin genişlənməsi
-dövlətin  daxili  müdafiə  potensialının  gücləndirilməsi  və 
xarici təsirlərə qarşı müdafiənin əsaslarının formalaşdırılması; 
-dövlətlərin regionda böyük ittifaqlara qoşulması; 
-ikitərəfli və çoxtərəfli qaydada çoxlu sayda müqavilələr və 
digər sənədlərə qoşulması; 
-böyük  gücə  malik  olan  dövlətlərlə  strateji  sahədə 
əlaqələrin gücləndirilməsi; 
-böyük  dövlətlərlə  qarşılıqlı  inteqrasiya  və  miqrasiya 
şəraitində əlaqələrin təşkil edilməsi
-böyük ai  dövl


 
243 
 
Dövlətin güc vasitəsi kimi fəaliyyətinin əsasları və siyasi 
fəaliyyətin  dalğalanmaları-beynəlxalq  aləmdə  inkişaf 
dalğalarının əmələ gəlməsi 
 
Beynəlxalq  münasibətlər  sahələri  və  hərəkətləri,  eləcə  də 
bu  hərəkətləri  yaradan  mexanizm  sistem  xarakteri  kəsb 
etdiyindən  beynəlxalq  aləmdə  dalğalanmalar  meydana  gəlir. 
Dalğalanmalar  siyasi  hərəkətlərin  tərkibini  formalaşdıran 
ünsürlərdən  ortaya  çıxır.  Bu  ünsürlərin  hərəkət  formaları  və 
hərəkət  ardıcıllığı  beynəlxalq  münasibətlərdə  dalğalanmaların 
əsasını  təşkil  edir.  Beynəlxalq  aləmdə  dalğalanmalar  dedikdə, 
beynəlxalq sferada ayrı-ayrı münasibətlər sahələrində meydana 
gələn siyasət cərəyanlarını qeyd etmək olar. Beynəlxalq aləmdə 
dövlətlər  güc  yaradan  vasitələrdir  və  güc  vasitələri  kimi  də 
münasibətlərin 
sistemli 
əsaslarla  meydana  gəlməsinin 
əsaslarını müəyyən edirlər.  
Beynəlxalq  münasibətlər  sferası  dövlətdaxili  sfera  kimi 
strukturlardan  təşkil  olunur.  Strukturlar  arasında  olan  əlaqələr 
strukturların  yaratdıqları  siyasətin  dalğalanmalarının  əsaslarını 
təşkil  edir.  Dövlətlər  beynəlxalq  münasibətlərdə  dalğalar 
yaratmaqla, 
dalğaları 
yaradan 
potensial 
mənbələrin 
təkmilləşməsini  təmin  etmiş  olurlar.  Beynəlxalq  aləmdə 
güclərin  dalğalar  əmələ  gətirməsində  vasitələr  kimi  resurslar 
iştirak edirlər. Məsələn, neft, qaz, taxıl, düyü, şəkər tozu, dəmir 
filizi,  almaz,  qızıl,  gümüş,  mis  kimi metallar və digər bu kimi 
strateji  təyinatlı  xammal  məhsullarının,  həmçinin hazır texniki 
məhsulların  hərəkəti  dalğaların  əmələ  gəlməsini  təmin  edir. 
Müəyyən  iqtisadi  strukturlar  yeni  iqtisadi inkişaf tələblərindən 
irəli  gələrək  inkişafın  mövcudluğunu  təmin  edir.  İqtisadi 
strukturlar  da  öz  növbəsində  qarşılıqlı  əlaqələrdə  olurlar  və 
müəyyən  xətlər  üzrə  dalğaların  yaranmasını  təmin  edirlər.  Bu 
baxımdan  inkişaf  dalğaları  resursların  hərəkətlərə  gətirilməsi 
ilə xassələnən dalğalardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə