Microsoft Word Beynelxalq munasibetler doc


Mədəni  və  intellektual    səviyyə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   73   74   75   76   77   78   79   80   ...   102

 
229 
 
Mədəni  və  intellektual    səviyyə.  Bu,  həm  də  maariflənmə 
və  özünüdərklə  bağlıdır.  Dövlət  nə  qədər  mədəni  səviyyəsi 
olan  sakinlərə  malik  olarsa,  bir  o  qədər  güc  nümayiş  etdirmiş 
olar.  Mədəniyyət  bir  norma  olaraq  (həm  də  içərisində  əxlaqi 
məsələləri  cəmləşdirərək)    insanların  ruhi  sağlamlığına  və 
yaradıcılığına xidmət edir.  
Müdafiə  və  təhlükəsizliyin  qorunması.  Dövlətin  özünü 
müdafiə  strukturlarının  gücü  təbii  ki,  dövlətin  baza  gücünə 
bağlıdır.  Dövlətin  baza  gücü  isə  onun  vətəndaşlarının  sosial-
rifah  hallarına  bağlı  olur.  Vətəndaşların  sosial  vəziyyətlərinin 
yaxşı  olması  da  iqtisadi  amillərlə  əlaqəlidir.  Dövlətin 
vətəndaşları  güclü  olduqda  onun  müdafiəsi  də  güclü  olur. 
Dövlətin  strukturları  öz  gücünü  elmdən,  maarifçilikdən, 
dərketmədən,  insan  hüquqlarına  olan  hörmətdən  və  s.  götürür. 
Elm,  təhsil  və  maarifçilik  reurslara  təsir  imkanlarını  təkmil 
formada üzərə çıxarır.  
İ
darəçilik  rejimi  amili.  Dövlət  öz  vətəndaşlarını  iqtisadi 
baxımdan  və  liberal  əsaslarla  təmin  etdikdə  güclü  olur.  Sabit 
cəmiyyət,  demokratik  idarəçilik  dövlət  gücünün  əsaslarını 
təşkil  edir.  Sabit  cəmiyyət  inkişafı  meydana  gətirir,  inkişaf  da 
öz  növbəsində  dövlətin  bütün  istiqamətlər  üzrə  güclənməsini 
təmin  edir.  İnsan  hüquqlarının  yüksək  səviyyədə  təmini  və 
sabitlik dövlətin daxildən sisteminin kövrəkləşməsinin qarşısını 
alır.  Enerji  əsasən,  üzvlərin  və  vasitələrin  sərbəst  və  sistemli 
qaydada  münasibət  və  əlaqələrindən  meydana  gəlir.    Hər  bir 
dövlət  öz  xalqının  milli  mentalitetinə  uyğun  olaraq  sistemini 
formalaşdırdıqda  güclü  olur.  Dövlətlər  dünyəvi  olduqda  daha 
çox  güc  toparlaya  bilirlər.  Dünyəvi  dövlətlər  və  rasional 
cəmiyyətlər daha çox sərbəst potensial əldə etmək imkanlarına 
malik  olurlar.  Nəzərə  almaq  lazımdır  ki,  dövlət  quruluşunu 
yaradarkən milli psixologiyanın qəbul edə biləcəyi modeli əsas 
götürmək  məqsədəuyğun  olar.  Bu  zaman  forma  və  məzmun 
birliyi  də  yaranır.  Əks  təqdirdə,  forma  başqa,  məzmun  başqa 
olduqda,  vəhdətlikdən  söhbət  gedə  bilməz.  Siyasi  sistem 


 
230 
 
kovrəkliyə məruz qalar. Məsələn, bir xalqın milli mentalitetinin 
xüsusiyyətləri  respublika  quruluşuna  uyğundursa,  deməli, 
siyasi  təsisat  forması  kimi  bu  quruluşu  qəbul  etmək  lazımdır. 
Monarxiya  quruluşununun  xüsusiyyətlərini  özündə  əks  etdirən 
xalqlarda  isə  bu,    əks  səmərə  verə  bilər.  Yəni,  respublika 
quruluşu  onlar  üçün  yararlı  deyil.  Monarxiya  quruluşunu    bir 
siyasi  sistem  forması  kimi  özündə  təbii  olaraq  daşıyan  (yəni 
siyasi  sistemin  məzmunu  bu  quruluşa  daha  yaxındır)    xalqlar 
daha  çox  bu  quruluş  formasını  əsas  nümunə  kimi  götür-
məlidirlər.  (Qeyd:  bir  məsələni  xüsusi  olaraq  vurğulamaq 
yerinə  düşər  ki,  ərəb  ölkələrində  yaranmış  respublika 
quruluşları  heç  də  bu  xalqın  milli  ruhuna  uyğun  deyil. 
Ərəb  ölkələrində  Avropaya  məxsus  siyasi  sistem  quruluşu 
həmin  ölkələrin  inkişafının  qarşısını  alır  və  hər  an  xalq 
iradi  və  qeyri-iradi  olaraq  bu  sistemdən  yaxa  qurtarmağa 
can  atır.  “Ərəb  respublika”sı    quruluşlarında  şəxslərin 
dəyişməsi əslində köklü dəyişikliklərə gətirib çıxara bilmir. 
Məsələn,  “Ərəb  baharı”  zamanı  Misir  prezidenti  Hüsnü 
Mübarəkin  devrilməsi  və  onun  yerinə  “Müsəlman 
qardaşları”nın    lideri  olan  Məhəmməd  Mursinin  gəlməsi 
bu ölkədə köklü sabitliyə xidmət etmədi. 2013-cü ilin iyun-
iyul  aylarında  Misirdə  ciddi  hakimiyyət  böhanları  yaşandı 
və  Məhəmməd  Mursi  istefa  verdi.    Bu  baxımdan  qəbul 
etmək  olar  ki,  2010-cu  ildən  başlayan  “Ərəb  baharı”  da 
məhz  saxta  respublika  quruluşunu  tətbiq  etmiş  ölkələrdə 
baş  vermiş  oldu.  Monarxiyaya  (bu quruluş məhz ərəblərin 
milli  mentalitetinə  uyğundur)  malik  olan  dövlətlər, 
məsələn,  Səudiyyə  Ərəbistanı,  Mərakeş  Krallığı,  BƏƏ, 
Qətər,  İordaniya  kimi  ölkələr  isə  bu  inqilab  dalğalarından 
kənarda qaldılar). Ümumiyyətlə, siyasi quruluşu mahiyyətdən 
tamamilə    öndə    yaradıb,  onu  əlçatmaz  etmək  düzgün  deyil. 
Lakin  əsl  xarakteri  əks  etdirən  quruluşu  götürüb,  onu 
təkmilləşdimək  daha  məqsədəuyğundur.  Vahid  qaydalar 
cəmiyyətin  inkişaf  vəziyyətindən  çox  qabaqda  olmamalıdır. 


 
231 
 
Siyasi  hüquq  da  cəmiyyətin  reallığını  əks  etdirməyəndə, 
cəmiyyətin siyasi quruluşu kövrək ola bilər.  
Hüquq  normaları  (qanunvericilik  bazası).  Dövlət  öz 
strukturları  və  vətəndaşları  arasında  olan  münasibətlərini 
(hüquqi  münasibətlər)  rəsmi  hüquq  normaları  ilə  tənzimləyir. 
Bu  hüquq  normaları  zaman-zaman  ortaya  çıxan  ehtiyac  və 
tələbatlara  söykənir.  Hüquq  normalarının  yüksək  səviyyədə 
tətbiq  edilməsi  də  dövlətin  potensialını  meydana  gətirir.  Onu 
da  nəzərə  almaq  lazımdır  ki,  dövlət  hüquq  normalarını  qəbul 
edərkən  mövcud  və  ardıcıl  trayektorik  gələcək  zaman amilini 
nəzərə  alır.  Bu  anda  “gələcək  hüquqlar”  anlayışı  meydana 
gəlir.  Bu,  o  deməkdir  ki,  dövlət  vətəndaşlarının  hüquqlarının 
təmin  olunmasının  ardıcıllığını  həyata  keçirmək  məqsədilə  
hüquq  normaları  toplusu  (məsələn,  gələcək  planlar  və 
proqramlar, konsepsiyalar) qəbul edir. Nəzəri əsaslarını yaradır 
və  resurslarını  həmin  istiqamətə  yönəldir.  Dövlət  gələcək 
zamanda  vətəndaşlarına  təqdim  edəcəyi  hüququ  və  onların  
mövcud  hüquqlarını  zaman  ardıcıllığı  ilə  təkmilləşdirməyi  bir 
növ  önə  gətirmiş  olur  və  öz  niyyətinə  və  məqsəd  hədəfinə 
çevirir.  Gələcək  zamanda  hüquqların  təmin  olunması 
məsələsinə  də  iki  prizmadan  yanaşmaq  olar:  birincisi, 
dövlət  öz  resurslarını  nəzərə  alaraq,  həmin  resursların 
gələcəyə yönəlməsi strategiyasını qəbul edir; ikincisi, dövlət 
gələcək  hüquq  normalarını  müəyyən  edir  və  bu  hüquq 
normalarının  icrası  üçün  mövcud  olmayan  resursların 
(indiki  zamanda)  əldə  edilməsinə  çalışır.  Məsələn,  vətən-
daşların kosmik turizm hüquqları formalaşmaqdadır. Bu imkan 
hal-hazırda  hər  bir  dövlətdə  mövcud  deyildir.  Müəyyən  qədər 
imkanlara  malik  olan  dövlətlər  niyyəti  müəyyən  edərək, 
gələcək  fəaliyyətlərində  kosmik  turizmin  yaranmasına  çalışa 
bilərlər. Ümumiyyətlə, hər iki halda gələcək hüququn məqsədi 
sürətli inkişaf  etməkdən ibarətdir.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə